Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   ...   10   11   12   13   14   15   16   17   18

Fərhad Ağazadə və latin əlifbasina keçid  

47 


 

 

edəndə, Fərhad Ağazadə buna ciddi etiraz etmiş və yeganə düzgün va-



riantın Azərbaycan variantı olduğunu kəsərli dəlillərlə sübut etmişdir. 

 

ÜMYTƏK-nin ikinci plenumu 

 

1928-ci  ilin  yanvar  ayının  7-də  ÜMYTƏK-nin  2-ci  plenumu 



Daşkənddə  çağırıldı.  Bu  plenumda  iştirak  etmək  üçün  ÜMYTƏK 

Fərhad Ağazadəyə 19 dekabr 1927-ci il tarixdə dəvətnamə göndərir və 

onun bütün xərclərinin ödənilməsini öz üzərinə götürür. Bu plenumda 

müzakirə  olunan  əsas  məsələ,  Bakı  plenumunda  unifikasiyaya  nail 

olunduqdan sonrakı dövrdə yerli əlifba komitələrində görülən işlər idi. 

Bununla  bağlı  Özbəkistan,  Türkmənistan,  Qırğızıstan  və  Şimali  Qaf-

qaz əlifba komitələrində görülən işlərə aid məruzələr dinlənildi. Nəticə 

olaraq, plenum ÜMYTƏK-nin fəaliyyətinin daha da genişləndirilməsi, 

yerli əlifba komitələrinə diqqətin artırılması, bu əlaqələrin gücləndiril-

məsi məsələsinin vacibliyini qeyd edir. 

Fərhad  Ağazadə  Daşkənd  plenumunun  işində  fəal  iştirak  etmiş-

dir. Plenumda bir sıra natiqlər Azərbaycanı unifikasiya edilmiş əlifba-

ya  keçməməkdə  suçlayırdılar.  Unifikasiya  edilmiş  əlifbanın  qəbul 

olunduğu  Bakı  plenumundan,  təxminən  6  ay  müddət  keçsə  də,  Azər-

baycanın unifikasiya edilmiş əlifba istiqamətində heç bir addım atma-

ması ona qarşı bu tip iradlara əsas vermişdi. (Azərbaycan unifikasiya 

istiqamətində ilk praktik addımını yalnız 1928-ci il oktyabr ayının 27-

də  AYTƏK-nin  xüsusi  iclasında,  unifikasiya  edilmiş  əlifbanın  2  hər-

fini – “ş” və “ь” (indiki “ş” və “ı”) hərflərini qəbul etməklə atdı). 

 Plenumun yanvarın 9-da keçirilən 3-cü iclasında Fərhad Ağaza-

də  orfoqrafik  konfransın  keçirilməsi  zərurəti  (bu  orfoqrafik  konfrans 

plenumdan təxminən 2 həftə sonra, yanvar ayının 25-30 aralığında Ba-

kıda  Xalq  Maarif  Komissarlığı  (XMK)  və  AYTƏK  təşkilatçılığı  ilə 

çağırıldı) və yeni əlifbanın uğurla həyata keçirilməsi üçün xüsusi təb-

liğatçıların  hazırlanması  məqsədilə  Moskvada  keçirilən  yay  kursları 

haqqında məlumat verməklə yanaşı, Azərbaycanda unifikasiya edilmiş 

əlifbaya keçid prosesinin özünəməxsusluğundan danışır. O, qeyd edir 

ki, əlifbanın unifikasiya edilməsinə 1927-ci ildə nail olunmuşdursa da, 




48 

 İsaxan İSaxanlı 

 

 

Azərbaycanda bu hərəkat təxminən 5 il əvvəl, 1922-ci ildən başlamış-



dır. Bu müddətdə Azərbaycanda hələ unifikasiya edilməmiş əlifba ilə 

xeyli işlər görülmüşdür, çoxlu sayda ədəbiyyat, xüsusən də dərsliklər 

çap edilmişdir. Odur ki, birdən-birə bütün bunları atıb tələsik unifika-

siya edilmiş əlifbaya keçmək Azərbaycanın həyatında xeyli çətinliklər 

yaradar. Azərbaycan unifikasiya edilmiş əlifbaya keçir, lakin tədricən, 

pillə-pillə. 

Bu  iclasda  prof.  L.İ.Jirkov  Azərbaycana  ayrılan  maliyyə  yardı-

mının  dayandırılması  təklifi  ilə  çıxış  edərkən,  Fərhad  Ağazadə  qeyd 

edir  ki,  Azərbaycanda  işlər  sona  yetişmək  üzrə  olsa  da,  hal-hazırda 

maliyyə dəstəyinə böyük ehtiyac var. Xüsusən də buraxılan qəzetlərin 

buna  ehtiyacı  var.  Yeni  əlifbanın  həyata  keçirilməsində  böyük  rolu 

olan  qəzetlər,  onsuz  da  maliyyə  problemləri  üzündən  vaxtlı-vaxtında 

və lazımi tirajlarla çıxa bilmir. 

Plenumun yanvarın 10-da keçirilən 4-cü iclasında Azərbaycanda 

unifikasiya məsələsi yenidən müzakirə obyektinə çevrilir. ÜMYTƏK-

nin  üzvləri  Mahmud  Nedim  (Krım)  və  Osman  Alıyev  (Özbəkistan) 

yenidən  Azərbaycanı  unifikasiya  edilmiş  əlifbaya  keçməməkdə,  bu-

nunla da bu istiqamətdə görülən ümumi işlərə mənfi təsir göstərmək-

də, üstəlik Fərhad Ağazadənin özünü də 1927-ci ilin yayında Moskva-

dakı  yay kurslarında mühazirələr oxuduğu zaman unifikasiya edilmiş 

əlifbanı  yox,  Azərbaycan əlifbasını təbliğ etməkdə suçlayırlar. Bu  fi-

kirlərin  yanlış  olduğunu  söyləyən  Fərhad  Ağazadə  deyir:  “Mən  əlif-



banın yaranma tarixi ilə bağlı mühazirələr oxumaq üçün dəvət olun-

muşdum  və  təbii  ki,  bununla  əlaqədar,  prosesin  hər  məqamını  izlə-

məliydim, əlbəttə Azərbaycan əlifbası haqqında da deməliydim. Kurs-

ların proqramını mən yox, ÜMYTƏK-si müəyyən etmişdi. Mühazirələ-

rin  mətni  dəqiqliyilə  yazılmış  və  hazırda  çap  olunmaq  üzrədir  və  gü-

man edirəm ki, yaxın günlərdə hazır olar. Mən Mahmud Nedimdən xa-

hiş edirəm onları diqqətlə oxusun. Mən paralel olaraq əlifbanın bütün 

məqamlarından  danışmışam  və  unifikasiya  edilmiş  əlifbanı  müdafiə 

etmişəm”

(ÜMYTƏK-nin qarşısına qoyduğu əsas məsələlərdən biri də yeni 

əlifba hərəkatını uğurla həyata keçirmək üçün savadlı təbliğatçı- inst-



Fərhad Ağazadə və latin əlifbasina keçid  

49 


 

 

ruktorların hazırlanması idi. Məhz bu məqsədlə 1927-ci ilin iyun ayı-



nın 18-dən avqust ayının 18-ə qədər Moskvada 1 aylıq xüsusi kurslar 

təşkil  edilmişdi.  Bu  kurslarda  əsas  mühazirəçilərdən  biri  də  Fərhad 

Ağazadə  idi.  Bu  kurslarda  oxunan  mühazirələrin  mətnlərinin  dərc 

olunması haqda məlumatlar olsa da, təəssüf ki, onları əldə edə bilmə-

mişik.) 

Yanvarın 11-də keçirilən 5-ci iclasda Fərhad Ağazadə çıxış edə-

rək dərsliklərin çapı, yerlərdə kursların açılması və s. ilə bağlı fikirlər 

söyləyir, eləcə də AYTƏK-nin başqa respublikaların əlifba komitələri-

ni ədəbiyyatla təmin etməsindən danışaraq qeyd edir ki, AYTƏK ona 

müraciət  edən  heç  bir  əlifba  komitəsini  əliboş  qaytarmamış,  imkan 

dairəsində, az sayda olsa da, ədəbiyyatla təmin etmişdir. 

Bu  dövrdə,  demək  olar  ki,  bütün  türk-tatar  respublikalarında 

ÜMYTƏK-nin  yerli  komitələri  fəaliyyət  göstərir,  yeni  əlifbaya  keçid 

məsələsi xüsusi dekretlərlə rəsmiləşdirilirdi. 1928-ci il ərzində bir sıra 

respublikalarda  yeni  əlifbaya  keçidlə  bağlı  xeyli  vacib  qərarlar  qəbul 

edilmişdi:  

 

latın  əlifbasının  dövlət  əlifbası  elan  olunması  haqqında  Türk-



mənistan  Mərkəzi  İcraiyyə  Komitəsinin  3  yanvar  1928-ci  il 

tarixli qərarı. 

 

2  il  müddətində  Tatarıstanda  latın  əlifbasına  keçirilməsi  haq-



qında  Tatarıstan  Vilayət  Komitəsinin  29  yanvar  1928-ci  il 

tarixli qərarı. 

 

latın  əlifbasının  dövlət  əlifbası  elan  olunması  haqqında  Özbə-



kistan  Mərkəzi  İcraiyyə  Komitəsi  3-cü  sessiyasının  8  mart 

1928-ci il tarixli qərarı. 

 

 latın  əlifbasının  dövlət  əlifbası  elan  olunması  haqqında  Krım 



respublikası  Mərkəzi  İcraiyyə  Komitəsinin  9  may  1928-ci  il 

tarixli qərarı. 

 

latın əlifbasının dövlət əlifbası elan olunması haqqında Başqır-



dıstan  Mərkəzi  İcraiyyə  Komitəsinin  11  may  1928-ci  il  tarixli 

qərarı. 


 

RSFSR-da yaşayan türk azsaylı xalqları üçün yeni türk əlifbası-



nın  qəbul  edilməsilə  bağlı  SSRİ  Mərkəzi  İcraiyyə  Komitəsinə 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə