Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

18 


 

 

 



mərkəzlər  vasitəsilə  torpağın  qeydə  alınması  üzrə  dövlət  islahatı  haqqında  və  Avropa  İttifaqına  vizasız  gediş-

gəliş  barəsində  informasiya  materialları  paylanıldı.  Etnik  azlıqların  Ana  dillərində  informasiya  materialları 

hazırlandı və ictimai mərkəzlər vasitəsilə yayıldı.  

Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi hesabat dövründə Kənd Təsərrüfatı Kooperativlərinin İnkişafı Agentliyi 

tərəfindən  Samsxe-Cavaxetidə,  Kvemo  Kartli  və  Kaxeti  regionlarının  etnik  azlıq  nümayəndələrinin  sıx 

məskunlaşdığı  bələdiyyələrdə,  arıçılıq  və  süd  məhsulları  istehsal  edən  kənd  təsərrüfatı  kooperativlərinin 

dəstəklənməsi  üzrə  dövlət proqramı,  eləcə  də  yüksək  dağlıq  regionlarda  dövlət  mülkiyyətində  olan  otlaqlardan 

rasional şəkildə istifadəyə dair dövlət proqramı çərçivəsində 2017-ci ildə 8 məlumat xarakterli görüş keçirildi, 

görüşdə yerli fermerlər, o cümlədən etnik azlıq nümayəndələri də iştirak etdi.  



 

İnsan  haqları  və  onların  müdafiə  mexanizminə  dair  etnik  azlıq  nümayəndələrinin  maariflənməsinin 

yüksəldiməsi  

ÜHHŞ  Cəzaçəkmə  və  Probasiya  Tədris    Mərkəzində  nazirliyin  xüsusi  penitensiar  xidməti  qulluqçularının 

icbari  peşəkar  hazırlığı,  sertifikatlaşdırılması  və  periodik  yenidənhazırlanma  prosesi  davam  edir.  Tədris 

Mərkəzində cari, işə yeni götürülmüş işçilərin hazırlanması və cari işçilərin peşəkar yenidənhazırlanması, tədris 

kursları,  başqa  nəzəri  və  praktiki  məsələlərlə  birgə  məhbus  və  məhkumların  xüsusi  kateqoriyaları  və  onlarla 

işləmək  sahəsində  özünəməxsusluqlarının  öyrənilməsi,  o  cümlədən  etnik  azlıqlarla  bağlı  həm  yerli,  həm  də 

beynəlxalq  yanaşmaları,  anti-diskriminasiya  qanunvericiliyi  ilə  tanışlığı  nəzər  alır.  2017-ci  ildə  qeyd  edilmiş 

kurslar çərçivəsində 260 işçi hazırlıq və yenidənhazırlanma keçdi. 

 

II.  Bərabər sosial və iqtisadi şərait və imkanların yaradılması 

Sosial mobillik 

Gürcüstan  Əmək,  Səhiyyə  və  Sosial  Müdafiə  Nazirliyi  tərəfindən  2017-ci  il  ərzində  “Sağlamlığın 

dəstəklənməsi”  dövlət  proqramı  çərçivəsində  erməni  və  Azərbaycan  dillərində  aşağıdakı  məzmunlu 

maarifləndirici materiallar hazırlandı: 

 



 “Tütünə  nəzarətin  gücləndirilməsinə  dəstək  komponenti”  (90%  gürcü  dilində,  5  %  erməni  və  5% 

Azərbaycan dilində); 

 

Tütünə nəzarət üzrə yeni nizamnamələr haqqında (9000 gürcü dilində, 500 erməni və 500 Azərbaycan 



dilində);  

 



„“Hepatit C-nin prevensiyası və əhalinin maarifləndirilməsinə dəstək” komponenti (90% gürcü dilində, 5 

% erməni və 5% Azərbaycan dilində); 

 

Pul  şəklində  ünvanlı  sosial  yardım  haqqında informasiya  bukletləri çap edildi  (100  dənəsi  rus  dilində, 



2000 dənəsi Azərbaycan dilində və 2000 dənəsi erməni dilində). 

 

Bununla  yanaşı  Hepatit  “C”  məsələsi  ilə  bağlı  üç  sosial  video  materiala  erməni  və  Azərbaycan  dillərində 



subtitrlar əlavə olundu. 

 


Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

19 


 

 

 



Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirliyin fəaliyyəti 

Gənclərdə sahibkarlıq kompetensiyalarının inkişaf etdirilməsi proqramı 

 “Gənclərdə sahibkarlıq kompetensiyalarının inkişaf etdirilməsi proqramı” çərçivəsində 2017-ci ildə Gürcüstan 



İdman  və  Gənclərlə  İş  üzrə  Nazirliklə  Amerika  Birləşmiş  Ştatları  Beynəlxalq  İnkişaf  Agentliyinin  USAID 

“Zrda”  layihəsi  arasında  memorandum  imzalandı.    Regionda  yaşayan  gənclərin  inkişafına,  onların  işlə  təmin 

olunma,  özünüməşğulluq  imkanlarının  yaradılmasına  kömək  edən  tədbirlərin  dəstəklənməsi  üçün  nazirlik 

tərəfindən yeni layihə “Regional sahibkarlıq məktəbi ” işlənib hazırlandı. Məktəb mövcud imkanlardan istifadə 

etmək, fərdi inkişaf , startapı başlatmaq və özünüməşğulluğun dəstəklənməsi üçün Gürcüstanın 4 bələdiyyəsində 

–Pankisi  dərəsində,  Qoridə,  Axalsixe  və  Zuqdididə  yaşayan  17-29  yaş  qrupuna  daxil  gənclərin  təsərrüfat  və 

innovasiya kompetensiyalarının, müvafiq bacarıq və qabiliyyətlərin inkişaf etdirilməsi məqsədini daşıyırdı. 

Layihədə  dörd  bələdiyyədən  160  gənc  iştirak  etdi. Təlimçi  və  mentorların  köməkliyi  ilə  hər  dörd  bələdiyyədə 

cəmi 35 sahibkarlıq ideası işlənib hazırlandı. Layihənin sonunda “Demo gün” keçirildi və işlənib hazırlanmış 35 

ideadan 13 ən yaxşı idea müəllifləri öz məhsullarını təqdim etdilər. Onların öz məhsullarını daha geniş publikaya 

təqdim etmək, potensial partnyor və maliyyəçilərlə görüşmək imkanları vardır. 

“Könüllülüyün inkişaf etdirilməsi proqramı –Gürcüstan könüllüsü” 

 Könüllülük  institutunun  gücləndirilməsi,  Gürcüstan  miqyasında  könüllülərin  vahid  şəbəkəsinin  inkişaf 

etdirilməsi,    könüllülük  yolu  ilə  gənclər  arasında  vətəndaş  şüurunun  yüksəldilməsi,  könüllülüklə  maraqlanan 

gənclərin  sayının  artırılması,  vətəndaş  sektoru  ilə  əməkdaşlıq,  ölkədə  cəmiyyətin  ümumi  rifahı,  öz  istəkləri  ilə 

təmənnasız  əmək  ideasının  populyarlaşdırılması,  könüllülər  tərəfindən  görülmüş  işlərin  təşfiqi  proqramın 

məqsədlərini təşkil edir. 

Proqram çərçivəsində Gürcüstanın 64 bələdiyyəsi və Tbilisi şəhəri üzrə müsabiqə əsasında 17-25 yaş aralığında, 

148  motivasiyalı  könüllü,  onlar  sırasında  etnik  azlıq  nümayəndələri  (hər  bələdiyyədən  2  könüllü)  seçildi. 

Seçilmiş  gənclər  hazırlıq  treninq-seminarı  başa  vurduqdan  sonra  bir  il  müddətinə  “Gürcüstan  könüllüsü” 

statusunu qazandılar. Könüllülər aşağıdakı təşəbbüsləri yerinə yetirirdilər: könüllülər klubunun yaradılması, ətraf 

mühitin  qorunması  tədbirləri,    xeyriyyəçilik  fəaliyyəti  –müxtəlif  ehtiyacları  olan  insanlara  yardım  göstərmək, 

film  nümayişi,  xarici  dil  kurslarının  təşkili,  sağlam  həyat  tərzinin  populyarlaşdırılması  (idman  yarışları, 

marafonlar),  sağlamlıq  imkanları  məhdud  olan  uşaqların  inteqrasiyası,  diqqətəlayiq  günlərin  qeyd  edilməsi, 

yaradıcılıq axşamlarının təşkili, məşhur insanlarla görüş və s. 

 

 “Bərabərlik  naminə  dəyişikliklər”  layihəsi  -2013-cü  ildən  bəri  həyata  keçirilir  və  maariflənmənin 



yüksəldilməsi məqsədilə muhazirə-seminarların keçirilməsini nəzərdə tutur. Layihə sağlamlıq imkanları 

məhdud şəxslərin təcrid olunmasının qarşısını almaq, cəmiyyətdə sağlamlıq imkanları məhdud şəxslərə 

qarşı  neqativ  stereotipləri  qırmaq,    onların  müstəqil  həyatda  real  imkanlarını  aşkarlamaq  və  inkluziv 

cəmiyyət  formalaşdırmaq  kimi  məqsədləri  özündə  ehtiva  edir.  Cari  il  üçün  yüksək  dağlıq  rayonlar, 

ayırıcı xətt üzrə yerləşən kəndlər və etnik azlıqların məskunlaşdığı regionlar prioritet təşkil edirdi. 2017-

ci  ildə  Rustavi,  Ozurgeti, Laqodexi  (Qabal  kəndi), Marneuli,  Zalqa,  Axalkalaki,  Ninodzminda,  Mestia 

və Batumidə tədbir və görüşlər həyata keçirildi.   

 

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə