Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   2   3   4   5   6   7   8   9   ...   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

14 


 

 

 



 

 “Özünü  tap  –öz  məntəqəni  tap”  layihəsinin  ikinci  mərhələsinin  icrası seçki  dövrü  ilə  üst-üstə  düşdü.  



Bu  mərhələdə  seçicilər  müasir  texnologiyalardan  istifadə  etməklə

8

  vahid  seçici  siyahısında  öz 



məlumatlarını  yoxladılar.  Həmçinin  onlara  broşürlər  də  paylanıldı.  MSK  tərəfindən  göstərilən  bu 

xidmətdən 667 124 seçici istifadə etdi.  

 

Layihənin  üçüncü  mərhələsində  –“Seçkilərə  gəl”  –  erməni  və  Azərbaycan  dillərində  seçki 



prosedurlarını  əks  etdirən  informasiya  yönlü  broşürlər  paylanıldı.  Qeyd  edilməlidir  ki,  layihə 

Gürcüstan  miqyasında  bələdiyyə  mərkəzləri  və  kəndlərdə,  o  cümlədən  etnik  azlıqların  kompakt 

məskunlaşdıqları regionlarda həyata keçirildi. 

 

2017-ci  il  Seçki  Administrasiyası  və  MSK  yanında  Tədris  Mərkəzində  mühüm  təhsil  layihələrini  həyata 



keçirdi. Xüsusilə: 

 



 “Seçkilərin  inkişafı  məktəbi”  layihəsi  23  bələdiyyə,  o  cümlədən  etnik  azlıqların  kompakt 

məskunlaşdığı  3  bələdiyyədə  keçirildi.  Gənclər  arasında  seçkilərin  populyarlaşdırılması,  vətəndaş 

iştirakçılığının  yüksəldilməsi,  Dairə  Seçki  Komissiyası  üzvləri  üçün  trener  bacarıqlarının  inkişaf 

etdirilməsi və Seçki Administrasiyasında qazanılmış biliklərin bölüşməsi yolu əlavə insan resurslarının 

yaradılması  kimi  məsələlər  layihənin  məqsədlərini  təşkil  edirdi.  Vurğulanmalıdır  ki,  layihə  ilk  dəfə 

Axmetada, Pankisi dərəsində yaşayan gənclərə tətbiq olundu. Layihədə 18-24 yaş aralığında olan 453 

gənc iştirak etdi

 



 “Seçkilər  və  gənc  seçicilər”  layihəsi  68  bələdiyyə  üzrə  93  kütləvi  məktəbdə,  o  cümlədən  etnik 

azlıqların kompakt məskunlaşdı qları  bələdiyyələrdə  keçirildi.  Layihənin  məqsədi  gənclərdə  vətəndaş 

şüurunun və vətəndaş məsuliyyətinin yüksəldilməsindən ibarət idi. Tədris kursunu XI-XII siniflər üzrə 

1 645 şagird başa vurdu

 

 “Seçki  administratoru  kursları”  layihəsi  Gürcüstan  miqyasında  bütün  bələdiyyələrdə,  o  cümlədən 



etnik  azlıqların  kompakt  məskunlaşdığı  bələdiyyələrdə  həyata  keçirildi.  Layihənin  məqsədini  seçki 

məsələləri  ilə  bağlı  vətəndaş  şüurunun  yüksəldilməsi  və  Seçki  Aministrasiyasında  peşəkar  kadr 

resurslarının  formalaşdırılmasına  dəstəyin  göstərilməsi  təşkil  edirdi.  Tədris  kursunu  18  yaşı  tamam 

olmuş 5 247 iştirakçı bitirdi. 

 

 “Seçki  hüququ  sahəsində”  tədris  kursu  seçki  hüququ  üzrə  tələbələrin  vacib  peşəkar  biliklərinin 



dərinləşdirilməsi,  onlarda  praktiki  qabiliyyət  və  bacarıqların  inkişaf  etdirilməsi  və  vətəndaş  şüurunun 

yüksəldilməsinə  dəstəyin  göstərilməsi  məqsədini  daşıyırdı.  Tədris  kursu  10  universitet    üzrə  həyata 

keçirildi və 426 tələbə, o cümlədən Samsxe-Cavaxeti Dövlət Universitetinin tələbələri də iştirak etdilər. 

 

Etnik azlıq nümayəndələri üçün seçki sənədlərinin tərcümə edilməsi 

2017-ci  il  yerli  özünüidarə  orqanlarına  seçki  prosesində

9

  erməni  və  azərbaycandilli  seçicilər  üçün  aşağıdakı 



sənədlər tərcümə olundu və dərc edildi: 

                                                      

8

 

MSK-nın veb səhifəsi- voters.cec.gov.ge; Android və İOS əməliyyat sistemləri; sürətli ödəniş terminalları –Nova, TBC; Planşet. 



9

 2017-ci il yerli özünüidarə orqanlarına seçkilər üçün 73 Dairə seçki komissiyası tərəfindən 3 644 seçki məntəqəsi, o cümlədən etnik 

azlıq nümayəndəsi seçicilərin kompakt  məskunlaşdığı 12 seçki dairəsində isə 345 seçki  məntəqəsi yaradılmışdır. Burdan, 208 gürcü-

Azerbaycan məntəqəsi, 133 gürcü-erməni məntəqəsi və 4 gürcü-erməni-Azərbaycan məntəqəsi idi. 




Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

15 


 

 

 



 

Seçki  bülleteni  (gürcü-erməni,  gürcü-Azərbaycan  və  gürcü-erməni-Azərbaycan  dillərində);  divara 



vurulacaq  vahid  seçici  siyahısı,    “Səsverməni  əks  etdirən  prosedurlar  ”  masaüstu  və  seçicinin  yaddaş 

kitabçası (gürcü-erməni və gürcü-Azərbaycan dillərində); 

 

Erməni və Azərbaycan dillərinə müxtəlif informasiya materialları tərcümə edildi və paylanıldı; 



 

İlk dəfə aşağıdakı qərarlar erməni və Azərbaycan dillərinə tərcümə edildi: “Bələdiyyənin nümayəndəli 



orqanı  –Sakrebulo  seçkiləri  üçün  seçicilərin  təşəbbüs  qrupu  tərəfindən  majoritar  namizədin  irəli 

sürülməsi və qeydiyyat prosedurunu əks etdirən təlimat” və “Bələdiyyə orqanlarına seçkilərdə təşəbbüs 

qrupları  tərəfindən  irəli  sürülmüş  mer/Sakrebulo  üzvlərinin  majoritar  namizədlərinə  sıra  nömrəsinin 

verilməsi, bəzi seçki prosedurlarını müəyyənləşdirmək haqqında ”

 10





 

Ermənidilli və azərbaycandilli Məntəqə Seçki Komissiyası üzvləri üçün aşağıdakı sənədlər tərcümə edildi və 

çap olundu:  Məntəqə seçki komissiyası üzvlərinin rəhbər təlimatı; Məntəqə seçki  komissiyası sədrinin yaddaş 

təlimatı;  Seçici  axınını  nizamlayan  komissiya  üzvünün  funksiyaları;  Məntəqə  seçki  komissiyası  katibinin 

səsvermə günü səlahiyyətləri; Seçicilərin qeydiyyatını aparan komissiya üzvünün funksiyaları; Seçki qutusu və 

xüsusi  zərflərə  nəzarət  edən  komissiya  üzvünün  funksiyaları;  Daşınan  qutu  bələdçisi  komissiya  üzvünün 

funksiyaları. 

 



Məntəqə  seçki  komissiyası  üzvləri  üçün  maarifləndirici  film    –“Səsvermə  günü  prosedurları”  üçün 

erməni və azərbaycandilli subtitrlar hazırlandı. 

 

Seçkilərin  əhəmiyyəti  barəsində  informasiya  kampanyasının  təşfiqi  və  seçki  mədəniyyətinin 

gücləndirilməsi məqsədilə vətəndaş təşkilatları və etnik azlıq icmalarına kiçik qrantların verilməsi 

2017-ci  il  yerli  özünüidarə  orqanlarına  seçkilər  üçün  MSK  qrant  müsabiqələrinin  maliyyələşdirilməsi  üzrə 

prioritet istiqamətləri müəyyənləşdirdi. Prioritet istiqamətlərdən birini həssas qrupların, o cümlədən etnik azlıq 

nümayəndələrinin  2017-ci  il  yerliözünüidarə  orqanlarına  seçkilər  prosesində  iştirakının  dəstəklənməsi  təşkil 

edirdi. Qrant komissiyasının qərarı  əsasında, Tədris Mərkəzi 8 yerli qeyri-hökumət təşkilatının layihələrini 

11

 



maliyyələşdirdi.Layihələr etnik azlıqların kompakt məskunlaşdığı regionları tamamilə əhatə edirdi. Layihələrin 

ümumi büdcəsi 181 568 lari təşkil edirdi.  



 

Etnik azlıq nümayəndəsi seçki administrasiyası üzvlərinin seçki prosedurları ilə bağlı hazırlanması 

2017-ci  il  yerli  özünüidarə  orqanlarına  seçkilər  üçün  Gürcüstan  miqyasında  məntəqə  seçki  komissiyasının 

47 259 üzvünə, o cümlədən etnik azlıq nümayəndəsi 2 782 üzvə 

12

 treninqlər keçirildi.  



Məntəqə seçki komissiyasının ermənidilli və azərbaycandilli üzvləri intensiv təlim kursu keçdilər. Treninqlərin I 

mərhələsində  məntəqə  seçki  komissiyası  üzvlərinə  məntəqə  seçki  komissiyası  rəhbər  şəxslərinin  seçilmə 

qaydasına  dair  təlimat  verildi.    Treninqin  II  mərhələsi  isə  məntəqə  seçki  komissiyalarının  tam  tərkibinin 

öyrənilməsinə ayrıldı ki, bu çərçivədə səsvermə gününə qədər və səsvermə günü məntəqə seçki komissiyasının 

kompetensiyasında olan məsələlər müzakirə edildi. Treninqin III mərhələsi məntəqə seçki komissiyasıyalarının 

                                                      

10

 

MSK-nın 2017-ci il 21 avqust №30/2017 və №31/2017 qərarları.



 

11

 



Maliyyələşdirilmiş layihələr haqqında əlavə məlumata Əlavə 1-də bax.

 

12



 

Buradan, 1374 azərbaycanlı, 1368 erməni, 19 rus, 12 avar, 8 osetin, 1 ukraynalı. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə