Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə75/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   69   70   71   72   73   74   75   76   77

226
lıq halında olacaqdır (çünki o, şərti olaraq adlandırdığımız “ideal 
üzvi maddələrdən” təşkil olunub). 
Beləliklə, biz insan kimi orta həddəyik. “İdeal üzvi maddələrlə”, 
qeyri üzvi maddələrin qarışığındayıq. Bunlar biri-birindən ayrılsa 
hər biri öz mühitində qərarlaşar. Bəs bunları bir-birinə meyillən-
dirən nədir? Parlaq nur istehsalı. Əgər ruhun mayası olmasa, bədən 
aktivlik dərəcəsində olmaz. Aktivlik dərəcəsi olmayan bədən robo-
tdan fərqlənməz. Belə bədən ağrını hiss etməz, həyəcanlanmaz. Bir 
topa ət yığnağının mexaniki hərəkət durumunda olar. 
Ruhsuz bədən ölü kimi bir şeydir. Çünki həyəcanlanmayan ya-
şantı həyat deyil. Ruh isə bir başqa yaşantıdır. O da bədənsiz heç 
bir ağrını hiss etməz, həyəcanlanmaz. Onunçün nə olacaqsa artıq 
var.  Özü  kimi  çoxları  ilə  bir  yerdədir,  lakin  nə  isə  əldə  etməyin 
şirinliyini,  nəyinsə  kədərini  dada  bilmir.  Ruhlar  kiməsə,  nəyisə 
xatırlatmaları, ya nəyisə əldə etmələri üçün hökmən bir bədəndən 
istifadə etməlidirlər. 
Bədənin zatındakı hüceyrələrin nisbəti onun gələcək inkişafı-
nın perspektivini təyin edir. Düzdür, müəyyən məzmun əldə etmək 
üçün  qatışıqların  da  nisbətinin  həddi  var.  Lakin  müəyyən  hədd 
daxilindəki yaradılışın nisbətlər fərqi bəzən böyük dəyişikliklərlə 
özünü göstərir. Bu dəyişikliklər isə çox vaxt ruhun necə olması-
nın təyinatını verir. Ancaq burada da bir məsələni yaddan çıxarmaq 
olmaz. Ruhun mayasının haradasa imkanları var ki, daxil olduğu 
bədənin quruluşunun müsbətə doğru inkişafının maksimum həd-
dindən istifadə etsin ki, sonda əldə etdiyi nəticələrin ondan daha 
uğurlu  ola  biləcəyi  haqqında  düşünəndə  heyfsilənməsin.  Burada 
üçüncü bir faktor da var, sərbəst insan normal şəraitdə edə biləcəyi 
seçimdə, heç bir təzyiqin olmadığı şəraitdə hansı yolu seçib. Böyük 
Yaradan dünyamızı ona görə akvarium şəklində yaradıb ki, ən azı 
daha kiçik kainat hadisələrindən yan keçək, səbəb-nəticə ardıcıllı-
ğını öz həyatımızda qismən də olsa öz əlimizlə yarada bilək. Tale-
yimizin yolu belə keçir. Bəzi uğursuzluqlarımıza suçlana biləcək 
bir kəs varsa, o da özümüzük. 
Pis ruh yoxdur, pis istiqamətə yönəlməyə meyilli bədən var. Bir 
də bədənin ayrı-ayrı üzvləri içərisində aparıcı olan beyin mükəm-


227
məl  olmalıdır.  Bir  sözlə,  Böyük Yaradan  insanı  xüsusi  sevgi  ilə 
yaratmışdır, ona görə ki, insan yaradıcıdır. Hətta, bizdən sonrakı 
mərhələnin yaşantılarında belə bu yaradıcılıq hiss olunmur. İnsan-
sa yaradıcıdır. 
Daha  incə  materiya  növü  ölümdən  sonrakı  həyatın  yaşantısı-
dır. Ruh daha incə materiya növüdür. İnsanların beş duyğu üzvləri 
vasitəsilə  görə  bilmədikləri  bir  varlıq  haqqında  danışmaq  onlara 
bir qədər mücərrəd görünə bilər. Lakin ən azından məntiqlə dərk 
edilməsi mümkün olan şey haqqında danışmağa dəyər. Təfəkkürün 
hadisələrə münasibətdə düşüncə tərzi olduğunu qəbul etsək, onda 
təfəkkürün bizim ikinci gözümüz olduğunu söyləyə bilərik. 
Ruh duyğularımızdan və hisslərimizdən asılı olmayaraq möv-
cuddur, lakin duyğularımız və hisslərimiz vasitəsilə bizə bəlli ol-
mayan obyektiv reallıqdır. Elə ona görə də daha əhatəli təfəkkürə 
malik olan insanlar ruhu məntiqlə dərk edə bilərlər. Ruh sanki in-
sanın bir vaxt etdiklərinin yaşantısıdı. Hər vaxt hər bir insan üçün 
onun ruhu materialdır – keçdiyi həyat yolunun tarixidir. Həm də 
ruh  insanın  seçdiyi  həyat  yolunun  tarixidir.  Ona  görə  də  həmişə 
sorğu – suala hazır olmalıdır. 
Ruhlar ölə də bilərlər. Ruhun ölümü bizim bədənimizin ölümü 
kimi duyğu üzvlərimizin görə biləcəyi cismani deyil. Ruhla bədən 
ortaq yaşayır. Bədən öz fiziki mövcudluğunu qoruyub saxlaya bil-
məyəndə ruh bədəni tərk edib gedir. Bəs ölsə necə, insan nə cür 
olar, bunu necə qəbul edək? Ruhu ölmüş insanlar da vardır həyat-
da. , xəstə ruhlu insanlarda. Ruhlar ölmür, ruhları öldürürlər. Belə 
vəziyyətləri insanın mənəvi zədələri kimi qəbul edirik. Ruhu öldü-
rülmüş insan həyatda xəyal kimi yaşayır. 
Əslində ölüm yeni nəyinsə doğulması kimi də qəbul edilə bilər. 
Doğum varsa, ölüm var, ölüm varsa, doğum var. Ruhun mayasının 
da öz qəbul etmək tutumu var, artıq yükü qəbul edirsə, ölür. Ağ 
enerji qəbul edildikcə yüngüllük, qara enerji qəbul edildikcə ağırlıq 
yaradır. Bütün bunlar arxa plandadır, ruhu öldürən şey insani ira-
dəsinin əksinə getməyə məcbur etmək, onun arzularının qarşısını 
almaq, onun arzularına və özünə qarşı zor tətbiq etməkdir. Tək-tək 


228
ruhlar bu sınaqlardan sağ çıxa bilirlər. Ancaq hər halda ruhun ölü-
mü bizim düşündüyümüz kimi cismani bir ölüm deyil, arxivlərdə 
yaşanan bir insan həyatının qara yaşam tarixidir. Ruhlar bədəni tərk 
edib gedəndə özləri ilə, əsasən, yaşadıqları bədəndən maksimum 
əldə  edə  biləcəkləri  parlaq  nuru  aparırlar,  ancaq  bu  baxır  həmin 
bədənin qara enerji əldə etdiyi ilə hansı nisbətdə. 
İnsan düşündükcə dərk edir ki, hər varlığın bədənindən çıxan 
ruh, hansı nisbətdə olursa, olsun daha incə bir materiya növüdür və 
daha incə yeni bir yaşantının başlanğıcıdır. Bütün bunları dərk et-
dikdən sonra həm də insan anlayır ki, daha incə materiya növü əldə 
etmək məqsədli bir düşüncənin nəticəsidir. Bu düşüncənin sahibi 
həyatı elə bir qanunlar üzərində qurmuşdur ki, bu qanunlar özləri 
də yeni qanunlar doğurur. Bütün kainat bir prinsiplə işləyir. O prin-
sip də Böyük Yaradanın qoyduğu qanunlara tabedir. 
Ruh insanla ən ali varlıq arasında bir vasitədir. Ruhun mayası ən 
ali varlığın təcəssümündəndir. 
İnsanın bədəni ən müxtəlif birləşmələrin sistemli halıdır. Şəx-
siləşmiş ruh bu iki birliyin vəhdətinin nəticəsidir. Ruh nə qədər ki, 
insanın bədənindədir, ən ali varlıqla insan arasında təmasın halını 
yaşayır. Hər nə cür olsa da ruh ən ali varlığa doğru can atan bir 
yaşantının halını yaşamağa çalışır. Ruhlar aləmi aşkar bir dünyadır. 
Orada kiminsə haqlı olub-olmadığına ehtiyac yoxdur. Hər şey göz 
önündədir. Hər şey zatına görə qərarlaşıb. 
Ruh insanın bədənində olanda (ümumiyyətlə, nəyinsə bədənin-
də olanda) həm vasitəçi, həm də istehsalçı rolunu oynayır. Bədən-
dən çıxmış ruh sadəcə arxiv materialıdır. Bizim üçün ruh maraqlı 
olub deyə, yaşantıların ondan sonrakı mərhələsini demək olar ki, 
düşünməmişik.  Həm  də  düşünsək  də  nəyinsə  haqqındasa  elə  də 
məlumatlı deyilik. 
Bizdən sonrakı mərhələdə yaşantılar, parlaq ağ enerjidən ta qara 
enerjiyə qədər bir yaşantının ən ortam mərhələləri də daxil olmaqla 
sırf enerji şəklindədir. Bu ruhdan sonrakı yaşantıdır. Ruhlar insan 
bədənində olduğu müddət ərzində topladığı bu enerjiləri doğurur 
və  yeni  bir  yaşantı  dölünün  başlanğıcını  qoyur.  Burada  hər  bir 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə