Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

20.4.  Əhalinin  yaşayış  və  istirahət  yerləri  üzrə  bədən  tərbiyəsi  və  idmanın  inkişafı 

aşağıdakı məsələlərin həllini əhatə edir:

 

20.4.1.  bu  Qanuna  uyğun  olaraq  idman  klubları,  idman  məktəbləri,  digər



 

bədən 


tərbiyəsi

-

idman təşkilatları və idman obyektləri şəbəkələrinin yaradılmasını;



 

20.4.2.  əhalinin  yaşayış  yerləri  üzrə  bədən  tərbiyəsi  və  idman  tədbirlərinin  Vahid 

təqvim planının işlənib hazırlanması və yerinə yetirilməsini;

 

20.4.3.  yaşayış  massivlərinin  layihələndirilməsi  tapşırıqlarına  bədən  tərbiyəsi  və 



idmanla məşğul olmaq üçün obyektlərin, o cümlədən idman şəhərciklərinin, zalların, 

hovuzların,  həyətlərdə,  parklarda  və  digər  istirahət  sahələrində  sadə  idman 

meydançalarının, sağlamlıq zonalarının və digər bədən tərbiyəsi

-

sağlamlıq və idman 



obyektlərinin daxil edilməsini.

 

20.5.  Yaşayış  və  kütləvi  istirahət  yerlərində  əhalinin  bədən  tərbiyəsi  və  idmanla 



məşğul  olması  üçün  tələb  olunan  şəraitin  yaradılması,  vətəndaşların  asudə 

vaxtlarının  səmərəli  təşkili  müvafiq  icra  hakimiyyəti  orqanları  və  bələdiyyələr 

tərəfindən maliyyələşdirilir.

 

Maddə 21. Cəzaçəkmə müəssisələrində bədən tərbiyəsi və idman

 

21.1.  Cəzaçəkmə  müəssisələrinin  rəhbərliyi  azadlıqdan  məhrum  edilmiş  şəxslərin 



bədən  tərbiyəsi  və  idmanla  məşğul  olması  üçün  şəraiti  təmin  edir  və  idman 

tədbirlərinin keçirilməsini təşkil edir.

 

21.2. Cəzaçəkmə müəssisələrinin gün bölgüsündə fiziki məşqlər, o cümlədən səhər 



gimnastikası  və  gündə  bir  saatdan  az  olmayaraq  idmanla  məşğul  olma  nəzərdə 

tutulur. 

21.3.  Cəzaçəkmə  müəssisələrində  cəza  çəkən  şəxslər  müəyyən  edilmiş 

normativlərdən  əlavə  bədən  tərbiyəsi  və  idmanla  məşğul  olmaq  üçün  öz  vəsaitləri 

hesabına idman geyimi və alətləri əldə etmək hüququna malikdirlər.

 

Maddə 22. Sağlamlıq imkanları məhdud uşaqların və əlillərin adaptiv bədən 



tərbiyəsi, fiziki reabilitasiyası

 

22.1.  Sağlamlıq  imkanları  məhdud  uşaqlar  və  əlillər  arasında  bədən  tərbiyəsi  və 



idmanın inkişafı onların reabilitasiyasına xidmət edir.

 

22.2. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr Azərbaycan Respublikasının 



qanunvericiliyinə  uyğun  olaraq  sağlamlıq  imkanları  məhdud  uşaqların  və  əlillərin 

bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün şərait yaradır, xüsusi avadanlıq 

və  ləvazimatların  alınmasında  köməklik  göstərir,  onların  bədən  tərbiyəsi  və  idman 

sisteminə inteqrasiyasına dəstək olurlar.

 

22.3.  Sağlamlıq  imkanları  məhdud  uşaqların  və  əlillərin  bədən  tərbiyəsi  və  idman 



vasitəsilə  reabilitasiya  prosesinin  təşkili  və  aparılması  üçün  xüsusi  kadr  hazırlığını, 

elmi-


metodiki və tibbi təminatını, həkim nəzarətini müvafiq icra hakimiyyəti orqanları 

həyata keçirirlər.

 



22.4.  Adaptiv  bədən  tərbiyəsi  və  adaptiv  idman  metodlarından  istifadə  etməklə 

sağlamlıq  imkanları  məhdud  uşaqların  və  əlillərin  fiziki  reabilitasiyası  və  sosial 

adaptasiyası  reabilitasiya  mərkəzlərində,  əlillərin  bədən  tərbiyəsi

-

idman  klublarında, 



eləcə də digər bədən tərbiyəsi

-

idman təşkilatlarında həyata keçirilir.



 

22.5.  Sağlamlıq  imkanları  məhdud  uşaqlar  və  əlillər  üçün  idmanın  inkişafı  idmanla 

məşğul  olmanın  üstünlüyü,  yayılmasının  kütləviliyi  və  müəssərliyi  prinsiplərinə 

əsaslanır.

 

22.6.  Müvafiq  təhsil  müəssisələrində  sağlamlıq  imkanları  məhdud  uşaqlar  və  əlillər 



üçün  onların  fərdi  qabiliyyətləri  və  sağlamlıqlarının  vəziyyəti  nəzərə  alınmaqla, 

adaptiv  bədən  tərbiyəsi  və  adaptiv  idman  vasitələrindən  istifadə  etməklə  xüsusi 

dərslər təşkil olunur.

 

22.7.  Müvafiq  icra  hakimiyyəti  orqanları  və  bələdiyyələr,  bədən  tərbiyəsi



-idman 

təşkilatları,  o  cümlədən  əlillərin  bədən  tərbiyəsi

-

idman  birlikləri  sağlamlıq  imkanları 



məhdud  uşaqların  və  əlillərin  iştirakı  ilə  bədən  tərbiyəsi

-

idman  və  bədən  tərbiyəsi



-

sağlamlıq  tədbirlərinin  keçirilməsini  təşkil  edir,  uşaq

-

gənclər  idman



-adaptiv 

məktəbləri, uşaq

-

gənclər adaptiv fiziki hazırlıq klubları yaradırlar.



 

22.8.  Paralimpiya,  Deflimpiya,  Xüsusi  Olimpiya  komitələri,  onların  yerli  şöbələri, 

idman  klubları  qanunvericiliyə  uyğun  olaraq  yerləşdikləri  dövlət  mülkiyyətində  olan 

binalardan və digər obyektlərdən pulsuz istifadə edirlər.

 

V fəsil

 

Uşaq



-

gənclər idmanı

 

Maddə 23. Uşaq



-

gənclər idmanı sahəsində fəaliyyətin təşkili

 

23.1.  Uşaq



-

gənclər  idmanı  uşaq  və  gənclərin  sağlam  həyat  tərzinin  təmin  edilməsi, 

sağlamlığının  möhkəmləndirilməsi,  şəxsiyyətin  inkişafı,  fasiləsiz  təhsil  sisteminin 

təmin  edilməsi  və  milli  yığma  komandalara  ehtiyat  idman  qüvvələrinin  hazırlanması 

məqsədini daşıyır.

 

23.2.  Azərbaycan  Respublikasında  uşaq



-

gənclər  idmanının  təşkili  və  inkişafı  ilə 

aşağıdakılar məşğul olurlar:

 

23.2.1. müvafiq icra hakimiyyəti orqanları;



 

23.2.2. bələdiyyələr;

 

23.2.3.  təhsil  müəssisələri,  o  cümlədən  bədən  tərbiyəsi  və  idman  sahəsində 



məktəbdənkənar  təhsil  müəssisələri,  uşaq

-

gənclər  idmanı  sahəsində  çalışan 



məşqçilər;

 

23.2.4.  uşaq  və  gənclərlə  idman



-

təhsil  işlərini  həyata  keçirən  bədən  tərbiyəsi  və 

idman yönümlü təşkilatlar, bədən tərbiyəsi

-

sağlamlıq və idman birlikləri, uşaq



-

gənclər 


idmanının inkişafına kömək edən qeyri

-

hökumət təşkilatları.



 


Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə