Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   ...   9   10   11   12   13   14   15   16   17

31.3.6. bədən

 

tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin 



təhsil  proqramlarına  dopinq  vasitələrindən  və  (və  ya)  metodlarından  istifadənin 

idmançı orqanizminə zərəri barədə bölmələrin daxil edilməsi;

 

31.3.7. kütləvi informasiya vasitələrində antidopinq təbliğatının aparılması;



 

31.3.8.  dopinq  nəzarətinin  yeni  metodlarının  işlənib  hazırlanması  sahəsində  elmi 

tədqiqatların aparılması;

 

31.3.9.  dopinq  nəzarəti  qaydalarının  pozulmasına  görə  bədən  tərbiyəsi



-idman 

təşkilatlarının,  idmançıların,  məşqçilərin,  həkimlərin  və  digər  mütəxəssislərin 

məsuliyyətinin müəyyən edilməsi.

 

31.4.  Dopinq  nəzarətinin  keçirilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı 



tərəfindən təsdiq olunur.

 

31.5.  Respublika  idman  federasiyaları  dopinq  nəzarəti  sahəsində  tədbirlər  hə



yata 

keçirməli,  dopinq  vasitələri  və  (və  ya)  metodlarından  istifadə  edən  idmançılara  və 

onları  dopinq  vasitələri  və  (və  ya)  metodlarından  istifadə  etməyə  məcbur  edən 

şəxslərə qarşı müvafiq tədbirlər görməlidirlər.

 

31.6.  İdman  tədbirlərinin  təşkilatçıları  beynəlxalq  idman  təşkilatlarının  şərtlərinə, 



qərarlarına  və  qanunvericiliyin  tələblərinə  riayət  etməklə  dopinq  nəzarətinin 

keçirilməsi üçün şərait yaratmalıdırlar.

 

VII fəsil

 

Peşəkar idman

 

Maddə 32. Peşəkar idman sahəsində münasibətlərin hüquqi tənzimlənməsi

 

32.1.  Peşəkar idman sahəsində münasibətlər bu Qanunla  və digər normativ hüquqi 



aktlarla tənzimlənir.

 

32.2.  Peşəkar  idman  sahəsində  əmək  münasibətlərinin  tənzimlənməsi  əsasən 



idmançıların  əmək  funksiyalarına  müvafiq  idman  növü  (növləri)  üzrə  yarışlara 

hazırlığını, iştirakını və yüksək nəticələr əldə edilməsini, işçilərin (məşqçilərin və digər 

mütəxəssislərin)  əmək  funksiyalarına  isə  təlim

-

məşq  prosesinin  təşkili,  idmançıların 



yarışlarda  iştiraklarına  və  yüksək  nailiyyətlər  əldə  edə  bilmələrinə  rəhbərlik 

fəaliyyətlərinin daxil edilməsini nəzərdə tutur.

 

32.3.  Peşəkar  idmanda  hazırlıq  və  iştiraka  görə  idmanı  peşəkar  (əmək)  fəaliyyəti 



seçmiş  idmançılar  qanunvericiliyinə  müvafiq  surətdə  əmək  haqqı  və  (və  ya)  pul 

mükafatı alırlar.

 

Maddə 33. İdman arbitrajı

 

33.1.  P



eşəkar  idman  sahəsindəki  mübahisələrə  qanunvericiliyə  uyğun  şəkildə,  o 

cümlədən idman arbitrajı vasitəsi ilə baxılır.

 



33.2.  İdman arbitrajı  peşəkar  idman  sahəsindəki  mübahisələrin  həlli  üçün  yaradılan 

müvəqqəti  orqandır.  O,  peşəkar  idman  sahəsindəki  mübahisənin  idman  arbitrajının 

icraatına  verilməsi  barədə  razılığın  əldə  edildiyi  vaxtdan  5  iş  günündən  gec 

olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır.

 

33.3.  İdman  arbitrajının  tərkibi  (3  nəfərdən  az  olmayaraq),  reqlamenti,  mübahisəyə 



baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin qarşılıqlı razılığı ilə 

müəyyən  olunur.  Arbitrajın  sədri  arbitrlər  tərəfindən  öz  sıralarından  seçilir. 

Mübahisələrə bədən tərbiyəsi və idman subyektlərinin iştirakı ilə baxır.

 

33.4. İdman arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. 



Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir.

 

33.5. Tərəflər idman arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa 



gəlmişlərsə,  arbitrajın  qərarı  ilə  mübahisə  qəti  həll  olunmuş  hesab  edilir  və 

mübahisənin davam etdirilməsinə yol verilmir.

 

VIII fəsil

 

Bədən tərbiyəsi və idmanın qanunvericilik əsasları

 

Maddə 34. İdman növlərinin və idman fənlərinin tanınması

 

34.1. Müvafiq icra hakimiyyəti orqanı:



 

34

.1.1. ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin müəyyən edilmiş 



qaydada tanınması səlahiyyətini həyata keçirir;

 

34.1.2.  idman  növlərinin,  o  cümlədən  milli  idman  növlərinin  dövlət  reyestrini,  bu 



idman növlərinə daxil edilmiş idman fənlərinin siyahılarını, idman növlərinin və idman 

fənlərinin kodlarını formalaşdırır və təsdiq edir.

 

34.2.  Ölkə  ərazisində  yayılan  idman  növlərinin  və  idman  fənlərinin  tanınması 



qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilir.  Yalnız  ölkə 

ərazisində tanınmış idman növləri və fənləri üzrə bədən tərbiyəsi və idman tədbirləri 

keçirilə bilər.

 

Maddə 35. Respublika idman federasiyalarının dövlət reyestri

 

35.1.  Respublika  idman  federasiyaları  bu  Qanunun  10.3



-

cü  maddəsində  nəzərdə 

tutulmuş  qaydada  dövlət  akkreditasiyasından  keçdikdən  sonra  respublika  idman 

federasiyalarının  dövlət  reyestrinə  daxil  edilir.  Respublika  idman  federasiyalarının 

dövlət  reyestrinin  aparılması  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir.

 

35.2.  Respublika 



idman  federasiyalarının  dövlət  reyestrinə  bu  Qanunun  35.1

-ci 


maddəsində nəzərdə tutulmuş qaydalarda müəyyən edilmiş sənədlər və məlumatlar 

daxil edilir. 



Maddə 36. İdman növlərinin dövlət reyestri

 



Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə