Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   23   24   25   26   27   28   29   30   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

REFERAT 

Bank    sistemi  müasir  dövrdə  hər  bir  ölkənin  milli  təsərrüfatının  ən  vacib 

ünsürlərindən  biri  hesab  edilir.  Banklar  bir  çox  ölkələrində  iqtisadiyyatın 

inkişafında  əvəzsiz  rol  oynayır.  Tarixi  dövr  ərzində  bankların  yaranmasının 

zərurəti insanların nağd pul resurslarına olan ehtiyacı ilə əlaqədar formalaşmışdır. 

Belə  olduqda  isə  kommersiya  bankları  pul  resurslarına  tələbatın  ödənilməsi  ilə 

əlaqədar  müxtəlif  əməliyyatların  yerinə  yetirilməsi  və  ya  tarixi  dövr  ərzində 

əhalinin  sərbəst  pul  vəsaitlərinin  toplanması  kimi  məqsədləri  özündə  əks 

etdirmişdir.  

Müasir  dövrdə  bankların  çoxşaxəli  fəaliyyətini nəzərə  alaraq qeyd  edə  bilərik ki, 

onlar  sadəcə  pul  dövriyyəsinin  təşkili  ilə  deyil,    iqtisadiyyatın  müxtəlif  sferalar 

üzrə  kreditləşmə  əməliyyatını  icra  edilməsi  ilə  məşğul  olurlar.Bu  əməliyyatlara 

nəzər  yetirərək  qeyd  edə  bilərik  ki,  bank  sferasında  risklərin  idarə  edilməsi  çox 

mühüm  məsələlərdən  hesab  edir.  Belə  ki,  kommersiya  banklarının  fəaliyyətinin 

uğurlu fəaliyyəti risklərin  idarə olunması prosesindən asılı olaraq dəyişilir. Bank 

sferasında  müxtəlif  əməliyyatlar  üzrə  baş  verə  biləcək  riskləri  əvvəlcədən  nəzərə 

almaq  və  bunun  vasitəsilə  baş  verə  biləcək  itkilərin  aradan  qaldırılması  bankların 

normal  fəaliyyətinin  əsas  tərkib  hissəsi  hesab  edilir.  Xüsusilə  də  bankların 

müflisləşməsi ilə bağlı aparılan tədqiqatlara əsasən qeyd edə bilərik ki, bu prosesin 

əsas  səbəbləri  bank  aktivlərinin  aşağı  olmasında  bankların  effektiv  idarə 

olunmaması  ilə  bağlıdır.  Bu  proses  isə  birbaşa  olaraq  bank  sferasında  risklərin 

idarə  edilməsi  ilə  qarşılıqlı  əlaqəlidir.  Bank  sistemində  ən  yüksək  inkişaf  etmiş 

kredit  siyasətinin  təşkil  edilməsidir,  portfelin    düzgün  idarəedilməsi  Bank 

sferasında  risklərin  idarə  edilməsi  və  baş  verə  biləcək  risklərin  azaldılması  

baxımından çox mühüm əhəmiyyət kəsb edir.  

Risk  anlayışından  bəhs  edərkən,    bank  risklərinin  də    məzmununa  nəzər  salmaq 

mühüm  əhəmiyyət  kəsb  edir.  Hər  şeydən  öncə  qeyd  etməliyik  ki,    bir  tədqiqat 

obyekti  kimi  bank  risklərə  yalnız  müasir  dövrə  aid  deyil.  Bank  risklərinin 

bankların  fəaliyyətindəki  rolu    hələ  qədim  zamanlardan  tədqiqatçılar  tərəfindən 




74 

 

təhlil  edilmişdir.  Belə  ki,  məşhur  rus  iqtisadçısı  N.X.Bunqe    öz  tədqiqatlarında 



bank risklərindən bəhs etmiş və ümumilikdə qeyd etmişdir ki, öhdəliklərin düzgün 

və  səlis  və  icra  edilməsi  risklərin  azaldılmasından  çox  mühüm  əhəmiyyət  kəsb 

edir. Xüsusilə də rəqabətin kəskinləşdiyi bir dövrdə banklar risk amilinə daha çox 

diqqət  yetirirlər.  Bu  baxımdan  daha  bank  sferasında  meydana  gələn  risklərin 

azaldılması  və  aradan  qaldırılması  ilə  əlaqədar  fəaliyyəti  və  ideyalarına  bank 

elmində və bank təcrübəsində mühüm ehtiyac vardır. İqtisadi fəaliyyət kateqoriyası 

hesab  edilən  bank  fəaliyyətində  subyektlər  arasında  qarşılıqlı  münasibətlərdə  risk 

qanuni  daima  mövcuddur.  Belə  ki,  bu  sferada  istənilən  iqtisadi  əməliyyatların 

yerinə yetirilməsi zamanı gözlənilməz hallar  formalaşa bilər. Bu əlverişsiz hallar 

zamanı  baş  verən  hadisələrin  mənfi  gedişatının  qarşısını  alınması  və  fəaliyyətin 

düzgün  tənzimlənməsi  və  meydana  çıxa  biləcək  mənfi  nəticələrin  aradan 

qaldırılması  məqsədilə  bankların  yarana  biləcək  risklərin  qarşısına  əvvəlcədən 

almalı  və  onların  mənfi  nəticələrindən  bankın  fəaliyyətinə  təsirini  daim  diqqət 

mərkəzində saxlamalıdırlar.  

Bank  riskləri    həm  də  sosial  mənşəli    proseslərdir. Belə  ki, bankda  baş  verən hər 

hansı bir əlverişsiz vəziyyətd, sadəcə, banka deyil, bu bankın müştərilərinə, eləcə 

də bankda pul vəsaitlərini yerləşdirən fiziki və hüquqi şəxslərə də təsir edir, onlar 

da öz növbəsində itkilərə məruz qalırlar. Bu baxımdan  qeyd edə bilərik ki, digər 

sahələrdən fərqli olaraq, bank sferasında meydana gələn itkilər və bank böhranları 

daha  ağır  nəticələrə  səbəb  olur.  Sadaladığımız  bu  məsələlərlə  əlaqədar  bank 

sferasında ilk öncə həm kreditorların borc alanların maraqlarının təmin edilməsi ilə 

əlaqədar  sistemin  gücləndirilməsi  istiqamətində  fəaliyyəti  diqqət  yetirmək 

lazımdır.    

Hal-hazırda  ənayecə  inkişaf  etmiş  bir  sıra  ölkələrdə  risklərin    idarə  edilməsi 

istiqamətində  xüsusi  menecment  tədbirləri  modellərlə  işlənib  hazırlanır.  Hətta  bu 

nöqteyi  nəzərdən  bir  sıra  şirkətlərin  risk  menecment  üzrə  xüsusi  mütəxəssislər 

hazırlanır  və  belə  bir  ştat  da  müəyyənləşdirilir.  Bu  zaman  risk    menecment  üzrə 

hazırlanan  mütəxəssisləri  müəssisə  və  təşkilatlardan,  son  dərəcə  yüksək  formada 

olan iqtisadi təhlil etməyi və  yüksək imtiyazlı bacarığına malik olmalıdırlar. Belə 



75 

 

ki, riskləri idarə edən şəxslər müəssisə və təşkilatlardan bir sıra digər sferalar üzrə 



fəaliyyət  göstərən  mütəxəssislərdən,  öz  biliyi  ilə  fərqlənməli  və  baş  verə  biləcək 

hər  hansı  itkilərdən  sığortalanmaq  məqsədilə  mütəmadi  olaraq  risk  siyasətini 

həyata  keçirməlidirlər.  Bu  zaman  isə  risklərin  proqnozlaşdırılması  prosesində  ən 

səmərəli  seçim  metodologiyası  və  konsepsiyası  çox  mühüm  rol  oynayır.  Bu 

dediklərimizlə yanaşı, müəssisə və təşkilatların, hər şeydən əvvəl onların fəaliyyət 

göstərdiyi  sfera  üzrə  məqsədləri,  missiyası,  fəaliyyət  istiqaməti  və  bu  sahədə 

yarana  biləcək  risklərin  meydana  çıxması  səviyyəsi  təhlil  edilməlidir.  Bu  zaman 

bütün  iqtisadi,  texniki,  texnoloji  məsələlərin  təhlili  edilməli,  baş  verə  biləcək 

itkilərlə əldə ediləcək gəlirlər və bunların həcmi araşdırılmalıdır. 

           Banklarda  risklərin  idarə  edilməsi  və  xüsusi  ilə  kredit  risklərin 

idarəedilməsi,  risk  menecment  fəaliyyətinin  mühüm  tərkib  hissəsi  hesab  edilir. 

Bunun    əsas  səbəbi  ondan  ibarətdir  ki,  kredit  risklərinin  debüt  olunmayan  faiz 

ödənişləri ödəyə bilməməsi və yaxud kredit məbləğinin qatıla bilməməsi problemi 

ümumilikdə  bu  prosesin  idarə  edilməsi  və  qaydaya  salması  ilə  əlaqədardır.  Bu 

problem isə ümumilikdə bankın fəaliyyətinə və eləcə də banklarda pul vəsaitlərinin 

normal hərəkəti və ilkinliyi kimi bu çətin bir məsələnin yaranmasına gətirib çıxarır. 

Bankların fəaliyyətində kreditlərin qaytarılması deyil, onların qrafik üzrə müəyyən 

olunmuş  qaydada  geri  ödənilməməsi  də  onların  fəaliyyətinə  mənfi  təsir  göstərir. 

Çünki  bütün  bu  problemlərin  yaranmaması  üçün  hər  bir  bank  kreditlərin  və 

verilməsi  zamanı  nəzərdə  tutduğu  gəlir  əldə  etmək  üçün  düzgün  və  obyektiv 

qərarlar  qəbul  etməlidir.  Belə  olduqda  isə  kreditləşmə  prosesi  sinergetik 

bütövlükdə bir sistemli vəhdətini halına gələ bilər. Sadaladığımız bu amillərə görə 

də  kredit  risklərinin  idarə  edilməsi,  nəinki  bütövlükdə  ümumilikdə,  cari 

əməliyyatlar və kreditlər üzrə təhlil edilməli və proqnozlaşdırılmalıdır. 

     İstər  bankı sferasında  istərsə də istənilən sahədə risklərin yaranma  mənbələri 

mövcuddur.  Belə  ki,  müxtəlif  ədəbiyyatlarda  risklərin  daha  çox  ya  subyektiv  və 

obyektiv  subyektiv  xarakterli  olduğu  haqqında  mülahizələr  mövcuddur.  Buna 

müvafiq olaraq qeyd edə bilərik ki, riskin  obyektiv formada mövcudluğu, sosial 




76 

 

iqtisadiyyatın  subyektləri  şəklində  çıxış  edən  bir  çox  təbii,  sosial  və  texnoloji 



proseslərin mövcudluğu imkanını bir şərt kimi qarşıya qoyur. 

Risklərin  idarə  olunması  sistemi  dedikdə  əsasən  bank  fəaliyyətində  aşkar  edilən 

qeyri  müəyyənliklərin  məcmusu  başa  düşürdük.  Bu  qeyri  müəyyənlik  aradan 

qaldırması ilə əlaqədardır banklar riskdən qorunma mexanizmlərinin tətbiq edərək 

risklərin    minimumlaşdırılması  tədbirlərini  həyata  keçirirlər.  Banklarda  risklərin 

idarə  edilməsi  siyasəti  bir  sıra  məqsədləri  özündə  əks  etdirir  ki,  bunlar 

aşağıdakılardan ibarətdir : 

 



müəyyən olunmuş səviyyədən artıq riskləri öz üzərinə götürməyən bank imicinin 

formalaşdırılması ; 

 

öz  üzərinə  götürdüyü  öhdəlikləri  şərti  formada  həyata  keçirilməsinin  təmin 



edilməsi ; 

 



bankın  yalnız özünün biznes həcminə adekvat olan riskləri öz üzərinə götürməsi ; 

Müəyyən edilmiş məqsədlərə uyğun olaraq, risklərin idarə edilməsi siyasəti bir sıra 

vəzifələri yerinə yetirir ki, bunlar aşağıdakılardan ibarətdir  

5.

 



bankın  inkişaf  strategiyasının  həyata  keçirilməsi  ilə  bağlı  tədbirlərin  təşkil 

edilməsi; 

6.

 

istənilən şəraitdə bankın normal fəaliyyətinin təmin edilməsi ; 



7.

 

uzunmüddətli dövr üçün bankın həddindən artıq riskə məruz qalmasının qarşısının 



alınması ; 

8.

 



bankların  aktiv  passiv  əməliyyatların  idarə  edilməsi  üzrə  səmərəli  sistemin 

formalaşdırılması ; 

Risklərin  idarə  edilməsi,  ümumilikdə    ölkəmizdə  bankların  fəaliyyətinə  uyğun 

olaraq  risklərin  müəyyən  edilməsi,  qiymətləndirilməsi  və  bununla  bağlı  risk 

limitlərinin  təyin  edilməsi  ilə  bağlı  məsələləri  özündə  əks  etdirir.  Riskin    idarə 

edilməsi funksiyası Müşahidə Şurası səviyyəsindən işçilərin səviyyəsinə kimi bank 

daxilində  da  ümumilikdə  aşağı  istiqamətdə  yuxarıya  doğru  təyin  edilən  vəzifə  və 

səlahiyyətlərinin strukturunu özündə birlədirir.  



 

 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə