Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   2   3   4   5   6   7   8   9   ...   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 



 

 



 

Gürcüstan Cəzaçəkmə və Probasiya Nazirliyi



 



Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi

;

 



 

ÜHHŞ –D. Ağmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyası



;

 



 

Gürcüstan Parlamenti  Milli Kitabxanası

;  



 



Kvemo Kartli diyarında dövlət qəyyumunun- qubernatorun administrasiyası; 

 



Samsxe-Cavaxeti dövlət qəyyumunun- qubernatorun administrasiyası; 

 



Kaxeti diyarında dövlət qəyyumunun-qubernatorun  administrasiyası

 ; 


 

Tbilisi şəhər bələdiyyəsi Sakrebulosu



;

 



 

Batumi şəhər meriyası



 



Gürcüstan Mərkəzi Seçki Komissiyası; 

 



Gürcüstan İctimai Yayımı;

 

 



 

Gürcüstan Xalq Müdafiəçisi Aparatı



.

 

 



2017-ci ildə Dövlət İdarələrarası Komissiyasının tərkibi yeniləndi və aşağıdakı idarələr əlavə olundu: 

 



Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi; 

 



ÜHHŞ Milli Turizm Administrasiyası; 

 



ÜHHŞ NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzi;  

 



Gürcüstan Milli Statistika Mərkəzi; 

 



Gürcüstan  işğal  olunmuş  ərazilərdən  məcburi  köçkünlər,onların  məskunlaşdırılması  və  qaçqınlar  üzrə 

Nazirlik. 

 

Cari hesabat özündə Dövlət İdarələrarası Komissiya çərçivəsində 2017-ci il üzrə fəaliyyət planı əsasında 



görülmüş işləri əks etdirir. 

 

I. Mülki və siyasi həyatda bərabər və tamhüquqlu iştirak 

 

Etnik  azlıq  nümayəndələrinin  siyasi  həyatda  iştirakını  təmin  etmək  dövlət  siyasətinin  məqsədlərindən  birini 



təşkil  edir.  Bu  siyasət  öz  növbəsində,  onların  həm  mərkəzi,  həm  də  yerli  səviyyədə  iştirakçılığının 

yaxşılaşdırılmasını nəzərdə tutur.  

Qeyd  edilən  strateji  məqsəd  çərçivəsində  qarşıya  qoyulmuş  məsələləri  yerinə  yetirmək  üçün  müxtəlif  dövlət 

qurumları bir sıra layihələr və tədbirlər həyata keçirmişlər.Bu qəbildən Gürcüstan Ədliyyə Nazirliyinin, Daxili 

İşlər  Nazirliyinin,  Cəzaçəkmə  və  Probasiya  Nazirliyinin,  İdman  və  Gənclərlə  İş  üzrə  Nazirliyin,  Gürcüstan 

İctimai Yayımın, Gürcüstan Mərkəzi Seçki Komissiyasının, eləcə də etnik azlıqların məskunlaşdığı regionların 

dövlət qəyyumu-qubernatoru administrasiyaları tərəfindən görülmüş işlər mühüm əhəmiyyət kəsb etmişdir.  

 



Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 



 

 

Azsaylı və həssas azlıqların dəstəklənməsi 



 

Qaraçıların qeydiyyatı 

 

Azsaylı və həssas etnik azlıq nümayəndələrinin hüquqlarının qorunması və onların tamhüquqlu inteqrasiyasının 



dəstəklənməsi kimi məsələlər vətəndaş inteqrasiyası siyasətinin mühüm məqsədlərindən biri hesab edilir. Onların 

iştirak səviyyəsini yüksəltmək məqsədilə Hökumət İdarələrarası Komissiyası çərçivəsində azsaylı və həssas etnik 

qrupların problemlərini öyrənən işçi qrup yaradılmışdır. İşçi qrup bu istiqamətdə konkret tövsiyələr və tədbirlər 

işləyib hazırlayır. 

2017-ci  il  ərzində  Ədliyyə  Nazirliyi  qaraçıların  qeydiyyatı  prosesini  davam  etdirdi.  Həmçinin  doğumun 

qeydiyyatı,  vətəndaşlıq,  eləcə  də  şəxsiyyəti  təsdiq  edən  sənədin  verilməsi  ilə  bağlı  məsələləri  həll  etmək 

məqsədilə  müvafiq  prosedurlar  həyata  keçirildi.  Xüsusilə,  “Vətəndaşlığı  olmayan  şəxslərin  sayının  azaldılması 

və  Gürcüstanda  vətəndaşsızlıq  prosesinin  prevensiyası” 

2

  layihəsi  çərçivəsində  qaraçı  icmasının  3 



nümayəndəsinin  identifikasiya  göstəriciləri  qayadaya  salındı  və  şəxsiyyəti  təsdiqləyən  vəsiqələrin  verilməsi 

təmin edildi. 



2011-2016-cı illər üçün qaraçıların qeydiyyatı haqqında statistik göstəricilər 

 

İcraat kateqoriyası 

 

2011-2017 

Gürcüstan vətəndaşlığının qəbul edilməsi 

Gürcüstan vətəndaşlığı haqqında sənəd (ID kart) 



16 

Vətəndaşlığı olmayan şəxs statusu haqqında qərar 

17 

Doğum haqqımda şəhadətnamə/qeydiyyat 



39 

Ümumi cəm: 

73 

 

Kvemo Kartli dövlət qəyyumu-qubernatoru administrasiyasının təşkilatçılığı ilə regionda yaşayan assuriyalı 

qaraçı vətəndaşlar üçün pulsuz tibbi muayinələr keçirildi. 

 

Gürcüstan Təhsil və Elm Nazirliyinin fəaliyyəti: 

                                                      

2

Layihə qeyri-hökumət təşkilatı “İnnovasiya və İslahatlar Mərkəzi” tərəfindən BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarın (UNCHR) 



maliyyə  dəstəyi  və  Gürcüstan  Ədliyyə  Nazirliyi  yanında  ÜHHŞ  “Dövlət  Xidmətlərinin  İnkişafı  Agentliyi”  ilə  əməkdaşlıq  əsasında  icra 

edilirdi.

 



Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 



 

 

Hesabat dövründə Gürcüstanda yaşayan qaraçı icmasının “Sosial inklüziv dəstək üzrə altproqramda” iştirakının 



təmin  edilməsinə  xüsusi  diqqət  ayrıldı.  “Sosial  inklüziv  dəstək  üzrə  altproqram”  çərçivəsində  silsilə  tədbirlər 

həyata keçirildi. Tədbirlərin başlıca məqsədi inkluziv prinsiplərə söykənən fəaliyyətlər əsasında qaraçılar üçün 

əlverişli  mühitin  yaradılmasından,  dövlət  dili  biliyinin  yüksəldilməsindən,  təhsil  məkanında  qaraçıların 

iştirakının təmin  edilməsindən  ibarətdir  və    nəticə  etibarilə,  Gürcüstanda ümumtəhsil  müəssisələrində  200-dən 

artıq qaraçı yeniyetmə  təhsil alır. 

Altproqram  çərçivəsində  oxu  və  teatr  klublarının  yaradılması  planlaşdırıldı,  qaraçı  mədəniyyəti  və  identikliyi 

haqqında  tamaşalar  və  konfrans  üçün  təqdimatlar  hazırlandı.  Vətəndaşlıq  şüurunun  yüksəldilməsi  və 

sosiallaşmaq  məqsədilə  bir  sıra  layihələr

3

  həyata  keçirildi.  Bu  layihələr  nəticəsində  3  qaraçı  işlə  təmin  edildi. 



Qeyri-formal təhsil vasitəsilə məktəb yaşında olan qaraçıların təhsil mühitinə cəlb olunmasına yardım göstərildi.  

2017-ci il ərzində azsaylı etnik azlıqların ana dilinin tədrisi (osetin dili, çeçen dili, avar dili, udi dili, assur dili) 

davam etdirildi.  

Tbilisi  bələdiyyəsi  Sakrebulosu  tərkibindəBaltikyanı  dövlətlərin    (xüsusilə,  Litvanın)  bazar  günü  məktəbi 

fəaliyyət  göstərir.  Burada  2017-ci  ilin  dekabr  ayından  etibarən  arzu  edən  hər  kəs  Latış  dilini  öyrənə  bilər  (15 

dinləyici). 

 

Gender meynstriminqi 

2017-ci il ərzində Dövlət İdarələrarası Komissiyasının fəaliyyətinə qoşulmuş dövlət idarələri konkret tədbirlər və 

layihələrin  icrasına  davam  etdilər,  hansılar  ki,  gender  bərabərsizliyinin  aradan  qaldırılması,  qadın  hüquqlarının 

müdafiəsini  təmin  etmək,  onların  ictimai  həyatda  aktiv  iştirakını  dəstəkləmək  və  təşfiqi  kimi  əsas  məqsədləri 

qarşısına qoyur. 

Qeyd  edilməlidir  ki,  İstanbul  konvensiyasını  ratifikasiya  etmək  üçün  2017-ci  ilin  əvvəlində  Ədliyyə  Nazirliyi 

tərəfindən  əvvəl  Gürcüstan  hökumətinə,  ardıyca  da  Gürcüstan  Parlamentinə  qanundəyişikliyi  paketi  təqdim 

edildi. Dəyişikliklər 25-ə qədər qanunvericilik aktına toxundu.  

Ədliyyə Nazirliyi qanunvericilik paketini tətbiq etməklə yanaşı, həm də 2017-ci ilin əvvəlindən #fəaliyyətdə ol 

sosial kampanyasını da başlatdı. Kampanyanın başlıca məqsədi ictimaiyyətin zorakılığa qarşı fəallaşmasını və bu 

istiqamətdə məlumatlandırılmasını təmin etməkdən ibarətdir. Kampanyanın məqsədlərinə çatmaq üçün qadınlara 

qarşı,  eləcə  də  ailədaxili  zorakılığa  qarşı  mövcud  hüquqi  vasitələrlə  bağlı  treninqlərin  keçirilməsi  zərurəti 

yarandı. Treninqlərin Gürcüstan miqyasında (67 ərazi üzrə) Ədliyyə evləri (18) və ictimai mərkəzlər olan bütün 

şəhər və kəndlərdə keçirilməsi planlaşdırıldı

4



Mayın  1-dən  noyabrın  15-ə  qədər  olan  dövrdə  xüsusi  hazırlanmış  moduldan  istifadə  etməklə  78  qrup  üçün 

treninqlər təşkil  edildi,  treninqlərə  886  maraq  göstərən şəxs qatıldı. Treninq 48 ictimai mərkəzdə təşkil olundu 

(418 iştirakçı). 

                                                      

3

 

,,Bərabər imkanlar naminə əlverişli şərait”; “Asudə vaxtımızı səmərəli keçirək”.



 

4

 



Treninqlər  keçirilən  müddət  ərzində  4  ictimai  mərkəz  (Zeindari,  Koxnari,  Meore  Sviri,  Bakuriani)  açıldı  və  oktyabrın  ortalarında 

tneninqlər cədvəlinə daxil edildi 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə