Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə73/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   69   70   71   72   73   74   75   76   77

220
III FƏSİL. 
Ruhlar aləmi özü də bir dünyadır, 
ruhlar aləminin öz qanunları var
Ruhun mayası enerjidir. Ruh daha ideal bir varlığın yaranma-
sı yolunda əvəzolunmaz bir vasitədir. Ruhun mayası təmiz ener-
jidir. O, insan bədəninə daxil olub müəyyən qədər həyat təcrübəsi 
toplayıb şəxsiləşdikdən sonra ruh adlanır. Bu da yeni bir yaşantı 
növünün tədrici formalaşması deməkdir. Nə qədər ki, insan yaşa-
yır onun ruhu, xüsusilə beyni həyat hadisələrini düzgün qavrayan 
insanda həyat təcrübəsi toplamaq imkanlıdır. Əks təqdirdə yanlış 
qavranılan  həyat  hadisələrindən  düzgün  yaşam  tərzini  qurmaq 
üçün heç bir həyat təcrübəsi toplanıla bilməz. Elə ki insan dünyası-
nı dəyişdi, ruh da bədəni tərk edib öz dünyasına qovuşur, lakin tərk 
etdiyi bədənin daha incə materiya növü formasında. Bədəni tərk 
edən ruh paralel bir dünyada, ideal rahatlıq halına daha çox uyğun-
laşa bilmək quruluşlu, tərk etdiyi bədənin zərif növü şəklində öz 
yeni yaşamına başlayır. Ora elə bir dünyadır ki, orada hissiyyatla 
ağılın mübarizəsi getmir, ancaq idrak fəaliyyətdədir. 
Enerji həyatdır, potensial bir durum, yaşamaq üçün təkan ver-
məyə hazır bir mərhələdir. Enerji – mövcudluqdur, mövcudluq da 
enerjidir. Onlar bir-birinin ayrılmaz hissəsidir. Lakin ruhun mayası 
olan enerji yeganədir. Bu enerji özü-özü ilə birləşmək imkanlıdır, 
başqası ilə yox. Onun əsas fəaliyyəti başqa mövcudluqlardan ya-
ranmış varlıqların içərisinə girib onların halını yaşamaq, öz daha 
mükəmməl sərbəst həyatına bir addım da yaxınlaşmaqdır. Ruhun 
enerjisi olmasa, varlıq öz yaşamının şirinliyini, acılığını anlamaz. 
O,  varlığı  həyəcanlandırır,  onda  yaşamaq  həvəsi  oyadır.  Ruhun 
enerjisi  varlığın  yaşamının  təkanverici  qüvvəsidir.  Bu  həyatdır. 
Varlığın  doğumu  ilə  ölümü  arasındakı  sərhəddə  təkrarlanması 
mümkün olmayan həyat. 
Ruhun mayası şəffaf, tərkiblərə bölünməyən bir yaşantı, doğul-
mayan,  törəməyən  bir  vücud,  bütün  yaşamları  əlaqələndirən  bir 


221
vasitə,  ən  nəhayətdə  bütün  kainatın  halını  yaşayan  bir  qüvvənin 
zərrəsidir. Ruh yaşamın bir mərhələdən digər bir mərhələyə keçi-
dinin hazırlıq mərhələsidir. Ruh həm də varlıqların mükəmməllik 
dərəcəsinin ölçüsündən qərarlaşır. Yaşamlar arasındakı əlaqə var-
lıqların onları fəallaşdıran ruhları vasitəsilə olur. Ruhlar dünya var-
lıqlarının imkanları daxilində fəallıqlarının təminatçısıdır. 
Varlıqlar  mövcudluqların  birləşməsindən  yaranan  potensial 
enerji yığnağıdırlar. Bu enerjilər ən müxtəlif fərqliliyə malikdirlər. 
Ruhun mayası isə parlaq nurdur. O, Böyük yaradanın təcəssümçü-
sü, varlıqlardan parlaq nur istehsalçısıdır. 
Ruhların özünün dünyası var. Cənnətdə xoş qarşılanan da, cəhən-
nəmdə yandırılan da ruhların nəhayətdə topladığı həyat təcrübəsi – 
ağıl – üzərilərini örtük kimi örtən təbəqədir. Cənnətə cəhənnəmə 
düşən ruhların mayası deyil, həmin təbəqədir – bədənlərdir. Böyük 
Yaradan insana seçim etmək üçün şərait yaratmışdır. O, hər an üçün 
atacağı addıma öz seçiminə uyğun qərarlar verir. Bu qərarların daha 
düzgün olduğunu, yoxsa onun mənafeyinə xidmət etdiyini çox yax-
şı bilir. Bütün bunlar toplanan həyat təcrübəsində öz əksini tapır 
və insanda hərəkətlərinə uyğun formalaşan xarakter yaradır. Bu xa-
rakterin  formalaşdırdığı  ruh  cənnətin  və  ya  cəhənnəmin  qapısına 
aparan yolun yolçusudur. Orada yalnız ədalət qanunları işləyir. Son 
məqamın, mükafat və ya cəza ilə bitəcəyinə işarə olunur. 
İnsan öz taleyini hərəkətləri ilə özü yaradır. Bədən ruha möhtac, 
ruh bədənə möhtac deyildir kimi fikirlər olsa da, lakin bədənsiz ya-
şayan ruhun mayası heç bir həyat təcrübəsi əldə etməyən varlıqdan 
başqa bir şey deyildir. O, hər hansı bir halı yaşamaq üçün hökmən 
müəyyən bədəndən istifadə etməlidir. Bütün ruhun mayaları hamı-
sı eynidir. Ancaq ruhun mayasının daxil olduğu bədənlər nə qədər 
oxşar olsalar da həm də tərkiblərinə görə bir-birindən fərqlənirlər. 
Bircə onu demək kifayətdir ki, bütün insan bədəninə daxil olan 
ruhun mayası hamısı eynidir, lakin onların daxil olduğu bütün bə-
dənlər az-çox dərəcədə bir-birindən fərqlənir. 
Ruhun mayası bədəni duyğusal yaşadır, lakin bədən öz qurulu-
şuna, tərkibinə uyğun yaşamaq istəyini heç cür məhdudlaşdırmaq 


222
istəmir. Bu yaşantılar insanın iç dünyasından gəldiyinə görə Böyük 
Yaradan müxtəlif dini kitablarla düzgün əxlaqi yaşantılar üçün is-
tiqamət vermişdir. 
Hər hansı bir varlıq ətraf aləmdən gələn informasiyaları duyğu 
üzvləri vasitəsi ilə qəbul edib mərkəzi sinir sisteminə ötürür, be-
yin bu informasiyaları ümumiləşdirib öz məqsədinə uyğun şəkildə 
nizamlayıb,  cavablayır.  Beləliklə,  varlıq  öz  düşüncələrinə  uyğun 
məqsədli hərəkət edir və öz ruhunun hal yaşantısını yaşayır. Bu hal 
yaşantısı varlığın zatının istəklərinə uyğun bir yaşantıdır. Bu ya-
şantı varlığın ideal rahatlıq halına ən yaxın meyilləridir. Bu yaşan-
tılar varlığın təbii istəkləri haqqında formalaşan informasiya mən-
bəyidir. Bu yaşantı varlığın daxilində yaranan, formalaşan ruhunun 
xarakteridir; ruhunun varlığı bədəninə hal yaşantısını da anladır. 
Hər bədənə zatına görə əldə etdiyi yaşantı xoşdur. Ancaq bü-
tün bunlarla bərabər, hər bir ruhun ruhlar dünyasında, bəhrələndiyi 
həyat təcrübəsindən əldə etdiyi nailiyyətləri ilə bağlı öz yeri var. 
Daha çox parlaq nur əldə edənlər yuxarı səviyyədə, daha çox qara 
enerjisi olanlar aşağı səviyyədə qərarlaşırlar. 
Bədən özünün ideal hal yaşantısını heç vaxt tapmasa da bu və-
ziyyətə can atdıqca içində bir həyəcan dalğası yaşanır. Hər bir var-
lığın ideal rahatlıq halı onun zatına uyğun formadadır. Bu sahədə 
ruhun mayasının varlığını, içində həmişə bir işığın olmasını, hiss 
etməyindir. Bu işıq varlığın imkanları daxilində varlığın zatının yol 
verə biləcəyi təqdirə qədər, onun maksimum nur əldə etməsinə ça-
lışır. Bədənin ümumi hal yaşantısı ruhun mayası deyilən enerjinin 
üzərində toplanır və müvafiq bir mərhələnin məhsulu yaranır. 
Biz  duyğu  üzvlərimiz  vasitəsilə  qavraya  biləcəyimiz  real  bir 
dünyada  yaşayırıq.  Əslində  biz  duyğu  üzvlərimizin  qəbul  etdiyi 
dünyanı reallıq adlandırırıq. Lakin materiyanın bizim duyğu üzv-
lərimizin qavraya bilmədiyi daha incə növləri də vardır ki, biz on-
ları məntiqlə dərk edə bilirik. Bu yaşantılar başqa bir mərhələnin 
məhsuludur. Ruhun varlığı da bu mərhələyə hazırlıq mərhələsidir. 
Biz də incə bir materiya növü şəklində öz varlığımızı bu mərhələyə 
ötürmək mərhələsindəyik. Kainatda heç nə yox olmur, yalnız nəsə 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə