Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   2   3   4   5   6   7   8   9   ...   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

10 


 

 

 



Gürcüstan  Parlamenti  Gender  Bərabərliyi  Şurasının  təşkilatçılığı  ilə  Axalsixedə  “Gürcüstanda  bərabər 

imkanlanların  gücləndirilməsi”  mövzusunda  konfrans  keçirildi.  Konfransda  müxtəlif  region  nümayəndələri 

iştirak  etdi.  Qeyd  olunmalıdır  ki,  bələdiyyələr  2018-ci  il  büdcəsi  üzrə  “Qadın  otaqlarının”  tədbirlərinin 

maliyyələşdirilməsi komponentini də nəzərə aldılar. 

2017-ci  ildə  yerli  özünüidarə  orqanları  və  kənd  sakinlərinin  vətəndaş  iştirakçılığını  gücləndirmək  məqsədilə 

Dövlət  qəyyumu-qubernatoru  administrasiyası  və  QHT  “Heks/Epers”  ilə  “Mersi  Korps”  arasında,  Kaxeti 



regionu  bələdiyyələrində  “Qadın  otağı”  bələdiyyə  xidmətinin  əsasasının  qoyulması  barəsində  memorandum 

imzalandı.  



Kaxeti  diyar  administrasiyasının  təşəbbüsü  ilə    Qabal  İctimai  Mərkəzində  aşağıdakı  mövzularda  treninqlər 

keçirildi:  gender,  rəngarənglik  –stereotiplər,  etnosentrizm  və  identiklik.  Görüşlər  Qabal  Gənclər  Mərkəzinin 

proqramı çərçivəsində təşkil edildi. Treninqdə gürcü və azərbaycanlı gənclər (40 iştirakçı) iştirak edirdi. 

 

Etnik azlıq nümayəndələri üçün dövlət idarəçiliyi, hüquq-mühafizə orqanları və mexanizmlərinin 



əlçatanlığının yüksəldilməsi 

 

 

Etnik azlıq nümayəndəsi gənclərin iştirakının yüksəldilməsi 

Gürcüstanda yaşayan etnik azlıq nümayəndəsi gənclərin işlə təmin edilməsi perspektivlərinin yaxşılaşdırılması 

və  yekun  olaraq,  onların  qoşulması  və  inteqrasiya  prosesinin  dəstəklənməsi  məqsədilə  Dövlət  Naziri  Aparatı, 

Gürcüstan  BMT  Assosiasiyası  ilə  əməkdaşlıq  əsasında  “Gürcü  dili  hazırlığı  üzrə  təhsil  (1+4)  proqramı” 

istifadəçiləri  üçün    iş  təcrübəsinə  dair  pilot  proqramı  həyata  keçirdi.  Proqram  çərçivəsində,  etnik  azlıq 

nümayəndələri  gənclər  müsabiqə  əsasında  staj  keçmə  prosesinə  qatıldılar.  Xüsusi  yaradılmış  komissiya 

stajorların  müvafiq  qiymətləndirmə  kriterilər  əsasında  seçilməsini  təmin  etdi.  “Vətəndaş  Bərabərliyi  və 

İnteqrasiyası  üzrə  Dövlət  Strategiyası  və  2015-2020-ci  illər  Fəaliyyət  Planı”nın  effektiv  həyata  keçirilməsi 

məqsədilə  İdarələrarası  Komissiyanın  üzvü  idarələrin  xoş  məramı  əsasında  65  uğurlu  aplikant  20  idarədə,  o 

cümlədən dövlət strukturlarında, publik hüquq üzrə hüquqi şəxslər və yerli özünüidarə orqanlarında üçaylıq staj 

keçdilər. 

Dövlət Naziri Aparatının təşəbbüsü ilə 2017-ci ilin dekabr ayında “Dövlət müəssisələrində staj keçmə qaydası və 

şərtləri  ilə  bağlı  dövlət  proqramının  təsdiqlənməsi  haqqında”  Gürcüstan  hökumətinin  2014-cü  il  18  iyun  410 

saylı  qərarına    dəyişiklik  edildi.  Xüsusilə,  dövlət  müəssisələrində  gənc  etnik  azlıq  nümayəndələri  üçün  staj 

keçmə  prosedurları  müəyyənləşdirildi.  Edilmiş  dəyişikliklərə  əsasən,  “Gürcü  dili  hazırlığı  üzrə  xüsusi  təhsil 

proqramını”  keçmiş  etnik  azlıq  nümayəndəsi  tələbələrə  dövlət  strukturlarında  staj  keçmə  yolu  ilə  müvafiq 

təcrübə qazanmaq və peşəkar bacarıq və qabiliyyətlərə yiyələnmək imkanı veriləcək ki, bütün bunlar gənclərin 

iştirakına və vətəndaş inteqrasiyasına dəstək göstərəcək. 

5 etnik azlıq nümayəndəsinə (erməni, rus, azərbaycanlı, ukraynalı, assuriyalı) Tbilisi şəhər Sakrebulosunda 3 

aylıq staj keçmək imkanı verildi. 

2017-ci il ərzində Samsxe-Cavaxeti regionu dövlət qəyyumu-qubernatoru administasiyası və bələdiyyələrdə 

etnik  azlıq  nümayəndələrinin  müraciətlərinin  cavablandırılması  qanunla  təsbit  edilmiş  prosedurlara  riayət 



Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

11 


 

 

 



etməklə  baş  tuturdu.  Hesabat  dövründə  qubernator  administrasiyasına  yardım  və  məsləhət  məqsədilə  425 

vətəndaş  müraciət  etmiş  ki,  onlardan  138-i  etnik  azlıq  nümayəndəsi  olmuşdur.  Vətəndaşların  tələbləri  əsasən 

torpaq və yaşayış sahələrinin özəlləşdirilməsi, yaşayış evlərinin təmir işlərinə maliyyə yardımının göstərilməsi, 

qonşulararası münaqişələr və başqa məsələlərlə bağlı idi. 167 etnik azlıq nümayəndəsinə oduncaq materialının 

ayrılması ilə bağlıicazə verildi.  

Diyar  administrasiyası  və bələdiyyələrdə  “Bir pəncərə  prinsipi” qüvvədədir.  Zərurət  yarandığı  təqdirdə,  etnik 

azlıq nümayəndələri müvafiq xidmətlər üzrə əməkdaşlarla görüşürlər.Administrasiyada həmçinin işçi qrupu da 

fəaliyyət  göstərir,  hansı  ki,  Samsxe-Cavaxetidə  dövlət    mülkiyyətində  olan  daşınan  və  daşınmaz  əmlakın 

qeydiyyatı  ilə  bağlı  məsələləri  öyrənir  və  Gürcüstan  İqtisadiyyatı  və  Dayanıqlı  İnkişaf  Nazirliyinə  tövsiyələr 

təqdim edir. İşçi qrup tərəfindən müraciət etmiş 212 fiziki şəxsin (o cümlədən, 58 etnik azlıq nümayəndəsinin) 

ərizəsinə baxılmış, onlardan  45 müraciət müsbət cavab almışdır. 

O da qeyd edilməlidir ki, etnik azlıq nümayəndələri heç bir zaman dil baryerinə görə sıxıntı çəkməyiblər, əksinə 

zərurət yarandığı təqdirdə məlumat onların başa düşdükləri dildə çatdırılırdı. Yerli özünüidarə işinə qoşulmuş 

azlıq  nümayəndəsi  dövlət  qulluqçuları  isə  zərurət  yarandıqda,  onların  Ana  dillərində  və  ya  anladıqları  dildə 

müvafiq şifahi izahatlar verilirdi. 

2017-ci ildə Samsxe-Cavaxetinin Sosial İnkişaf Strategiyası üzrə 2018-2020-ci illər Fəaliyyət Planının işlənib 

hazırlanması  məqsədilə  aktiv  fəaliyyəti  davam  etdirilirdi.    Müvafiq  tematik  işçi  qruplarda  ermənidilli 

tərcüməçilər etnik azlıq nümayəndələrinin maksimum iştirakını təmin edirdi. 

 “  Vətəndaş  Bərabərliyi  və  İnteqrasiyası  üzrə  Dövlət  Strategiyası  və  qüvvədə  olan  müvafiq  plan”  çərçivəsində 

2016-cı  il  sentyabrın  6-da  qubernatorun  61  saylı  qərarı  əsasında  Kvemo  Kartli  regionunda  etnik  azlıqların 

problematikası  ilə  bağlı  müvafiq  şura  yaradıldı.  Hesabat  dövründə  qeyd  edilmiş  Şuranın  himayəsi  altında 

regionda  6  iclas  keçirildi.  İclasda  yerli  özünüidarə,  qeyri-hökumət  sektoru,  media,  mərkəzi  hakimiyyət,  etnik 

azlıq  nümayəndələri  iştirak  edirdi.  İclasda  içməli  və  suvarma  suları  ilə  təmin  olunma,  xarici  işıqlandırma, 

məktəbəqədər  müəssisələrin  ehtiyacları,  kənddə  yaşayan  qadınların  işlə  təmin  edilməsi  və  iqtisadiyyatın 

gücləndirilməsi,  dövlət  dili  tədrisinin  əlçatanlığı,  qadınların  qərarqəbuletmə  prosesində  siyasi  iştirakçılığı  və  s. 

məsələlər müzakirə edildi.  

Hesabat  dövrü  ərzində  Kaxeti  regionunda  Etnik  azlıqların  vətəndaş  iştirakçılığının  yaxşılaşdırılması  Şurasının 

iki  iclası  keçirildi.  Qeyd  edilmiş  Şuranın  başlıca  məqsədi  regionda  yaşayan  etnik  azlıqların  vətəndaş 

iştirakçılığının yaxşılaşdırılmasından, dövlət və yerli özünüidarə orqanlarının həyata keçirdiyi layihələrin, sosial-

iqtisadi inkişafla bağlı  məsələlərin müzakirəsi zamanı onların maraqlarının nəzərə alınmasından ibarətdir.  Yerli 

və  mərkəzi  hakimiyyət,  eləcə  də  etnik  azlıq  nümayəndələri  regionda  siyasi  inteqrasiyada  mövcud  çağırışları 

(infrastrukur  problemləri,  dövlət  dilinin  tədrisi,  sosial  yardım  və  s.)  müzakirə  etdilər  və  bu  istiqamətdə 

planlaşdırılmış konkret işlərlə bağlı mühakimə yürütdülər.  

Hesabat  dövrü  ərzində  Tbilisi  şəhər  bələdiyyə  Sakrebulosu  yanında  mövcud  Etnik  Azlıqlar  Şurası  da  öz 

fəaliyyətini  aktiv  surətdə  davam  etdirdi.  Belə  ki,  intensiv  rejimdə  təşkil  edilən  iclaslarda  mövcud  problematik 

məsələlərin həlli məqsədilə müzakirələr keçirilirdi. Şura Tbilisi Şəhər Meriyası, Sakrebulosu və Tbilis bələdiyyə 

qamqeobaları ilə də sıx əməkdaşlıq edirdi.  

Gürcüstan  İdman  və  Gənclərlə  İş  üzrə  Nazirliyi  gənclər  arasında  məşğulluğun  inkişafının  dəstəklənməsi 

proqramı  çərçivəsində  “Yerli  özünüidarələrdə  gənc  xidmətlərin  gücləndirilməsi  yolu  ilə  gənclərin  rifahının 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə