Xəzər hövzəsində
mühüm enerji infrastrukturlarının mühafizəsi
Hörmətli cənablar!
Azərbaycan özünün enerji siyasətini iki dövlət proqramı əsasında həyata keçirir:
Azərbaycan Respublikasının Yanacaq-Enerji Kompleksinin İnkişafı (2005-2015-ci
illər) üzrə Dövlət Proqramı və Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən
İstifadə Olunması üzrə Dövlət Proqramı.
Bununla yanaşı Aİ ilə Azərbaycan Respublikası arasında 2006-cı ilin
noyabrında enerji strategiyası barədə Anlaşma Memorandumu imzalanmışdır.
Regionda və qlobal məkanda energetika sferasında Azərbaycanın durmadan artan
nüfuzunu və imkanlarını, ölkəmizin Asiya və Avropa arasında enerji körpüsü rolunun
bir daha nümayiş etdirilməsi imkanına malik olduğunu beynəlxalq təşkilatlar dəfələrlə
qeyd etmişdir.
2011-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev ilə Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrozunun imzaladığı
“Cənub Qaz dəhlizi haqqında” Birgə Bəyannamə Xəzər hövzəsi qazın Avropaya
çatdırılması istiqamətində yeni perspektivlər açmışdır.
Ölkəmizdə hasil olunan enerji məhsullarının Avropa ölkələrinə nəql edilməsi
istiqamətində müvafiq layihələr həyata keçirilir və bu layihələrin mərhələlərlə tam
həlli istiqamətində geniş miqyaslı əməkdaşlıq davam etdirilir. Belə ki, Bakı-Tiblis-
Ceyhan ixrac neft kəməri vasitəsilə neftin ixracı 2006-cı ildən həyata keçirilir.
Kəmərin istismara verildiyi tarixdən bu günədək 201,1 mln.ton neft nəql edilmişdir.
Cənubi Qafqaz Boru Kəməri 2007-ci ildə istismara verilmişdir. Bu boru kəməri “Şah
Dəniz” yatağından hasil olunan qazı Bakıdan Gürcüstan ərazisindən keçməklə
Türkiyənin Ərzurum şəhərinə nəql etmək üçün tikilmişdir. İstismar dövründən
indiyədək 24,6 mlrd kub metr qaz nəql edilmişdir.
1997-ci ildən etibarən yanacağın Qərb ölkələrinə nəqli ilə bağlı strateji qərarlar
qəbul olunmuş və Bakı-Tbilisi-Ceyhanın işə düşməsindən sonra enerji siyasəti
zənginləşməyə başlamışdır. Şərq-Qərb dəhlizinin istifadəyə verilməsi Azərbaycanın
Avropa bazarlarına neft ixracını gücləndirməsinə tam zəmin yaratmışdır.
Ümumiyyətlə, ilk ixrac neftinin nəqlinə başlanandan indiyədək respublikamızın neft
hasilatı 5,6 dəfə qaz hasilatı 5,2 dəfə artmışdır. İndiyədək Azərbaycanın neft-qaz
sahəsinə
60
milyard
dollardan
çox
xarici
sərmayə
yatırılmışdır.
Hazırda Azərbaycan dünyanın 33 ölkəsinə neft və neft məhsulları ixrac edir.
Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 7,2 milyard barel, qaz
ehtiyatlarının həcmi isə 2,6 trilyon kubmetr təşkil edir. Qarşıdakı illərdə dünyada
neftlə yanaşı, qaza olan tələbat əhəmiyyətli dərəcədə artacaq və respublikamız bu
dövrdə ən mühüm ixracatçılardan biri olacaq. "Şahdəniz-2" layihəsinin həyata
keçirilməsi ilə Azərbaycan Avropa bazarına təbii qazın ixracında mühüm rol
oynayacaq və bu bazarda mövqeyini daha da möhkəmləndirəcək. Avropa bazarı
dünyanın ən sabit, gəlirli və hüquqi baxımdan yaxşı tənzimlənən bazarıdır. 2017-ci
ildən, daha doğrusu, "Şahdəniz-2" həyata keçirildikdən sonra ölkənin qaz istehsalı 55
milyard kubmetrə çatacaq ki, bu da böyük həcmdir.
Azərbaycan
Respublikasının
təhlükəsizlik
konsepsiyasında
enerji
təhlükəsizliyinə dair ayrıca bılmə nəzərdə tutulmuşdur. Bununla əlaqədar ixrac və
daxili neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması üçün dövlət
tərəfindən sərəncamla Xüsusi Dövlət Mühafizəsi İdarəsi yaradılmışdır. Hazırda adı
çəkilən idarə BTC-nin, CQBK-nin və Qərb neft kəmərinin mühafizəsini həyata
keçirir. Ölkənin quru ərazisində boru kəmərlərinin mühafizəsinin təmin olunmasından
fərqli olaraq dəniz akvatoriyasında boru kəmərlərinin mühafizəsi zəif təşkil
olunmuşdu. Bu məsələ barədə Avropa İttifaqının bir neçə mötəbər tədbirlərində
müzakirə olmuş, lakin qaldırılan məsələ ətrafında danışıqlar davam edir.
Ölkəmizin Avropa ilə münasibətləri strateji tərəfdaşlıq prinsipləri əsasında
davam etdirilir.
Azərbaycanı dünya bazarlarına sərbəst və sürətli çıxışını təmin etmək üçün 7
neft və qaz ixrac boru kəmərləri fəaliyyət güstərir:
Avropanın enerji təhlükəsizliyində yeni enerji layihələrinin işlənməsində və
həyata keçirilməsində Azərbaycan fəal iştirak edir.
"Cənub qaz dəhlizi" çərçivəsində (TANAP)
Azərbaycan qazını Avropaya
çıxarmağı hədəfləyən Trans-Anadolu qaz kəməri layihəsi ilə bağlı 2012-ci ilin iyunun
26-da İstanbulda saziş imzalanib .
2017-ci ildən başlanması nəzərdə tutulan TANAP 7 milyard dollarlıq bu layihə
5 il içində tamamlanacaq.80 faizi Azərbaycana, 20 faizi Türkiyəyə məxsus olacaq
Trans-Anadolu qaz kəməri ilə nəql ediləcək qazın 6 milyard kubmetri Türkiyənin
daxili ehtiyacları, 10 milyard kubmetri isə Avropaya satış üçün nəzərdə tutulur
Qeyd edək ki, uzunluğu təqribən 2 min kilometr olan TANAP Türkiyənin şərq
sərhədlərindən qərb sərhədinədək uzanacaq o cümlədən
- Nabucco-West (Türkiyə - Bolqarıstan – Rumıniya –Macarıstan –Avstriya)
- İTGİ (Türkiyə - Yunanıstan -İtaliya)
- TAP (Yunanıstan – Albaniya – İtaliya)
- AGRİ (Azərbaycan –Gürcüstan – Rumıniya)
- Trans –Xəzər qaz kəməri (Qazaxıstan – Türkmənistan – Azərbaycan)
Layihələri mövcuddur.
Yeni enerji dəhlizlərinin yaradılması isə
Azərbaycan Trans-Xəzər/Qara dəniz
enerji dəhlizi, “NABUCCO
-West
” qaz kəmərləri eyni zamanda Azərbaycan qazının
gələcəkdə Avropa ölkələrinə bilavasitə nəqlini həyata keçirə biləcək Türkiyə-
Yunanıstan-İtaliyanı birləşdirən qaz kəmərinin (Poseydan) tikintisinin başa
çatdırılması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli yardım
edəcəkdir.
Regionda enerji təhlükəsizliyi olmadan ümumi təhlükəsizlikdən
danışmaq mümkün deyil.
NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası (AATŞ) formatında Sənaye
Planlaşdırma Komitəsinin enerji sektorunda mühüm infrastrukturun mühafizəsi
(MİM) üzrə “xüsusi işçi qrupu” fəaliyyət göstərir. Hazırda İsveçrə (sədr) Azərbaycan,
Kanada, Almanya, Finlandiya, Macarıstan, Norveç, Slovakiya, Böyük Britaniya və
ABŞ sözügedən işçi qrupun üzvüdür.
Qeyd olunan işçi qrupu elektrik enerjisi, qaz və neft sistemlərinin istehsalı,
ötürülməsi və daşınması, təmizlənməsi kimi mühüm infrastruktur sahələrini özündə
ehtiva edir.
Mühüm infrastrukturun mühafizəsi işçi qrupunun əsas diqqəti enerji
təhlükəsizliyi ilə əlaqəli təhdid və risklərdən mühafizə məsələlərinə yönəlmişdir.
Nəzərdən keçirilən təhdid və risklər arasında terrorçuluq, kiber hücum, qəsd və
kriminal aktlar, piratçılıq, təbii fəlakətlər, digər infrastrukturlarda baş verən qəzaların
elektrik enerjisi, neft və qaz infrastrukturuna təsiri yer almışdır.
Məlumat üçün qeyd etmək istərdik ki, Fövqəladə Hallar Nazirliyi və
Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyinin əməkdaşları artıq
sözügedən işçi qrupunun tərkibinə daxil edilmişdir.
Enerji təhlükəsizliyi enerji resurslarının hasilatı, istehsalı və nəql olunması üçün
istifadə olunan infrastrukturu təbii fəlakətdən, fövqəladə hallardan və sıradan
çıxmaqdan qorumaq üçün həyata keçirilən kompleks tədbirlərin üzvü birləşməsindən
ibarətdir.
Sənaye və Energetika Nazirliyi eneji sektorunun təhlükəsizliyinin təmin
olunması məqsədi ilə aidiyyatı dövlət qurumları və enerji sektoruna cəlb olunmuş
xarici şirkətlərlə fəal əməkdaşlıq edir.
Hidrokarbon məhsullarının və ixrac infrastrukturlarının mühafizəsi və
təhlükəsizliyi sahəsində Azərbaycan Türkiyə və Gürcüstanla əməkdaşlıq,
koordinasiya və nəticələrin idarə olunması üzrə sazişlər bağlamışdır.
21 sentyabr 2007-ci il tarixində Sənaye və Energetika Nazirliyində Alt-
Kpomitəsi üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilmiş, enerji və
təhlükəsizlik, neft kəmərlərinə olan təhlükələr ətrafında, Azərbaycanla NATO və
Avropa İttifaqı arasındakı münasibətlərdə enerji məsələsinin oynadığı rol, habelə
maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Diqqətinizə görə sag olun!
Dostları ilə paylaş: |