Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə74/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   69   70   71   72   73   74   75   76   77

223
yaranır və dağılır. Bu doğumla ölüm deməkdir. Tarixdə mərhələdən 
mərhələyə keçid çox nadir hallarda olur. Ruh da bu qisimdəndir. 
Ruh yaranmış sistemli varlıqların məqsədyönlü inkişafının tə-
kanvericisidir. Hər bir insanın ruhu həm də onun ətridir. Yaxşı əməl 
sahiblərinin işindən gül ətri gəldiyi kimi, pis əməl sahiblərinin ruhu 
da bataqlıq qoxusu verir. 
Hər bir yaradılışın öz ustadı var. Hər bir yaradılan şey müəyyən 
məqsədə xidmət etmək üçün nəzərdə tutulub. Bütün yaradılanlara 
nəzər salanda hər bir varlığın sadədən mürəkkəbə doğru bir axın 
kimi  irəlilədiyini  görərik.  Bu  axının  istiqaməti  Böyük Yaradanla 
qovuşuğa doğru aparan bir yoldur. Varlığın ruhu öz imkanı səviy-
yəsində  Böyük Yaradana  doğru  öz  addımlarını  atır.  Nəhayət,  in-
san dünyasını dəyişəndə bədəni tərk edən ruh yeni yaşantı kimi öz 
dünyasına qovuşur. Hər hansı bir varlığın ruhu olmazsa, o həyə-
canlanmaz.  Həyəcansız  yaşantı  həyat  deyil.  Ümumiyyətlə,  ruh 
mərhələdən-mərhələyə keçən yaşantıların hərəkətvericisidir. İnsan 
əsasən üç mərhələdən az-çox halidir. Bu mərhələlərdən biri üzvi 
maddələrdən yaranmış varlıqların yaşantıları. İkincisi, bizdən əv-
vəlki mərhələyə aid olan, qeyri üzvi maddələrə aid olan yaşantılar. 
Üçüncüsü, bizdən sonrakı mərhələnin yaşantılarıdır ki, biz onları 
şərti olaraq “ideal üzvi maddələr” adlandıraq. Bu saydıqlarımızdan 
başqa da mərhələlərin olması istisna deyil. Ancaq müqayisə üçün 
nəzər saldıqda hiss edərik ki, mərhələdən mərhələyə keçdikcə ruh-
lar, yəni şəxsiləşmiş yaşantılar sadədən mürəkkəbə doğru bir yol 
keçir. Sual oluna bilər ki, bu inkişafı ruhun hansı dəyişən göstəri-
cisinə görə demək olar? Cavab sadədir: – topladıqları həyat təcrü-
bəsinə görə. 
Ruh qiyamət gününə bədənimizdən apardığı ağlımızın əmanət-
çisidir.  Ruh  öz  əmanəti  ilə  yaşanan  bir  ömrün  tarixidir.  Ruhlar 
aləmində utanc var. Dünyasını dəyişən insanın şəxsiləşmiş ruhu, 
ruhlar aləmində öz yaxınları ilə görüşəndə gizlədilə bilməyən fikir, 
hissləri ilə olduğu kimi görünəndə, bəzən demək olar ki, çox acı bir 
duruma düşür. Bu ruhlar aləminin çox sərt, lakin ədalətli qanunu-
dur. Bir vaxt Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasında 


224
Şeyx Nəsrullah, əlbəttə ki, daxilən öz günahlarını hiss edən insan-
ları bu vasitə ilə məharətlə qorxutmuşdur. 
Ruhlar  aləmində  nisbi  bir  sakitlik  var,  hər  kəs  kimin  kim  ol-
duğunu  bilir.  Günahkarlar  cəhənnəm  odunda  nə  vaxt  yanacağını 
hər an gözləyirlər. Əslində onların əməllərindən formalaşan zatla-
rı onları ora çəkir, işıqlı zat cənnətə çəkdiyi kimi. Hələlik onların 
yeganə təsəllisi içərilərində olan işıqlı zərrəcik – ruhun mayasıdır. 
Onlar ümid edirlər ki, bu zərrəciyə görə Böyük Yaradan bəlkə on-
ları cəhənnəm əzabına atmaz. Lakin bilmirlər ki, məqam gələndə 
ruhun mayası üzərini örtən idrak məhsullu təbəqədən çıxacaq, yer-
də qalan şəxsiləşmiş ağıl, dərrakə öz sahibinin bədəni formasında 
layiq olduğu yerə düşəcəkdir. Pis əməl sahibləri ruhun mayasını 
itirəcək, yaxşı əməl sahibləri isə ruhlarının mayası ilə birgə cən-
nətdə qərarlaşacaqdır. Bu yaşantı isə başqa bir mərhələyə aparan 
yolun  başlanğıcıdır.  Cəhənnəmə  düşən  ruhların  sərbəst  mayaları 
isə yeni bir bədən axtarışına çıxacaqdır. Onun sonrakı taleyi təzə 
həyatında toplanan həyat təcrübələri ilə bağlı olacaqdır. 
Bütün sistemlərin cəmi vahid bir sistemi tamamlayır, yəni onun 
tamlığıdır.  Kainat  çox  böyükdür,  lakin  bu  böyüklüyün  arxasında 
sonlu bir varlığın yaşantısı dayanır. Zaman adlandırdığımız – ha-
disələrin  yerdəyişməsindən  yaranan  (bizim  üçün  xaotik  görünsə 
də) nizamlı bir hərəkət onun həyatının yaşantılarıdır. 
Kainatın daxilində çoxlu sayda sistemli varlıqlar yaşayır. İki və 
daha artıq mövcudluqların birləşməsindən ibarət olan çoxlu say-
da varlıqlar hər hansı bir yaşantının varlığını və hərəkətlərini is-
tiqamətləndirən, qanunauyğunluqdan yaranan bir inkişafın nəticəsi 
kimi vahid kainatın hər an üçün ümumi halını yaradır. 
Kainatda olan bütün sistemli varlıqlar ən müxtəlif şəkildə bir-bi-
ri ilə əlaqəlidir. Bütün sistemlərin cəmi vahid bir sistemin tamlığı-
na xidmət edir. Hər bir tamamlanmış sistemin fəaliyyətinin nəticəsi 
müəyyən məqsədə xidmət edir. Əslində hər bir varlığın fəaliyyəti 
qanunauyğun bir proses kimi, səbəb-nəticə ardıcıllığı üzrə hərəkət 
edir. Lakin bütün sistemli varlıqların fəaliyyəti vahid kainatın ümu-
mi vəziyyətinə xidmət etsə də, dərindən düşünəndə hiss edirsən ki, 


225
sanki əvvəlcədən yazılmış bir ssenari həyata keçirilir. Bu Böyük 
Yaradanın özünəməxsus yaradıcılığıdır. 
Ən ali varlığın məqsədi özünə bəllidir. Lakin bircə şeyi tam ay-
dınlığı ilə hiss etmək olar ki, bütün sistemli varlıqlar onun yaratdığı 
qanunauyğun bir prosesin axarı ilə gedir və dönüşü mümkün olma-
yan inkişafa istiqamətlənib. Vahid sistemin məqsədi bütün sistem-
lərin məqsədini istiqamətləndirir. 
Biz insanıq. Bizim də öz düşüncələrimiz var. Bizim düşüncələ-
rimiz ora qədər yetmir ki, biz ali varlığın məqsədini bilək. Ancaq 
bir şeyi dərk etmək olar ki, bütün hər nə varsa, qanundan qırağa 
çıxmır. Hər şey qanunla nizamlanıb. Qanunauyğunluqdan kənar bir 
yaşantı yoxdur və bütün qanunlar bir istiqamətə aparır, ən ali varlı-
ğa qovuşmağa. Nəticədə parlaq nur əmələ gəlməsi prosesi gedir və 
ən ali varlıq işıqlı bir həyatın yaşantısını nizamlayır. Biz insanlar 
bunu sadəcə dərk edirik, dərk etmədiyimiz hələ nələr var, nələr... 
Yaradılışın sonu yoxdur, hər yaşantının öz sonu var. Hər varlıq 
öz fiziki imkanları səviyyəsində dünyanı dərk edir və bu imkanı 
səviyyəsindən də dünyaya baxır. 
İç-içə paralel dünyalar itməyən mövcudluqların dəyişkən quru-
luşda birləşdiyi müxtəlif varlıqların ən müxtəlif yaşantılarıdır. Pa-
ralel dünyalar əslində fiziki quruluşlarının imkanları səviyyəsində 
dərk edilən dünyaların görüntüləridir. 
Ən ali varlıq üçün bir sistemli dünya var. Çünki ən ali varlığın 
ideal yaşantısı bütün kainatın özüdür. Hər bir varlığın yaranması 
var, sonu yoxdur. Hər şey dəyişir, axır, yenidən dəyişir, ancaq yara-
dılışın sonu olmur, çünki əbədiyyət deyilən bir şey var. 
Ruhsuz bədən əkilməmiş torpaq kimidir. Normal bədən bütün 
informasiyaları  qəbul  etmək  imkanlıdır.  Bədənimiz  üzvi  mad-
dələrdən təşkil olunduğundan iynənin ucu boyda zədə bizdə qıcıq 
yaradır. Belə hesab edək ki, qeyri-üzvi maddələrdən yaranmış bir 
varlığıq, Biz onda robot kimi olardıq. Dözümlülük həddi bizim ya-
şantımızın ölçüsü olardı. Ancaq ruhumuz – canımız olmazdı. İnsan 
kimi isə ruhumuz var. O bizi imkanı daxilində ideal rahatlıq halına 
meyilləndirir. Əgər bizim tək ruhumuz olsa, o, hökmən tam rahat-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə