Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə69/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

208
Ruh – hər hansı bir varlığın müəyyən tamamlanmış quruluşdakı 
aktivlik dərəcəsindən doğan və həmin varlığı onun imkanı daxi-
lində  məqsədli  həyati  fəaliyyətə  təhrik  edən  qüvvə  olduğundan, 
əvvəlcə müəyyən tamamlanmış quruluşa malik varlıq yaranır və 
o andan da ruh adlandırdığımız müəyyən qüvvəyə malik olur. Bu 
qüvvəni, yəni ruhu hər hansı bir mexaniki enerji ilə qarışdırmaq 
olmaz.  Hər  hansı  bir  varlıq  tamamlanmış  quruluşdan  sistemsiz 
şəkilə düşərsə, yalnız həmin həcmdə müəyyən potensial enerjiyə 
malik olacaqdır. Sistemli tamamlanmış quruluşda isə həmin həcm-
də potensial enerji ilə yanaşı, həm də onun aktivlik dərəcəsindən 
doğan müəyyən qüvvə vardır. Bu qüvvə iki göstəriciyə malikdir: 
1) varlığın potensial enerjisinin sistemli şəklə salınmasından do-
ğan müəyyən görülən iş; 2) idrak məhsulu kimi, hökmən həmin 
mexaniki görülən işi müəyyən məqsədə istiqamətləndirən qüvvə. 
Yəni bu o deməkdir ki, hər hansı bir varlıq müəyyən tamamlanmış 
quruluşda  olmaq  üçün  hökmən  müəyyən  şərtlərlə  sistemləşir  ki, 
nəticə mükəmməlləşir. 
Həyat təcrübəsi varlığı onun rahatlığını pozan hallarla hər vaxt 
üz-üzə qalmaqdan mümkün qədər qoruyur və zamanı müəyyən qə-
dər qabaqlamağa şərait yaradır. Həyat təcrübəsi yaddaşda kodlaşır. 
İlk yaranan duyğu üzvi toxunmadır. Toxunma bütün üzvi mad-
dələrə xas olan cəhətdir. Qeyri-üzvi maddələr toxunmaya cavab re-
aksiyası vermir. Onlar yalnız öz varlıqlarını qorumaq üçün dözüm-
lülük həddi imkanlarında müqavimət göstərirlər. Üzvi maddələrdə 
isə təmas (toxunma) ideal rahatlıq halına imkan daxilində meyillə 
müşahidə  olunur.  Məsələn,  bitkilərdə  toxunma  onun  inkişafının 
əsasını  təşkil  edir.  Özü  də  qeyd  etmək  lazımdır  ki,  bütün  duyğu 
üzvlərinin potensialı ibtidai formada var. Məsələn, bitkilər eşitmir-
lər, ancaq yaxşı musiqi onlara müsbət təsir edir (əlbəttə ki, proses 
toxunma üsulu ilə gedir). Bitkilər görmürlər, lakin işığa doğru can 
atırlar.  Canlı  orqanizmlərin  quruluşu  mükəmməlləşdikcə,  onların 
potensial imkanları üzə çıxıb şaxəli şəkildə, xüsusi bir aidiyyətlə 
özünü göstərir. 
Canlı  orqanizmlər  qruplara  bölünürlər.  Heyvanat  aləmi  bu 
qrupların içərisində mükəmməlidir. Anadan təzə doğulmuş uşağa, 


209
yatmış bir insanın xarici qıcıqlara qarşı cavab reaksiyalarında bir 
oxşarlıq var. Onların hər ikisi bütün üzvi maddələrə xas olan, müm-
kün qədər təzyiqdən yayınmaqla ideal rahatlıq halına meyl edirlər. 
Lakin fərq ondadır ki, təzə doğulmuş uşağın ilk hərəkətlərində ilk 
həyat  təcrübəsi  yaranır. Yatmış  adam  isə  yuxudan  oyanmayıbsa, 
onun heç bir mexaniki hərəkəti həyat təcrübəsi qazandırmır. 
Deməli,  insanın,  bütün  üzvi  maddələrin  xarici  qıcıqlara  qarşı 
cavab reaksiyası mexaniki olaraq ideal rahatlıq halına meyilləri ilə 
bağlıdır. Bu meyillər ilk mövcudluqlarda da var, onlar da bir – id-
rak məhsulu kimi, bir-birlərinə ya meyillənir, ya da uzaqlaşırlar. 
Lakin qeyri-üzvi maddələrdə bu birləşmələr elə primitiv formada-
dır ki, burada xarici qıcıqlara qarşı cavab reaksiyaları dözümlülük 
həddi ilə məhdudlaşır. Üzvi maddələrdə isə inkişaf bir qədər irəli-
dir, ideal rahatlıq halına sistemli bir yerdəyişmə var. 
Bu  mexaniki  bir  hərəkətdir.  Bu  hərəkəti  etmək  üçün  heç  bir 
üzvi maddəyə və onun ən mükəmməlinin yeni doğulmuşuna heç 
bir həyat təcrübəsi lazım deyil. Bu elmdə şərtsiz refleks kimi qəbul 
olunur. Üzvi maddələr quruluşları səviyyəsində ideal rahatlıq ha-
lına meyillənmək imkanlıdırlar. Bütün informasiyalar bizə məlum 
beş müxtəlif duyğu üzvləri vasitəsilə qəbul olunur. Duyğu üzvləri 
qəbul olunmuş informasiyaları sinir impulslarına çevirir. İnforma-
siyalar hansı duyğu üzvi vasitəsilə qəbul olunubsa (görmə, eşitmə 
və sairə), o duyğu üzvünün siniri ilə baş beyinə ötürülür. Baş beyin 
sinir impulsların qəbul etmək imkanlıdır. Sinir impulsları müəyyən 
diapazonlu  dalğalardır.  Beş  duyğu  üzvi  içərisində  görmə  orqanı 
ona görə əsas yer tutur ki, bu orqanla birbaşa maddiliyin özü ifadə 
olunur. Yerdə qalan duyğu orqanları isə bu maddiliyin müxtəlif at-
ributlarından xəbər verir. İnformasiyalar və duyğu üzvləri müxtəlif 
olsa  da  bu  müxtəlif  informasiyaları  müxtəlif  duyğu  üzvləri  sinir 
impulslarına çevirib eyni vasitə ilə baş beyinə çatdırırlar. Bu vasitə 
müxtəlif informasiyaların baş beynin qəbul edə biləcəyi dalğalara 
çevrilməsidir.  Sinirlər  vasitəsilə  gələn  sinir  impulsları  (dalğalar) 
baş beyində yenidən real həyatdakı formalarının xəyallarına çev-
rilirlər.  Sonra  baş  beyində  –  beyin  yarımkürələrində  tənzimləmə 


210
işi  başlayır.  Bütün  informasiyalar  duyğu  üzvləri  vasitəsilə  insan 
beyninə çatır. İnsan müxtəlif duyğu üzvləri vasitəsilə müxtəlif in-
formasiyalar  haqqında  sinir  impulsları  vasitəsilə  baş  beyinə  mə-
lumatlar ötürür. Bu informasiyalar hansı duyğu üzvünün siniri ilə 
baş beyinə ötürülürsə, beyin yarımkürələrinin müəyyən hissələrin-
də həmin duyğu üzvünün informasiyalarını qəbul edəcək mərkəz 
məlumatları qəbul edir və bu məlumatlara, ilk növbədə, şərtsiz ref-
lekslər baxımından cavab verir. Sonra isə bütün duyğu üzvlərinin 
həmin informasiya obyekti haqqındakı məlumatlarını ümumiləşdi-
rib, öz mövcudluğuna təsirini sınaqdan keçirib təcrübə şəklində ya 
cəmiyyətin həmin obyektə verdiyi ad altında, ya da həmin obyektin 
informasiya şəkilli hər hansı bir qıcığın duyğusunda yaratdığı ob-
raz kimi yaddaşda kodlaşdırır. Həmin ad çəkildikdə və ya obraz bir 
daha xatırlandıqda, baş beyin yarımkürələrinin müəyyən hissələri-
ni birləşdirən mərkəz xatırlanan obrazın xəyali surətini əvvəlcə ən 
müxtəlif duyğu üzvlərinin verdiyi məlumatlar səviyyəsində yeni-
dən düşüncələrində canlandırır. Təkrar xatırlanmada fərq ondadır 
ki, obyekt haqqındakı informasiya, birbaşa beynin özündən deyil, 
həmin obyektin əvvəlki təcrübələrdə beyində ümumiləşən obrazı-
nın xatırladılmasından yaranan qıcığın təəssüratlarından doğur və 
beyində obrazın xəyalı yaranır. 
İnsanın bu həyatın xarici qıcıqlarına cavab verməsi ruhunun bir 
alət kimi istifadə etdiyi bədənin fəaliyyətindən irəli gəlir. İnsanlar 
canlı olduqlarına görə deyil, fiziki quruluşlarına görə bir-birindən 
seçildiyi  kimi,  ruhlar  da  öz  mayasına  görə  deyil  topladığı  həyat 
təcrübəsinə  görə  bir-birindən  seçilir.  Canlı  insan  hökmən  müəy-
yən həyat təcrübəsinə malik ruh təminatlıdır. Ruhun istifadə etdiyi 
bədənlər olmasa, ruhun yaşantısının duyumu da olmaz. Müxtəlif 
bədənlərdə yaşayan ruhlar öz həyat təcrübələrini həmin bədənlə-
rin xarakterlərində möhkəmləndirməyə çalışaraq, tədricən həmin 
bədənin öz rahatlıq halını möhkəmləndirməyə səy edərək, yəni tə-
biətə bir növ uyğunlaşdıraraq, daha rahat yaşantıdan alınan duyğu-
lar əldə etməyə çalışırlar. 
Yaddaş – hər hansı bir varlığın həyat təcrübələrinə verdiyi cavab 
reaksiyalarından  alınan  təcrübələrin  beyində  kodlaşdırılmasıdır. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə