Barişiq və VƏTƏndaş BƏrabəRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜstan döVLƏt naziRİ aparati



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix19.10.2018
ölçüsü0,95 Mb.
#74727
1   2   3   4   5   6   7   8   9   ...   16

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

12 


 

 

 



yüksəldilməsi  və  inkişafına  dəstək  layihəsini” 

5

  həyata  keçirdi.  Bələdiyyələrin  yerli  özünüidarələrində  gənc 



xidmətlərin  gücləndirilməsil layihənin  ümdə  məqsədini  təşkil  edirdi  ki,  bu  da  öz  növbəsində,  gənclərin  ictimai 

həyatda  iştirakının  yüksəldilməsinə  və  bələdiyyə  səviyyəsində  gənclər  siyasəti  sənədinin  yaradılmasına  kömək 

göstərəcək.  

Layihə çərçivəsində, yerli özünüidarə orqanlarında (meriya, qamqeoba) gənclərlə iş üzrə cavabdehlik daşıyan 75 

məsul  şəxs    yenidən  hazırlıq  keçdi.  Pilot  qrupları    (21  bələdiyyədə)  və  gənc  bələdiyyə  koordinatoru  işi  üzrə 

peşəkarlıq standartı və hazırlıq proqramının tətbiqi və qiymətləndirilməsi prosesi davam etdirilir.  



 

Etnik azlıq nümayəndələri üçün ictimai xidmətlərinin əlçatanlığının təkmilləşdirilməsi  

Etnik  azlıq  nümayəndələrinin  kompakt  məskunlaşdığı  regionlarda  Dövlət  Naziri  Aparatının  birbaşa iştirakı  və 

təşkilatçılığı ilə  müxtəlif  məsələlərlə  bağlı  məlumatlılıq  və  maariflənmənin  yüksəldilməsi  kampanyası    davam 

etdirildi. Xüsusilə: 

 

Gürcüstan  İqtisadiyyat  və  Dayanıqlı  İnkişaf  Nazirliyi,  eləcə  də  Kənd  Təsərrüfatı  Nazirliyinin 



nümayəndələri  ilə  birgə  avrointeqrasiya  prosesi  ilə  bağlı,  xüsusilə  də  aşağıdakı  mövzular  ətrafında 

informasiya  görüşləri  və  diskussiyalar  keçirildi:  vizasız  gediş-gəliş,  Avropa  İttifaqı  ilə  sərbəst  ticarət 

nöqteyi-nəzərindən kənd təsərrüfatının elə imkanlarının, səmərə və perspektivləri haqqında müzakirələr, 

hansı ki,  Avropa İttifaqı ilə dərin və hərtərəfli ticari müqavilələrə söykənir (Samsxe-Cavaxeti, Kvemo 

Kartli,  Kaxeti).  Görüşlərdə  yerli  özünüidarələr,  qeyri-hökumət  təşkilatları,  media  nümayəndələri, 

fermerlər  və  sahibkarlar  iştirak  etdilər.  Görüşlər  zamanı  həmçinin  etnik  azlıqların  müdafiəsi  haqqında 

Çərçivə Konvensiyası üzərinə də diqqət çəkildi. 

Gürcüstan  Avropa  və  Avro-Atlantik  inteqrasiya  haqqında  informasiya  kampanyası  çərçivəsində  “Gənc 

avropalı  səfirlər”  layihəsinin  həyata  keçirilməsi  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Etnik  azlıq 

nümayəndələrinin kompakt məskunlaşdığı regionlarda (Kvemo Kartli, Samsxe-Cavaxeti, Kaxeti) onların 

başa  düşdükləri  dildə  Gürcüstanın  NATO  və  Avropa  İttifaqına  inteqrasiyası  prosesi  haqqında 

informasiyanın  əlçatanlığını təmin etmək kimi məsələlər layihənin əsas məqsədini təşkil edirdi.  

Layihə çərçivəsində planlaşdırılmış xüsusi tematik məktəb keçmiş gənclərdən ibarət səyyar qrup Kaxeti 

və  Samsxe-Cavaxeti  regionları  üzrə  5  kənddə  8  məlumat  xarakterli  görüş  keçirdi,  müvafiq  materiallar 

dağıdıldı

6

  .  Həmçinin  etnik  azlıqların  dillərində  vizasız  gediş-gəliş  barəsində  materiallar  hazırlandı  və 



paylanıldı. 

Cəzaçəkmə  və  Probasiya  Nazirliyinin  bütün15  penitensiar  müəssisəsində  müttəhim  və  məhkumların 

hüquqlarına dair beş dildə (rus, erməni, Azərbaycan, türk və ingilis) hazırlanmış broşürlər əlçatandır.  Hesabat 

dövründə Azərbaycan, rus və erməni dillərində ev dustaqlığı və  ictimai faydalı iş haqqında posterlər çap edildi. 

                                                      

5

 

Layihə beynəlxalq təşkilatlar - WORLD VISION-Gürcüstan və USAID –in “Zrda” layihəsinin maliyyə dəstəyi ilə həyata keçirildi.



 

6

 



Layihə  ÜHHŞ  “NATO  və  Avropa  İttifaqı  haqqında  İnformasiya  Mərkəzi”  və  Gürcüstan  BMT  Assosiasiyası  “Tolerantlıq,  vətəndaş 

şüuru və inteqrasiyanın dəstəklənməsi proqramı” (PITA) tərəfindən, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət 

Naziri Aparatının təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildi. 

 



Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının  və 2017-ci il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

13 


 

 

 



Gürcüstan  Ədliyyə  Nazirliyinin  ictimai  mərkəzlərinin  əsas  funksiyasını  xidmətlərin  əlçatanlığı  ilə  yanaşı, 

kəndlərdə  vətəndaş  iştirakçılığının  stimulyasiyası  da  təşkil  edir.  Müvafiq  olaraq,  2017-ci  il  ərzində  ictimai 

mərkəzlərin  görüş  otaqlarında  müxtəlif  şəkilli  informasiya,  maarifləndirici  və  mədəni  tədbirlər,  treninqlər  və 

seminarlar  keçirildi  və  əsasən  etnik  azlıqların  hüquqları,  gender  bərabərliyi,  erkən  nikah,  qadınlara  qarşı  və 

ailədə zorakılıq, miqrasiya, trefikinq,  avrointeqrasiya və vizasız gediş-gəliş, kənd təsərrüfatının və ətraf mühitin 

mühafizəsi  kimi  mövzuları  əhatə  etdi.  Qeyd  edilən  dövrdə  yuxarıda  sadalanan  ictimai  mərkəzlərdə  keçirilmiş 

375-ə yaxın görüşdə 5300 nəfər iştirak etmişdir.  

Hesabat  dövrü  ərzində  Batumi  şəhər  bələdiyyəsi  tərəfindən  diaspora  nümayəndələri  ilə  görüşlər  təşkil 

edilmişdir.  Onlar  sosial  xidmətlər  və  bələdiyyə  proqramları  barəsində  məlumatlandırıldılar.  Həmçinin  etnik 

azlıqların dövlət idarələri nümayəndələri ilə görüşlərinin koordinasiyası həyata keçirildi.  



 

Etnik azlıq nümayəndəsi seçicilər üçün bərabər seçki mühitinin təmin edilməsi 

Hesabat dövründə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) öz fəaliyyətini aktiv surətdə davam etdirirdi. 

Aşağıdakı tədbirlər həyata keçirildi: 

 

Etnik azlıq nümayəndəsi seçicilərin məlumatlandırılması 

 

Yerli  özünidarə  orqanlarının  2017-ci  il  seçkilərinə 



7

  dair  etnik  azlıq  nümayəndələri  üçün  əlçatan 

xidmətlər haqqında MSK xüsusi video çarx hazırladı və erməni və azərbaycan dillərinə tərcümə edildi; 

 



2017-ci il seçkiləri üçün 14 məlumat xarakterli video-çarx (həmçinin erməni və Azərbaycan dillərində) 

hazırlandı və regional televiziya efirinə yerləşdirildi;  

 

Ermənidilli  qəzet  “Vrastan”  və  azərbaycandilli  qəzet  “Gürcüstan”da  əlçatan  xidmətlər  və  seçki  günü 



seçicilərin səsvermə prosedurları barəsində informasiya dərc olundu;  

 



MSK-nın  Telefon  Məlumat  Mərkəzində  seçicilər  həm  erməni,  həm  də  azərbaycandilli  operatorlardan 

məlumat almaq imkanlarına malik idilər ki, bütün bunlar seçki məsələləri ilə bağlı maraqlanan şəxslərin 

məlumatlandırılmasını da təmin edirdi. 4 etnik azlıq nümayəndəsi operator işlə təmin olunmuşdur. 

 

 



Etnik azlıq nümayəndəsi seçicilərin səsvermə günü prosedurları barəsində məlumatlandırılması 

İnformasiya kampanyası –“Seçicilərlə söhbət edək” 

2017-ci  seçkiləri  üçün  seçicilərin  məlumatlılıq  səviyyəsinin  yüksəldilməsi  məqsədilə  ilk  dəfə  “Seçicilərlə 

söhbət edək” layihəsi həyata keçirildi. 

 



Layihənin birinci mərhələsində ictimai yığıncaq yerlərində 347 görüş, 73 diyar seçki komissiyasında 

isə “Seçici günü” adı altında 103 kütləvi görüş keçirildi.  

                                                      

7

 



Bələdiyyənin nümayəndəli orqanı –Sakrebulo və özünüidarə  şəhər və özünüidarə icma başçısının 2017-ci il 21 oktyabr seçkiləri 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə