Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   2   3   4   5   6   7   8   9   ...   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 



 

 

Əlçatanlığın  təmin  edilməsi  və  qavramanın  yüksəldilməsi  məqsədilə  etnik  azlıq  nümayəndələrinin  kompakt 



məskunlaşdığı  şəhər  və  kəndlərdə  treninqlər  fərqli  şəkildə  keçirildi.  Tədris  modulu  erməni  və  Azərbaycan 

dillərinə tərcümə edildi. Treninqlər azərbaycandilli  əhali üçün Marneuli, Yarmuğanlı və Sadaxlıda, ermənidilli 

əhali üçün Axalsixe, Baraleti və Pokada keçirildi. 

Bundan  başqa  Gürcüstan  Ədliyyə  Nazirliyi  və  Gürcüstan  Əmək,  Səhiyyə  və  Sosial  Müdafiə  Nazirliyinin 

nümayəndələri  Ninodzminda,  Axalkalaki  və  Axalsixe  rayonlarından  olan  gənc  etnik  azlıq  nümayəndələrinə 

“TOT”  (Trenerlər  üçün  treninq)  treninqlərini  də  keçdilər.  Gender  bərabərliyi  və  qadınlara  qarşı  zorakılıq 

treninqin başlıca mövzusunu təşkil edirdi.  

Barışıq  və  Vətəndaş  Bərabərliyi  Məsələləri  üztrə  Gürcüstan  Dövlət  Naziri  Aparatı  gender  bərabərliyi 

məsələləri  ilə  bağlı  məlumatlılığın  yüksəldilməsi  kampanyasını  həyata  keçirdi.  Bir  sıra  görüşlər  keçirildi  və 

görüşlər  zamanı  əsas  diqqət  etnik  azlıq  nünayəndəsi  qadınların  hüquqlarının  qorunması,  onların  ehtiyaclarının 

müəyyənləşdirilməsi və mövud problemlərin həlli yollarının axtarılması məsələlərinə yönəldildi. 

Gürcüstan  Dövlət  Naziri  Aparatı,  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyi  və  Gürcüstan  BMT  Assosiasiyasının 

“Tolerantlığın, vətəndaş şüurunun və inteqrasiyanın dəstəklənməsi proqramı” üzrə birgə təşəbbüsü çərçivəsində, 

İnsan  Alveri  (trefikinq)  Qurbanlarının,  Zərərçəkmişlərin  Müdafiəsi  və  Dövlət  Yardım  Fondunun  Gürcüstan 

Ədliyyə Nazirliyi ilə əməkdaşlığı əsasında “Gender bərabərliyi naminə gənclər” layihəsi həyata keçirildi. Layihə 

erkən  nikahın  nəticələri  və  ailədə  zorakılıq  kimi  məsələlərlə  bağlı  vətəndaş  şüurunun  yüksəldilməsi  məqsədini 

daşıyırdı. 

Birinci  mərhələdə  həmyaşıd  təhsil  könüllüləri  Kvemo  Kartli,  Kaxeti  və  Samsxe-Cavaxeti  regionları  üzrə    61 

kənddə ailədə zorakılıq mövzusunda 103 görüş təşkil etdilər. Layihənin ikinci mərhələsində isə etnik azlıqların 

sıx  məskunlaşdığı  33  kənddə  erkən  nikah  mövzusunda  66  görüş  keçirildi.Görüşlər  müxtəlif  hədəf  qrupları  –

şagirdlər, müəllimlər, valideynlər, icma başçıları ilə təşkil olundu. Qeyd edilməlidir ki, görüşlər dövlət dilində 

keçirildi, lakin zərurət yarandıqda, etnik azlıq nümayəndələrinin ana dilləri köməkçi dil qismində istifadə olundu. 

Əmək,  Səhiyyə  və  Sosial  Müdafiə  Nazirliyi  tərəfindən,  ÜHHŞ  İnsan  Alveri  (trefikindq)  Qurbanlarının, 

Zərərçəkmişlərin  Müdafiəsi  və  Dövlət  Yardım  Fondunun  “Gürcüstanda  ailədə  zorakılığın  azaldılması” 

layihəsi çərçivəsində gürcü, rus, erməni və Azərbaycan dillərində 5000 ədəd broşür, 300 ədəd stiker və 300 ədəd 

təqvim çap edildi və hər birinin üzərində zorakılığa qarşı şüar və qaynar xəttin nömrəsi (116 006) öz əksini tapdı. 

Hazırlanmış  materiallar  Barışıq  və  Vətəndaş  Bərabərliyi  Məsələləri  üzrə  Dövlət  Naziri  Aparatı,  yerli 

bələdiyyələr  və  ÜHHŞ  Sosial  Xidmət  Agentliyinin  ərazi  vahidi  ilə  əməkdaşlıq  əsasında  etnik  azlıqların  sıx 

məskunlaşdığı regionlarda paylanıldı. 

Gürcüstan  Əmək,  Səhiyyə  və  Sosial  Müdafiə  Nazirliyi  BMT-nin  Qadın  Təşkilatının  dəstəyi  ilə  Zorakılqdan 

müdafiəyə dair məsləhət xəttinin (116 006) maddi-texniki bazasının yaxşılaşdırılması təmin edildi. Qaynar xətt 

vasitəsilə ailədə zorakılıq, qadınlara qarşı zorakılıq, insan alveri (trefikinq) və cinsi zorakılıq məsələləri ilə bağlı 

məsləhət  almaq  mümkündür.  Qaynar  xətt  gürcü  dili  ilə  yanaşı,  digər  7  dildə  (ingilis,  rus,  türk,  Azərbaycan, 

erməni, ərəb və fars) də fəalliyyət göstərir. 

Barışıq  və  Vətəndaş  Bərabərliyi  Məsələləri  üzrə  Dövlət  Naziri  Kvemo  Kartli  regionunda  qeyri-gürcüdilli 

məktəblərdə dövlət dilini tədris edən etnik azərbaycanlı, erməni və gürcü pedaqoq qadınlarla görüşdü. Görüşdə 

qadınların  cəlb  edilməsinin  əhəmiyyəti,  görüş  iştirakçılarının  məşğuliyyət  spesifikası,  çağırış  və  uğurları 

barəsində diskussiya təşkil edildii. 



Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 



 

 

Tbilisi şəhər Bələdiyyəsi Sakrebulosu yanında QKHŞ “Qadın Hüquqları İcma Təşəbbüsü” gender bərabərliyi 

məsələləri ilə bağlı treninq təşkil etdi. 

ÜHHŞ David Ağmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyası gender bərabərliyi və qadınların 

sülh və təhlükəsizlik prinsiplərinin inteqrasiyasına dəstək göstərir, hansı ki, BMT Qadın Təşkilatı və Qadınların 

Beynəlxalq  İnformasiya  Mərkəzinin  köməkliyi  ilə  həyata  keçirilir.  Milli  Təhlükəsizlik  Akademiyasının 

bakalavriat, eləcə də karyera məkətblərinin tədris planlarına əsasən məktəblərə qəbul olunmuş hər bir yeni axına, 

o  cümlədən  etnik  azlıq  nümayəndələrinə  “Gender  bərabərliyi  prinsipləri  və  BMT  Təhlükəsizlik  Şurasının 

qətnamələri” mövzusunda təlimlər keçirilir. 

2017-ci  il  ərzində  IV  kursun  84  yunkerinə,  o  cümlədən  etnik  azlıq  nümayəndələrinə  gender  bərabərliyi 

prinsipləri  haqqında  qiymətləndirmə  mühazirəsi  keçirildi.  2016-2017  tədris  ilində  isə  “Gender  bərabərliyi 

prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri” barəsində iki saatlıq treninq təşkil edildi.  

Kvemo Kartli regionunda  “Vətəndaş Bərabərliyi və  İnteqrasiyası üzrə Dövlət Strategiyası və 2015-2020-ci il 

Fəaliyyət Planı” çərçivəsində yaradılmış “Qadın otaqları” da fəaliyyətini aktiv şəkildə davam etdirdi. Yuxarıda 

qeyd  edilmiş  bələdiyyə  xidməti  regionun  bütün  yeddi  bələdiyyəsində  fəaliyyət  göstərir.  Layihənin  başlıca 

məqsədi  qadınlar  üçün  maraqlı,  əhəmiyyətli  informasiya  və  xidmətlərin  əlçatanlığının  təmin  edilməsindən 

ibarətdir. Bütün sadalananlar öz növbəsində qadınların cəlb olunmasını dəstəkləyən ilkin şərtlərdən biridir. 

Region miqyasında “Qadın otaqları” çərçivəsində, il ərzində erkən nikah, ailədə zorakılıq, gender bərabərliyi və 

s. kimi əhəmiyyətli mövzularda 168 görüş keçirildi. 

 



İnsan  haqlarının  müdafiəsi,  xırda  və  mikro  biznesin  inkişafı,  kommunikasiyanın,  liderliyin,  biznesin 

inkişafı və s. mövzularda treninq-kurslar keçirildi, hansılarda ki, etnik azlıq nümayəndəsi qadınlar aktiv 

iştirak edirdilər. 

 



 “Qadın  otaqlarının”  fəaliyyəti  çərçivəsində  400-ə  qədər  etnik  azlıq  nümayəndəsi  qadın  pulsuz  tibbi 

muayinə və konsultasiyalardan istifadə etdi

 

 “Gürcüstanda istehsal et” proqramı üzrə 19 qadın (Marneuli -10, Tetridzğaro -5, Zalqa -4) qeydiyyatdan 



keçdi. 

Samsxe-Cavaxeti  regionunun    bütün  bələdiyyələrində  “Qadınlar  otağı”  fəaliyyət  göstərir.  “Qadınlar  otağı”ın 

təşəbbüsü  və  bələdiyyələrin  dəstəyi  ilə  qadınların  fəallığının  yüksəldilməsi  və  gender  bərabərliyi  istiqamətində 

müxtəlif  tədbirlər  həyata  keçirildi.  Fermer  qadınlarla,  sahibkar  qadınlarla  görüşlər  təşkil  edildi,  həmçinin 

miqrantların  reinteqrasiya  proqramı  ilə  tanışlıq,  skrininq  proqramı,  ailə  zorakılığı,  trefikinq,  erkən  nikah 

prinsipləri,  qadınların  siyasi  aktivliyinin  yüksəldilməsi  və  liderlik  bacarıqlarının  inkişafı  məsələləri  üzrə 

treninqlər keçirildi;   

 “Sülh  korpusunun”  nümayəndələrinin  yardımı    ilə  “Qadın  otaqları”  yanında  ingilis  dilinin  tədrisi  kursları  da 

fəaliyyət göstərir. 

İl  ərzində  “Qadın  otaqları”  gender  məsələləri  üzrə  fəaliyyət  göstərən  müxtəlif  təşkilatlar  tərəfindən  keçirilən 

aktivliklərdə  fəal  iştirak  etmişdir.  Onlar  sırasında  xüsusilə  qeyd  olunmalıdır:  Fermer  Qadınlar  Assosiasiyası, 

MERSY CORPS, IOM, “Qadın və İnkişaf” Assosiasiyası, “Münaqişələr və Danışıqlar üzrə Beynəlxalq Tədqiqat 

Mərkəzi”,  “Qadınlar  və  qadın  olmayanlar  üçün  informasiya”  İnformasiya  Mərkəzi,  USAID,  Gürcüstan  Xalq 

Müdafiəçisi Aparatının Gender Bərabərliyi Departamenti və s. 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə