Riyaziyyat
-
Riyaziyyat fənni üzrə ümumi təlim nəticələri
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
-
riyazi anlayışlara aid alqoritmləri yerinə yetirir;
-
real həyatda riyazi anlayış və düsturlardan istifadə edir;
-
kəmiyyətlər arasındakı asılılığı müəyyənləşdirir və riyazi dillə ifadə edir;
-
cəbri çevrilmələrdən və funksional asılılıqlardan yaxın fənlərin öyrənilməsində və ətraf aləmin mövcud qanunauyğunluqlarının araşdırılmasında istifadə edir;
-
genişləndirilmiş fəza təsəvvürlərindən çertyoj, şəkil və sxemlərin çəkilməsində, ətraf aləmdəki əşyaların təsvirində istifadə edir;
-
ölçmə və hesablama vasitələrindən istifadə edir, yazılı və şifahi əməliyyatlar aparır;
-
ətraf aləmdəki ehtimal və statistikanın qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları izah edir, ehtimalın klassik modelinə əsasən hadisələrin baş verməsini proqnozlaşdırır;
-
mühakimələrini riyazi faktlarla əsaslandırır və məntiqi nəticələrini şərh edir, isbat olunmuş təklifi ehtimal və fərz olunandan fərqləndirir.
X sinif
X sinfin sonunda şagird:
-
kompleks ədədi cəbri və triqonometrik şəkildə təqdim edir, cəbri şəkildə verilmiş kompleks ədədlər üzərində hesab əməllərini yerinə yetirir, kompleks ədədin istənilən dərəcədən qüvvətini və kökünü tapır;
-
triqonometrik, üstlü, loqarifmik ifadələri sadələşdirərək qiymətini tapır;
-
bucağın radian ölçüsü anlayışını və istənilən bucağın triqonometrik funksiyalarının tərifindən məsələlərin həllində istifadə edir;
-
əsas triqonometrik eynilikləri, triqonometrik funksiyalar üçün çevirmə və toplama düsturlarını tətbiq edir;
-
funksiyaları tədqiq edir, əsas triqonometrik funksiyaların, tərs triqonometrik funksiyaların, qüvvət funksiyasının, üstlü funksiyanın və loqarifmik funksiyanın xassələrini tətbiq edir;
-
triqonometrik, üstlü və loqarifmik tənlik və bərabərsizlikləri həll edir;
-
sinuslar və kosinuslar teoremlərinin tətbiqi ilə üçbucaqları həll edir;
-
fəzada düz xətlərin qarşılıqlı vəziyyətinə və fəzada müstəvilərin qarşılıqlı vəziyyətinə aid, fəzada düz xətlə müstəvi arasındakı bucağa, iki müstəvi arasındakı bucağa aid məsələləri həll edir;
-
üç perpendikulyar haqqında teoremi tətbiq edir, çoxüzlülərin növlərini tanıyır;
-
verilmiş fiqurla simmetrik olan fiquru qurur, çoxüzlülərin bəzi müstəvi kəsiklərini qurur;
-
prizmanın, piramidanın, kəsik piramidanın yan səthinin, tam səthinin və həcminin, oxşar çoxüzlülərin səthlərinin sahələrinin və həcmlərinin hesablanmasına aid məsələləri həll edir;
-
fəza fiqurlarının xassələrini ölçməyə tətbiq edir, ölçmə və hesablama vasitələri ilə sahələri hesablayır və alınmış nəticələri müqayisə edərək xətanı müəyyən edir;
-
ölçmənin sistematik və təsadüfi səhvlərini fərqləndirir, hadisələrin başvermə ehtimalının hesablanmasına Bernulli sxemini tətbiq edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
-
Ədədlər və əməllər
Şagird:
-
Ədədləri, onların müxtəlif formada verilməsini bilir və aralarındakı münasibətləri müəyyənləşdirir.
-
Kompleks ədəd anlayışı ilə tanışdır.
-
Kompleks ədədi cəbri və triqonometrik şəkildə təqdim edir.
-
Triqonometrik, üstlü, loqarifmik ifadələri sadələşdirərək qiymətini tapır.
-
Riyazi əməlləri, riyazi prosedurları tətbiq edir və onlar arasındakı əlaqəni müəyyənləşdirir.
-
Cəbri şəkildə verilmiş kompleks ədədlər üzərində hesab əməllərini yerinə yetirir.
-
Kompleks ədədin istənilən dərəcədən qüvvətini və kökünü tapır.
-
Əsas triqonometrik eynilikləri bilir və onları triqonometrik ifadələrin sadələşdirilməsinə tətbiq edir.
-
Cəbr və funksiya
Şagird:
-
Cəbri çevirmədən müxtəlif situasiyalardakı problemlərin həllində istifadə edir.
-
Bucağın radian ölçüsü anlayışını və istənilən bucağın triqonometrik funksiyalarının tərifini bilir, məsələlər həllində onlardan istifadə edir.
-
Triqonometrik funksiyalar üçün çevirmə düsturlarını bilir və tətbiq edir.
-
Triqonometrik funksiyalar üçün toplama düsturlarını, onlardan alınan nəticələri bilir və tətbiq edir.
-
Funksiya anlayışını bilir, həyati problemlərin riyazi modellərini qurur və funksiyaların xassələrinin köməyi ilə bu problemləri həll edir.
-
Ədədi funksiyanın tərifini və verilmə üsullarını bilir, onun təyin oblastı və qiymətlər çoxluğu anlayışlarını başa düşür.
-
Funksiyanın qrafiki anlayışını bilir, funksiyanın dövrülüyünü, təkliyini, cütlüyünü, monotonluğunu araşdırır, qrafikləri çevirməyi bacarır.
-
Mürəkkəb funksiya, tərs funksiya anlayışlarını bilir və bəzi funksiyaların tərs funksiyalarını tapır.
-
Əsas triqonometrik funksiyaları və tərs triqonometrik funksiyaları tanıyır, onların qrafiklərini qurur.
-
Qüvvət funksiyasının tərifini və xassələrini bilir, qrafikini qurur.
-
Üstlü funksiyanın tərifini və xassələrini bilir, qrafikini qurur.
-
Ədədin loqarifminin tərifini, loqarifmləmə qaydalarını bilir və onları tətbiq edir.
-
Loqarifmik funksiyanın tərifini və xassəsini bilir, qrafikini qurur.
-
Tənlikləri və bərabərsizlikləri həll edir.
-
Triqonometrik tənlik və bərabərsizlikləri həll edir.
-
Üstlü və loqarifmik tənlikləri, bərabərsizlikləri həll edir.
-
Həndəsə
Şagird:
-
Həndəsi təsvir, fəza təsəvvürü, məntiqi mühakimə və koordinatlar üsulunun köməyi ilə fiqurların xassələrini araşdırır.
-
Sinuslar və kosinuslar teoremlərinin tətbiqi ilə üçbucaqları həll edir.
-
Fəzada düz xətlərin qarşılıqlı vəziyyətinə və fəzada müstəvilərin qarşılıqlı vəziyyətinə aid məsələləri həll edir.
-
Fəzada düz xətlə müstəvi arasındakı bucağın, iki müstəvi arasındakı bucağın necə təyin olunduğunu bilir və məsələlərin həllində onlardan istifadə edir.
-
Üç perpendikulyar haqqında teoremi və tərs teoremi tətbiq edir.
-
Çoxüzlülərin növlərini tanıyır.
-
Fəzada həndəsi çevirmələri tətbiq edir, fəza fiqurlarının səthlərinin sahələrini və həcmlərini hesablayır.
-
Simmetriyanın növlərini tanıyır.
-
Çoxüzlülərin simmetriya mərkəzini, simmetriya oxunu və simmetriya müstəvisini tanıyır, verilmiş fiqurla simmetrik olan fiquru qurur.
-
Prizmanın yan səthinin, tam səthinin və həcminin tapılmasına aid məsələləri həll edir.
-
Piramidanın, kəsik piramidanın yan səthlərinin, tam səthlərinin və həcmlərinin tapılmasına aid məsələləri həll edir.
-
Çoxüzlülərin bəzi müstəvi kəsiklərini qurur.
-
Oxşar çoxüzlülərin səthlərinin, sahələrinin və həcmlərinin hesablanmasına aid məsələləri həll edir.
-
Ölçmə
Şagird:
-
Ölçmə və hesablama vasitələrindən istifadə edərək dəqiq və ya təqribi hesablamalar aparır.
-
Fəza fiqurlarının xassələrini ölçməyə tətbiq edir.
-
Ölçmə və hesablama vasitələri ilə sahələri hesablayır və alınmış nəticələri müqayisə edərək xətanı müəyyən edir.
-
Statistika və ehtimal
Şagird:
-
Statistik məlumat toplayır, sistemləşdirir, təhlil edir və nəticəni təqdim edir.
-
Ölçmənin sistematik və təsadüfi səhvlərini (nəticələrini) fərqləndirir.
-
Ehtimal nəzəriyyəsinin əsas anlayışlarını başa düşür və tətbiq edir.
-
Hadisələrin başvermə ehtimalının hesablanmasına Bernulli sxemini tətbiq edir.
XI sinif
XI sinfin sonunda şagird:
-
n dərəcəli tənlikləri həll edir, Bezu teoremini tətbiq edir;
-
yığılan ardıcıllıqların xassələrini tətbiq edir, funksiyaların limitlərini hesablayır, kəsilməz funksiyaların əsas xassələrini tətbiq edir;
-
elementar funksiyaların törəmələri cədvəlinin və törəmənin hesablanması qaydalarının köməyi ilə bəzi funksiyaların törəməsini tapır, törəmənin həndəsi və fiziki mənasını tətbiq edir;
-
funksiyanın araşdırılmasına diferensial hesabını tətbiq edir;
-
bəzi funksiyaların ibtidai funksiyalarını tapır, elementar funksiyaların inteqralları cədvəlinin və inteqrallama qaydalarının köməyi ilə funksiyaların inteqrallarını hesablayır;
-
Nyuton-Leybnis düsturunu tətbiq edir, əyrixətli trapesiyanın sahəsini və fırlanmadan alınan cisimlərin həcmini hesablayır;
-
triqonometrik, üstlü və loqarifmik tənliklər sistemini həll edir;
-
fəzada koordinatları ilə verilmiş iki verktorun skalyar hasilini tapır, koordinatlar üsulunu müxtəlif məsələlərin həllinə tətbiq edir, fəzada verilmiş vektoru komplanar olmayan üç vektor üzrə ayırır;
-
müstəvinin tənliyinə və sferanın tənliyinə aid məsələləri həll edir;
-
paralel köçürməni və oxşarlıq çevirməsini məsələlər həllinə tətbiq edir;
-
silindirin, konusun, kəsik konusun yan səthlərinin, tam səthlərinin və həcmlərinin tapılmasına aid məsələlər həll edir, kürənin və hissələrinin səthlərinin sahələrini və həcmini tapır;
-
müəyyən inteqraldan istifadə edərək, əyrixətli trapesiyanın və digər müstəvi fiqurların sahəsini tapır, ölçmə və hesablama vasitələri ilə alınmış nəticələri müqayisə edərək, xətanı müəyyən edir;
-
ölçmənin dispersiyasını və orta kvadratik meylini hesablayır, hadisənin ehtimalının hesablanmasına normal paylama qanununu tətbiq edir;
Məzmun xətləri üzrə əsas və alt-standartlar
-
Ədədlər və əməllər
Şagird:
-
Ədədləri, onların müxtəlif formada verilməsini bilir və aralarındakı münasibətləri müəyyənləşdirir.
-
n dərəcəli çoxhədlinin n kökü olduğunu bilir və ona əsasən tənlikləri həll edir.
-
Çoxhədlinin ikihədliyə bölünməsinə Bezu teoremini tətbiq edir.
-
Vahidin n dərəcədən kökünün xassələrini bilir və tətbiq edir.
-
Riyazi əməlləri, riyazi prosedurları tətbiq edir və onlar arasındakı əlaqəni müəyyənləşdirir.
-
Ədədi ardıcıllığın və onun limitinin tərifini bilir, yığılan ardıcıllıqların xassələrini tətbiq edir.
-
Funksiyanın limiti anlayışını, limitin xassələrini və görkəmli limitləri bilir, onların köməyi ilə funksiyaların limitlərini hesablayır.
-
Funksiyanın kəsilməzlik anlayışlarını bilir və kəsilməz funksiyaların əsas xassələrini tətbiq edir.
-
Cəbr və funksiya
Şagird:
-
Cəbri çevirmədən müxtəlif situasiyalardakı problemlərin həllində istifadə edir.
-
Funksiyanın törəməsi anlayışını və diferensiallanan funksiyaların xassələrini bilir, törəmənin hesablanmasının əsas qaydası ilə tanışdır.
-
Elementar funksiyaların törəmələri cədvəlinin və törəmənin hesablanması qaydalarının köməyi ilə bəzi funksiyaların törəməsini tapır.
-
Törəmənin həndəsi və fiziki mənasını tətbiq edir.
-
Funksiya anlayışını bilir, həyati problemlərin riyazi modellərini qurur və funksiyaların xassələrinin köməyi ilə bu problemləri həll edir.
-
Funksiyanın törəməsinin köməyi ilə onun stasionar nöqtələrini tapır, bu nöqtələrin ekstremum nöqtələri olub-olmadığını yoxlayır.
-
Funksiyaların araşdırılmasına və qrafikinin qurulmasına diferensial hesabını tətbiq edir.
-
İbtidai funksiya anlayışını bilir və bəzi funksiyaların ibtidai funksiyalarını tapır.
-
Qeyri-müəyyən inteqral anlayışını bilir, elementar funksiyaların inteqralları cədvəlinin və inteqrallama qaydalarının köməyi ilə funksiyaların inteqrallarını hesablayır.
-
Müəyyən inteqralın tərifini bilir və Nyuton-Leybnis düsturunu tətbiq edir.
-
Müəyyən inteqralın köməyi ilə əyrixətli trapesiyanın sahəsini hesablayır.
-
Müəyyən inteqralın köməyi ilə fırlanmadan alınan cisimlərin həcmini hesablayır.
-
Funksiyanın cütlük-təklik, dövrülük xassələrindən müəyyən inteqralların səmərəli üsulla hesablanmasında istifadə edir.
-
Tənliklər və bərabərsizlikləri həll edir.
-
Triqonometrik tənliklər sistemini həll edir.
-
Üstlü və loqarifmik tənliklər sistemini həll edir.
-
Həndəsə
Şagird:
-
Həndəsi təsvir, fəza təsəvvürü, koordinatlar üsulu və məntiqi mühakimənin köməyi ilə fiqurlarının xassələrini araşdırır.
-
Fəzada Dekart koordinat sistemi anlayışını, vektor anlayışını bilir, koordinatları ilə verilmiş iki vektorun skalyar hasilini tapır.
-
Fəzada koordinatlar üsulunu müxtəlif məsələlərin həllinə tətbiq edir.
-
Müstəvinin tənliyini və sferanın tənliyini bilir, onlara aid məsələləri həll edir.
-
Fəzada verilmiş vektoru komplanar olmayan üç vektor üzrə ayırır.
-
Fırlanmadan alınan fiqurları tanıyır.
-
Fəzada həndəsi çevirmələri tətbiq edir, fəza fiqurlarının səthlərinin sahələrini və həcmlərini hesablayır.
-
Paralel köçürməni məsələlər həllinə tətbiq edir.
-
Fəzada oxşarlıq çevirməsini məsələlər həllinə tətbiq edir.
-
Silindirin yan səthinin, tam səthinin və həcminin tapılmasına aid məsələləri həll edir.
-
Konusun, kəsik konusun yan səthlərinin, tam səthlərinin və həcmlərinin tapılmasına aid məsələlər həll edir.
-
Kürənin səthinin sahəsinin və həcminin tapılmasına aid məsələləri həll edir.
-
Kürənin hissələrinin (kürə seqmenti, kürə sektoru) səthlərinin sahələrini və həcmlərini tapır.
-
Ölçmə
Şagird:
-
Ölçmə və hesablama vasitələrindən istifadə edərək, dəqiq və ya təqribi hesablamalar aparır.
-
Müəyyən inteqraldan istifadə edərək, əyrixətli trapesiyanın və digər müstəvi fiqurlarının sahəsini tapır.
-
Ölçmə və hesablama vasitələri ilə alınmış nəticələri müqayisə edərək, xətanı müəyyən edir.
-
Statistika və ehtimal
Şagird:
-
Statistik məlumat toplayır, sistemləşdirir, təhlil edir və nəticəni təqdim edir.
-
Ölçmənin dispersiyasını və orta kvadratik meylini hesablayır.
-
Ehtimal nəzəriyyəsinin əsas anlayışlarını başa düşür və tətbiq edir.
-
Hadisənin ehtimalının hesablanmasına normal paylama qanununu tətbiq edir.
Dostları ilə paylaş: |