Aztermoizol asc-əMƏk resurslarindan səMƏRƏLİ İSTİfadəNİn təKMİLLƏŞDİRİLMƏSİ Mövzusunda d I ssertas I y a I Ş İ Kafedra: «Menecment və marketinq»



Yüklə 0,85 Mb.
səhifə4/21
tarix26.10.2023
ölçüsü0,85 Mb.
#132071
1   2   3   4   5   6   7   8   9   ...   21
dissertasiya yanvar 2021

Tədqiqat metodları: Problemin iqtisadi inkişafla əlaqəli tarixi inkişaf nöqteyi-nəzərindən təhlil edildiyi sistematik analiz metodu tətbiq olunur. Dissertasiyada tədqiqatın hər mərhələsində həm ümumi elmi analiz metodlarından, həm də məntiqi təhlil, iqtisadi və statistik metoddan, müqayisə metodlarından istifadə edilmişdir.
Tədqiqatın informasiya bazası: Dissertasiya hazırlanarkən yerli və xarici ədəbiyyatlardan, konfrans materiallarından, məqalələr və məruzələrdən, Aztermoizol ASC-nin materiallarından və statistik nəticələrindən, eyni zamanda internet resurslarından istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi: Tədqiqat işinin məqsədi Aztermoizol ASC-nin fəaliyyətinin nümunəsindən istifadə edərək əmək ehtiyatlarından istifadənin səmərəliliyini əsaslandırmaq və əmək ehtiyatlarından istifadənin səmərəliliyini artırmaqdan ibarətdir. Aparılan tədqiqat nəticəsində alınan nəticələrə uyğun olaraq aşağıdakı yeniliklər əldə edilmişdir.

  1. Aztermoizol ASC-də istehsalın yüksək templəri ilə əlaqədar olaraq əmək ehtiyatlarının çatışmazlığı və onlardan optimal istifadə məsələləri aydınlaşdırılmışdır. Müəssisədə əməyin səmərəli təşkili və rasional kadr idarəetməsi sayəsində yüksək əmək məhsuldarlığı göstəricilərinə nail olmaq mümkündür;

  2. Müəssisədə kadrların tərkibi və strukturunun təhlili, bir sıra dövrlər ərzində kadrların hərəkətinin qiymətləndirilməsi, kadr dövriyyəsinə təsir edən amillər, əmək məhsuldarlığının təhlili, əmək haqqı və mükafatların daimi hissəsinin ölçüsü kimi məsələlər müəyyənləşdirilmişdir.

Nəticələrin praktiki əhəmiyyəti və tətbiq sahələri: Əldə olunan nəzəri və praktik müddəalar, tövsiyələr, xüsusi ümumiləşdirmələr müəssisələrin əmək resurslarının səmərəli istifadə olunmasında, əmək resurslarının səmərəliliyinin yüksəldilməsində istifadə oluna bilər.

FƏSİL I. ƏMƏK RESURSLARI İQTİSADİ KATEQORİYA KİMİ VƏ SƏMƏRƏLİLİK GÖSTƏRİCİLƏRİ



    1. Əmək resurslarının səmərəliliyi anlayışı və onun elmi mahiyyəti

Əmək resurslarından istifadənin səmərəliliyi müəssisənin işinin ən mühüm keyfiyyət göstəricilərindən biridir, əmək xərclərinin səmərəliliyinin ifadəsidir. Əmək cəmiyyətin və fərdlərin mövcudluğunun və həyat fəaliyyətinin əsas və labüd şərtidir. Əmək prosesində maddi və mənəvi dəyərlər, həmçinin tələbatın ödənilməsi üçün xidmətlər yaradılır; işçilərin özləri də inkişaf edir.
İqtisadi və sosial tərəqqinin miqyası və templəri əmək fəaliyyətinin səmərəliliyindən asılıdır. Ona görə də əmək nəticələri məzmun və dinamika göstəricilərinin təhlili iqtisadi və sosial siyasətin formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Əmək resurslarından istifadənin səmərəliliyi ilk növbədə əmək məhsuldarlığının göstəriciləri ilə xarakterizə olunur. Məhsuldarlığa müxtəlif yanaşmalar mövcuddur və bu təriflərdən bəziləri aşağıdakılardır:
I.M.Əiyeva görə məhsuldarlıq dedikdə müxtəlif malların istehsalı və xidmətlərin göstərilməsi zamanı müxtəlif əmək resurslarından, kapitaldan, torpaqdan, materiallardan, enerjidən, informasiyadan istifadənin səmərəliliyi başa düşülür. Bu iqtisadi kateqoriya istehsal olunan malların keyfiyyəti və sayı arasında və ya göstərilən xidmətlər və onların istehsalına sərf olunan resurslar arasında əlaqəni əks etdirir.(Əliyev.İ.M. Əməyin iqtisadiyyatı. 2 hissə.Hissə 1: Mgistratura və bakalavriatlar üçün dərslik və praktika/I.M.Əliyev, N.A.Qorelov, L.O.Ilina. -3-cü nəşr., Moskva, ”Yurayt” nəşriyyatı, 2016. -203s. -Seriya: Bakalavr və magistr. Akademik kurs.)
T.V.Alesinskaya, T.C.Yurkonun fikrincə məhsuldarlıq iqtisadi sistemin müxtəlif səviyyələrində məhsul buraxılışının və göstərilən xidmətlərin (ayrıca işçi, ilkin əmək kollektivi, sex, müəssisə və ya təşkilat, sahə, dövlət) həcmini ictimai istehsalın müvafiq halqalarında istifadə olunan resurslarla müqayisə etməyə imkan verir. Belə müqayisə və qiymətləndirmə prosesində xalis bazar səbəblərinin: enerji, resursların dəyərinin artması; işsizliklə bağlı xərclərin artması; mühüm halların təsiri (daşqın, quraqlıq, hakimiyyətin korrupsiyalaşması və s.) məhsuldarlığa təsirini nəzərə almaq lazımdır. (Alesinskaya T.V.,Yurko T.S. İşçinin potensialı marketinq sisteminin efektivliyinin faktoru kimi//İzbestiya Yfu No1, 2012. -15s.)
Daha yüksək məhsuldarlıq eyni (dəyişməz) xərclərdə məhsulun həcminin artması deməkdir. Bu zaman əmtəə bazarında və ya bütövlükdə cəmiyyətdə bu və ya digər məhsula olan tələbatı nəzərə almaq lazımdır. Onu da qeyd etmək lazımdır ki, inkişaf etmiş bazar iqtisadiyyatı olan ölkələrin müəssisələrində məhsuldarlıq dedikdə sadəcə istehsal edilmiş məhsullar yox, artıq satılmış məhsullar nəzərdə tutulur.
Beləliklə, məhsuldarlıq məhsulun istehsalında müxtəlif resurslardan istifadənin səmərəliliyini xarakterizə edən ümumi bir göstərici kimi qəbul edilə bilər. Lakin, müasir iqtisadi nəzəriyyə sübut edir ki, məhsul istehsalı üçün istifadə olunan bu və ya digər resursların rolunu və xərc payını tam dəqiq müəyyən etmək kifayət qədər çətindir. Məsələn, demək olar ki, bu və ya digər növ resursların tam, yüz faiz istifadəsi mümkün deyil (xüsusilə bu əmək resursuna aiddir); müxtəlif vaxtlarda müxtəlif resurslardan və ya eyni resurslardan istifadənin səmərəliliyi eyni deyildir.
Buna görə də, istehsalın səmərəliliyinin müəyyən edilməsi üçün əmək məhsuldarlığının göstəricisi tez-tez istifadə olunur; amma bu əməyin məhsuldarlığın yeganə mənbəyi olduğu demək deyil. Materialların məhsuldarlığı, kapitalın, enerjinin, informasiyanın məhsuldarlığı kimi göstəricilər hesablanır və tətbiq olunur.
Əmək məhsuldarlığı (ƏM) - iş vaxtı vahidində istehsal edilmiş məhsulun miqdarı ilə müəyyən edilən konkret əmək məsrəflərinin səmərəliliyidir. Əmək intensivliyi (tutumu) anlayışı məhsuldarlıq anlayışı ilə sıx bağlıdır. Əmək intensivliyi (tutumu) (əiT?) - məhsulun vahidinə düşən əmək xərclərinin (iş vaxtının) miqdarını səciyyələndirən, əmək məhsuldarlığına tərs olan bir göstəricidir.
Əmək məhsuldarlığının artırılması vaxt vahidində istehsal olunan məhsulun həcminin artması və ya məhsul vahidinə sərf edilən iş vaxtının qənaəti deməkdir:
ƏM = Q/T
ƏM =1/T
ƏMA = ƏMh/ƏMə/100-100%
Burada Q - təbii, əmək, dəyər və ya şərti-təbii göstəricilərlə ifadə olunmuş istehsal olunan məhsulların həcmi;
T - bu həcmdə məhsulun istehsalına sərf olunan vaxtın miqdarı və ya həmin həcmdə məhsulun istehsalı ilə məşğul olan işçilərin sayı;
ƏMA - əmək məhsuldarlığının artımı;
ƏMh, ƏMə - hesabat və əsas dövrlərdə əmək məhsuldarlığının səviyyəsi.
İstehsal prosesində canlı konkret əməyin funksiyası yeni dəyərin yaradılması, həmçinin istehsalın maddi elementlərində materiallaşdırılmış iş vaxtının yenidən yaradılmış məhsula köçürülməsidir. Bu baxımdan, əmək məhsuldarlığı həm canlı, həm də qeyri-təbii (cansız)? (keçmiş) əməyin səmərəliliyini əks etdirir. Eyni səbəbdən, fərdi (canlı) əməyin məhsuldarlığı və ictimai əməyin məhsuldarlığı anlayışları fərqləndirilir.

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə