Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

1.3.

 

Risk menecmentinin xüsusiyyətləri 

   Müasir  dövrdə  risklərin    daimi  xarakter  kəsb  etməsi,  onların  artıq  reallıq  kimi 

dəyərləndirilməsini tələb edir. Bu baxımdan da risklərin  düzgün başa düşülməsi və 

qiymətləndirilməsi  və  onların  idarəçilik  qərarlarının  tərkib  hissəsi  kimi  qəbul 

edilməsi  olduqca  vacibdir.  Məhz  buna  görə  də  risklərin    idarəedilməsinin 

şirkətlərdə, banklarda və digər təşkilatlarda  baş verə biləcək itkilərin azaldılması 

və mənfəətin artırılması baxımından son dövrlərdə daha da aktual bir problem kimi 

formalaşmışdır.  Sadaladığımız  bu  problemlərin  də  göstəricilərin  qarşılıqlı  əlaqəsi 

də risk  menecmentinin tərkib hissəsi kimi meydana çıxır. Risklərin idarə edilməsi, 

müəssisə və təşkilatlarda istər düzgün qərarların qəbul edilməsi baxımından, istərsə 

də iqtisadi artımın təmin edilməsi və iqtisadi fəaliyyətin yaxşılaşdırılması nöqteyi 

nəzərindən  çox  mühüm  əhəmiyyət  kəsb  edir.  Xüsusilə  də,  sənaye  baxımından 

inkişaf  etmiş  bir  sıra  ölkələrdə  risklərin    idarə  edilməsi  istiqamətində  xüsusi 

menecment  tədbirləri  modellərlə  işlənib  hazırlanır.  Hətta  bu  nöqteyi  nəzərdən  bir 

sıra şirkətlərin risk menecment üzrə xüsusi mütəxəssislər hazırlanır və belə bir ştat 

da  müəyyənləşdirilir.  Bu  zaman  risk    menecment  üzrə  hazırlanan  mütəxəssislər 

müəssisə və təşkilatlardan, son dərəcə yüksək formada olan iqtisadi təhlil etməyi 

və yüksək imtiyazlı bacarığa malik olmalıdırlar. Belə ki, riskləri idarə edən şəxslər 

müəssisə  və  təşkilatlardan  bir  sıra  digər  sferalar  üzrə  fəaliyyət  göstərən 

mütəxəssislərdən, öz biliyi ilə fərqlənməli və baş verə biləcək hər hansı itkilərdən 

sığortalanmaq  məqsədilə  mütəmadi  olaraq  risk  siyasətini  həyata  keçirməlidirlər. 

Bu  zaman  isə  risklərin  proqnozlaşdırılması  prosesində  ən  səmərəli  seçim 

metodologiyası və konsepsiyası çox mühüm rol oynayır. Bu dediklərimizlə yanaşı, 

müəssisə və  təşkilatların,  hər  şeydən  əvvəl onların  fəaliyyət  göstərdiyi  sfera üzrə 

məqsədləri,  missiyası,  fəaliyyət  istiqaməti  və  bu  sahədə  yarana  biləcək  risklərin 

meydana  çıxması  səviyyəsi  təhlil  edilməlidir.  Bu  zaman  bütün  iqtisadi,  texniki, 

texnoloji  məsələlərin  təhlili  edilməli,  baş  verə  biləcək  itkilərlə  əldə  ediləcək 

gəlirlər  və  bunların  həcmi  araşdırılmalıdır.  Təhlil  nəticəsində  itkilərin  baş  vermə 

ehtimalının  mövcud  olması,  müəssisə  və  təşkilatlarda  psixoloji  gərginlik 



24 

 

yaratmamalı,  əksinə,  bu  zaman  risklərin  idarə  edilməsi,  qiymətləndirilməsi  və 



azaldılması ehtimalları ilə əlaqədar tədbirlər işlənib hazırlanmalıdır.  

            Beləliklə,  risk  menecmentinin  tərkib  hissəsi  olaraq,  riskin    baş  vermə 

ehtimalının  obyektivliyini  qəbul  edərək,  həmin  problemin  həllini  müəssisə  və 

təşkilatlarının fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirmək daha doğru hesab 

edilir.  Bu  zaman  təşkilatların  iqtisadi  fəaliyyətin  həcmindən  asılı  olaraq  risklərin 

meydana  gəlmə  meylləri  və  idarə  edilməsi  məsələləri  də  nisbətən  fərqli  xarakteri 

kəsb  edir.  Belə  olduqda  isə  meydana  çıxan  problemlərin  nəzərə  alınmasını  və  bu 

riskləri mümkün qədər minimuma endirilməsi məsələsi olduqca zəruridir. Bir sıra 

mütəxəssisləri  risklərin  idarə  edilməsi  zamanı  baş  verə  biləcək  risk  ehtimallarını 

minimuma  endirməsi  üçün  adaptiv  yanaşmadan  istifadənin  daha  düzgün  hesab 

edirlər.  

Lakin bununla yanaşı olaraq qeyd etməliyik ki,  bir sıra risklərdən yayınmaq 

və  bu  risklərini  məhdudlaşdırmaq  üçün  sadəcə  bu  yanaşma  metodu  kifayət  etmir. 

Burada meydana çıxa biləcək risklərin azaldılması məqsədilə sistemli tədbirlər və 

antiböhran tədbirlərinin görülməsi zərurəti yaranar. Çünki kommersiya bankları və 

eləcə  də  digər  firma  və  şirkətlərinin  böhranı  vəziyyətdə  və  onların  kapitalın 

yerləşdirilməsi  üzrə  meydana  çıxan  problemləri,  eləcə  də  kooperativ  itkilərin 

azaldılması ilə əlaqədar yaranan ziddiyyətlərin aradan qaldırılması məqsədilə daha 

geniş idarəçilik tədbirlərinin həyata keçirilməsi vasitəsilə həll etmək mümkün olur.      

            Nəinki ümumi risk anlaşaraq, risklərin  idarə edilməsi, ümumilikdə iqtisadi 

risklər  və  bütün  maliyyə  kredit  risklərini  çoxaspektli  olmaqla  baş  verə  biləcək 

itkiləri  ifadə  etdiyi  üçün  ona  istənilən  iqtisadi  fəaliyyətdə    inamsızlığı 

formalaşdırır.  Bu  daha  çox  bazar  iqtisadi  sistemində  iqtisadi  risklərin  meydana 

gəlməsi  ilə  özünü  biruzə  verir.  Belə  ki,  iqtisadi  riskləri  ümumilikdə  mənfəətin 

azalmasına  və  iqtisadi  itkilərə  səbəb  olar.  Bu  baxımdan  da  iqtisadi  risklərin 

sistemli  formada  təhlil  edilməsi  zəruri  hesab  edilir. Belə ki, iqtisadi  risklər, bazar 

münasibətlərinin biznes fəaliyyətinin və azad sahibkarlığın əsas tərkib hissəsi kimi 



25 

 

çıxış edir. Lakin bazar iqtisadiyyatının tərkib hissəsi kimi risk amili çox şişirdilir 



və hətta onu sahibkarlığın əsası kimi ifadə edirlər. Sözsüz ki, sahibkarlıq fəaliyyəti 

müəyyən risklərlə əlaqədardır, bunu inkar etmək olmaz, ancaq bununla yanaşı risk   

fəaliyyətin əsasını təşkil etdiyini qeyd etmək doğru hesab edilmir. Çünki istənilən 

fəaliyyət  növündən  və  itkilərin  yaranma  ehtimalından  zamanla  müəssisə  və 

təşkilatlar,  itkilərin  azaldılması  baxımından  bir  sıra  müxtəlif  tədbirlər  həyata 

keçirirlər.  Buna  müvafiq  olaraq  müxtəlif  mütəxəssislər  risklərin  öyrənilməsində 

peşəkar  fəaliyyətin  iqtisadi  sistemin  xarakterinə  uyğun  metodların  seçilməsini 

zəruri  hesab  edirlər.  Risk  menecmentinin  tərkib  hissəsi  hesab  edilən  risk 

kateqoriyasının  öyrənilməsi  zamanı  bir  sıra  obyektiv  və  subyektiv  meyarların, 

informasiyanın  sistemli  şəkildə  öyrənilməsi  və  eləcə  də  risklərin    yaranmasının 

ehtimal  xarakteristikasının  müəyyənləşdirilməsi    və  risklərin  hansı  səviyyədə 

olması  da  nəzərə  alınmalıdır.  Riskin    nəzərə  alınmaması  istənilən  müəssisə  və 

təşkilatlarından  böhran  vəziyyətinə  səbəb  ola  bilər.  Bu  isə  birbaşa  olaraq  iqtisadi 

itkilərlə  qarşılaşmaq  deməkdir.  İtkinin  baş  vermə  ehtimalı  olan  hissəsində  risk  

olduğu halda, böhran zamanı bu risk daha da kəskinləşir və qlobal səciyyə daşıyır. 

Bunu tarixi dövr ərzində baş vermiş dünya maliyyə böhranın nəticələrinə baxaraq 

da görmək olar.  

Bununla  yanaşı    risk  menecmentinin  xüsusiyyətləri  kimi  risk    anlayışının 

məzmununda  onun  obyektiv  və  subyektiv  cəhətdən  müxtəlif  nöqteyi  nəzərdən, 

yanaşmaları da mövcuddur. Bu yanaşmalarda  qeyd edilir ki, riskin  ya obyektiv, 

ya da subyektiv səviyyəsinə üstünlük verilir və bunlar içərisində riskin  obyektiv- 

subyektiv xüsusiyyəti önəmli yer tutur.  

 

Risk    anlayışının  subyektiv tərəfi  onun  müxtəlif  alternativlərinin seçimi  və 



onların nəticəsinin ehtimalı ilə əlaqədar mənanı ifadə etməsidir.  Riskin subyektiv 

nöqteyi  nəzərdən  təhlili  prosesində  aydın  olur  ki,  onun  daha  çox    insanların 

müxtəlif hadisələrə psixoloji və ideoloji baxışlarından yüksəkliyindən irəli gələrək, 

riskin  səviyyəsində  baxışlar,  müxtəlif  olur.  Bununla  yanaşı  riskin    obyektiv 

xüsusiyyəti  də  var.  Belə  ki,  riski,  obyektiv  mövcudluğu,  sosial  iqtisadiyyatın 



26 

 

subyektləri  kimi  çıxış  edən  variantları  və  eləcə  də  müxtəlif  sosial  və  texnoloji 



proseslərin  mövcudluğu  imkanı  şərt  formasında  qarşıya  qoyur.  Bu  zaman  riskin 

obyektivliyi  formasından  real  həyatda  mövcud  olan  və  baş  verən  hadisələr  əks 

olunur. Risk  onun mövcudluğunun araşdırılmasından asılı olmayaraq mövcuddur. 

Riskin  subyektiv təbiəti onunla izah olunur ki, bu anlayış həm subyektiv xarakterli 

proseslərdən  və  eyni  zamanda,  insanların  arzu  və  iradəsindən  asılı  olmayan 

proseslərdən yaranır.  

Risklər aşağıdakı mənbələr hesabına yaranır: 

 



öz - özünə baş verən və daxili səbəblərdən formalaşan risklər. Bu prinsiplərə 

əsasən təbii fəlakətlər zəlzələ, daşqın, qasırğadan bu və xoşagəlməz müxtəlif 

ildırım quraqlıq tipli hadisələrə aid edilir.  

 



təsadüfilik.  Təsadüfilik  vasitəsilə  formalaşan  risklər,  adətən,  sahibkarlıq 

fəaliyyətinin  subyektləri  şəklində  çıxış  edən  yaranma  ehtimalı  bir  sıra 

proseslərdən  asılı  olaraq  formalaşan  risklərə  aid  edilir.  Bu  risklərin 

yaranması  təsadüfi  elementlər  vasitəsilə  meydana  çıxır.  Belə  olduqda  isə 

gözlənilən  nəticənin  qabaqcadan  baş  verməsini  müəyyən  etmək  qeyri 

mümkün  olur.  Buna  misal  olaraq  real  həyatda  da  təsadüfən  baş  verən  risk 

ehtimalı  olan  hadisələri  göstərə  bilərik.  Təsadüfilik  nəticəsində  yaranan 

riskləri, adətən, sahibkarlıq fəaliyyətinin nəticələrini ona olduqca mənfi təsir 

göstərir  və  onları  qabaqcadan  müəyyən  etmək  mümkün  olmur.  Bu  cür 

risklər  zamanla  onların  qabaqcadan  müəyyən  edilə  bilməyən  mümkünsüz 

olduğuna  görə  bir  sıra  təsir  vasitələri  yaranır  ki,  bunlara  misal  olaraq, 

yanğın,  partlayış  və  avadanlığın  sıradan  çıxması  zamanı  nəqliyyatda 

müxtəlif  xoşagəlməz  hadisələrin  baş  verməsini  göstərə  bilər.  Təcrübələrə 

əsasən  deyə  bilərik  ki,  dünyanın  bir  sıra  ölkələrində  cəmiyyət  tərəfindən 

təsadüfi risklərin başvermə ehtimalı zamanı bir sıra tədbirlər görülsə də,  bu 

risklərin  yaranma  ehtimalı  hər  zaman  qalır  və  heç  bir  qabaqcıl  texniki 

tədbirlər bunu aradan qaldıra bilmir.  



27 

 



 

mübahisəli  ideyaların  mövcudluğu  və  maraqların  toqquşması  .  Riskin    bu 

xüsusiyyətini  daha  çox  ümumilli  münaqişələr    və  ümumilikdə  müxtəlif 

proseslər    maraqlarının  toqquşması  kimi  hadisələrin  təzahüründən 

formalaşır.  Ümummilli  maraqların  toqquşması  zamanı  isə  sahibkar  bəzi 

hallarla  qarşılaşa  bilər.  Bunlara  misal  olaraq  idxal  ixrac  əməliyyatlarının 

dayandırılması,  müəssisələrin  və  məhsulların  müsadirə  edilməsi,  xaricdəki 

aktivlərin  və  gəlirlərin  dondurulması,  investisiya  məhdudiyyətinin 

qoyulması ola bilər. 

          Bununla  yanaşı,  qeyd  edə  bilərik  ki,  sahibkar  alıcı  uğrunda  mübarizə 

məqsədilə  münasib  qiymətə  məhsulların  çeşidlərini  artırır  və  keyfiyyətini 

yaxşılaşdırır. Lakin müəssisələr  arasında ədalətli formada aparılmayan, rəqabət də 

mövcuddur.  Bu  zaman  sahibkarlardan  biri  digərlərinin  fəaliyyətinin  həyata 

keçirilməsinə mane olmaq  məqsədilə  rəqibini ləkələyir və müxtəlif qeyri qanuni 

yollardan istifadə edir.  

 

Riskin  yaranmasından,  onun  təkrar  istehsal  prosesinə  zidd  olan  iddiaların 



ehtimalı  xarakterə  də  təsir  göstərir.  Bura  isə  elmi  texniki  tərəqqinin  inkişafı 

nəticəsində  elmi  kəşflərin  və  texniki  ixtiraların  nəticələrini  əvvəlcədən  müəyyən 

etmək qeyri mümkün olmağına aid edə bilərik. Bununla yanaşı, hər hansı hadisə və 

proseslər barədə kifayət qədər məlumatın olmaması da  riskin  yaranma ehtimalını 

artırır. Belə ki, müəyyən məsələlərlə əlaqədar informasiyaların toplanmasını, eləcə 

də  bu  informasiyanın  yenidən  işlənməsi  və  insanlar  qarşısında  müəyyən 

məhdudiyyətlər  qoyulur  və  bununla  yanaşı,  informasiyalar  dəyişkən  olur. 

Qərarların  qəbul  edilməsi  isə  kifayət  qədər  düzgün  informasiyanın  olmasını  tələb 

etdiyi üçün natamam informasiya riskinin yaranması ehtimalının bir o qədər artırır. 

İnformasiyalar  bir  sıra  müəssisələrin  mövcudluğu  ilə  əlaqədar  məlumatları  əks 

etdirir. Bunlar aşağıdakılardan ibarətdir  

 



məzənnələr, tariflər və qiymətlər 

 



rəqibləri maliyyə sabitliyi, ödəniş qabiliyyəti haqqında informasiya ; 


28 

 



 

rəqiblərin fəaliyyəti ilə əlaqədar ehtimal edilən qərarları; 

 

məhsullara 



və 

xidmətlərə 

olan 

tələbin 


mövcud 

səviyyəsinin 

müəyyənləşdirilməsi ; 

          Risk menecmenti sistemində riskin  digər xüsusiyyətlərindən biri də müxtəlif 

müəlliflər  tərəfindən  onun  həm  baş  verməsi  qeyri  müəyyən    bir  hadisə,  həm  də 

sahibkarlıq  fəaliyyətinin  nəticəsində  nəzərdə  tutulmuş  gəlirlərin  əldə  edilməməsi 

ehtimalı  hesab  edilir.  Bir  sıra  müəlliflər  tərəfindən  riskin  bu  xüsusiyyətləri  izah 

olunsa da risk kateqoriyasına riyazi gözləmələr baxımından da yanaşmaq lazımdır. 

Belə  ki,  riyazi  gözləmələrini  özü  üçün  risk  dərəcəsini  müəyyən  mənada  olduqca 

mücərrəd formada ifadə edir. Lakin heç şübhəsiz ki, real həyatda olmaq sahibkarlıq 

fəaliyyəti ilə məşğul olanlar riskin başvermə ehtimalını dəqiq bilsəydilər, bu zaman 

onlar  riskə  getməzdilər.  Digər  tərəfdən  isə  əgər  hər  hansı  bir  ifadənin  mənası  və 

fəaliyyətin  nəticələri  qabaqcadan  məlumdursa,  o  zaman  bunu  risk  adlandırmaq 

olmaz.  Lakin  risk  menecmentində  bütün  bunlar  o  demək  deyil  ki,  o,  baş  verə 

biləcək  maliyyə  və  kredit  risklərinin  ehtimalını  müəyyənləşdirmək  mümkün 

deyildir.  Bu  zaman  belə  bir  sual  meydana  çıxır  ki,  bəs  risk    şüurlu  fəaliyyətinin 

nəticəsi  deyildirmi?  Heç  şübhəsiz  ki,  biznes  fəaliyyəti  özündə  məqsədyönlü  biri 

istiqaməti və fəaliyyəti nəzərdə tutur. Lakin bu prosesdə hansı iqtisadi təsadüflərin 

qeydi  müəyyən  xidmət  və  baş  verə  biləcək  sosial  hadisələri  nəzərə  almaq  hər 

zaman mümkün olmur. Bu qeyri müəyyənlik və mümkünsüzdür halı da bu riskləri 

daha təhlükəli vəziyyət da gətirib çıxarır. Bu risklər isə risk  menecmentində həm 

tədqiq  olunan  obyektlərin  xarakterindən  asılı  olaraq  müxtəlif  səviyyələrdə 

mütəmadi  yaxud  qeyri  mütəmadi  formada  baş  verir.  Risk  prosesində  insanların 

şüurlu fəaliyyəti iştirak edir. Lakin bu şüurlu fəaliyyəti nəticəsində insanlar həmin 

fəaliyyətin  gətirəcəyi  itkiləri  və  bir  formada  əvvəlcədən  müəyyən  edə  bilmirlər. 

Belə ki, istənilən fəaliyyət sistemli formada icra edilmədikdə risk yaranır. Gələcək 

məhsulun  rəqabət  qabiliyyəti  ilə  satışının  məsələn,  investisiyadan  maliyyə 

resursları innovasiya kimi məsələlər də tələb və təklif amilləri üst üstə düşməməsi 

riskin    yaranmasına  səbəb  olur.  Bütün  bunlardan  şüurlu  fəaliyyətin  nəticəsi  kimi 



29 

 

riski  yaradan əsas səbəblərdir. Bir sıra müəlliflər risk menecmentində riskin əsas 



xüsusiyyətlərindən  biri  də  onun  əlavə  mənfəətinin  əldə  edilməsi  kimi  məsələni 

gündəmə gətirmişlər. Belə ki, risk  özünü doğrudan zaman o, nəinki əlavə mənfəət 

həm də əvvəlki dövrlərdə əldə edilmiş mənfəət və gəlir də öz yerində qalmış olur. 

Bu zaman riski sadəcə əlavə mənfəətin əldə edilməsi kimi dəyərləndirmək düzgün 

hesab  edilməzdi.  Çünki  bir  sıra  firmalar  yalnız  əlavə  deyil,  əvvəlki  mənfəəti 

saxlamağı da öz fəaliyyətlərinin əsas uğuru kimi dəyərləndirirlər. Belə ki, müasir 

dövrdə  hər  bir  şirkət  əldə  etdiyi  maliyyə  resursları  istehsalın  həcmi  qoruyub 

saxlamağı  özünün  əsas  uğurlarından  hesab  edir.  Bunun  əsas  səbəblərindən  biri 

ondan  ibarətdir  ki,  bazar  münasibətlərindən  irəli  gələn  enerji  təhlükəsizliyi, 

inflyasiya,  xammal,  material  və  bununla  bağlı  meydana  çıxan  bir  sıra  məsələlər 

özü ilə birlikdə sahibkarlıq fəaliyyətinə müəyyən dərəcədə itkilər gətirə bilər. Buna 

görə  də  əvvəldə  qeyd  etdiyimiz  kimi,  istər  sahibkarlıq,  istərsə  də  biznes 

fəaliyyətlərinə  uyğun  olaraq  risk  də  müvafiq  kateqoriya  uyğun  biznes  riskivə 

sahibkarlıq riski  kimi anlayışlarla əvəz edilmişdir.  

 

 

 



 

 

 



 

 

 



 


30 

 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə