Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   2   3   4   5   6   7   8   9   ...   17

keçirilməsi  ilə  bağlı  digər  təminatları  öz  üzərinə  götürən  təşəbbüsçü  hüquqi  və  ya 

fiziki şəxs;

 

1.0.19.  bədən  tərbiyəsi  və  idman  sistemi  –



 

bədən  tərbiyəsi  və  idmanın  inkişaf 

etdirilməsi  məqsədi  ilə  dövlət  orqanları  və  bələdiyyələrin,  qeyri

-

hökumət 



təşkilatlarının, hüquqi və fiziki şəxslərin əlaqəli şəkildə göstərdikləri fəaliyyət;

 

1.0.20. əhalinin fiziki hazırlığı və inkişafının monitorinqi –



 

əhalinin fiziki sağlamlığının, 

fiz

iki  hazırlığının  və  iş  qabiliyyətinin  qiymətləndirilməsi  və  proqnozlaşdırılması, 



həmçinin bunlarla əhalinin fiziki inkişafı arasında səbəb

-

nəticə əlaqələrinin müəyyən 



edilməsi;

 

1.0.21.  fiziki  reabilitasiya 



 

sağlamlığın  pozulmasına  səbəb  olan  məhdud  həyat 



fəaliyyətinin aradan qaldırılmasına və ya maksimal dərəcədə tam kompensasiyasına 

yönəlmiş adaptiv bədən tərbiyəsi və adaptiv idman vasitə və metodlarından istifadə 

etməklə  insan  orqanizminin  pozulmuş  və  ya  müvəqqəti  itirilmiş  funksiyalarının  və 

sağlamlıq  imkanları  məhdud  uşaqların  və  əlillərin  ictimai  və  peşəkar  fəaliyyətdə 

iştirak qabiliyyətlərinin bərpası;

 

1.0.22. idman obyektləri –



 

bədən tərbiyəsi və idman tədbirlərinin (o cümlədən təlim

-

məşq  proseslərinin,  idman  yarışlarının)  keçirilməsi  üçün  xüsusi  olaraq  nəzərdə 



tutulmuş, inşa edilmiş, quraşdırılmış idman qurğuları, örtülü və açıq obyektlər;

 

1.0.23. yüksək nailiyyətlər idmanı –



 

rəsmi respublika və beynəlxalq yarışlarda iştirak 

edən  idmançıların  yüksək  nəticələr  göstərməsinə  və  nailiyyətlər  əldə  etməsinə 

yönəldilmiş idman sahəsi;

 

1.0.24.  paralimpiya  hərəkatı  –



 

sağlamlıq  imkanları  məhdud  uşaqların  və  əlillərin 

bədən  tərbiyəsi  və  idman  vasitəsilə  cəmiyyətə  inteqrasiyasında,  özünütəsdiqində, 

fiziki  və  mənəvi  kamilliyə  çatmasında  əsas  vasitələrdən  biri  kimi 

paralimpiya 

idmanının inkişafını əhatə edən fəaliyyət;

 

1.0.25.  deflimpiya  hərəkatı  –



 

eşitmə  qabiliyyətləri  məhdud  olan  şəxslər  arasında 

bədən tərbiyəsi və idmanın inkişafı üzrə təşkil olunan və həyata keçirilən fəaliyyət;

 

1.0.26. xüsusi olimpiya hərəkatı –



 

əqli imkanları məhdud şəxslərin bədən tərbiyəsi və 

idman  vasitəsilə  reabilitasiyası  və  cəmiyyətə  inteqrasiyasının  təmin  edilməsinə 

yönəldilmiş fəaliyyət.

 

Maddə 2. Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının 

qanunvericiliyi 

Bədən  tərbiyəsi

 

və  idman  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 



Azərbaycan  Respublikasının  Konstitusiyasından,  bu  Qanundan,  digər  normativ 

hüquqi  aktlardan  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdən ibarətdir.

 

Maddə 3. Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas 



prinsipləri

 



3.0.  Bədən  tərbiyəsi  və  idman  sahəsində  dövlət  siyasətinin  əsas  prinsipləri 

aşağıdakılardır:

 

3.0.1.  bədən  tərbiyəsi  və  idman  hərəkatının  idarəetmə  sisteminin  yaradılması  və 



təkmilləşdirilməsi;

 

3



.0.2.  vətəndaşların  bədən  tərbiyəsi  və  idmanla  məşğul  olmaq  hüququnun  təmin 

edilməsi və bu məqsədlə bərabər imkan və şəraitin yaradılması;

 

3.0.3.  bədən  tərbiyəsi  və  idman  sahəsində  beynəlxalq  öhdəliklərə  dövlət  tərəfindən 



hörmətlə yanaşılması və riayət edilməsi;

 

3.0.4.  əhalinin  aztəminatlı  və  sosial  müdafiəyə  ehtiyacı  olan  təbəqələri  arasında 



(çoxuşaqlı  ailələrdən  olan  uşaqlar,  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqlar, 

sağlamlıq  imkanları  məhdud  uşaqlar,  əlillər)  bədən  tərbiyəsi  və  idmanın  inkişafının 

vacibliyi; 

3.0.5.  bədən  tərbiyəsi  və  idman  sahəsində  dövlət  orqanlarının  və  bələdiyyələrin, 

bədən tərbiyəsi və idman yönümlü ictimai birliklərin qarşılıqlı fəaliyyəti;

 

3.0.6. vətəndaşların müxtəlif yaş qruplarının həyat fəaliyyətinin bütün mərhələlərində 



bədən tərbiyəsinin fasiləsizliyi və ardıcıllığı;

 

3.0.7.  bədən  tərbiyəsi  və  idman  sahəsində  ayrı



-

seçkiliyin  və  zorakılığın 

yolverilməzliyi;

 

3.0.8.  ölkə  ərazisində  əhalinin  maraq  göstərdiyi  idman  növlərinin,  xüsusilə  milli  və 



olimpiya  oyunları  proqramlarına  daxil  edilmiş  idman  növlərinin  inkişafının  və 

kütləviliyinin artırılmasının dəstəklənməsi.

 

Maddə 4. Bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələri

 

4.0. Bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələri aşağıdakılardır:



 

4.0.1.  Azərbaycan  Respublikasında  bədən  tərbiyəsi  və  idman  sahəsində  dövlət 

siyasətinin  formalaşdırılması,  Milli  strategiyanın  və  Dövlət  proqramlarının 

hazırlanması və həyata keçirilməsi;

 

4.0.2. təhsil alanlar üçün fiziki hazırlığın normativ tələblərinin hazırlanması, təsdiq və 



tətbiq edilməsi;

 

4.0.3.  respublika  Vahid  idman  təsnifatının,  idman  adları  və  dərəcələrinin  təsdiq 



edilməsi;

 

4.0.4. respublika və beynəlxalq səviyyəli kütləvi bədən tərbiyəsi



-

sağlamlıq və idman 

tədbirlərinin  hər  il  üçün  Vahid  təqvim  planının,  idman  tədbirlərinin

 

keçirilməsi 



qaydalarının və onların keçirilməsi xərcləri normalarının işlənib hazırlanması, təsdiqi 

və maliyyələşdirilməsinin həyata keçirilməsi;

 



Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə