Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

16 


 

 

 



rəhbər  şəxslərinin (sədr,  müavin,  katib)  öyrənilməsini  əhatə etdi. Treninqlərin  IV  mərhələsində  məntəqə  seçki 

komissiyası üzvlərinə səsvermə gününün epizodik səhnələşdirilməsi formatında simulyasiya təlimi keçirildi. 

Siyasi  partiyalarla  birgə  fəaliyyətə  xüsusi  diqqət  ayrıldı.    Barışıq  və  Vətəndaş  Bərabərliyi  Məsələləri  üzrə 

Gürcüstan  Dövlət  Naziri  Aparatı  “Niderland  Çoxpartiyalı  Demokratiya  İnstitutu”  –NIMD  (Netherlands 

Institusional  for  Multiparty  Democracy)  qeyri-hökumət  təşkilatı  ilə  aktiv  surətdə  əməkdaşlıq  edirdi.  ATƏT-in 

Etnik  Azlıqların  Məsələləri  üzrə  Ali  Komissar  Ofisinin  dəstəyi,  NIMD  ilə  əməkdaşlıq  çərçivəsində  siyasi 

partiyalarla görüşlər və seminarlar keçirildi.  

 

Media və informasiyanın əlçatanlığı 

Etnik azlıq nümayəndələrinin media və informasiya üzərində əlçatanlığının yaxşılaşdırılması 

 

Hesabat dövründə İctimai Yayım 2017-ci il Fəaliyyət Planı ilə müəyyənləşdirilmiş  tədbirləri həyata keçirdi. 



 

Televiziya yayımı 

Hesabat  dövründə  İctimai  Yayımın  əsas  xəbər  buraxılışı  “Moambe”nin  saat18:00  və  20:00  buraxılışları  gürcü, 

erməni  və  Azərbaycan  dilləri  üzrə  səsli  treklərin  müşayiəti  ilə  yayımlanmağı  davam  etdirildi.  Qeyd  edilmiş 

“Etnik  azlıqlar  üçün  anlaşılan  dildə  informasiyanın  əlçatanlığının təkmilləşdirilməsi”  layihəsi  Regional  Yayım 

Assosiasiyası  və  İctimai  Yayımın  birgə  təşəbbüsüdür  və  ABŞ  səfirliyinin  dəstəyi  ilə  həyata  keçirilir.  Cari  ilin 

iyul  ayına  qədər  üç  dildə(abxazdilli  –saat  23:00-da  ,  osetindilli  –saat  23:30-da,  rusdilli  –saat    00:00-da 

(xronometrajı-26 dəq.)) günlük buraxılışlar efirdə olurdu.                                     

Gürcüstan  Cəzaçəkmə  və  Probasiya  Nazirliyi  penitensiar  müəssisələrdə  texniki  cəhətdən  mümkün  limit 

çərçivəsində,  bütün  millətlərdən  olan  məhbus  və  məhkumlar  üçün  maraqlı  televiziya  kanallarının  əlçatanlığını 

,bundan başqa peyk yayımında pulsuz televiziya kanallarına qoşulmanı da təmin edir.  

Penitensiar müəssisələrdə televiziya kanallarının yayımı 20 əcnəbi dildə həyata keçirilir: rus (12 kanal), ingilis 

(2 kanal, )türk (2 kanal), Azərbaycan dilində (2 kanal), erməni (1 kanal) və ərəb (1 kanal).  

Regional Yayım Assosiasiyası ilə əməkdaşlıq əsasında Dövlət Naziri Aparatı yerli özünüidarə, qeyri-hökumət 

təşkilatları, media nümayəndələrinə və gənclərə yerli kanalların ATV12 və Parvanaın rəqəmsal yayımı barədə 

məlumat  verdi.  Sosial  cəhətdən  müdafiə  olunmayan  ailələrin  bir  qisminə  təmənnasız  olaraq  rəqəmsal  yayımı 

dəstəkləyən xüsusi qurğular (set top bokslar) verildi. 

 

Radio yayım 

2017-ci  il  ərzində efirdə  həftəlik  radio  veriliş “Bizim  Gürcüstan”  (xronometrajı  -40  dəq.)  yayımlanırdı.  Veriliş 

rəngarəng tematikaya malik idi və vətəndaş inteqrasiyası nöqteyi-nəzərdən mövcud çətinliklər, Gürcüstanın etnik 

və  dini  rəngarəngliyi,  müxtəlif  etnosların  mədəniyyətləri,  mövcud  çağırışlar,  ənənələr  və  özünəməxsusluqlar 

kimi məsələləri əhatə edirdi.  




Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

17 


 

 

 



Erməni  və  gürcü  dillərində  sinxron  tərcümə  edilmiş  “Moambe”  buraxılışları  radio  studiyada  lentə  alınır  və 

birinci  kanalın  efirində  səsləndirilirdi;  eləcə  də  2-ci  radio  efirində  kürddilli  (xronometrajı  -25  dəq.)  həftəlik 

informasiya-maarif-əyləncəli veriliş yayımlanır.  

 

Yayım  proqramlarının  və    elektron  və  çap  mediasının  etnik  azlıqların  dillərində  əlçatanlığının  təmin 

edilməsi 

 

2017-ci ilin sentyabrından İctimai Yayımın çətiri altında yeddidilli (gürcü, abxaz, osetin, erməni, Azərbaycan, 



ingilis və rus) veb portalı- www.1tv.ge fəaliyyətə başladı və istifadəçilərə müvafiq dillərdə onlar üçün maraqlı 

məlumatlarla  tanış  olmaq,  reportaj  və  süjet  izləmək  imkanları  verildi.  Veb-platforma  əsasında  internet-radio-

televiziyanın yaradılması da planlaşdırılıb.  

 

Çap mediası 

İl ərzində dövlətin dəstəyi ilə ermənidilli həftəlik qəzet “Vrastan” (102 nömrə;  3500 ədəd tirajla) və 

azərbaycandilli  həftəlik  qəzet  “Gürcüstan”  (93  nömrə,  2000    ədəd  tirajla)  buraxıldı.  Qəzetlər  həm 

Tbilisidə,  həm  də  etnik  azlıqların  kompakt  məskunlaşdığı  regionlarda,  Cəzaçəkmə  və  Probasiya 

Nazirliyinin müəssisələrində paylanıldı.  

 

Etnik azlıqların hüquqları barəsində cəmiyyətin məlumatlandırılmasının təmin edilməsi 

Etnik azlıqların kompakt məskunlaşdığı regionlar (Kvemo Kartli, Samsxe-Cavaxeti, Kaxeti) Barışıq və Vətəndaş 

Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı nümayəndələri məlumat xarakterli görüşlər keçirdilər. Kvemo 

Kartli,  Kaxeti  və  Samsxe-Cavaxeti  regionlarının  yerli  özünüidarə,  qht  və  media  nümayəndələrinin,  eləcə  də 

tələbələrin  qatıldığı  görüşlərdə  vətəndaş  inteqrasiyası  istiqamətində  2016-cı  ildə  həyata  keçirlmiş  və  2017-ci  il 

üçün planlaşdırılmış tədbirlər müzakirə edildi. 

 

Trefikinqə qarşı mübarizə məsələləri ilə bağlı maariflənmənin yüksəldilməsi 

Insan  alverinə  (trefikinqə)  qarşı  mübarizə  Gürcüstan  hökumətinin  prioritet  məsələlərindən  biridir.  Trefikinqlə 

mübarizə  istiqamətində  dövlət  siyasətinin  mühüm  komponentlərindən  birini  preventiv  tədbirlərin  görülməsi 

təşkil edir. Bu nöqteyi-nəzərdən həssas qruplara, o cümlədən etnik azlıq nümayəndələrinə xüsusi diqqət yetirilir. 

Qeyd edilməlidir ki, 2017-ci ildə Baraleti və Poka kəndlərində Gürcüstan Ədliyyə Nazirliyinin ÜHHŞ Ədliyyə 

Tədris  Mərkəzi  və  ÜHHŞ  Cinayətin  Prevensiyası  Mərkəzinin  trenerləri  etnik  azlıq  nümayəndələri  ilə  trefikinq 

mövzusu üzrə 2 məlumat xarakterli görüş keçirdilər (20 iştirakçı).  

İctimai xidmətlər və cari dövlət proqramları haqqında informasiya materiallarının yayılması 

Etnik  azlıq  nümayəndələri  üçün  ictimai  xidmətlərin  əlçatanlığının  yüksəldilməsi  məqsədilə  2017-ci  il  ərzində 



Gürcüstan Ədliyyə Nazirliyi etnik azlıq nümayəndələrinin məskunlaşdığı regionlarda ictimai xidmətlər və cari 

dövlət  proqramları  haqqında  informasiya  materiallarının  yayılmasını  təmin  edirdi.  2017-ci  il  ərzində  ictimai 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə