Aztermoizol asc-əMƏk resurslarindan səMƏRƏLİ İSTİfadəNİn təKMİLLƏŞDİRİLMƏSİ Mövzusunda d I ssertas I y a I Ş İ Kafedra: «Menecment və marketinq»


Sxem 1.1. Əmək məhsuldarlığının verilmiş tərifi üç əsas anlayışdan istifadə edilərək qurulmuşdur



Yüklə 0,85 Mb.
səhifə5/21
tarix26.10.2023
ölçüsü0,85 Mb.
#132071
1   2   3   4   5   6   7   8   9   ...   21
dissertasiya yanvar 2021

Sxem 1.1.
Əmək məhsuldarlığının verilmiş tərifi üç əsas anlayışdan istifadə edilərək qurulmuşdur:

Konkret əmək insanların maddi və mənəvi nemətlərin yaradılmasına yönəldilmiş və müəyyən tələb olunan dəyərlərlə (yazı masası, qələm, kitab və s.) nəticələnən məqsədyönlü fəaliyyəti kimi müəyyən edilir. Konkret əməyin məzmunu əmək funksiyalarının kəmiyyət və keyfiyyət tərkibi, onların real əmək prosesində qarşılıqlı əlaqəsi və qarşılıqlı münasibətləridir, məsələn, işçilərin peşələrində, ixtisaslarında, ixtisas səviyyələrində fərqlər. Bundan başqa, konkret əmək hər bir iş yerində fərdi olan (elektrikin, frezerin, avtomobil sürücüsünün müxtəlif texniki təchizatı) istifadə olunan texnikanın, istehsal texnologiyasının səviyyəsi ilə də səciyyələnir.
Ümumi iqtisadi nəzəriyyədə konkret əməyin bu və ya digər növünün təzahür etdiyi konkret forma ilə əlaqəli olmayan insan enerjisinin (fiziki və əqli əməyin) sərfiyyatını ifadə edən mücərrəd əmək anlayışı da mövcuddur. Məhsuldarlıq nəzəriyyəsində mücərrəd əmək intensiv tərkib hissəsini (komponenti), yəni vaxt vahidi və ya məhsul vahidinə düşən insan əməyinin sərfiyyatının səviyyəsini xarakterizə edir.
Əmək məhsuldarlığının müəyyən edilməsində üçüncü əsas söz iş vaxtı və onun sərfiyyatıdır.
İş vaxtı - işçilərin müəyyən əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olmaları üçün əmək qanunvericiliyi və ya mülkiyyətçi tərəfindən müəyyən edilmiş cari vaxtın uzunluğudur. Bir qayda olaraq, işin yerinə yetirilməsi üçün belə vaxt intervalları reqlamentləşdirilir: gün, həftə, ay, il.
İqtisadi baxımdan iş vaxtı dəqiqələr, saatlar, günlər kimi zaman vahidlərində ifadə olunmuş müəyyən sayda və keyfiyyətdə əmək sərfiyyatı ilə tənzimlənir. Yəni iş vaxtının sərfiyyatını bilərək istehsal olunan malların həcmi, əməyin məhsuldarlığı və səmərəliliyi haqqında mühakimə yürütmək olar.
İstehsalın intensiv inkişafı iş vaxtına qənaət əsasında, yəni məhsulun vahidinin hazırlanmasına sərf olunan iş vaxtının azalması əsasında mümkündür. Beləliklə, iş vaxtına qənaət iş vaxtından düzgün istifadə olunmamasının tam əksdir. Əgər iş vaxtının qənaətinə hərtərəfli səy göstərmək lazımdırsa, istifadə edilməmiş iş vaxtını minimuma endirmək lazımdır. Başqa sözlə, iş vaxtına qənaət əmək məhsuldarlığının artırılmasına gətirib çıxarır, itirilmiş iş vaxtı isə onun səmərəliliyini həmişə azaldır. Əmək resurslarından istifadənin intensivliyinin qiymətləndirilməsi üçün əmək məhsuldarlığının ümumiləşdirici, özəl və köməkçi göstəriciləri sistemi tətbiq edilir. Məhsulun hasilatı əmək resurslarından istifadənin səmərəliliyinin səviyyəsini xarakterizə edən ümumiləşdirici göstəricidir. Hasilat istehsal olunan məhsulun miqdarının iş vaxtı vahidinə olan münasibətidir. Hasilat həm bir işləyən (iş adamı), həm də bir işçi üçün hesablana bilər. Bu iki göstəricinin mövcudluğu müəssisənin işçi heyətinin strukturunun dəyişməsini təhlil etməyə imkan verir. Bir işləyənin ( iş adamının) hasilatının artım tempinə nisbətən bir işçinin hasilatının daha yüksək artım tempi işçilərin sənaye-istehsal heyətinin ümumi sayında xüsusi çəkisinin artdığını və qulluqçuların xüsusi çəkisinin azaldığını göstərir. Qulluqçuların xüsusi çəkisinin artımı yalnız istehsalın, əməyin və idarəetmənin daha yüksək səviyyədə təşkili hesabına bütün sənaye-istehsal heyətinin hasilatının artırıldığı zaman özünü doğruldur. Bir qayda olaraq, bir işçinin hasilat artım tempi bir işləyənin (iş adamının) hasilatının artım tempinə bərabər və ya ondan yuxarı olmalıdır. Hasilat zaman vahidi ilə ifadə olunur:
- bir işləyənin (iş adamının) və ya işçinin payına düşən orta illik hasilat:
Hoi= MS/S
- orta günlük hasilat:
Hg= MS/G
- orta saatlıq hasilat:
Hs= MS/s
burada Hoi - bir işləyənin (iş adamının) və ya işçinin payına düşən orta illik hasilat,
MS - il ərzində istehsal olunan məhsulların sayı,
S - işləyənlərin (iş adamlarının) və ya işçilərin orta sayı,
Hg - bir işləyənin (iş adamının) və ya işçinin payına düşən orta günlük hasilat,
G - il ərzində bir nəfərin işlədiyi günlərin sayı,
Hs - bir işləyənin (iş adamının) və ya işçinin payına düşən orta saatlıq hasilat,
s - bir il ərzində bir nəfərin işlədiyi saatların sayı.
Hasilat əmək məhsuldarlığının birbaşa göstəricisidir.

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə