Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması


II FƏSİL.RİSK MENECMENTİNİN BANK SFERASINDA TƏTBİQ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   9   10   11   12   13   14   15   16   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

II FƏSİL.RİSK MENECMENTİNİN BANK SFERASINDA TƏTBİQ 

İSTİQAMƏTLƏRİ  

2.1.

 

Risk menecmentinin banks sferasında tətbiq istiqamətləri 

            Risk menecmenti  korporativ idarəetmə  mədəniyyətinin əsas tərkib hissəsi 

kimi  çıxış  edir.  Risk  menecmentinin  əsas  məqsədi  bank  sferasından  və  bankın 

fəaliyyətində  risklərin  idarə  edilməsi  işinin  prinsiplərini,  təşkili,  vəzifə  və 

öhdəliklərini, eləcə də risklərin strateji və gündəlik idarə edilməsi kimi məsələləri 

müəyyənləşdirməkdir.  Risk  menecmentini,  müasir  dövrdə  rentabelliyin  əsas 

mənbəyi  kimi  ifadə  edə  bilərik.  Maliyyə  Bazarlarına  Nəzarət  Palatası  bank 

sektorunda risk menecmentinin inkişaf statusu üzrə qiymətləndirmə apararaq, risk 

perspektivini tam dəqiqləşdirir. Riskin başvermə ehtimalı yarandığı halda , yaxud 

çatışmazlıqlar  və  maneələr  olduqda,  onların  aradan  qaldırılması  ilə  bağlı  mühüm 

tədbirlər  yerinə  yetirilir.  Bununla  belə  risk    menecmenti  mexanizmlərinin  tam 

tətbiqi  kifayət  qədər  vaxt  tələb  edir.  İnfrastruktur  və  maliyyə  bazarlarının  tez 

inkişaf  etdiyi  və  bu  münasibətlərin  dərinləşdiyi  bir  şəraitdə  risk    menecment 

fəaliyyətlərinin  də  sistemli  şəkildə  tətbiqi  zəruri  hala  çevrilmişdir.  Digər  bir 

tərəfdən  isə  risklərin  idarəedilməsi  prosesinin  səmərəli  və  operativ  şəkildə  həyata 

keçirilməsi  üçün  dəqiq  informasiya  bazası  olmalıdır.  Sadaladığımız    məsələlərlə 

yanaşı,  ölkəmizdə  fəaliyyət  göstərən  kommersiya  bankların  institusional  və 

texnoloji  inkişafının  tam  şəkildə    yekunlaşmasa  da,  risk  menecmenti  bölməsinin 

bankın  digər  bölmələri  ilə  lazımi  səviyyədə  inteqrasiya  olunmaması    bank 

sferasından  risklərin  idarə  edilməsini  mürəkkəbləşdirən  amillərdən  hesab  edilir. 

Risk menecmenti sistemində digər çatışmazlıqlardan biri də bu sfera üzrə  yüksək 

ixtisaslı kadrların çatışmazlığıdır.  

            Müasir  dövrdə    hər  bir  bankın  başlıca  diqqət  yetirməli  olduğu  əsas 

bölmələrindən biri də məhz risk menecmenti  bölməsidir. Risklərin düzgün şəkildə 

qiymətləndirilməsi,  bankların  fəaliyyəti  zamanı  ödəmə  qabiliyyətinin  kəskin 

zəifləməsinə,  bank  resurslarının  itirilməsinə,  planlaşdırılmış  gəlirlərin  əldə 

olunmamasına  səbəb  ola  bilər.  Belə  halların  baş  verməməsi  baxımından  banklar 



31 

 

bütün  fəaliyyət  istiqamətləri  üzrə  mövcud  potensial  riskləri  əvvəlcədən  müəyyən 



etməli  və  onların  yaranma  səbəblərini  aşkar  edərək  təhlil  etmək  bacarığına  malik 

olmalıdırlar.  Bank sferasında risk menecmentinin tətbiqi xüsusiyyətləri, zamanla 

baş  verə  biləcək  itkiləri  müəyyənləşdirərək  onların  kompensasiya  edilə  bilən 

alternativ variantlarının aşkar edilməsi risk menecmentin əsas vəzifələrindən hesab 

edilir. [10, səh.86] 

            Risk menecmenti xüsusi diqqət tələb edən bir sahədir.  Xüsusilə son illərdə 

bu istiqamətdə çox əhəmiyyətli layihələr həyata keçirilmişdir. Dünyada baş verən 

qlobal  maliyyə  böhranı  isə  risk  sferası  üzrə    layihələrinin  əhəmiyyətini  daha  da 

artırmışdır.  Buna  müvafiq  olaraq  qeyd  edə  bilərik  ki,  ölkəmizdə  risk  

menecmentinin hansısa model üzərində qurulması olduqca aktual hesab edilir. Belə 

ki,  inkişaf  etmiş  ölkələrdə  tətbiq  edilən  risk  menecment  modelinin  MDB 

məkanında  olduğu  kimi  tədqiqi  mümkün  deyil.  Lakin  buna  baxmayaraq,  bu  gün 

ölkəmizdə  olan  risk  menecmentinin  qurulacaq  modeli    daha  çox  inteqrasiya 

olunmuş,  eləcə  də,  kəskin  dəyişiklikləri  əhatə  edən  bir  model  olmalıdır.  Bu 

istiqamət üzrə adekvat və işlək prosedurların formalaşdırılması, risk menecmentin 

əsasını təşkil edir. Məhz buna görə  risklərin idarəolunması prosesində  xüsusi ilə  

kredit  verilməsi  ilə  əlaqədar    kredit  riskləri  üzrə  tələblərin  yenilənməsi,  stress 

testləşdirmə  və  tövsiyələrin  hazırlanmasında  risk  menecmentin  tələblərinə  uyğun 

əməliyyat sisteminə keçid çox mühüm əhəmiyyət kəsb edir. [19, səh.106] 

           Sadaladığımız  məsələlərlə  müvafiq  olaraq    bir  sıra  banklar  beynəlxalq 

səviyyəli  məsləhətçilərin  köməyi  vasitəsilə  müasir  risk  menecmenti  sistemlərinə 

üstünlük  verirlər  və  bu  sistemlər  Mərkəzi  Bank  tərəfindən  dəstəklənir.  Növbəti 

addım  isə  bu  sistem  üzrə  yüksək  ixtisaslı  kadrların  vətəndaşlara  xidməti  ilə 

əlaqədardır.  Lakin  bütün  bunlar-risklərin  idarə  edilməsi  bank  sferasında  bir  sıra 

sahələrlə  qarşılıqlı  əlaqəlidir.  Belə  ki,  yeni  informasiya  sistemləri,  risklərin  idarə 

edilməsi  prosesində  çox  mühüm  rol  oynayır.  Xüsusilə  də  risklərin  idarə  edilməsi 

zamanı məlumatların saxlanması və yenilənməsi üzrə inzibatçılıq səlahiyyətlərinin 

təyin  edilməsi  zəruri  hesab  edilir.  Texniki  strukturu  və  eləcə  də  bankda 




32 

 

informasiyanın  tamlığının  və  sistemin  təhlükəsizliyinin  tələb  olunan  səviyyədə 



olmasına risk  menecmenti sisteminin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.  

          Bankın  inkişaf  strategiyasının  əsaslandırılmasında  və  idarə  olunmasından, 

risklərin  minimuma  endirilməsi,    çox  mühüm  əhəmiyyət  kəsb  edir.  Xüsusilə  də 

kommersiya  banklarından  bütün  strateji  hədəflərin  düzgün  seçilməməsi  bankın 

işgüzar  nüfuzuna,  bazardakı  mövqeyinə  zərər  yetirir.  Buna  görə  də  risklərin 

idarəedilməsi zamanı maliyyə itkilərinə səbəb olan ümumi inkişaf strategiyasından 

və  ayrı-ayrı  strateji  qərarların  qarşısının  alınması,  minimuma  endirilməsi  bankın 

müştərilər, hökumət, yerli özünüidarəetmə orqanları və bank ittifaqları qarşısında 

nüfuzunun  qorunması,  eləcə  də  bank  əməliyyatlarının  idarə  edilməsi  sisteminin 

keyfiyyətinin  yüksəldilməsi  və  bu  istiqamətdə  səmərəliliyin  artırılması 

səhmdarların və əmanətçilərin qanuni maraqlarının təminatı kimi çıxış edir.  

          Bank  risklərinin  idarəedilməsi,  bankın  fəaliyyət  sferasına  uyğun  səmərəli 

korporativ  idarəetmə  modelinin  qurulmasından,  eləcə  də  işgüzar  nüfuzunun 

qorunması  və  öz  fəaliyyətinin  istənilən  mərhələsində  maraqların  toqquşmasının 

istisna edilməsi və peşəkarlıq standartlarına əməl edilməsini təmin etməlidir.  

Risklərin  idarə  olunmasının,  səmərəli  sisteminin  qurulmasının  əsas  şərti  kimi 

aşağıdakı amillər çıxış edir:  

1.

 



bankın  müştərilərə  eləcə  də  tənzimləyici  nəzarət  orqanlarına  təqdim  edilən 

məlumatlarının doğruluğuna nəzarət edilməsi; 

2.

 

bankın  fəaliyyətində  şəxsi  məqsədlər  üçün  istifadə  edilməsinə  yol 



verməməyə istiqamətlənən  sistemin  işlənib hazırlanması; 

3.

 



qərarların qəbul edilməsində kollegiallıq prinsipinə riayət edilməsi; 

4.

 



normativ 

və 


operativ 

informasiya 

bazasının 

yaradılması 

və 

təkmilləşdirilməsi. 



          Bank  risklərin  idarəedilməsi  sisteminin  təkmilləşdirilməsi,  kommersiya 

banklarında  baş verə biləcək itkilərin qarşısının alınması məqsədilə cari və sonrakı 

tədbirlərin icra edilməsi istiqamətinin aşkar edilməsi, təhlili və qiymətləndirilməsi 

kimi  məsələlərin  hərtərəfli  araşdırılmasını  özündə  əks  etdirir.  Sadaladığımız  bu 

tədbirlər  sisteminin  səmərəliliyin  yüksəldilməsi,  riskdən  yaranan  itkilər,  onların 



33 

 

həcmi,  yaranma  səbəbləri,  ödənilməsi  üsulları  və  bununla  bağlı  həyata  keçirilən 



tədbirləri əhatə edir.  

           Risk menecmentinə təsir edən amillər obyektiv(xarici) və subyektiv(daxili) 

olmaqla 2 yerə bölünür.Xarici amillərə aşağıdakıları aid edə bilərik : 

1.

 



inflyasiya 

2.

 



bankların faiz dərəcəsinin və kreditləşmə şərtlərinin, vergi dərəcələrinin və 

gömrük rüsumlarının dəyişilməsi  

3.

 

mülkiyyət və icarə münasibətlərində, əmək qanunvericiliyində dəyişikliklər. 



          Risk  menecmenti  çərçivəsində  banklarda  risklərin  idarə  olunması  zamanı 

onların  ümumi  strategiyası  nəzərə  almaqla  istənilən    kateqoriyasını  özündə 

birləşdirən  riskin  idarə  edilməsi  siyasəti  vasitəsilə  müəyyən  edilir.  Buna  müvafiq 

olaraq  qeyd  edə  bilərik  ki,  risklərin  idarə  edilməsi  siyasəti  ən  azı  aşağıdakı 

elementləri özündə birləşdirməlidir.  

 



bankın  məruz  qala  biləcəyi  risklərin  və  onların  xüsusiyyətlərinin  ətraflı 

müəyyənləşdirilməsi və hər bir risk növünün idarə edilməsində əsas məqsəd;  

 

yeni  əməliyyatların,  proseslərin,  fəaliyyət  istiqamətlərinin  banklarda  tətbiq 



edilməsinin əsas prinsipləri;  

 



risklərin  idarə  edilməsi  ilə  əlaqədar  bankın  öz  üzərinə  götürə  biləcəyi  risk 

çəkisi və qəbul edilmiş risklər üzrə zərərlərin mümkün maksimal həcminin 

müəyyənləşdirilməsi; 

 



riskin  idarə edilməsi sisteminin yoxlanılması siyasətinin tətbiqi. 

           Kommersiya  banklarında  likvidlik  riskinin  idarə  edilməsi  isə  əsasən  bank 

fəaliyyətinin  təhlili  sisteminin  xarakterindən,  burada  istifadə  olunan  göstəricilərin 

reprezantitivliyindən    asılıdır.  Sistemin    müasir  tələblərə  cavab  verməsi  isə  bank 

fəaliyyətini  strategiyasını  hərtərəfli  əsaslandırılması  baxımından  bu  fəaliyyətin 

statistik  təhlili  ilə  əlaqədar  bir  sıra  göstəricilərin  qarşılıqlı  şəkildə  araşdırılmasını 

nəzərdə tutur.  

          Göstəricilərə nəzər salaq.  

1.

 

ehtiyatlarının normasını səciyyələndirən əmsal ; 




34 

 

2.



 

cari və ani likvidliyi ; 

3.

 

bank kapitalının rentabelliyi və aktivlərin gəlirliliyi və maliyyə dayanıqlığını 



əks etdirən göstəricilər ; 

4.

 



bankın fəaliyyəti zamanı xarici maliyyə mənbələrindən asılılığın azaldılması 

ilə əlaqədar digər parametrlər ; 

          Banklar öz fəaliyyətində kredit risklərinin idarə edilməsi ilə bağlı məsələləri, 

bank  sistemi  üzrə  də  ən  qabaqcıl  xarici  təcrübədən  istifadə  edərək  tətbiq  edir. 

Bununla  yanaşı  banklar  kreditlərin  verilmə  qaydalarının  hərtərəfli  araşdırılması, 

risklərin  idarəedilməsi sistemində bir sıra meyarlar nəzərə alınaraq təkmilləşdirmə 

üçün xüsusi imkanlar aşkara çıxara bilər.  

         Lakin  müasir  dövrdə  ölkəmizdə  fəaliyyət  göstərən  bir  sıra  kommersiya 

bankları  kredit  risklərini  daha  optimal  idarə  etmək  məqsədi  ilə  Scoring-Gradinq 

sistemindən  istifadə  edirlər.  Bu  sistemə  müvafiq  olaraq,  bank  kreditlərinin 

verilməsi zamanı bir sıra yanaşmalardan istifadə olunur.  

         Risklərin  idarə  edilməsinin  əsas  xüsusiyyətlərindən  biri  də  risk 

menecmentinin 

avtomatlaşdırılması 

sisteminin 

formalaşdırılması 

və 

təkmilləşdirilməsi, 



bununla 

əlaqədar 

olaraq 

proqram 


təminatının 

yeniləşdirilməsidir.  Dünya  maliyyə  böhranına  qədər  kommersiya  bankları  haqda 

olan balanslaşdırılmamış likvidlik, xüsusilə daha təhlükəli hesab edilən kredit riski 

kreditlərin verilməsi zamanı bir sıra məsələləri tələb edirdi. Ondan sonrakı dövrdə 

isə  kreditlərin  verilməsi  zamanı  yarana  biləcək  kredit  risklərinə    artıq  xüsusi 

aktuallaşmış  risk  menecmentinin  avtomatlaşdırması  imkanlarının  reallaşmasına 

diqqət daha da artmışdır.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə