Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə76/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   69   70   71   72   73   74   75   76   77

229
enerji topası zatına görə öz mühitində qərarlaşır və hər bir yaşantı 
topası özü də bir varlıqdır. 
Biz bir insan kimi o, mühitin şirinliyini, acısını bilmərik. Çün-
ki  o,  mühit  bizə  yaddır.  Ruhlar  isə  insan  bədənində  olarkən  bir-
gə yaşantı zamanı nə dərəcədə ədalətə meyilliliyindən asılı olaraq 
yaşadığı dövrdə insan fəaliyyətinin nəticəsi kimi yekunda Böyük 
Yaradanın qanunları qarşısında cavablanmalıdırlar. Toplanmış hə-
yat təcrübəsi – ruhun mayasını örtən bir təbəqə, dönüşü olmayan 
yolçuluğun müəyyən bir mərhələsindədir. 
Qanunlar  kainatın  nizamını  saxlayır.  Kainatın  ümumi  nizamı 
bir səbəbin məsuludur. Ancaq kiçik səbəbləri dağıdan digər kiçik 
səbəblər kainatın ümumi nizamını poza bilməsələr də kiçik mər-
hələlərdə  dəyişikliklər  yarada  bilirlər.  Ruhların  sakitləşib  qərar-
laşdığı yerdə qiyamət günü belə başlayır. Bir vaxtlar bədəni tərk 
edib gedən idrak məhsulları özlərini əvvəlki görkəmdə hiss edərlər, 
çünki, onların içərisində olan ruhun mayası onları tərk edib gedər. 
Nəticədə tənhalaşan idrak öz bədəninin yetkin quruluşunda onları 
gözləyən aqibətlə üz-üzə qalarlar. Bir vaxt yaşadıqları yaşantıların 
ədaləti üstün olmalıdır ki, onlar sürətlə parlaq nurun qovuşuğuna 
istiqamətlənsinlər. Əks təqdirdə qara enerjinin üstünlüyü onu yan-
dırıcı alovların içinə sürükləyəcəkdir. Böyük Yaradanın qanunları 
dəyişməzdir. Gözləyəcəyin aqibət əməllərinin nəticəsidir. Gələcək 
həyatını hər kəs özü hazırlayır. Bədəni tərk edən ruh incə materiya 
növü kimi başqa mühitin məhsuluna çevrilir. 
Bizim  yaşadığımız  dünyanın  içərisində  yaşanan  bir  dünya  öz 
tərkiblərinə uyğun fərqli qanunları ilə seçilir. Əslində kainat bütöv 
bir sistemdir, həm də tam bir varlıqdır. Kainatın ən müxtəlif yerlə-
rində ən müxtəlif varlıqlar var. Bu varlıqlar hər biri və ya varlıqlar 
qrupu kainata öz prizmalarından baxırlar. Kainat onların hər biri 
üçün qavraya biləcəkləri bir sferadadır. İnsan üçün də kainat duyğu 
üzvlərinin qəbul etdiyi bir materiya növü şəklindədir. Çox böyük 
ehtimalla hər hansı bir varlıq hansı materiya növünün materialına 
uyğundursa, o, materiya növü intervalında da yaşantıları dərk edə 
bilir. Bu bir qanundur. Ona görə də iç-içə və ya paralel dünyala-


230
rın olması şəksizdir. Onların hər birinin öz yaşantıları və özlərinə 
uyğun varlıqları var. Bu dünyaların hər birisinin öz qanunları var. 
İstər bizim yaşadığımız dünyanın, istərsə də paralel dünyaların var-
lıqları olsun hamısı Böyük Yaradanın nizamlı, məqsədli, inkişafa 
doğru aparan qanunlarına xidmət edir. 
Kainat ideal boşluqda balıq kimi süzür. Bu böyük böyrək şəkilli 
yaşantının ümumi əhatəsi tədricən zərifləşən materiya növü ilə hiss 
olunmadan itir. O, sanki nəfəs alan bir canlıdır, yığılır və uzanır. 
Yığılanda sanki özündən sonrakı dalğa özündən əvvəlkinin içində 
itir. Böyük Yaradan üçün bir an kimi görünən bu yaşantı ən müxtə-
lif varlıqlar üçün çox uzun və ən müxtəlif zaman hesablarıdır. 
İnkişaf üçün ibtidaidən aliyə, sadədən mürəkkəbə doğru bir yo-
lun keçilməsi labüddür. İstər ibtidai olsun, istərsə də ali olsun, var-
lığın normal quruluşda olması şərtdir. Hər bədənin özünə görə im-
kanlılığı və maksimum fəalıq dərəcəsi var. Ruhun mayası normal 
bədəndə normal həyat təcrübəsi toplaya bilər. Təcrübə toplamış ruh 
tərk etdiyi bədənin sonrakı yaşantısıdır. Daha incə materiya növü 
kimi ruh öz mühitində qərarlaşır. Ruhlar aləmi yeni bir dünyadır. 
Ruhlar aləminin öz qanunları var. Ruhlar aləmi bizi yanıltmasın, o 
insan həyatının bizə görə davamı olsa da sonrakı mərhələyə keçid 
deyil. Sonrakı mərhələ ağ, qara və onların qarışığından ibarət olan 
ən müxtəlif enerji toplularıdır. Bu toplular da ən müxtəlif ölçüdə-
dirlər. Onlar sonrakı yaşamın elə formasındadırlar ki, ən müxtəlif 
varlıqların bədənlərinə girib onları aktivləşdirə bilərlər. Onlardan 
yalnız ən parlaqları insandan ali varlığa daha yaxın olan mələklərin 
bədəninə nüfuz edə bilərlər. Yerdə qalanlar isə insana və ya insan-
dan aşağı canlılardan birinin bədəninə girib onu aktivləşdirə bilər. 
İnsan  və  insandan  aşağı  canlıların  təkrar  bədəninə  girən  o  ener-
jilər bir daha şans verilmişlərdir. Daha aşağı mərtəbələrə düşənlər 
(insandan  aşağı)  yaşadıqları  əzablarla  öz  cəzalarını  beləcə  çəkib 
pillə-pillə irəli getmək istəyənlərdir. Çəkilən əzablar bir növü nə 
vaxtsa etdiyin günahları təmizləyir. Böyük Yaradanın hər işinin bir 
mənası var. 


231
Böyük  Yaradanın  təyinatı  dəyişməzdir.  Əslində  kainatda  baş 
verən dəyişikliklər hamısı qanunauyğun bir proseslə gedir. O cüm-
lədən bizim yaşadığımız dünya da məqsədli bir düşüncənin məhsu-
ludur. Hər başlanan səbəb öz qanuni ardıcıllığı ilə irəliləyir və bütün 
səbəblər nəticə etibarı ilə iki qrupa bölünür. Onlar əksliklərin vəhdəti 
şəklində inkişaf edirlər. Bu əks səbəblərdən biri digərini tamamlayır. 
Bu əks səbəblərin hər ikisinin ortamında yerdə qalan bütün proseslər 
gedir. Beləliklə, ən müxtəlif varlıqlar yaranır. Hər bir varlığın qanu-
ni təyinatı olduğu kimi, hər birisinin də öz funksiyası var. 
Bizim təsəvvürümüzə görə kainat çox böyükdür. Hətta, bəzi fi-
kir sahibləri onu sonsuz hesab edir. Lakin kainat öz qanunları ilə, 
öz tükənməz enerjisi ilə, bizim üçün adicə toz zərrəciyi kimi hesab 
olunan bir maddiyyatın yaşantısı ilə, daim təmasda olduğunu hiss 
etdirən reaksiyaları ilə sanki ən böyük canlı bir varlıq olduğunu nü-
mayiş etdirir. Əslində bir-birini tamamlayan əksliklərin vəhdətini 
yaradan səbəblər, vahid bir yaşantının hər hansı bir sahədə müm-
kün nüfuz dairəsinin yetişə biləcəyi qədər uzanan məsafəlidir. Acı 
varsa, şirin var, çox acı varsa, çox şirin var. İşıq varsa, qaranlıq var, 
çox işıq varsa, çox qaranlıq var. Başlanğıcın sonu , sonun başlan-
ğıcıdır. Bütün bunlar yaşanan qanunların dəyişməz təyinatıdır. Bu 
kainatın təkrarsız yaşantılarının ardıcıllığını birləşdirən bir qanun-
dur. Bu kainatın özü, elə ən ali varlığın özüdür. 
Hər yaradılan varlığın öz missiyası var. O cümlədən də insa-
nın. İnsan çox mükəmməl bir yaranışın nəticəsidir. O iki dünyanı 
özündə birləşdirir: fiziki və mənəvi aləm. İnsanın fiziki aləminin, o 
cümlədən beyninin normal olması şərtdir. Mənəvi aləm isə insanın 
iç dünyasıdır. Lakin bütün bunlar yaradılışın verdiyi paydır. İnsa-
nın missiyası, onun yerinə yetirəcəyi ümumi işin nəticəsidir. O işin 
ki, o ən ali varlığın düşüncələrinə xidmət edir. 
Varlığın missiyasının başa çatması onun fiziki imkanlarının iti-
rilməsi deməkdir. Hər hansı bir varlıq kainatdan gələn fiziki təsir-
lərə müqavimət göstərə bilməyəndə öz yaşantısını itirir. Bu şərtdir, 
qanuni  bir  yaşantı,  qanuni  bir  keçiddir.  Fiziki  yaşantısını  itirmiş 
varlıq sonda təkamülün yeni formasının başlanğıcını qoyur. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə