Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə72/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   69   70   71   72   73   74   75   76   77

217
Yuxu isə ən dərin hipnozdur. Ona görə də insan adi halda yuxu 
ilə oyaqlıq arasındakı bir çərçivədə yaşayır. Bu yaşantı iki yerə bö-
lünür: fəal həyat (yəni həyat təcrübəsi toplanılması), bir də nəyinsə 
xəyallarda yaşanması. Qeyd etmək lazımdır ki, xəyallarda yaşanma 
da iki yerə bölünür: keçmişin yad edilməsi və gələcəyin məntiqin 
nəzəri  proqnozlarında  mümkün  və  maksimum  halda  yaşanması. 
Yuxu  prosesində,  yəni  dərin  hipnoz  vəziyyətində  insan  dünyaya 
göz  açandan  bəri  həyat  hadisələrindən,  kinolardan,  nağıllardan, 
təsəvvürlərində  yaradılanlardan  və  ilaxır...  beyinə  köçürülən  hər 
şeydən bədənin o halındakı vəziyyətinin (yəni yuxu prosesindəki 
vəziyyətinin) halı ilə bağlı beyində olan bütün hər şeyin bu hala 
uyğun ümumi məntiqi nəticəsi kimi yuxular görür. 
Çin  yuxuları  hamı  görə  bilər,  daha  çox  çin  yuxuları  isə  daha 
sağlam və ağıllı adamlar görə bilər. Yuxuda heç bir həyat təcrübə-
si  qazanılmır.  Çünki  yuxugörmə  qazanılmış  həyat  təcrübələrinin 
məhsuludur. Yuxu – ən dərin hipnozdur. 
Yuxugörmə varlığın yaranışından indisinə qədərki dövrü ərzin-
də beyin imkanları daxilində əldə edilən hər cür yaşantıların yuxu 
prosesi zamanındakı halına uyğun maksimum əlaqələndirilməsin-
dən yaranan nəticədir. Yuxugörmədə haradasa ağılın iştirakı labüd-
dür. Çünki beyin hər şeyi varlığın halına uyğun istiqamətləndirir. 
Ancaq  qeyd  edilməlidir  ki,  yuxugörmədə  varlığın  halı  ağılın 
hər cür yaşantılarının istiqamətlənməsinə təsir edən qüvvədir. La-
kin ruhun, yəni ağılın sərbəstliyində (yəni tərk edilmiş bədəndə) 
vəziyyət tamam dəyişir. Artıq varlığın halı yaşanmadığından sər-
bəstləşən ağıl, yəni ruh özü-öz istiqamətvericisi, həm də təkanve-
ricisidir. Ağıl xüsusi növ enerji, beyin məhsulu – idrakdır, ruhdur. 
Təsirlərə reaksiya verən hər şeyin dərrakəsi var, az ya çox, yəni 
ruhu var. Yuxu ilə ölümün fərqi ondan ibarətdir ki, yuxu zamanı 
orqanizm öz ilkinliyinə qayıdır, yəni yalnız aktivlik vəziyyətində 
olur. Ancaq demək olar ki, bütün sinirlər passiv vəziyyətə düşür. 
Ölüm zamanı isə insan aktivlik dərəcəsini də itirir. Hər iki halda 
orqanizm həyat təcrübəsi toplamaq imkanından məhrum olur. 
Ağıl – öyrənilmiş biliklər toplusundan istifadə etmək bacarığı-
dır. Başqalarının həyat təcrübələrini öyrənib hər an öz ağılını artı-


218
ra bilərsən. Kliniki ölüm vəziyyətindən qayıdan insanlar ona görə 
təxminən, eyni vəziyyətə düşürlər ki, onların keçirdiyi hallar, yəni 
ölümə doğru gediş eyni ssenari üzrə baş verir. Canlı orqanizmin 
ölümü, onun tamlığını təşkil edən əsas orqanlardan birinin və ya 
bir neçəsinin öz funksiyasını yerinə yetirə bilməməsindən irəli gə-
lir. Canlı orqanizmin əsasını təşkil edən hər hansı bir orqan ayrıca 
mövcud ola bilməz. O, yalnız vahid orqanizmin tamlığı üçün la-
zımdır, həm də tam orqanizmin sistemli birləşməsindən qidalanma 
onun yaşantısıdır. Ruh öz yaşadığı mühit üçün optimal yaşantıda 
olan varlıqdır. Daha başqa mühit üçün bir vaxt ruh da başqa for-
ma və məzmuna keçir. Hər hansı tamamlanmış sistemli bir quruluş 
müəyyən imkanlara malik varlıq deməkdir. 
Varlıq ilkin mərhələdə sükunətdə olan potensial enerjiyə malik-
dir. Varlıq bu enerji ilə optimal şəraitdə uzun müddət öz potensial 
imkanlarını açmadan qala bilər. Mühitinə, şəraitinə düşəndə varlıq 
öz potensial imkanlarını açır. Varlığın enerjisi onu imkanı daxilin-
də fəallaşdırır, içərisinə nüfuz edən birnövlü enerji onu ideal rahat-
lıq halına doğru hərəkətləndirir. Varlıq ideal rahatlıq halındakı ya-
şamına doğru hərəkətlərində qarşılaşdığı maneələrdən yayınmaqla 
və ya mümkünsə, bu maneələri dəf etməklə, həyat təcrübəsi top-
layır və onu yaddaş şəklində kodlaşdırır. İmkanı daxilində topla-
nan həyat təcrübələri varlığın potensialında olan olan hərəkətverici 
enerjinin üstünü təbəqə şəklində örtür. Beləliklə, varlığın daxilin-
də yeni, daha mükəmməl və şəxsiləşmiş bir varlığın formalaşma-
sı prosesi gedir. Nəhayətdə varlıq xarici mühitin fiziki təsirlərinə 
müqavimət göstərə bilməyərək parçalanıb dağılanda onun içərisin-
də  formalaşan  daha  mükəmməl  varlıq,  daha  incə  materiya  növü 
şəklində öz yeni sərbəst həyatına başlayır. Bu yeni formalaşmış və 
şəxsiləşmiş yaşam növü ruhdur. Ruh insanda mükəmməllik dərə-
cəsindədir. İnsan, ruhu fiziki duyğu üzvləri ilə görə, duya və hiss 
edə bilməz, lakin bəsirət gözü açıq olan insanlar ruhu görə bilərlər. 
Güclü təfəkkürə malik insanlarsa ruhu məntiqlə dərk edə bilərlər. 
Deməli, ruh daha incə bir materiya növüdür. 


219
İnsanın ruhu özündən əvvəl mövcud ola bilməz. Çünki ruh o 
zaman həmin insan haqqında şəxsiləşməmiş, məlumatlarsız, kim-
səyə aidiyyəti olmayan səkildə olardı. Ancaq insan həyatının sonu 
haqqında məlumat Böyük Yaradana məxsusdur. Çünki o, səbəb-nə-
ticə ardıcıllığını ən xırda detallarına qədər izləyə bilir və hər işin 
yekunu ona əvvəlcədən aydındır. Böyük Yaradan keçilən yolda bö-
yük mərhələlərin içərisində kiçik mərhələləri hər bir canlının öz 
ixtiyarına buraxır. 
Akvarium  şəklində  mühitdə  olan  canlılar,  o  cümlədən  insan 
öz fiziki və əqli imkanları daxilində öz yollarını seçirlər. Burada 
taleyini  öz  əlinlə  yazmaq,  özünü  ona  görə  doğruldur  ki,  böyük 
mərhələlər akvarium şəklində olan yaşantının kiçik mərhələlərinin 
özünəməxsusluğuna tamlığıyla təsir edə bilmir və insan öz mühiti-
nin qanunauyğunluqlarına uyğun ixtiyari seçim edir. Bu da Böyük 
Yaradanın  sınaqlarından  biridir.  Ona  görə  də  hər  kəs  insan  oğlu 
üçün işıqlı yol göstərən Qurani-Kərimin göstərişlərinə əsasən se-
çim edə bilər. Ona görə də bu əsas vermir ki, cahil niyə cahil yara-
dıldım deyə bilsin. 
Əgər insan öz həyatını müəyyən qədər də olsa ixtiyari seçim 
üzərində  qurmasaydı,  cənnət  və  cəhənnəmin  olması  böyük  haq-
sızlıq olardı. İnsana ilk yaranışından doğru yol göstərilib, son nə-
hayətdə də bu yol Qurani Kərimlə əsas qanun şəklini alıb. Doğru 
yolun seçimi insanın ağılla əldə etdiyi məlumatlar vasitəsilə hissiy-
yat üzərində hökmranlıq etmək bacarığından asılıdır. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə