Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   7   8   9   10   11   12   13   14   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

            

Valyuta  riski.  Bu  risklərin  məzmununu  aktivlərin  yaranması  prosesində 

xarici dövlətlərin valyutasından istifadə edərək müxtəlif resurs  mənbələrinin cəlb 

edilməsi  zamanı  yaranan  risklər  təşkil  edir.  Real  valyuta  kursuna  ölkənin  iqtisadi 

inkişaf  xüsusiyyətləri  və  tendensiyaları  xüsusi  təsir  göstərir.  Bununla  yanaşı, 

valyuta  tənzimlənməsi  ilə  əlaqədar  həyata  keçirilən  siyasətin  bu  dəyişikliklər  ilə 

əlaqədar  xüsusi  siyasi  məqamlar  və    sosial  gərginliyin  səviyyəsi  də  təsir  göstərə 

bilər. Valyuta riskinə müvafiq olaraq onun  əsas tərkib hissəsini qeyd etmək zəruri 

hesab edilir. Bunlar aşağıdakılardan ibarətdir: 

1.

 



Konvertasiya 

riski. 


Mübadilə 

əməliyyatları 

zamanı 

müəyyən 


məhdudiyyətlərlə əlaqədar konvertasiya riskləri  yarana bilər.  

2.

 



Mübadilə  kursunun  dəyişkən  xüsusiyyəti.  Bu  zaman  mübadilə  kursunun 

dəyişməsi nəticəsində  valyutalar arasında fərqlər və  xarici valyutaya vəsait 

qoyuluşunun dəyərdən düşməsi kimi risklərin formalaşa bilər.  

3.

 



Açıq  valyuta  mövqeyi  riski.  Kommersiya  banklarından  onların  valyuta 

aktivləri  və  bankların  xarici  valyuta  üzrə  öhdəliklərin  parametrləri  arasında 

balansın pozulması, uyğunsuzluqlar zamanı formalaşan risk növüdür.  

          Bazar  riski.  Bu  risk    xüsusilə  kommersiya  banklarından  müxtəlif  faiz 

dərəcəsi kapitalın qiymətlərindəki dəyişmələr zamanı bazar dəyərinin dəyişməsinə 

səbəb  ola  biləcək,  itkilərə  uyğun  formalaşan  risk  növüdür.  Bazar  riskinin 

mənbəyindən asılı olaraq müxtəlif kateqoriyaları vardır ki, onlara nəzər salaq.  

 



Faiz dərəcəsi riski.  Faizlərin dəyişilməsi vasitəsilə yaranan riskdir və bu risk 

mənbəyi, hər şeydən öncə maliyyə alətlərinə təsir göstərir.  




19 

 



 

Kapital  riski.  Bir  müxtəlif  qiymətli  kağızların  və  kapitalın  qiymətlərindəki 

dəyişikliklərlə  əlaqədar  formalaşan  risk  növü olub, hər şeydən öncə  kapital 

portfelinə təsir göstərir.  

 

Xarici valyuta  riski  .Valyuta  məzənnələrində  dəyişiklikliyə  əsasən, yaranan 



risk növü olub  valyuta üzrə yerləşdirilən alətlərin portfelinə təsir göstərir.  

 



Əmtəə-mal riski . Bu risk növü, əmtəə  qiymətlərindəki dəyişiklik isə əsasən 

yaranan  risklərə  aid  edilir.  Bu  riskin  təsir  göstərdiyi    portfellər  əsasən 

müxtəlif  fyuçers  və  forvard  müqavilələri  vasitəsilə  formalaşan  risklərdən 

ibarət  ola  bilər.Bu  risklər    müxtəlif  aktiv  və  passivlərin  balans  arxası 

hesabatların  dəyərinə  təsir  edən  bazar  amillərinin  mümkün  təsiri  ilə 

şərtləndirilir.  Bir sıra hallarda bazar riski anlayışına qiymət riski anlayışına 

bərabər səviyyədə dəyərləndirirlər. Bu, xüsusilə valyuta və faiz dərəcələrinin 

dəyişməsi riskinin qiymət riski kimi bərabərhüquqlu şəkildə qruplaşdırılması 

zamanı  daha  çox  baş  verir.  Bu  zaman  bazar  riskinin  tərkib  hissəsi  kimi 

qiymət  riski  çıxış  edir.  Kommersiya  banklarında  yarana  biləcək  bazar 

riskinin dəqiq müəyyən edilməsi balans  uçotunun tətbiq edilən qaydalar da 

öz təsirini göstərir. Xüsusilə də maliyyə  institutları və balans maddələrinin 

dəyər  qiymətini  təyin  edən  zaman  yarana  biləcək  bazar  riskini  daha  aydın 

şəkildə görmək mümkün olur.  

            Kommersiya banklarının bazar riskinin meylli olmaqla bir sıra səbəblərə 

görə  baş  verir.  Birincisi    bankın  balansından  qiymətli  kağızlar  portfelinin 

dəyişməsi  riski  vasitəsilə  yaranar.  Belə  olduqda  isə  Bank  tərəfindən  emissiya 

olunan  qiymətli  kağızlarının  dəyərinin  enməsi  nəticəsində  onların  yenidən 

emissiyası kommersiya  bankı tərəfindən əlavə xərclərin formalaşmasına səbəb 

olur.  


 

İkincisi   bazar  riskinin  yaranmaq  meyllərindən biri isə  bazar dəyərinin 

qiymətləndirilməsinə  uyğun  olaraq  maliyyə  kapitalının  ümumi  dəyərinin 

müəyyənləşdirilməsidir. Bu, xüsusilə, əsas fondların dəyər qiymətinin yenidən 

qiymətləndirilməsi  şəklində  icra  edilir  və  bu  zaman  cari  bazar  qiymətini 

müxtəlif cür əks etdirir. Bankların, bazar riskinin meyllik xüsusiyyəti daha çox 




20 

 

kredit  həmin  aktların  icrası  çərçivəsində  meydana  çıxır.  Buna  müvafiq  olaraq, 



ümumilikdə  kommersiya  banklarının  bazar  riskinin  formalaşması  ilə  əlaqədar 

bu  riskin  qiymətləndirilməsi,  müasir  dövrdə  beynəlxalq  miqyasda  fəaliyyət 

göstərən banklar üçün xüsusi aktuallığa malikdir.  

            Funksional  risklər  daha  çox  hər  hansı  bir  xidmətlərinin  yaranması  və 

göstərilməsi  prosesləri  zamanı  formalaşır.  Buna  müvafiq  olaraq  qeyd  edə 

bilərik  ki,  kommersiya  banklarının  fəaliyyəti  ümumilikdə  funksional  riski 

olduqca meyllidir. Bu riskləri daha çox hər hansı bank xidmətlərin yaradılması 

və  göstərilməsi  zamanı  maliyyə  təsərrüfat  prosesinə  vaxtı  vaxtında  nəzarət 

edilməməsi  və  kifayət  qədər  informasiyanın  toplanaraq  təhlil  edilməməsi 

zamanı  formalaşır.  Kommersiya  banklarında  digər  risk  növlərindən  fərqli 

olaraq,  funksiyanın  riskin  miqyasını  müəyyənləşdirmək  olduqca  mürəkkəbdir. 

Lakin bununla yanaşı, funksional risklər meydana çıxan zaman müvafiq olaraq, 

kommersiya banklarının bu risklərin minimumlaşdırılması ilə əlaqədar və daha 

çox  sənəd  dövriyyəsinin  təkmilləşdirilməsi,  daxili  auditin  inkişafı    və  daxili 

metodların  işlənib  hazırlanması  vasitəsilə  riski  minimuma  endirməyə  səy 

göstərirlər.  

            Effektivtivsizlik riski.Bu risk daha çox kommersiya banklarında bankın 

məsrəfləri  arasında  yaranan  uyğunsuzluq  vasitəsilə  meydana  gəlir.  Bank 

sferasında zərərli məsrəflərin idarə olunması olduqca mürəkkəbdir. Xüsusilə də 

əməliyyat məsrəflərinin qeyri -abit olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, 

mühasibat  uçotunun  hesabat  planında  əməliyyat  məsrəflərinin  bankın  faiz 

dərəcələri  daxil  olur.  Bu  zaman  isə  əməliyyat  məsrəfləri  faiz  xərcləri 

müqavimət  göstərir.  Əməliyyat  məsrəfləri  isə  bank  əməliyyatları  ilə  əlaqədar 

vəsait  itkisi  deməkdir.    Kommersiya  banklar  da  işçi  qüvvəsinin  məvacibi  bir 

sıra  əməliyyatların icra edilməsi nəticəsində inzibati xərclərə aid edilir. Bütün 

bunları nəzərə alaraq qeyd etməliyik ki, risklərin idarə olunması prosesini icra 

edən  kommersiya  bankları  bir  sıra  hallarda  gəlir,  məsrəf  bankın  balans  arxası 

hesabatlarda olan vəsaitlərdən istifadəsini tətbiq edirlər.  




21 

 

 



Ödəniş qabiliyyətinin olmaması riski . Bu riski digər risklərdən, törəmə 

şəklində  kommersiya  banklarında  risk  kateqoriyasına  daxil  olur.  Bu  risk  daha 

çox  bankın  öz  kapitalından  yüksək  olan  toplanmış  itkilərin  və  zərərin  ümumi 

miqdarının  bankın  öhdəliyini  icra  edə  bilməməsi  vasitəsilə  əlaqədar  yaranar.  

Likvidiyin    kifayət  qədər  olmaması  və  Maliyyə  Bazarlarına  Nəzarət  Palatası  

müxbir  hesablarda  formalaşan  debet  saldosu  ilə  ifadə  olunan  ödəniş 

qabiliyyətinin  enməsi  vasitəsilə  yaranır.  Kommersiya  bankından  ödəniş 

qabiliyyətinin  olmaması  əslində  onun  iflas  etməsi  məzmununu  daşıyar.  Bu 

zaman  isə  mənfi  şəxsi  kapital  göstərir  ki,  ümumilikdə,  bu  zaman    kreditorlara 

olan  məbləği  ödəməyə  vəsaiti  çatmır.  Belə  olduqda  isə  həmin  kommersiya 

bankının  iflası  prosesi  başlamış  hesab  edilir.  Kommersiya  banklarının 

fəaliyyətinin  dayandırılması  və  onun  bu  əməliyyatları  həyata  keçirməsinə  dair 

lisenziyasının  geri  alınması  ilə  əlaqədar  məsələlər  qanunvericiliyə  uyğun 

şəkildə yerinə yetirilir.  

            Strateji  risk.  Bu  kommersiya  banklarında  strateji  idarəetmə  zamanı 

formalaşan  səhvlərlə  əlaqədar  yarana  biləcək  itkiləri  əks  etdirir.  Xüsusilə  də 

kommersiya  banklarından  risklərin  idarəedilməsi  prosesində  atılan  yanlış 

addımları,    resurslarla  əmin  olunması  prosesində  yalnışlıqlar  strateji  riskin 

yaranmasına səbəb olur.  

            Fond  riski.  Bu  kommersiya  banklarından  qiymətli  kağızlara  olan  tələb 

və təklifin dəyişilməsi ilə əlaqədar yaranan risk növüdür. Fond riskinin xüsusilə 

də  qiymətli kağızlarla aparılan  əməliyyatlar zamanı baş verən  maliyyə itkiləri 

və  gəlirliliyin  azalması  nəticəsində  formalaşır.  Fond  riskləri    daimi  və 

müvəqqəti  ola  bilər.  Daimi  riskləri  daha  çox  qiymətli  kağızlar  üzrə  aparılan 

əməliyyatlar zamanı investorun bu kağızlara yatırdığı əmanətləri ilə üzləşmədən 

realizə  edə  bilməməsi  səbəbindən  qiymətli  kağızlar  kursunun  aşağı  düşməsi 

nəticəsində yaranır.  

            İnflyasiya  riski.  Kommersiya  bankından  hərtərəfli  təsir  göstərən 

riskləridir.    İnflyasiyanın  mənfi  təsiri  kimi  banklarda  aktivlərin  qiymətdən 

düşməsini  misal  göstərə  bilərik.  Belə  ki,  kommersiya  banklarının  əhaliyə 




22 

 

verdiyi kreditin müəyyən zamandan sonra  dəyərsizləşdiyi pul  vasitəsi ilə geri 



qaytarırlar.  

 

Texnoloji  risk.  Bu  risk  kommersiya  banklarının  fəaliyyətində 



texnologiyanın istifadəsi ilə əlaqədar yaranan risk növüdür. İş fəaliyyəti zamanı 

texnoloji avadanlıqlarda baş verən hər hansı nasazlıq müəyyən zaman kəsiyində 

kommersiya banklarında bir sıra itkilərin yaranmasına səbəb ola bilər.  

            Əməliyyat  riski.  Əməiyyat  riskləri    daha  çox  kommersiya  banklarında 

daxili  prosesləri,  sistemləri  və  ümumilikdə  kənar  hadisələrin  baş  verməsi 

yaranan  risk  növüdür.  Bu  risklərin  idarə  edilməsi  bankların  həyata  keçirdiyi 

riskin idarə olunması siyasətinin tərkib hissəsi hesab edilərək 2 hissəyə ayrılır.  

 



Xarici faktorlar vasitəsilə baş verə biləcək əməliyyat riskləri ; 

 



Daxili faktorlar vasitəsilə baş verə biləcək əməliyyat riskləri. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




23 

 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə