Aztermoizol asc-əMƏk resurslarindan səMƏRƏLİ İSTİfadəNİn təKMİLLƏŞDİRİLMƏSİ Mövzusunda d I ssertas I y a I Ş İ Kafedra: «Menecment və marketinq»


Problemin qoyuluşu və öyrənilmə səviyyəsi



Yüklə 0,85 Mb.
səhifə3/21
tarix26.10.2023
ölçüsü0,85 Mb.
#132071
1   2   3   4   5   6   7   8   9   ...   21
dissertasiya yanvar 2021

Problemin qoyuluşu və öyrənilmə səviyyəsi: Mövzunun aktuallığı həmişə ən vacib məsələlərdən biri olmuşdur. Eyni zamanda tədqiqat vacibdir, çünki bu mövzunun öyrənilməsinin həcmi ölkəmizdə müəssisələrdə əmək resurslarından səmərəli istifadə olunması istiqamətində böyük perspektivlər açacaqdır.
Əmək resurslarından səmərəli istifadənin nəzəri və metodoloji əsasları aşağıdakı klassiklərin elmi nəşrlərində öyrənilmişdir: T.V.Alesinskaya, T.C.Yurko, Briqxem Y., Kibanov A.Y., Lukyanova T.V. və başqaları.
Tədqiqatın metodoloji məsələləri azərbaycanlı alimlərdən Əliyev.İ.M., Əliyev T.Q., Əliyeva Ş.T., Əliyev R.F., Mehbaliyev S.S., İsgəndərov R.K., Qaraşov H.T. və başqalarının elmi araşdırmalarında mühüm yer tutur.
Tədqiqatın məqsəd və vəzifələri: Tədqiqatın məqsədi Aztermoizol ASC şirkətinin əmək resurslarının səmərəliliyinin qiymətləndirilməsini öyrənməkdir. Hal-hazırda ölkənin bütün sahələrində olduğu kimi müəssisələrdə də əsas məqsədlərdən biri əmək resurslarının səmərəli istifadə olunmasının inkişaf etdirilməsidir. Tədqiqat işində aşağıdakı vəzifələri yerinə yetirmək qarşıya məqsəd kimi qoyulmuşdur:

  • Əmək resurslarının səmərəliliyinin nəzəri metodologiyası, əmək resurslarının istifadəsinin yüksəlməsinə dair tədbirlər planı məsələləri müəyyən edilmişdir;

  • Aztermoizol ASC-də insan resurslarının idarə edilməsi xarakteristikası araşdırılmışdır;

  • Aztermoizol ASC-də əmək resursları ilə təminat səviyyəsi, əmək resurslarının elastikliyinin məhsuladrlığı və keyfiyyəti təhlil olunmuşdur;

  • Aztermoizol ASC-də əmək resurslarının istifadəsinin təkmilləşdirilməsi və yüksəldilməsi yolları araşdırılmışdır.

Tədqiqat işinin obyekti və predmeti: Ümumilikdə tədqiqatın obyektini Aztermoizol ASC təşkil edir. Tədqiqatın predmetini isə əmək resurslarının səmərəli istifadəsi və idarə olunması məsələlərinin nəzəri metodoloji əsasları və müəssisələrin əmək resurslarının müasir vəziyyəti kimi məsələlər təşkil edir.

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə