Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə71/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

214
hökmən hər hansı insan bədənindəki ruhla dialoqa girmək imkan-
lıdır. Bu isə təcrübədə hər hansı bir istiqamətdə əsaslandırılmağa 
çalışılsa da insanları kütləvi təmin edən şəkildə özünü göstərmir. 
Bütün canlılar yatanda (yəni ən dərin hipnoz vəziyyətində olan-
da) bütün üzvi maddələrə xas olan ilkinliyə qayıdırlar. Yalnız onla-
ra toxunanda onlar cavab reaksiyası verirlər. Düzdür, qüvvətli səs, 
tünd qoxu, güclü işıq yatmış canlının qismən oyaq olan sinirlərinə 
təsir edir. Lakin burada bir istisnalıq da var, çünki ideal yuxu yox-
dur. Burada da bir nisbilik dərəcəsi var. İdeal yuxu – heç bir həyat 
təcrübəsindən istifadə edilməyən bədənə xasdır. 
Quruluşlarından  asılı  olmayaraq,  bütün  canlı  orqanizmlərdə 
şərtsiz reflekslər (aktivlik dərəcəsi) eyni funksiyanı ifadə edir (yəni 
həmin canlını ideal rahatlıq halına meyilləndirir). Canlılar arasın-
dakı fərqi yaradan yeganə cəhət onların quruluşlarının mükəmməl-
lik səviyyəsidir. Çünki daha mükəmməl quruluşa malik canlı daha 
çox həyat təcrübəsi toplamaq imkanlıdır. 
Məhv  olan  canlının  birinci  itirdiyi  onun  aktivlik  dərəcəsidir. 
Aktivlik  dərəcəsini  itirən  canlı  onunla  birlikdə  həyat  təcrübəsini 
də itirir. Aktivlik dərəcəsi ruh ola bilməz. Ruh yalnız həyat təcrü-
bəsi – idrak ola bilər. Bunu aydınlaşdıraq. Yatmış insan bədəninin 
ümumi  halına  uyğun  yuxular  görürsə,  kliniki  ölüm  vəziyyətində 
olan  insan  da  bədəninin  halına  uyğun  psixoloji  yaşantılar  keçir-
məlidir. Kliniki ölüm – müvəqqəti də olsa bədənin aktivlik dərə-
cəsinin itirilməsidir. Yuxudan ayılan adam öz yuxularını danışdığı 
kimi, kliniki ölüm vəziyyətindən qayıdanlar da öz hal yaşantılarını 
danışırlar. Yoxlanılmış geniş təcrübələrdən belə aydın olur ki, onlar 
bizim kimi təsadüfi yuxular yox, eyni məzmunlu şeylər danışır, öz-
lərindən asılı olan iradi hallar yaşayırlar. Bu, bəlkə də ölümə gedən 
yolun vahidliyindən yaranır. Biz bilirik ki, hər hansı bir canlının , 
o cümlədən insanın bədəninin hər hansı bir fəal üzvünün öz funk-
siyasını yerinə yetirə bilməməsi həmin canlının nəhayətdə məhvini 
yaradır ki, bu da onun aktivlik dərəcəsinin itməsi deməkdir. Kliniki 
ölüm vəziyyətində olan insanın psixoloji hal yaşantıları iradidir-
sə, onda aktivlik dərəcəsini itirən insan həyat təcrübəsini də itirir. 


215
Buradan belə nəticə çıxır ki, bu həyatdan köçən insan dünyasını 
dəyişərkən onun həyat təcrübələri ruhun mayası adlandırılan ener-
jinin üstündə cəmlənir və iradi hərəkətlərə malik olur. Bu ruhdur. 
Bu iradi hərəkətləri iki cür qiymətləndirmək olar: ya həyat təcrübə-
si idrak elə bir materiya növüdür ki, istənilən anda istənilən yerdə 
olur, ya da elə bir yerdə, elə məzmunda olur ki, bütün istənilən yerə 
hansı formadasa nüfuz edir. 
Kainatın uzaq keçmişdə sıxlığı 5x10
93
 g/sm
3
 (sıxlığın kvant həd-
di)  olan  damcı  şəklində  olmuşdur.  Bu  damcının  temperaturu  isə 
10
15
K  olub.  Sadə  hesablamalar  göstərir  ki,  kritik  sıxlıq  5x10
30 
q/
sm
3
-dir. 
Həyat  vahiddən  yaranıb,  həyat  vahidə  doğru  inkişaf  edir.  Ən 
möhkəm birləşmə vahiddirsə, artıq o birləşmə deyil, bütövlükdür. 
27
0
C = 300
0
K bu elə bir intervaldır ki, təbiətdə küllü miqdarda fizi-
ki, kimyəvi və bioloji proseslər baş verir. 
Tam sükunətdə olan enerji 0 (sıfır) həddindədir. Tam fəal enerji 
300000 km/san hərəkət sürəti həddindədir. 0 (sıfırla) – 300000 km/
san arasındakı hal enerjinin tam sükunətlə tam fəallığı arasındakı 
ən müxtəlif hal yaşantılarıdır. Bizi əhatə edən maddi aləm 0 (sıfır-
la) 300000 km/san sürət həddi arasındakı intervalda məhdudlaşır. 
300000 km/san sürət həddindən yuxarı halda enerji müəyyən for-
ma halında deyil, axın halında olur. 300000 km/san sürətdə olan 
enerjinin  sürətini  300000  km/saniyədən  azaltmaq  mümkün  olsa, 
onda  hökmən  həmin  enerji  bizi  əhatə  edən  maddiliyin  müəyyən 
forma və məzmununa malik olacaqdır. E (enerji) = m (kütlə) x C
2

Buradan da, m = E/C

və C
2
 = E : m alınır.
Qeyd  edirlər  ki,  günəşlə  yer  arasındakı  məsafə  təxminən 
150 000 000 km-dir. Bu hesablamalar təxmini olsa da hər halda 
kainat haqqında müəyyən biliklər toplusudur. Müxtəlif sıxlıqlarda 
eyni məsafə qət etmək üçün sərf olunan enerji hərəkət edən üçün 
eynidirsə, mənzil başına çatmaq vaxtları müxtəlif olacaqdır. Əgər 
göstərilən təqdirdə mənzil başına eyni vaxtda çatırlarsa, onda on-
ların  hərəkətinə  sərf  edilən  enerji  müxtəlif  olacaqdır.  İdeal  boş-
luqda  enerji  itkisi  getmir.  Başlanğıcda  verilən  müxtəlif  enerjilər 


216
ideal  boşluqdan  keçib  başqa  cismə  toxunarsa,  mənbədən  verilən 
enerjinin gücünə uyğun təzyiqə malik olacaqdır. Əgər başqa cismə 
toxunmasa, onda bütün maddi aləmin cazibəsindən çıxmış birnöv-
lü bəsitlik kainatın boşluğuna düşər. Onun üçün məsafə, sürət və 
zaman itər. Yəni o özü üçün ayrıca kiçik bir maddi aləm olar, ona 
xarici və daxili təsirlər olmadığı üçün o, əbədi həyata malik olar. 
Deməli, mövcudluq kimi, var olmaq üçün də heç bir şərt yox-
dur. Lakin varlıq kimi mövcud olmaq üçün hökmən müəyyən şərt-
lərə əməl olunmalıdır. 
Ruh  mayası  birnövlü  bəsitlik  kimi  yalnız  özü-özündən  başqa 
heç  nə  ilə  birləşmədiyindən  bizim  fizika  qanunlarına  tabe  deyil, 
kiçik sürətlərdə belə bizi əhatə edən maddilikdən çıxa bilər. 
Bədən isə ən müxtəlif birnövlü bəsitliklərin bir-biri ilə birləş-
mələrindən  təşkil  olunduğundan  o,  yalnız  işıq  sürətindən  böyük 
sürətlərdə birnövlü bəsitliklərə parçalana bilər ki, bu da bizi əhatə 
edən maddilikdən çıxışda onun yeganə, lakin uyğunsuz olaraq bi-
zim fizika qanunlarına tabe yoludur. 
Kainata kənardan baxmaq mümkün olsa, o, qaranlıq görünməli-
dir, çünki bu aləmin cazibə qüvvəsi hər şeyi udur. 
Kimdir insan, materiyanı beş duyğu üzvünün vasitəsilə duyub 
anlayan bir varlıqmı, ruh üçün bir vasitəmi, kainatla harmonik tə-
masda olan kainatın bir parçasımı? İnsan dünyaya göz açan gündən 
bütün gördükləri beyinə köçürülür. İnsan bu hadisələrin daha qaba-
rığını həmişə xatırlayır. Nəyinsə yada salınması insanın öz-özünü 
hipnoz etməsidir. Çünki həmişə nə isə yada salınanda ətrafda baş 
verən hadisələr hökmən müəyyən qədər unudulur. Beləliklə, daha 
dərin hipnozla daha kiçik hadisələri xatırlamaq olar. Beyinin çox 
geniş fəaliyyət sahəsi var. İnsan hər hansı bir şey haqqında məntiqi 
fikir  yürüdəndə  beyin  insanın  xatırlayıb-xatırlamamasından  asılı 
olaraq o şeylə bağlı ən müxtəlif əlaqələrin yekunu kimi nəticə çıxa-
rır. Olar, ya olmaz? Bu məntiq iki halda pozulur: normal olmayan 
beyində və ya hissiyyatın tələbatı ağılı üstələyəndə. Ancaq qeyd 
etmək lazımdır ki, insan ən uzağı özünü adi halda yatdığı vəziyyətə 
qədər hipnoz edə bilər. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə