Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə70/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

211
Daha güclü reaksiyalar daha dərin iz buraxır. Kodlaşdırılmış cavab 
reaksiyaları insanın xarakterini formalaşdırır. Formalaşmış xarak-
ter müəyyən həyat təcrübəsinə malik ruhun mayasının törəməsidir. 
İnsan beynindəki qırışlar insan ruhunda iz qoymuş müəyyən hə-
yat təcrübələrinə verilən cavab reaksiyalarının təsirindəndir. İnsan 
beynindəki qırışlar onun ruhunun məruz qaldığı təcrübələrin astar 
üzüdür. 
Bütövlükdə insan bədəni ən müxtəlif birləşmələrin bir forma-
da tamamlanmasının məhsulu olduğundan, o öz bədəninin mütləq 
eyniliyi şəklində həyat reaksiyalarına cavab verir. Bu cavabların 
hər an üçün bütöv forması materiyanın digər növü şəklində həmin 
varlığın mütləq törəməsi, oxşarıdır. Nə qədər ki bədən yaşayır bu 
oxşarlar ən müxtəlif səpkidə kainata dağılır. Elə ki, canlı varlığın 
həyatının son anı çatdı, yəni o, dünyasını dəyişdi, onun ruhu həmin 
varlığın əvvəlki anındakı formasının sağlam quruluşu şəklini özü 
üçün bir vasitəyə çevirir və artıq ruh adlandırılan bu varlıq öz yeni 
həyatına başlayır. 
Ruhun mayası onu təbəqə kimi örtən yeni vasitəni idarə edir 
və tamlığını qoruyur. Heç də təsadüfi deyildir ki, ruhlar optimal 
şəraitdə kürə şəklində olsa da, lakin istədiyi məqamlarda əvvəllər 
yaşadığı bədənin son nəhayətdə formalaşdığı formasında olurlar. 
Ruhun qidası insan əməlinin nəticəsinin məcmusundan yaranır. 
Bədən bu əməlin maddiyyatla, ruh isə mənəviyyatla bağlı nəticə-
sinə möhtacdır. 
Hərəkət,  dəyişən  mühit,  qidalanma  qismən  dəyişən  fiziki  tər-
kib yaradır. Düzdür, qidalanma prosesində varlıq hər hansı qidadan 
özünə lazım olan tərkibi seçir, lakin hər halda bunun da öz təsiri 
var. Bütün bunlar varlığı hər an dəyişən fiziki təsirlərə məruz qo-
yur. Varlıq isə hər an ideal rahatlıq halına meyillənməyə səy edir. 
Bu varlığın hər an üçün konkret hal yaşantısını yaradır. 
Harada  enerji  itkisi,  şüalanma  varsa,  orada  parçalanma  var. 
Hərəkət  edən  varlıq  enerji  itkisinə  məruz  qaldığı  üçün  hökmən 
qidalanmalıdır.  Ruh  xüsusi  növ  enerjilərin  spesifik  yaxınlığıdır. 
Qüvvə  –  varlığın  sistemli  şəkildə,  xüsusi  quruluşda  tamamlan-


212
mış  enerjisidir.  Bu  cür  enerji  yalnız  sistemli  tamamlanmış  varlı-
ğın  mövcudluğu  şəraitində  mümkün  ola  bilər.  Hər  hansı  sistem-
li  tamamlanmış  quruluş  yaradılarkən  hökmən  qarşıya  müəyyən 
məqsəd qoyulur. Yaradılan sistemli quruluş bu məqsədə uyğun iş 
prinsipinə malik olur və o, xüsusi növ enerji ilə (ruhun mayası ilə) 
təmin olunanda yaradıcı mövqeyə keçir. 
Hər hansı bir birləşmə ən müxtəlif səbəblərdən yaranan nəticə-
dir. Ən mühüm birləşmə ən gec dağılan formadır. Ruhun mayası 
xüsusi  növ  enerjidir  ki,  o,  canlı  orqanizmlərin  mövcud  quruluşu 
daxilində onların mövcud quruluşu formasında olur və orqanizmin 
mövcudluğunu və fəaliyyətini tənzimləyir, yəni orqanizmin halını 
yaşayır. Həm də bu yaşantı həyat təcrübəsi toplamaq şəklində özü-
nü göstərib orqanizmin xarakterini tədricən formalaşdırır. 
Daha  ali  canlıların  orqanizmi  daha  mükəmməl  olduğu  üçün, 
onun ruhunun həyat təcrübəsi toplamaq imkanları da daha mükəm-
məl olur. Həm də ali orqanizm başqalarının həyat təcrübələrini öy-
rənmək yolu ilə də biliklərini genişləndirir ki, bu da ona daha ağıllı 
olmaq imkanı yaradır. Hər hansı bir varlığın müəyyən tamamlan-
mış quruluşdakı aktivlik dərəcəsi həmin varlığı onun imkanı daxi-
lində  həyati  fəallığa  təhrik  edir  və  ilk  növbədə,  həmin  varlığın 
mövcudluğunu imkanı daxilində qorumağa çalışır. İnsanın yarat-
dığı hər hansı bir sistemli quruluşun tamamlanması üçün hökmən 
hər hansı bir növ enerji lazımdır. İnsanın özünü də tamamlanmış 
sistemli bir quruluş kimi götürsək, onun da tamamlanmış quruluşu 
enerji ilə bağlıdır. 
İnsan dünyasını dəyişəndən sonra onun əməllərində yaşayan ruhu 
yaxşısa rəhmət – ağ enerji, pisdirsə lənət – qara enerji qazanır və təd-
ricən bəşəriyyətin ayrı-ayrı üzvlərinin və ya daha böyük qrup insan-
ların fikrində formalaşır. Yəni həmin insanın həyatda qoyub getdiyi 
izə münasibət onun ruhunu ölümündən sonra da formalaşdırır. 
Daha böyük səbəblərdən yaranan nəticələrin tamamlanmasına 
səbəb olan səbəblərdən biri də daha böyük enerjidir. Ən böyük il-
kin səbəb, ən böyük ilkin tamamlanmış sistemli bir quruluşun la-
büdlüyüdür.  İlkin  labüd  zəruri  tamamlanmış  dünya  varlığı  möv-


213
cudluq kimi iki hissədən ibarətdir: 1. Həmin tamamlanmış varlığı 
təşkil edən, sahələrə bölünməyən ən müxtəlif birnövlü bəsitliklər; 
2. Tamamlanmış quruluşdakı sistemli varlığı hərəkətə gətirən xü-
susi növ enerji. 
İnsan doğuldu. O, mümkün qədər ətraf mühitdən təcrid olunsa 
təbii ki, onun həyat təcrübəsi az olacaqdır. Ola bilsin ki, daha geniş 
həyat təcrübəsi toplamaq imkanlı bir meymunun həyat təcrübəsi 
həmin insanınkından çox olacaqdır. Bu ona işarədir ki, hər hansı 
bir varlıq öz imkanı daxilində mümkün qədər həyat təcrübəsi top-
lasa, insan ən çox həyat təcrübəsi toplayan varlıq olacaqdır. Lakin 
məsələ bundadır ki, bu həyat təcrübələri hara toplanır, öz izini təbii 
bir yazı şəklində harada qoyur? İnsan beynindəmi?!
İnsanın beyni də insanın özü kimi, onun fiziki quruluşunun nö-
vündə olan materiyadan ibarət deyilmi? Əgər belədirsə, onda insan 
hər hansı bir studiyadan informasiya alan televizor kimi bir cihaz 
olmazdımı? Lakin belə deyil, insanın studiyası bütün ətraf mühit, 
bədəni cihaz ola bilməz. Əgər belə olsaydı, onda kliniki ölüm ke-
çirən insanların ruhları müəyyən iradi hərəkətlərə malik olmazdılar. 
Haradasa toplanan həyat təcrübələri beyində daha incə bir materiya 
növü üzərində kodlaşdırılır. Bu incə materiya insan beyninin bizə 
məlum yarımkürələrindən aldığı təcrübədən bəhrələnir. İnsan dün-
yanın içərisində olduğu kimi, o da insanın içərisindədir. Bu ruhdur. 
Ruhun şəxsi mükəmməlliyi üçün bədənin daha çox həyat təcrübəsi 
toplaması və daha mükəmməl olması lazımdır. 
Şəxsiləşmiş ruh yeni açılan sübh rəngli, sakit halda kürəvi, dü-
şüncələrlə bağlı ən müxtəlif formalara dəyişən, ürək kimi döyün-
tülü  bir  materiya  növüdür.  Nə  qədər  ki,  ruh  insan  bədənindədir, 
o, bədənin tələbatı ilə hesablaşmalıdır. Bu onun iradəliliyinə təsir 
edir. Elə ki ruh bədəni tərk etdi, yəni bədən öz məzmununu saxlaya 
bilmədi, onda ruh da sərbəstləşir, hərəkətləri iradi olur. Əgər ruhlar 
insan bədənini tərk edib öz sərbəst həyatını davam etdirirsə, onda 
onlar yenə də həyat təcrübəsi toplamaq imkanlıdırlar. Çünki sər-
bəst ruhlar dərkə və yaddaşa malik olduqlarından, bu, hökmən belə 
olmalıdır. Əks təqdirdə ruh ola bilməz. Əgər sərbəst ruh varsa, o, 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə