Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   ...   8   9   10   11   12   13   14   15   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

31 


 

 

 



tərəfindən  elan  edilmiş  “Gürcü  dili  mənim  uğuruma  aparan  yol”  esse  müsabiqəsinin  qalibləri  də 

mükafatlandırıldı. 

 

Beynəlxalq  tolerantlıq  gününə  həsr  edilmiş  həftəlik  çərçivəsində  bir  sıra  tədbirlər  həyata  keçirildi. 



Gürcüstan BMT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində rəsmi qəbul keçirildi ki, burada “Gürcüstanda 

etnik rəngarənglik” adlı media müsabiqəsinin qalibləri mükafatlandırıldılar.   

 

Gürcüstan  Parlamenti  Milli  Kitabxanası  ilə  əməkdaşlıq  əsasında  çeçen  və  inquş  xalqlarının 



deportasiyasının  73-cü  ildönümünə  həsr  olunmuş  xatirə  axşamı  keçirldi.  Axşamda  müxtəlif  elmi 

dairələrin  nümayəndələri,  ictimai  xadimlər,  Gürcüstanın  ali  təhsil  müəssisələrinin  tələbələri  və  Pankisi 

dərəsindən gəlmiş qonaqlar iştirak etdilər.  

 



Dövlət  Naziri  Aparatı  və  Gürcüstan  Parlamentinin  təşkilatçılığı  ilə  Şota  Rustaveli  adına  Parlament 

zalında  osetin-gürcü  münasibətlərinə  həsr  edilmiş  gecə  keçirildi.  Tədbir  osetin  mədəniyyətinin  önə 

çıxarılması  və  populyarlaşdırıması  məqsədini  daşıyırdı.  Tədbirdə  Cənubi  Osetiya  administrasiyası 

yanında  mövcud  rəqs  ansamblı  “Nartebi”,  vokal  ansambl  “Liaxvi”  və  Sxinvali  teatrı  tərəfindən  ifa 

edilmiş musiqi və xoreoqrafiya nömrələri təqdim olundu.  

 



İl ərzində Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı dövri olaraq 

Gürcüstanda yaşayan etnik və dini azlıqların, həm əhalinin, həm də diplomatik korpusun milli və dini 

bayramlarını təbrik edir.  

 

Dövlət qəyyumluğu-qubernator administrasiyaları tərəfindən görülmüş işlər 

 

Samsxe-Cavaxeti  diyar  administrasiyası  etnik  azlıqların  mədəniyyətlərinin  və  identikliyinin  qorunub 

saxlanılmasına  yardım  edən  tədbirlərin  təşkil  edilməsində  aktiv  surətdə  iştirak  edir.  Etnik  azlıqların  kompakt 

məskunlaşmış  administrasiya  vahidlərində  klublar,  mahnı  və  rəqs  ansamblları  fəaliyyət  göstərir.  Axalkalaki  və 

Ninodzmindada musiqi məktəbləri, Axalkalakidə və Axalsixedə isə rəssamlıq məktəbləri mövcuddur, hansılar ki, 

sistematik  şəkildə  yerli  və  beynəlxalq  sərgilərdə  iştirak  edirlər.  Bununla  yanaşı,  mədəni  ənənələrin  qorunması 

məqsədilə  yerli  büdcə  vasitəsilə  müxtəlif  obyektlərin  maddi  təminatı  və  tədbirlərin  maliyyələşdirilməsi  həyata 

keçirilir. Samsxe-Cavaxetinin 6 bələdiyyədsində ümumi 183 mədəniyyət ocağı, eləcə də 11 rəssamlıq və musiqi 

məktəbi fəaliyyət göstərir.       



 

Kaxeti regionu diyar administrasiyası tərəfindən görülmüş işlər 

 

Hesabat  dövrü  ərzində  Kaxeti  regionunda  etnik  azlıq  nümayəndələrinin  iştirakı  ilə  müxtəlif  mədəni  və  idman 

tədbirləri  planlaşdırılb  həyata  keçirildi.  Xüsusilə:  “Novruz  bayramı”,  “Çörək  və  şərab  festivalı”,  Kosta 

Xetaqurovun 158-ci il yubileyinə həsr edilmiş bayram tədbiri “Kostaoba”, Gürcüstanın müstəqillik gününə həsr 

olunmuş konsert, beynəlxalq müəllimlər günü ilə bağlı tədbir və s. qeyd olunmalıdır.  

Regionda yaşayan etnik azlıq nümayəndələri idman tədbirlərində aktiv iştirak etmişlər. Pankisi dərəsində gənc 

nəslin  sağlam  həyat  tərzinə  yiyələnməsi  məsələsinə  xüsusi  diqqət  ayrıldı.  Uğur  qazanmış  idmançılar  idman 

məktəblərinin qrafiki ilə müəyyənləşdirilmiş yerli, regional və beynəlxalq turnirlərdə, aşağıda sadalanan idman 




Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

32 


 

 

 



növlərində  iştirak  etdilər:  cüdo,  yunan-roma  güləşi,  atletika,  raqbi,  kik-boksinq,  futbol.  Bölgədə  350-yə  yaxın 

uşaq bu idman növləri ilə məşğuldurlar. O cümlədən: 

 

QKHŞ  (Qeyri-Kommersiya  Hüquqi  Şəxs)  “Baxtrioni”  futbol  məktəbinin  bazasında  Pankisi  dərəsində 



dörd  futbol  qrupu  faəliyyət  göstərir  (Duisi,  Coğolo,  Birkiani,  Hamamlı  kəndlərində)  ki,  burada  80-ə 

yaxın uşaq dörd məşqçi-müəllimin himayəsindədir.  

 

QKHŞ  Zvidauri  adına  cüdo  məktəbi:  Psnkisi  dərəsində  üç  cüdo  zalı  (Duisi,  Sakobiano,  Dumasturi 



kəndləri)  açılmışdır  ki,  burada  altı  qrup  üzrə  120-ədək  uşaq  məşq  edir.  2017-ci  ildə  yeni  başlayan 

idmançılar turnirlərdə iştirak etmişlər.  

 

QKHŞ Kompleks İdman Məktəbinin bazasında 2017-ci ildə Pankisi dərəsində dörd idman qrupu (kik-



boksinq,  yunan-roma  güləşi  və  atletika)  fəaliyyət  göstərir  və  qruplar  üzrə  150-ədək  uşağa  səkkiz 

məşqçi-müəllim xidmət edir. 

Laqodexi şəhərində Gənclərlə İş və İdmanın İnkişafı Mərkəzi və mərkəz əməkdaşlarının təşəbbüsü ilə gündəlik 

yardım mərkəzi yaradıldı. Layihə “Leli” icma mərkəzində, Gənclərlə İş və İdmanın inkişafı Mərkəzinin maliyyə 

dəstəyi həyata keçirildi. Layihə çərçivəsində etnik azlıq nümayəndələrinə və sosial cəhətdən həssas məktəblilərə 

dərslərin hazırlanmasında və qabiliyyət-bacarıqların yüksəldilməsində kömək göstərilir.   



Kvemo Kartli diyar administrasiyası tərəfindən görülmüş işlər 

Kvemo  Kartli  regionunda  etnik  azlıq  nümayəndələri  həyata  keçirilən  mədəni  və  idman  aktivliklərində  fəal 

surətdə  iştirak  edirlər.  Region  miqyasında  aşağıdakı  tədbirlər  həyata  keçirildi:  Xab  nisani,  Novruz  bayramı, 

qarisoba, tolerantlıq günü, Vahid Qafqaz festivalı, sülh mövzusunda rəsm sərgisi, Ağayanın anım gününə həsr 

olunmuş tədbir, Asureti kəndinə alman  şvabların köçülməsinin 200 

 illik yubileyinə həsr olunmuş tədbir. 

Bununla  yanaşı,  etnik  azlıq  nümayəndələri  beynəlxalq  qadınlar  günü,  Ana  dili  günü,  Yer  kürəsi  günü, 

müstəqillik günü, Uşaqların beynəlxalq müdafiəsi günü və s. tədbirlərdə eyni dərəcədə iştirak edirlər. 

Bələdiyyələr  öz  kompetensiyaları  çərçivəsində  etnik  azlıqların  mədəni  məbəd  statusunu  daşıyan  obyektlərinin, 

tikililərin,tarixi mədəni məbədlərin, ziyarətgahların qorunmasını, istismarı və himayədarlığını təmin edirlər.  

Kvemo Kartli regionunda yaşayan etnik azlıq nümayəndələri cari idman fəaliyyətləri və tədbirlərinə, xüsusilə, 

futbol,  güləş,  basketbol,  cüdo,  volleybol,  kikboksinq  üzrə  yerli  və  ya  regional  turnirlərdə  eyni  dərəcədə  iştirak 

etmişlər.  Məktəblərarası  idman  olimpiadalarında,  “Əngəlsiz  idman”silsiləsindən  olan  idman  festivallarında, 

Gürcüstan, Avropa və beynəlxalq turnirlərdə iştirak edən 66 idmançıdan 13-ü etnik azlıq nümayəndəsidir.   



Gürcüstan  Cəzaçəkmə  və  Probasiya  Naziriliyinin  Penitensiar  müəssisələrində  müxtəlif  mədəni-maarif  və 

idman fəaliyyətləri aktiv surətdə davam etdirilirdi. Hesabat dövrü ərzində penitensiar müəssisələrdə 337 mədəni 

və 35 idman tədbiri keçirildi. Etnik azlıq nümayəndəsi məhkumlar da tədbirlərdə fəallıq nümayiş etdirdi.   

Qeyd  edilməlidir  ki,  hər  bir  penitensiar  müəssisədə  bir  otaq  mövcuddur.  Burada  müxtəlif  dini  konfessiya 

nümayəndələri özlərinin din xadimləri ilə görüşür, dini ayinləri icra edirlər. Həmçinin, 5 saylı qadın penitensiar 

müəssisəsində də müsəlman məhbus və məhkumlar üçün dini ayinləri icra etmək üçün xüsusi otaq ayrılmışdır. 

 

Gürcüstan Parlamenti Milli Kitabxanasının göstərdiyi fəaliyyət 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə