Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   ...   10   11   12   13   14   15   16   17   18

Fərhad Ağazadə və latin əlifbasina keçid  

53 


 

 

tabın çap olunması ilə bağlı Fərhad Ağazadə 25 noyabr 1928-ci il ta-



rixdə  Kazana  ezam  olunur  və  dekabrın  ortalarında  kitab  hazır  olur. 

Həcm  baxımından  kitabın  təxminən  2/3-ni  təşkil  edən  birinci  hissə 

Fərhad Ağazadə tərəfindən yazılmışdır. «Krasnaya Tatariya» qəzetinin 

23  dekabr  1928-ci  il  tarixli  298-ci  sayında  kitabın  ikinci  hissəsindən 

fərqli olaraq, birinci hissə haqqında yüksək fikirlər söylənilmiş və Fər-

had  Ağazadənin  buraya  daxil  olan  oçerklərinin  daha  böyük  tirajla 

(mövcud tiraj 2000 nüsxə idi) ayrıca çap olunması tövsiyə edilmişdi. 

 

ÜMYTƏK-nin Bakıya köçürülməsi və Rəyasət Heyətinin ilk 



iclasları 

 

1928-ci il may ayının 1-dən etibarən ÜMYTƏK Moskvadan Ba-



kıya köçürüldü. Bu köçürülmə komitənin işində müəyyən durğunluğa 

səbəb  oldu.  Bir  tərəfdən,  Moskvada  mövcud  aparatın  ləğv  edilməsi, 

Bakıda  yeni aparatın formalaşdırılması, digər tərəfdən də yeni forma-

laşdırılmış  aparat  tərəfindən  Moskva  dövründə  görülən  işlərin  təhlili, 

sistemləşdirilməsi  və  buna  uyğun  yeni  planların  qurulması  müəyyən 

vaxt tələb edirdi. Buna baxmayaraq, işin vacibliyini  yaxşı başa düşən 

yeni  heyət  komitənin  işində  ciddi  durğunluğun  yaranmasına  yol  ver-

məmək üçün əzmlə çalışırdı.  

ÜMYTƏK  Bakıya  köçürülən  kimi  Fərhad  Ağazadə,  aylıq  190 

rubl  məvaciblə  komitəyə  «elmi  işçi  və  informator»  vəzifəsinə  dəvət 

olunur və 1930-cu ilin iyun ayının 1-ə qədər bu vəzifədə işləyir. (Son-

radan komitənin yenidən Bakıdan Moskvaya köçürülməsi ilə əlaqədar 

bu vəzifədə fəaliyyətini dayandırmalı olur). 

Artıq  Bakıya  köçdükdən  təxminən  ayyarım  sonra,  iyun  ayının 

22-24-də ÜMYTƏK Rəyasət Heyətinin 5 iclası çağırıldı. Bu iclasların 

hamısının iştirakçısı olan Fərhad Ağazadə yeni türk əlifbasının fonetik 

xüsusiyyətləri  (iyunun  22-23-də  səhər  iclasları),  Osetin  əlifbasının 

unifikasiya edilmiş əlifbaya uyğunsuzluğu (iyunun 22-də səhər iclası), 

bəzi nəşriyyatların birləşdirilməsi və savadsızlığın ləğv edilməsi pro-

sesinin  birbaşa  yeni  əlifba  ilə  aparılması  (iyunun  23-də  səhər  iclası), 

məktəblərdə tədrisin yeni əlifba ilə aparılması (iyunun 24-də səhər ic-



54 

 İsaxan İSaxanlı 

 

 

lası) kimi məsələlərin müzakirəsində fəal iştirak etmiş, özünün kəskin 



mövqeyini ortaya qoymuşdur. 

İyunun  22-də  keçirilən  birinci  səhər  iclasında  komitənin  üzvü 

Mirzə Davud Hüseynov çıxış edərək SSRİ Xalq Komissarları Soveti-

nə  indiyə  qədər  ÜMYTƏK-də  görülən  işlər  barəsində  geniş  hesabat 

verilməsinin vacibliyini qeyd etdi. Əslində bunu SSRİ XKS özü də tə-

ləb edirdi. Bu təklifə uyğun olaraq SSRİ XKS-nə təqdim etmək üçün 

geniş  məruzə  hazırlanması  qərara  alındı.  Bu  məsələ  çox  ciddi  hazır-

lanmalı idi və bu səbəbdən də xeyli vaxt tələb edirdi. 

Nəhayət, 17 mart 1929-cu ildə Fərhad Ağazadə də daxil olmaqla 

5  nəfərin  iştirakı  ilə  SSRİ  XKS-nə  təqdim  olunacaq  məruzənin 

hazırlanması  üçün  bir  iclas  keçirildi  və  məruzənin  6  hissə  üzrə 

hazırlanaraq  aprel  ayının  15-ə  qədər  SSRİ  XKS-nə  təqdim  edilməsi 

qərara  alındı.  Nəzərdə  tutulan  məruzədə  2-ci  (yeni  əlifbanın  yaranma 

tarixi) və 3-cü (birinci türkoloji qurultay - yeni əlifba ideyasının zəfəri 

və  unifikasiya  məsələləri)  hissələrin  yazılması  Fərhad  Ağazadəyə 

həvalə edilmişdi. 

ÜMYTƏK  Rəyasət  Heyətinin  1928-ci  il  iyunun  24-də  keçirilən 

son  iclasında  yeni  əlifba  uğrunda  hərəkatın  coğrafiyasının  daha  da 

genişlənməsi və onun populyarlaşması üçün bir neçə cari addımlar da 

atıldı.  Əfqanıstan  padşahı  Əmənulla  Xana  yeni  əlifba  ilə  göndərilən 

albomun  xərci  (940  rubl)  təsdiq  edildi.  Alboma  əlavə  edilən  məktub-

da, Ərəb dünyasının təzyiqlərinə məhəl qoymayaraq Avropalaşma isti-

qamətində dəyişikliklərə böyük önəm verən Əmənulla Xanın, maarif-

lənmə  yolunda  tarixi  addım  olan  latın  əlifbasını  da  qəbul  edəcəyinə 

ümid bəslənildiyi qeyd edilirdi. 

İclasda  Dağıstan  nümayəndəsi  Xayrullin  bir  qrup  dağıstanlılar 

adından yeni əlifba hərəkatına həsr edilmiş xüsusi təyyarənin buraxıl-

ması  üçün  yeni  əlifba  tərəfdarlarından  vəsait  toplamaq  məqsədilə 

ÜMYTƏK-də  xüsusi  kompaniya  aparılması  təklifi  ilə  çıxış  etdi.  Bu 

təklif rəyasət heyəti tərəfindən bəyənildi və kütləvi informasiya vasitə-

lərində  belə  kompaniyanın  (könüllü  olaraq  10  qəpikdən  10  rubla  qə-

dər) başlanıldığı haqda məlumat verilməsi qərara alındı. Sonralar, Ka-

zanda ÜMYTƏK-nin 3-cü plenumunda bu məsələ bir daha təsdiq edil-



Fərhad Ağazadə və latin əlifbasina keçid  

55 


 

 

di və “oktyabr əlifbası” adlı xüsusi təyyarənin buraxılması üçün ciddi 



kompaniya  aparılması  məqsədilə  yerli  təşkilatlara  göstərişlər  verildi. 

Ümumiyyətlə, bu məsələ ÜMYTƏK-nin, demək olar ki, bütün iclasla-

rında  müzakirə  edilirdi.  Komitənin  Rəyasət  Heyətinin  15-18  fevral 

1929-cu il tarixdə Moskvada keçirilən iclasında məsələ yenidən müza-

kirə edildi və ayrı-ayrı komitələrdən birlikdə 50.000 rubl vəsait  yığıl-

ması qərara alındı. Maraq üçün qeyd edək ki, ən böyük rəqəm (11.000 

rubl) Özbəkistan YƏK-nə ayrılmışdı. Azərbaycan YTƏK, Qazaxıstan 

və Şimali Qafqaz YƏK ilə eyni məbləği – 5.000 rubl yığmalı idi. Qa-

lan  komitələrə  500  –  3.500  rubl  aralığında  konkret  rəqəmlər  tapşırıl-

mışdı. 


 

ÜMYTƏK-nin üçüncü plenumu 

 

1928-ci  il  dekabr  ayının  18-də  Kazan  şəhərində  ÜMYTƏK-nin 



3-cü  plenumu  çağırıldı.  Bu  illərdə  yeni  əlifbanın  və  onun  tətbiqi  ilə 

uğurla məşğul olan ÜMYTƏK-nin nüfuzu o qədər yüksək idi ki, türk 

olmayan  bir  sıra  xalqlar  da  bu  komitəyə  müraciət  edərək  özləri  üçün 

latın  əlifbası  əsasında  yeni  əlifbalar  tərtib  olunması  məsələsində  kö-

mək  istəyirdilər.  3-cü  plenumda  bu  xalqlar  üçün  (abxaz,  talış,  tacik, 

çeçen,  inquş,  osetin,  ləzgi  və  s.)  15  əlifba  layihəsi  təsdiq  edilmişdi. 



“Bu  dövrdə  Şuralar  İttifaqında  artıq  ruslar,  ukraynalılar,  ermənilər, 

gürcülər,  yəhudilər,  moğullar  və  çuvaşlardan  başqa  yeni  əlifba  cərə-

yanında iştirak etməyən xalq qalmadı”.  

Dekabrın  23-nə  qədər  davam  edən  plenumda  müzakirə  olunan 

əsas  məsələlərdən  biri  ayrı-ayrı  respublikalarda  yeni  əlifbaya  keçid 

vaxtının  müəyyənləşdirilməsi  idi.  Çox  ciddi  müzakirələrdən  sonra, 

ayrı-ayrı yerlərdə maddi-texniki şəraitin və əhalinin mədəni səviyyəsi-

nin müxtəlifliyini nəzərə alaraq, bütün respublikalarda, ən uzağı 2 ilə 

qədər yeni əlifbaya kesid prosesinin tamamilə başa çatdırılması qərara 

alındı. Yuxarıdakı şərtləri nəzərə alaraq, göstərilən müddət çərçivəsin-

də yeni əlifbaya kesid vaxtının tam konkretləşməsi isə respublikaların 

özlərinə həvalə edildi.  




Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə