Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə77/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   69   70   71   72   73   74   75   76   77

232
Yaşamaq – həyat dediyimiz anlayış bir varlığın doğumla ölüm 
arasındakı  sərhədidir.  Əslində  ölüm  anlayışı  bir  varlığın  həyatı-
nın dəyişməsinə verilən addır. Geniş mənada ölüm dövrü yaşantı 
deməkdir. Ölmək itirilmiş aktiv sistemli bir varlıqdır. Ölmək həm 
də  yeni  yaşam  dölünün  yeni  həyatına  başlanğıc  olmaqdır.  Ölüm 
doğum deməkdir. Doğum ölümə doğru atılan addımdır. Doğulmaq 
ölmək, ölmək doğulmaq, bax həyat budur. Bu yuvarlaqlaşıb vahid-
ləşmək deməkdir. Bu, Böyük Yaradana qovuşuğa aparan yolun in-
kişaf tarixidir. Bu, misilsiz bir yaradıcılığın qanunlar çərçivəsində 
daha böyük missiyanın yerinə yetirilməsi nümunəsidir. 
Həyat qanun üstündə qurulmuşdur. Qanun öz mühitində dəyiş-
məsi mümkün olmayan hal yaşantısıdır. Bütün kainatı sistemli bir 
varlıq kimi təsəvvür etsək, kainat qanundan törənən qanunların ar-
dıcıllığından ibarət bir hal yaşantısıdır. Ən böyük kəşflər, ən kiçik 
hadisələr  qanunların  törəməsindən  yaranan  səbəb-nəticə  ardıcıl-
lığıdır.  Kainatın  kiçik  bir  zərrəsi  olan Yer  kürəsinin  də,  kainatın 
ümumi qanunlarından yaranmış öz qanunları var. 
Yer planetinin varlıqları içərisində insan yaşayanların ən alilə-
rindən biridir. O öz dərk səviyyəsinin daha da əhatəliliyinə görə 
başqa canlılardan seçilir. Düzdür, insandan aşağı saydığımız can-
lılar  yaşamaq  üçün  zəruri  olan  tələbatlarını  ödəmək  üçün  sanki 
proqramlaşdırılıb. Onlar müəyyən çərçivə daxilində öz həyatlarını 
dəyişməz, sərt qanunlar əsasında qururlar. Lakin insan belə deyil, 
o öz təfəkkürü ilə öz yaşantısını daha ideal istiqamətə yönəltməyə 
çalışır. Daha çox dərkə malik olan insan öz həyatını daha az prob-
lemsiz inkişaf etdirir. 
Kim ki, həyatını qura bilmədi, deməli, qanunlara qarşı çıxır və 
bu da onu hədsiz dərəcədə sıxıntıda saxlayır. Qanun hər hansı bir 
varlığın normal yaşantısının təminatçısıdır. Təbiətin qanunları illə-
rin sınağından keçmişdir. Cəmiyyətin qanunlarını isə insanlar özlə-
ri yaratmışlar. Ona görə də cəmiyyətin qanunları ayrı-ayrı şəxslərin 
fikirlərinin məhsulu kimi mənafelər toqquşmasına da gətirib çıxa-
ra bilər. Cəmiyyət tərəfindən yaradılan qanunlar o qədər də geniş 
arenanı əhatə edə bilməz. Hətta ikinci bir dövlətin qanunları tam 


233
ayrı cür ola bilər. Ona görə də cəmiyyətin yaratdığı qanunlar təbiət 
qanunlarına nisbətdə elə də dayanıqlı deyil. 
Səbəb qanundur, nəticə də qanundur. Həyatda qarşılaşdığın hər 
bir şey səbəb-nəticə ardıcıllığı, qanuni bir ardıcıllıqdır. Bu qanun-
ların irəli ardıcıllığı ən ali varlığa doğru aparan məqsədli bir yoldur. 
Böyük Yaradanın insan üçün qoyduğu qanunlar da inkişafa, irəlilə-
yişə doğru atılan addımlara xidmət edir. 
Var olan hər şeyin müəyyən məqsədə xidmət etməsi labüddür. 
Çünki hər hansı bir varlığın missiyası onun quruluşu ilə əlaqəlidir. 
Hər hansı bir xidmətə yararlılıq varlığın zatından asılıdır. İnsan da 
bir varlıq kimi öz missiyasını yerinə yetirir. Ən ali varlıq tərəfindən 
hər hansı bir xidmətin müqabili ödənilir. 
İnsan  üçün  bu  ödənc  nə  ola  bilər?  Əlbəttə  ki,  ən  ali  varlığın 
qovuşuğuna bir addım da yaxınlaşmaq açarıdır. Bir yaşamlıq insan 
ömründə nə dəyişir, nə qalır?! Verilən əmanət alınır, əməllərin qa-
lır. Əmanət, bu, çox böyük mükafatdır. Ən ali varlığın qanunların-
da yaşanır həyat. Bu qanunlar toplusu çox böyük sirləri, əməlləri 
pis və ya yaxşı qərarlaşdırır. Əməllərin nəticəsinə görə pis və yaxşı 
ola bilər. Həyat qanunlar üzərində qurulmuşdur. Qanun bünövrədir, 
son da qanundur. Bütün həyat və kainat hadisələri bir qanun kitabı-
dır. Hər hansı bir varlıq müəyyən dərəcədə öz zatının məhsuludur. 
Düşdüyü şərait zatın inkişafında müəyyən rola malikdir. 
Sonda əldə olunmuş nailiyyətlər əvvəlcədən qərarlaşmış səbəb-
lərin məhsuludur. Sağlam bədəndə sağlam ruh varsa, deməli, dü-
şüncəli fəaliyyət var. Ağıl sağlam bədənin xəzinəsidir. Hissiyyatsız 
bədən ölümə məhkumdur. Hissiyyatsız bədənin ruhu olmaz, çünki 
o, ruh üçün belə halda vasitə deyil. Hissiyyat bədəni xarici mühitin 
təsirlərinə reaksiyalı edir. Elə yaşam da bundan yaranır. 
Ruhun  mayası  yararlanmaq  üçün  öz  vasitəsini  tapır.  Əslində 
hissiyyat toxunma vasitəsi ilə duyğu üzvləri içərisində ən ibtida-
isidir. Duyğu üzvləri inkişaf etdikcə, hissiyyatın da funksiyası ge-
nişlənir. İnsan həyat tərzini öz duyğu üzvləri üzərində qurmuşdur. 
Duyğu üzvləri bəlkə də daha çox ola bilərdi , ancaq bu insan həya-
tını təmin edəcək səviyyədədir. Ümumiyyətlə, hər varlığın yaşamı 


234
üçün ona lazım olanlar verilib. Bu duyğu üzvləri ona görə verilib 
ki, hər hansı bir varlığın həyatda qalması təmin edilsin. Əslində bə-
dənin ideal tələbatına mümkün qədər yaxınlaşmaq bir tələbdir. İn-
san heyvandan nəyi ilə fərqlənir, öz hərəkətlərinə cavabdehliyilə-
mi, bəlkə elə heyvanlarda da öz hərəkətlərini nizamlamaq duyğusu 
var? Bəlkə elə onların fiziki quruluşları daha mükəmməl deyildir 
deyə təbiətlə yalnız öz zəruri ehtiyaclarını ödəmək üçün mübarizə 
aparırlar?
Ancaq  ardıcıllıqla  baxanda  varlıqlardakı  duyğu  üzvləri  sadə-
dən mürəkkəbə doğru bir irəliləyişlə dəyişir. Hər bir varlıq həyatın 
üzünü öz duyğu üzvünün quruluşuna görə, görə bilir. Biz insanıq, 
özümüzdən aşağı sandığımız varlıqların duyğu üzvləri barədə az-
çox məlumatlıyıq. 
Lakin  olsun  ki,  kainatın  hər  hansı  bir  yerində  bizdən  daha 
mükəmməl  varlıqların  olduğu  haqqında  məlumatsızıq.  Bəlkə  də 
varsa belə varlıqlar həyatın elə üzünü görürlər ki, biz təsəvvür edə 
bilmirik. Mən belə düşünürəm ki, onlar daim ideal rahatlıq halında 
olan varlıqlardır. 
Duyğu  orqanlarına  yol  hissiyyatdan  başlayır.  Hissiyyatı  sadə 
formada tam qəbul edən bədəndir və ən sadə formadakı bədənin 
yeganə duyğu üzvi toxunmadır. Varlıqlar mükəmməlləşdikcə duy-
ğu üzvlərinin sayı artır. Sonda ən mükəmməl ümumi bədən, həm 
də bütünlüklə ən mükəmməl duyğu üzvlüdür. Belə varlıqlar daimi 
ideal rahatlıq halında yaşayırlar. Daha mükəmməl varlıqlar daha 
çox təfəkkürlü olmaq imkanlıdır. 
Hadisələrə  münasibətdə  düşüncə  tərzi  olan  təfəkkür,  daha 
mükəmməl  varlıqlarda  daha  geniş  əhatəlidir.  O  cümlədən  insan, 
başqa varlıqlardan mümkün imkanı ilə seçilir. Hətta insanlar ara-
sında daha əhatəli düşüncələri ilə seçilən insanlar var ki, onların 
düşüncələri başqaları üçün örnək olur. Belə insanlar başqalarına da 
bir nümunə olur. İnsanın onu tanıyanların fikrində formalaşmış ob-
razı davranışlarının nəticəsidir. Hər bir insanın keçdiyi həyat yolu 
həm də onun seçdiyi həyat yoludur. İnsandan sonra yaranan dölün 
ideal rahatlıq halına seçimi mükəmməldir. O, elə bir yaşamdır ki, 


235
həmin yaşamın arxasında ən mükəmməl bir varlığın rahat həyatı 
dayanır. Ən ali varlığın yaradılışda məqsədli və nizamlı yaradıcılı-
ğı özünə aydındır. 
Ruh ümumi bədəni əhatə etsə də onun fəallığı beyinlə bağlıdır. 
Beyni yaxşı fəaliyyət göstərən, sinir sistemi möhkəm olan iradəli 
insanlar ruhi cəhətcə güclüdürlər. Bədən hələ yaşamaq imkanına 
malikdirsə, ruh onu tərk edib birdəfəlik getməz. Bədən tam sağlam 
olanda ruh da ən yaxşı həyat təcrübəsi toplamaq imkanlı olur. Ən 
əsası isə beyin qaydasında olmalıdır. Bədənin hər hansı bir hissə-
sinin və ya üzvünün yoxluğu ruh üçün həyat təcrübəsi toplamaqda 
qismən problem yaradır. 
Beyinin  fəaliyyətinin  pozulması  həyat  təcrübəsi  toplamağa 
demək olar ki, tam maneçilik törədir. Bədən sağlam olanda ruh da 
güclü olur. Çünki o zaman ruh tam fəaliyyət göstərə bilir. Tam fəa-
liyyət göstərən ruh daha çox həyat təcrübəsi toplayır, geniş dünya-
görüşə və təfəkkürə malik olur. Əlbəttə, sinir sistemi möhkəm olan 
bədənlərin ruhları da iradəli, dözümlü olur. 
Ruh  idrak  məhsuludur.  Ruh  arxiv  materialıdır.  Ruh  bir  insan 
həyatının tarixçəsidir. Ən nəhayətdə ruh insandan sonra yaranan 
yeni dölün daşıyıcısıdır. Ruhun spesifik xüsusiyyətlərindən bəzisi 
bizim duyğu üzvlərimiz vasitəsilə hiss olunmasa da, ancaq həyata 
altıncı duyğu üzvi olan insanlar tərəfindən hiss olunur. Bu nədir? 
Məsələn,  şikəst  bir  insanın  kəsilmiş  qolunun,  ya  qıçının  yerində 
ümumi bədənin formasını əhatə edən ruhunun o hissəsi də yerində 
olur, ancaq adi gözlə onu görmək mümkün deyildir. Adicə yaşıl 
yarpağın bir hissəsini kəsdikdə kəsilmiş hissədə onun enerjililiyi 
sağlam  quruluş  formasında  qalır. Ancaq  itirilmiş  hissə  var  deyə, 
yəni vasitə yoxdur deyə o, enerji fəallaşa bilmir. Yaxud da əksinə, 
bədənin müəyyən hissəsinin, yəni ya qolunun, ya qıçının içərisində 
ümumi bədəndə olan ruhun heç bir əlaməti yoxdursa, o hissə yenə 
də şikəstliyin başqa bir formasında olacaqdır. 
İradəli olmaq üçün tutduğun əməlin nəticələrinə gərək inana-
san. Hər bir insanın öz dünyagörüşü və ona da uyğun öz düşüncəsi 
var. Hər kəs öz düşüncəsinə görə edəcəyi işin düzgünlüyünə inanır. 


236
Əgər öz işinin düzgünlüyünə şübhəsiz inanırsansa, sənin iradəni 
heç kəs qıra bilməz. Çünki üzdə lap kimsəylə razılaşsan da daxilən 
razılaşmayacaqsan. Tərslik, höcətlik ayrı şeydi, iradəli olmaq bir 
ayrı. İradəli insan həmişə öz nəfsinə qalib gələr. Əgər öz nəfsinə 
qalib gəlməyi bilirsənsə, deməli, hissiyyatın üzərində hökmranlıq 
etməyi bacarırsan, demək mədəniyyətin var. Öz nəfsinə qalib gələ 
bilirsənsə, demək ruhunu saflaşdırırsan. Belə olan təqdirdə bədənlə 
ruh bir-birini tamamlayır. Ruh saflaşdıqca bədən də gümrahlaşır, 
həyata münasibətin, insanlara münasibətin dəyişir. 
Ruh bədəni tərk edib gedəndə yeni həyatı ona çox qəribə gəlir, 
sanki çəkisizliyə düşür. Haradansa gələn cazibə qüvvəsi onu axın 
kimi özünə çəkir. Heç bir ağrı, narahatçılıq hiss etmir. Sanki ideal 
rahatlıq halına düşür. Lakin bu insanın dünyasını dəyişəndən sonra 
yaşanan dölü deyildir. 
Var olmaq üçün varlığın isbat olunmalıdır. Var olan şey yaşantı-
dır, yerdəyişməsi zamanla ölçülən bir obyektdir. İnsan yaşantısıyla 
öz varlığını isbat etdirir. Düşünürəmsə demək varam kəlamı boş 
yerə işlədilməyib. Bəs ruh? Bəs insandan sonrakı döl? Bunlar öz 
varlıqlarını necə isbat edirlər? Var olan şey öz varlığını yaşantısı 
ilə anladır, bunu bildik. Bəs var olan şeyin varlığını necə anlamaq 
lazımdır? Bu anlamanın iki yolu var: ya bizim duyğu üzvlərimiz 
bunu qəbul etməlidir, ya da bu yaşantının boşladığı informasiyaları 
çevirib bizim qəbul edə biləcəyimiz şəklə salmaq lazımdır. 
İkinci bir variant da var, məntiqlə dərk etmək. Bu variantları 
bir-bir araşdıraq. Ruhun varlığını, əgər ruhlar bizim hiss edə bilə-
cəyimiz şəklə düşməsələr, duyğu üzvlərimiz vasitəsilə birbaşa hiss 
edə bilmirik. Bu isə bizdən asılı olan bir iş deyil. İkinci variant, 
ruhların varlığını dolayı yolla necə hiss etmək olar? Bu mümkün-
dürmü? Bəlkə radio, televiziya dalğaları kimi, onların da boşladı-
ğı informasiyaları bizim qəbul edə biləcəyimiz bir şəklə çevirən 
cihaz  yaradaq.  Bu  mümkün  olardı,  lakin  bir  şey  çatışmır,  bizim 
qəbul edə biləcəyimiz dalğaları özümüz digər bir obyektdən digər 
obyektə göndəririk. Ruhlar isə bizdən asılı olmayaraq yaşantıda-
dırlar, biz onlarla təmasa girib belə edə bilmirik. Qalır üçüncü va-


237
riant, məntiqlə dərk etmə. Bu qəbul olunandır. Biz bilirik ki, insan 
doğulan andan dünyasını dəyişənə qədər öyrənir. Normal insanın 
idrakı belə formalaşır. İnsan yaşadığı müddət ərzində bir şey əldə 
etməsə formalaşa bilməz. İnsan materiyanın daha incə formasında 
nəsə əldə edirsə və o şey onun idrakını artırdıqca və biz də onun nə 
olduğunu hal-hazırkı normal quruluşumuzla hiss etmiriksə, onda 
məntiqlə dərk etməliyik ki, nəsə əldə edirik, bu bizim duyğu üzvlə-
rimizin qəbul edə bilməyəcəyi bir yaşam növüdür. 
Televiziya dalğalarını birbaşa fiziki duyğularımızla hiss etmədi-
yimiz kimi, yəni o, nəyin vasitəsilə şəklə çevrilir ki, biz onu görü-
rük, danışır eşidirik və qəbul edirik ki, var. Ruh da belə, əldə olun-
muş idrak məhsulları, bədənimizi aktivləşdirən xüsusi növ enerji 
olan, ruhun mayasının üzərini təbəqə kimi örtür və şəxsiləşmiş bir 
varlığı yaradır. Biz bunu məntiqlə dərk edib, qəbul etməliyik, bu 
ruhdur. Bizim beş duyğu üzvlərimizin qəbul edə bilməyəcəyi incə 
materiya növüdür. Varlıq öz isbatını ən müxtəlif sahələrdə göstərə 
bilər.  İnsan  dünyasını  dəyişəndə  ruh  bədəni  tərk  edib  gedir.  Bu 
onunla əlaqədardır ki, insanın fiziki quruluşu hər hansı bir səbəb-
dən daha öz formasını saxlaya bilmir və onun içərisində olan ruh 
daha ondan bir vasitə kimi istifadə edə bilmir. Ruhlar bədəni tərk 
etmək imkanlıdırsa, bu, adi halda da baş verə bilər. Bəs niyə belə 
olmur? Ona görə ki, ruhlar bədəndə olarkən şəxsiləşirlər. Onlar heç 
cür şəxsiləşmiş o idrakla başqa bədəndə fəaliyyət göstərə bilməz-
lər. Ona görə də bədəni tərk edib gedən ruh, bədən normaldırsa, 
geri qayıdır. Ruhla bədən demək olar ki, bir-birlərini tamamlayırlar. 
Yalnız ölüm onları ayıra bilər. Ruh beyni, beyin bədəni fəallaşdırır. 
Palıd  ağacının  qozasındakı  toxumların  hər  birində,  qollu-bu-
daqlı, köklü-köməcli bir palıd yaşayır. Bu toxum şəraitə düşəndə 
hər  şey  öz  yerini  alır.  İnsan  da  belədir. Ana  bətnində  ilkin  mər-
hələlərdə insan yavaş-yavaş formalaşır. Nəhayət ki, o aktivləşir və 
bu onun yeni bir həyatın sakininə çevrildiyinə bir işarədir. Ana bət-
nində formalaşan insan onu formalaşdıran enerji ilə öz yaşamına 
başlayır. Bu enerji ən ali varlığın zərrəciyi – idrak məhsulu – ruhun 
mayasıdır. 


238
 
Kainatdan o yana
 
Kainatdan  o  yana Allahın  məskənidir.  Orada  gümüşü  rəngdə 
yaşantılar  var. Atmosfer  parlaq  gözqamaşdırıcı  rəngdədir.  Orada 
yaşayan ağıllı varlıqlar daha gözəl görünən insan simasındadırlar. 
Ancaq insandan azı yüz dəfə böyük nəhənglərdir. Bəlkə də onlar 
biz  böyüklükdədirlər,  biz  özümüz  orada  öz  ölçülərimizdən  yüz 
dəfələrlə kiçik oluruq. Ayağımızın altı parıltılı hamar lövhə şəklin-
dədir. Deyəsən bu örtük süni şəkildə yaradılmışdır. Çünki əraziyə 
yaraşıq verən bitki aləminin ətrafı və ləklər qara yapışqanlı qatran 
qatılmış palçığa oxşar maddədən ibarətdir. Ağaclar elə bil ki, cırdır, 
bizimlə müqayisədə normaldır, ancaq o varlıqlarla müqayisədə çox 
kiçikdirlər. Heyvanat və quşlar aləminin bəzi gözəl nümunələrinə 
rast gəlmək olar. Onlar da gümüşü rəngdədirlər. Hər şey gümüşü 
rəngə boyanmışdır. Gümüşü rəngdə məhlul su duruluğunda axır. 
Heç bir texnika növünə rast gəlinmir. Bu, Allahın sirridir. Geyimlə-
ri də gümüşü rəngdədir. Bütün bunlar bizim təbiətimizlə müqayisə-
də çox yeknəsəq görünür. Orada danışıq fikirlədir. Mən siz kimsi-
niz sualını verəndə: 
– Bizim cavabımız sizi qane etməz, – dedilər. 
– Mənə hər halda bir söz deyin. 
– Biz hakimlərik, – dedilər. Bir nəfər isə gümüşü kresloda əyləş-
mişdi. – O isə baş hakimdir. Sizin kainat dediyiniz ərazini idarə edir. 
Kainatdan o yana
Mən yenə həmin mühitdəyəm. Onlardan biri məndən soruşdu:
– Sən nə istəyirsən? 
– Mən ruhun varlığı haqqında anlayışa malik olmaq istəyirəm. 
O dedi: 
– Ruh yaşantısı sizin mühitə uyğun olmayan, ölçüləri sizin mü-
hitin ölçüləri ilə ölçülməyən, varlığı təkrarsız, müəyyən potensiala 
malik idrakdır. 


239
– Bəs insan? – deyə mən soruşdum. 
– İnsan Yer kürəsinin meyvəsidir. Bütün meyvələr öz bağbanına 
şirin olur. Mən çox yoruldum və maraqsız oldum. 
Kainatdan o yana
 Mən yenə həmin mühitdəyəm. 
Sən düzgün yoldasan, söylədilər. 
Mən ölçüsüzlük nədir, soruşuram. 
– Ölçüsüzlük vahidlikdir, – deyirlər. O şey ki vahiddir, hər şey 
onun özündədir. 
Mən kainatın yaşı nə qədər olar, soruşuram. 
– Yaş məfhumu nisbidir, – deyilir. Çünki kainat itməyən möv-
cudluqlardan təşkil olunmuş varlıqdır, yalnız forma və məzmunu-
nu dəyişə bilər. 
Mən kainat bu formasında çoxdanmı mövcuddur, soruşuram. 
– Kainat bu formasında sizin hesab sisteminizdə olmayan bir 
vaxtdan mövcuddur və sizin hesab sisteminizdə olmayan bir vaxta 
qədər. 
– Siz kainata nə deyirsiniz? 
– Biz kainata “Ra” deyirik. “Ra” yaradanına xoş gələn deməkdir. 


Bağırov Əlisalam Məmi oğlu 
BAŞLANĞICDAN BAŞLANĞICA VƏ YA 
RUHUN KEÇDİYİ YOL
Çapa imzalanmışdır: 15.09.2015
Formatı 60x84 1/16
Fiziki ç/v 15,0, şərti ç/v 13.95
Tiraj 300
«Qanun» nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel.: (+994 12) 431-16-62; 431-38-18
Mob.: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing

Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə