Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   11   12   13   14   15   16   17   18   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

2.2.

 

Risklərin idarə edilməsi 

           Risklərin  idarə  olunması  sistemi  dedikdə  əsasən  bank  fəaliyyətində  aşkar 

edilən  qeyri  müəyyənliklərin  məcmusu  başa  düşürdük.  Bu  qeyri  müəyyənliklərin 

aradan  qaldırması  ilə  əlaqədardır  banklar  riskdən  qorunma  mexanizmlərini  tətbiq 

edərək  risklərin    minimumlaşdırılması  tədbirlərini  həyata  keçirirlər.  Banklarda 

risklərin  idarə  edilməsi  siyasəti  bir  sıra  məqsədləri  özündə  əks  etdirir  ki,  bunlar 

aşağıdakılardan ibarətdir: 

 



müəyyən  olunmuş  səviyyədən  artıq  riskləri  öz  üzərinə  götürməyən  bank 

imicinin formalaşdırılması; 

 

öz üzərinə götürdüyü öhdəlikləri şərti formada həyata keçirilməsinin təmin 



edilməsi; 

 



bankın    yalnız  özünün  biznes  həcminə  adekvat  olan  riskləri  öz  üzərinə 

götürməsi. 

Müəyyən edilmiş məqsədlərə uyğun olaraq, risklərin idarə edilməsi siyasəti bir sıra 

vəzifələri yerinə yetirir ki, bunlar aşağıdakılardan ibarətdir  

1.

 

bankın  inkişaf  strategiyasının  həyata  keçirilməsi  ilə  bağlı  tədbirlərin  təşkil 



edilməsi; 

2.

 



istənilən şəraitdə bankın normal fəaliyyətinin təmin edilməsi; 

3.

 



uzunmüddətli  dövr  üçün  bankın  həddindən  artıq  riskə  məruz  qalmasının 

qarşısının alınması; 

4.

 

bankların  aktiv  passiv  əməliyyatların  idarə  edilməsi  üzrə  səmərəli  sistemin 



formalaşdırılması. 

Risklərin  idarəedilməsi siyasətinin prinsip və standartlarına nəzər salaq: 

 

banklarda yerinə yetirilən bütün xidmətlərin  daxili sənədlərdə öz əksini 



tapması; 

 



risklərin  idarəedilməsi  ilə  bağlı  prosedur  və  mexanizmlərin  mütəmadi 

formada icra edilməsi

 

bu  əməliyyatların  aparılması  və  qərarların  qəbul  edilməsi  zamanı 



səlahiyyət bölgüsünün müəyyənləşdirilməsi; 


38 

 



 

icra edilən bank əməliyyatlarının  daxili qaydalara uyğun olmadığı aşkar 

edildikdə, həmin əməliyyatların aparılmasına yol verilməməsi

 



hər  hansı  fəaliyyət  zamanı  yaranan  bu  risklərin  bankın  digər 

fəaliyyətlərinə öz təsirinin minimumlaşdırılması; 

 

böhran  vəziyyətlərinə  uyğun  olaraq,  risklərin  idarə  edilməsi 



prosedurlarının mövcudluğu; 

 



bankın fəaliyyəti zamanı risklərin idarə edilməsi sisteminin  ictimaiyyətə 

ən şəffaf və aydın formada çatdırılması; 

 

bankın  müştəriləri  ilə  olan  münasibətlərindən  asılı  olaraq  müxtəlif 



müştərilər üzrə vahid məqbul risk səviyyələrinin yaradılması. 

         Risklərin  idarə  edilməsi,  ümumilikdə    ölkəmizdə  bankların  fəaliyyətinə 

uyğun olaraq risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və bununla bağlı risk 

limitlərinin  təyin  edilməsi  ilə  bağlı  məsələləri  özündə  əks  etdirir.  Riskin    idarə 

edilməsi funksiyası Müşahidə Şurası səviyyəsindən işçilərin səviyyəsinə kimi bank 

daxilində də ümumilikdə aşağı istiqamətdən yuxarıya doğru təyin edilən vəzifə və 

səlahiyyətlərin  strukturunu  özündə  birləşdirir.    Rsklərin  İdarəedilməsi  funksiyası 

bir  sıra  məsələlərin  müəyyənləşdirilməsini  tələb  edir  ki,  bunlar  aşağıdakılardan 

ibarətdir: 

 



risklərin    idarəedilməsi  funksiyası  vasitəsilə  kommersiya  banklarında 

nəzarət  edilən  risklərin  həcmi.  Banklarda  risklərin  həcminin  müəyyən 

edilməsi,    bankın  müxtəlif  bölmələri  üzrə  həyata  keçirilən  əməliyyatlar 

zamanı da onların üzləşdiyi müəyyən risklər haqqında ətraflı məlumatı əks 

etdirən risk xəritəsinin yaranması vasitəsilə müəyyən edilir;  

 



bu  funksiyanı  icra  edən  təşkilati  strukturun  bankın  ümumi  təşkilati 

daxilindəki mövqeyi;  

 

risklər    haqqında  hesabatların  hazırlanması,  risklərin  idarəedilməsi 



prosesinin nəzarət mexanizminin formalaşdırılması.      

          Risklərin Müşahidə Şurası və banklarda  digər səviyyələr üzrə hər bir ixtisas 

sahəsinə  həvalə  edilir.  Kommersiya  bankları  risklərin  idarəedilməsi  zamanı 

Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilmiş  əsasnaməyə  uyğun  olaraq  fəaliyyət 




39 

 

göstərirlər. Buna görə də bu prosesdə qərarlar qəbul edilərkən həmin risklərin idarə 



edilməsi üzrə mövcud qaydalara uyğun qərarlar qəbul edilməlidir.  

          Banklarda  risklərin  idarə  edilməsi  məsələlərinin  düzgün  tətbiqi  ilə  əlaqədar 

olaraq müəyyənləşdirilmiş qaydalara əsasən daxili qaydalar müəyyənləşdirilir. Bu 

qaydalar  banklarda  risklərin  idarə  edilməsi  Komitəsi  tərəfindən  hazırlanaraq 

Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilir.  Risklə  əlaqədar  qaydalar  hazırlanarkən 

bir sıra amillər diqqət mərkəzində saxlanılır ki, bunlar aşağıdakılardan ibarətdir  

 

bankın ümumi biznes strategiyası; 



 

bank  risklərinin  idarə  olunması  zamanı  daxili  nəzarət  prosedurlarının 



keyfiyyətinin müəyyənləşdirilməsi; 

 



bank tərəfindən aparılan əməliyyatların həcmi və mürəkkəbliyi; 

 



bankların riskə qarşı dözümlülüyü; 

 



daxili təcrübənin səviyyəsi; 

 



bankın keçmiş risk təcrübəsi. 

           Ökəmizdə  fəaliyyət  göstərən  qiymətli  kağızlar  bazarı,  sığorta,    kredit 

təşkilatları  və  ümumilikdə  ödəniş  sistemləri  fəaliyyətinin  tənzimlənməsi  məqsədi 

ilə  sadaladığımız  sahələr  üzrə  nəzarətin  təkmilləşdirilməsi  ilə  əlaqədar  olaraq 

2016-cı  Azərbaycan  Respublikasının  Maliyyə  Bazarlarına  Nəzarət  Palatası 

yaradıldı.  Bu  palata    ölkəmizdə  kommersiya  banklarının  və  ümumilikdə  

investorların  sığorta  olunanların  hüquqlarının  müdafiəsi  və  maliyyə  bazarlarının 

fəaliyyətinin tənzimlənməsi ilə bağlı ilk publik  hüquqi şəxs statuslu qurum hesab 

edilir. Bu palata  ölkəmizdə  bank,  sığorta  fəaliyyəti sahələrinin qiymətli kağızlar 

bazarının  şəffaflığının  təmin  edilməsi  və  təkmilləşdirilməsi  istiqamətində  həyata 

keçirilən tədbirlərin tərkib hissəsi kimi çıxış edir.  

Maliyyə  Bazarlarına  Nəzarət  Palatasının  fəaliyyətinin  məqsəd  və  istiqamətlərinə 

nəzər salaq:  

 



ölkəmizdə  maliyyə  bazarlarının  dayanıqlığının  təmin  edilməsi  və  səmərəli 

fəaliyyətinin  təşkili  əvvəldən  sığortalıların,  kreditorların  və  digər 

istehlakçıların hüquqlarının qorunması, palatanın əsas məqsədi hesab edilir.  



40 

 

Fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir : 



-

 

maliyyə bazarlarında vahid siyasətin formalaşdırılması prosesində iştirak;  



-

 

maliyyə  bazarlarına  hərtərəfli  nəzarətin  edilməsi  məqsədilə  mütəmadi 



olaraq yoxlamaların keçirilməsi, hesabatların alınması;  

-

 



maliyyə  bazarlarının  tənzimlənməsi  ilə  əlaqədar  normativ  xarakterli 

aktların qəbul edilməsi;  

-

 

əmanətlərin  sığortalanması  prosesinə  nəzarət  sisteminin  fəaliyyətinin 



təşkil edilməsi;  

-

 



makroprudensial nəzarətin yerinə yetirilməsi.  

Palatanın hüquq və vəzifələri isə aşağıdakılardan ibarətdir  

 

maliyyə bazarlarının inkişafı istiqamətləri üzrə təkliflər hazırlayır; 



 

nəzarət etdiyi subyektlərə münasibətdə təsir tədbirlərini tətbiq edir;  



 

dövlət orqanlarının maliyyə bazarları ilə qarşılıqlı əlaqəsini təmin edir;  



 

maliyyə  bazarları  alətlərinin  təbliği  ilə  əlaqədar  əhalinin  maarifləndirilməsi 



məqsədilə müxtəlif tədbirlər həyata keçirir;  

 



öz fəaliyyəti çərçivəsində daxil olan müraciətlərə baxır; 

 



dövlət  və  digər  strukturların  kommersiya  sirləri  üzrə  məxfilik  rejiminin 

qorunması üçün tədbirlər görür;  

 

müxtəlif  beynəlxalq  təşkilatlar,  dövlət  orqanları  və  mərkəzi  bankları  ilə 



əməkdaşlıq edərək xarici ölkələrin müvafiq təcrübəsini öyrənir. 

        Bankın fəaliyyəti zamanı məruz qaldığı risklər haqqında məlumatların əldə 

edilməsi  və  ya  bununla  bağlı  olan  risklərin  idarəedilməsi  sisteminin 

yaradılmasında  Müşahidə  Şurası  çox  mühüm  rol  oynayır.  Müşahidə  Şurası 

risklərin idarə  edilməsini  icra  edən təşkilat  kimi  baş  verə biləcək hər hansı bir 

qeyri  müəyyən  hallar  üzrə  risklərin  idarəedilməsi  üzrə  qayda  və  prosedurları 

təsdiqləyir.  Ümumilikdə,  risklərin    idarə  edilməsində  Müşahidə  Şurası 

məsuliyyət daşısa da, əsas məsuliyyət İdarə Heyətinin üzərində olur.  

 

 



41 

 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə