Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   ...   10   11   12   13   14   15   16   17   18

44 

 İsaxan İSaxanlı 

 

 

bir  istisnasız,  dilin  fonetik  xüsusiyyətlərinə  tamamilə  cavab  verir»



Qurultayda  həm  ərəb  əlifbası  tərəfdarlarının,  həm  də  latın  əlifbası  tə-

rəfdarlarının iki əsas məruzə ilə çıxış etməsi nəzərdə tutulmuşdu. La-

tınçılar tərəfindən edilən  məruzələrdən biri  məhz Fərhad Ağazadənin 

məruzəsi idi. 

Qurultayda  əlifba  məsələsi  ilə  bağlı  əsas  hadisələr  martın  4-də 

keçirilən sayca 12-ci səhər iclasında baş verir. Fərhad Ağazadə, bu ic-

lasda  yenidən əlifba  məsələsini qaldırır, əsaslı dəlillərlə ərəb əlifbası-

nın  islahının  qəbuledilməz  olduğunu  və  onun  latın  əlifbası  ilə  əvəz 

edilməsinin  qaçılmaz  olduğunu  sübut  etməyə  çalışır.  Bu  məsələ  ətra-

fında ciddi  mübahisə düşür və çoxsaylı çıxışlardan sonra,  həmin  gün 

axşam iclasında həm ərəb əlifbası tərəfdarlarının, həm də latın əlifbası 

tərəfdarlarının irəli sürdükləri təkliflərin səsə qoyulması qərara alınır. 

 Beləliklə,  19-cu  əsrin  ortalarından  M.F.Axundovla  başlayan  və 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  yeni  vüsət  alan 

yeni əlifba ideyası, 1926-cı il fevralın 26-dan martın 6-a qədər davam 

edən  Birinci  Beynəlxalq  Türkoloji  qurultayda  müzakirə  edilərək, 

qurultayın 4 mart tarixli 13-cü iclasında səsverməyə qoyuldu. Bu tari-

xi səsvermə nəticəsində 101 nəfər latın əlifbası tərəfdarlarının təklifi-

nə, 7 nəfər ərəb əlifbası tərəfdarlarının təklifinə səs  verdi, 9 nəfər isə 

bitərəf qaldı və beləliklə də, latın əlifbasının bütün Türk-tatar respubli-

kalarında  tətbiq  edilməsi  yolunda  çox  ciddi  bir  qərar  qəbul  edildi: 

"Yeni  türk  (latın)  əlifbasının  ərəb  əlifbası  və  islah  olunmuş  ərəb  əlif-

bası üzərində üstünlüyünü və texniki asanlığını, eləcə də ərəb əlifbası 

ilə müqayisədə yeni əlifbanın mədəni-tarixi və tərəqqi baxımından bö-

yük  əhəmiyyətini  nəzərə  alaraq,  qurultay  yeni  əlifbanı  qəbul  edir  və 

onun  həyata  keçirilmə  yollarını  hər  bir  türk-tatar  respublikasının  öz 

öhdəsinə  buraxır".  Qurultay,  bu  məsələdə  çox  uğurlu  işlər  görmüş 

Azərbaycanın  təcrübəsindən  istifadə  etməyi  də  türk-tatar  və  başqa 

xalqlara tövsiyə etmişdi. 

Bu  qurultaydan  sonra,  təxminən,  1  il  ərzində,  demək  olar  ki, 

türk-tatar xalqlarının yaşadıqları bütün ərazilərdə yeni əlifbanın həyata 

keçirilməsi üçün yerli əlifba komitələri yaradılmışdı. 



 


Fərhad Ağazadə və latin əlifbasina keçid  

45 


 

 

Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin yaranması 

 

Qurultay  başa  çatdıqdan  bir  gün  sonra,  Səməd  Ağamalıoğlunun 



təşəbbüsü  ilə,  qurultayda  latın  əlifbası  lehinə  səs  vermiş  türk-tatar 

xalqları  nümayəndələrinin  ayrıca  bir  xüsusi  iclası  keçirildi  və  yeni 

əlifbanın  ümumittifaq  miqyasda  həyata  keçirilməsi  prosesinə  təkan 

vermək  və  bunu  tənzimləmək  məqsədilə,  bir  mərkəzi  təşkilatın  yara-

dılması vacibliyi haqqında fikir meydana çıxdı. Belə bir təşkilatın ya-

radılmasına  qədər  bu  funksiyanı,  bu  sahədə  ilk  addım  atmış  və  xeyli 

təcrübəsi  olan  AYTƏK-in  həyata  keçirməsi  planlaşdırıldı.  Lakin  tez-

liklə bu məsələ ilə köməkçi bir iş kimi yox, xüsusi bir iş kimi məşğul 

olacaq təşkilata ehtiyac bütün ciddiliyi ilə duyulmağa başladı. 

1927-ci il fevralın 13-də Moskvada SSRİ MİK-nin sessiyası ke-

çirilirdi. Sessiyada SSRİ ərazisində  yaşayan türk-tatar xalqlarının nü-

mayəndələrinin də iştirak etdiyindən istifadə edən Səməd Ağamalıoğ-

lu, onların iştirakı ilə ayrıca bir toplantı keçirir və  yeni əlifba hərəka-

tının Ümumittifaq miqyasda həyata keçirilməsi prosesini tənzimləmək 

məqsədilə xüsusi bir təşkilat yaratmağı təklif edir. S.Ağamalıoğlunun 

bu təklifi müsbət qarşılanır və elə oradaca bu işlə məşğul olmaq üçün 

onun sədrliyi ilə 7 nəfərdən ibarət xüsusi komissiya yaradılır. Komis-

siya türk-tatar xalqlarına yaşadıqları yerlərdən öz xüsusi namizədlərini 

irəli sürmələri barədə müraciət edir. Təxminən 2 ay müddətində nami-

zədlərin  siyahısı  toplanır  və  39  nəfərdən  ibarət  komitə  heyəti  müəy-

yənləşdirilir. Bu rəqəm respublikalar arasında belə bölünmüşdü: Azər-

baycan–4,  Gürcüstanda  yaşayan  türklər–1,  Ermənistanda  yaşayan 

türklər–1, Naxçıvan–1, Özbəkistan–4, Türkmənistan–2, Başqırdıstan–

2,  Tacikistan–1,  Dağıstan–2,  Qazaxıstan–3,  Qırğızıstan–1,  Krım–1, 

Tatarıstan–2,  Qara  Qalpak–1,  Şimali  Qafqaz  (Dağıstandan  əlavə)  –3, 

ayrı-ayrı təşkilatlardan–10. 

Nəhayət,  SSRİ  MİK-nin  11  may  1927-ci  il  tarixli  sərəncamı  ilə 

yeni əlifba hərəkatının Ümumittifaq miqyasda həyata keçirilməsini tən-

zimləmək məqsədilə Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsi 

(ÜMYTƏK)  yaradıldı  və  Səməd  Ağamalıoğlu  bu  komitənin  sədri 




46 

 İsaxan İSaxanlı 

 

 

seçildi. Komitənin əsas nümayəndəliyi Moskvada yerləşsə də, sonralar 



1928-ci ilin may ayının 1- dən etibarən komitə Bakıya köçürüldü. 

 

ÜMYTƏK-nin birinci plenumu 

 

Komitə  yaradılandan təxminən, 3 həftə sonra, 1927-ci il iyunun 



3-də  ÜMYTƏK-nin  ilk  plenumu  Bakıda  çağırıldı.  Plenumun  çağırıl-

masını  zəruri  edən  əsas  səbəb,  müxtəlif  respublikalarda  hazırlanmış 

əlifba  layihələri  arasında  böyük  fərqlərin  olması  və  hər  layihə  sahi-

binin öz layihəsini ciddi müdafiə etməsi idi. Bu isə nəticədə yeni əlif-

ba  hərəkatına  ciddi  mənfi  təsir  göstərəcək  qədər  təhlükəli  ola  bilərdi. 

Odur ki, vaxt itirmədən, bütün türk-tatar xalqlarını razı salacaq vahid 

əlifba formasına gəlmək, başqa sözlə, layihələrin unifikasiyasına (bir-

ləşdirilməsinə)  nail  olmaq  lazım  idi  və  elə  buna  görə  də  bu  plenuma 

“unifikasiya  plenumu”  adı  verilmişdi.  Plenuma,  əsasən,  yeni  əlifbanı 

artıq qəbul etmiş və  yaxud qəbul etməyə rəsmi razılığını vermiş  yer-

lərdən nümayəndələr dəvət olunmuşdu. Bununla yanaşı azsaylı xalqlar 

adından da, Moskvadan millətlərarası məsələlərlə məşğul olan mərkə-

zi təşkilatdan nümayəndələr var idi. Bir neçə gün davam edən müzaki-

rələr nəticəsində, iyunun 6-da müxtəlif Türk-Tatar respublikaları tərə-

findən təqdim edilmiş  əlifba layihələrinin unifikasiya edilməsinə nail 

olundu  və  birləşidirilmiş  yeni  Türk  əlifbası  qəbul  edildi  (1,  səh.  85). 

Unifikasiya edilmiş əlifbanın qəbul edilməsi,  yeni əlifbaya keçməkdə 

tərəddüd  edən  xalqların  son  inadını  qırmış  kimi  görünürdü.  “O,  (ərəb 

əlifbası-İ. İsaxanlı)  bir  daha  dirilə bilməyəcək, bundan sonra ömrünü, 

yaşayan mətbuat dünyasında, mətbəələr aləmində deyil, arxivlər istira-

hətgahında keçirəcəkdir”. Təqdim edilmiş layihələr arasında birləşdiril-

miş yeni Türk əlifbasına ən yaxını AYTƏK-nin hazırladığı variant idi. 

Fərhad Ağazadə plenumun işində çox fəal iştirak etmiş, birləşdi-

rilmiş əlifbada hərflərin düzülüşünün, əsasən, Azərbaycan variantı üzrə 

aparılmasında  məhz  onun  fikri  keçərli  olmuşdur.  Belə  ki,  Qırğızıstan 

nümayəndəsi  hərflərin  düzülüşü  üçün,  ərəb  və  latın  əlifbalarının  hər 

ikisindən  götürülmüş  ortaq  sistemə  əsaslanan  Qırğız  variantını  təklif 



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə