Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

Sxem 4

6

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Mənbə : Qeybullayev Qeybulla “İqtisadi risk nəzəriyyəsinin əsasları”, Bakı  2003, səh.178 



         İdarə  Heyəti,  Müşahidə  Şurası  tərəfindən  qəbul  edilən  və  təsdiq  edilən 

qərarlar  üzrə  risklərin    idarə  edilməsinin  bütün  qaydalarını  hazırlayır.  Bununla 

yanaşı    İdarə  heyəti  mütəmadi  olaraq  risklərin  idarə  edilməsi  barədə  Müşahidə 

                                                           



6

 

Mənbə : Qeybullayev Qeybulla “İqtisadi risk nəzəriyyəsinin əsasları”, Bakı  2003, səh.178 

 

Səhmdarların ümumi yığıncağı  



Müşahidə Şurası 

İdarə Heyəti  

Departamentlər 

Bölmələr 

Risklərin idarə 

edilməsi komitəsi 

Kredit Komitəsi 

İT Komitəsi  

 

Aktiv Passivlərin 



idarə edilməsi 

 

Audit Komitəsi 



Daxili Audit 

Departamenti  

Risklərin İdarədilməsi 

Departamenti  

 



42 

 

Şurasına  hesabat  verir.  Risklərin  idarəedilməsi  üzrə  Daxili  Komitələr  banklarda  



İdarə  Heyətinin  Müşahidə  Şurasından  asılı  olmadan  müstəqil  şəkildə  fəaliyyət 

göstərən  və  qərar  qəbul  edə  bilən  daxili  komitələr  yaradırlar.  Bu  komitələr  hər 

hansı  bir  riskin    yaranması  zamanın  konkret  məsuliyyətə  malik  olan  bankın 

müvafiq  struktur  bölmələrinin  işçilərindən  və  İdarə  Heyətinin  bir  neçə  üzvündən 

ibarət olur. Bu komitələr müəyyənləşdirilmiş hesabat prosedurlarına uyğun olaraq 

müəyyən  dövr  ərzində  Müşahidə  Şurası  və  İdarə  Heyətinə  hesabatlar  verir. 

Risklərin  İdarəetmə  departamenti,  daxili  komitələr  ilə  qarşılıqlı  şəkildə  fəaliyyət 

göstərirlər.  Daxili  komitələrin  vəzifə  və  səlahiyyətləri  İdarə  Heyəti  tərəfindən 

məsləhətləşdikdən  sonra  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilir,  və  fəaliyyəti 

Əsasnaməyə uyğun şəkildə müəyyən edilir.  

         Banklarda risklərin idarə edilməsi üzrə daxili komitələr bir sıra sahələr üzrə 

məsuliyyət daşıyırlar. Onlar aşağıdakılardan ibarətdir  

 

Risklərin  idarəedilməsi  üsullarının  müəyyənləşdirilməsi  ilə  əlaqədar 



müvafiq risk xəritəsinin formalaşdırılması; 

 



Bankların  vəsaitlərinin  səmərəli  istifadəsi  ilə  əlaqədar  maliyyələşmə  və 

kreditləşmə sxemlərinin tərtib edilməsi. Bu sxemlərdə bankın müxtəlif növ 

əməliyyat  bölmələri  üzrə  bir  birinə  təklif  etdiyi  öhdəlik,  aktiv  kapital  və 

balansdan kənar məhsulların qiymətləri əks edilməlidir.; 

 

Risklərin idarəedilməsi və tətbiqi ilə bağlı prosedurların formalaşdırılması;  



 

Risklərə nəzarət üzrə limitlərin müəyyənləşdirilməsi; 



 

Bankın vəsaitlərinin aktiv və passivlər üzrə bölüşdürülməsi. 



            Müşahidə  Şurası  risklərin  idarəedilməsi  prosesi  haqqında  bəhs  etdiyimiz 

vəzifələrin icra edilməsi üçün özü də bir neçə xüsusi komitə yarada bilər.  

1.

 

Riskləri  İdarəetmə  Komitəsi.  Bu  komitə  risklərin  idarə  edilməsini  icra 



etməklə  yanaşı,  bununla  bağlı  fəaliyyət  göstərən  digər  daxili  komitələrin 

fəaliyyətini  də  əlaqələndirir.  İri  kommersiya  banklarında  risklərin  idarə 

edilməsi  üzrə  məsuliyyət  daşıyan  daxili  komitələrin  hər  biri  risklərin 

idarəetmə komitəsinin nəzarəti altında fəaliyyət göstərir.  

2.

 

Kredit Komitəsi; 




43 

 

3.



 

Aktiv və passivləri idarəetmə komitəsi. 

          Kommersiya  banklarında  risklərin  idarə  edilməsi  departamenti  isə  öz 

səlahiyyətləri  çərçivəsində  bir  sıra  vəzifələri  icra  edir.  Onlar  aşağıdakılardan 

ibarətdir: 

 



risklərin    idarəedilməsi  prosesininin  icra  edilməsi  zamanı  bankın  digər 

bölmələrdən tələb olunan məlumatların müəyyənləşdirilməsi və toplanması;  

 

prosesin  müxtəlif  mərhələlərində    risklərin  idarə  edilməsi  ilə  bağlı  mövcud 



vəziyyəti əks etdirən hesabatların İdarə Heyətinə və Risklərin İdarə Edilməsi 

Komitəsinə təqdim edilməsi;  

 

risklərin  idarə  edilməsi  ilə  bağlı  əldə  edilmiş  məlumatların  təhlili  və 



vaxtaşırı qiymətləndirilməsi; 

 



risklərin  idarə  edilməsi  işinin  icra  edilməsi  zamanı  Bankın  bütün  struktur 

bölmələrinə  metodiki  yardımın  göstərilməsi  və  ya  risklərin  idarə  edilməsi 

üzrə  siyasətinə  qaydalarla  bu  bölmə  üzrə  fəaliyyət  göstərən  işçiləri  tanış 

etmək məqsədilə bankdaxili seminarların keçirilməsi; 

 

risklərin    idarə  edilməsi  ilə  bağlı  yeniliklər  haqqında  məlumatı  əldə  etmək 



məqsədilə    beynəlxalq  təcrübənin  öyrənilməsi  və  təkliflərin  hazırlanaraq 

İdarə Heyətinə təqdim edilməsi.     




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə