Aztermoizol asc-əMƏk resurslarindan səMƏRƏLİ İSTİfadəNİn təKMİLLƏŞDİRİLMƏSİ Mövzusunda d I ssertas I y a I Ş İ Kafedra: «Menecment və marketinq»


Sxem 1.2 Hasilat aşağıdakı ölçülərlə hesablana bilər



Yüklə 0,85 Mb.
səhifə6/21
tarix26.10.2023
ölçüsü0,85 Mb.
#132071
1   2   3   4   5   6   7   8   9   ...   21
dissertasiya yanvar 2021

Sxem 1.2
Hasilat aşağıdakı ölçülərlə hesablana bilər:



Təbii

Şərti-təbii

Dəyər

Təbii və ya şərti-təbii ölçü ilə ifadə olunmuş hasilat göstəricisi əmək məhsuldarlığının vəziyyətini daha real əks etdirir. Lakin təbii ölçülər yalnız bir növ məhsul və ya xidmət istehsal edildikdə bütövlükdə müəssisə üzrə hasilatın xarakterizə edilməsi üçün istifadə oluna bilər. Bazar şəraitində universal ölçü dəyər ölçüsüdür.


Hasilat göstəricisi müxtəlif amillərlə xarakterizə olunur. Onların əsasında işçilərin orta illik hasilatının multiplikativ amil modelini tərtib etmək olar və bu modeli bütün işçilər tərəfindən bir il ərzində işlədikləri zamanın, işçilərin heyətin ümumi sayında xüsusi çəkisinin və bir işçinin payına düşən orta saatlıq hasilatın əsəri kimi təqdim etmək olar:
burada Xç işçilər - işçilərin müəssisənin heyətinin ümumi sayında xüsusi çəkisi,
Hoi işçilər – işçilərin orta illik hasilatı.
Bu amil modeli mütləq fərq, zəncirvari əvəzetmə, indeks və ya inteqral üsulları ilə həll edilə bilər.
Əmək resurslarından istifadənin səmərəliliyinin səviyyəsini xarakterizə edən özəl göstəricilərə məhsulun əmək intensivliyi (tutumu) aiddir.
Məhsulun əmək intensivliyi (tutumu) məhsul vahidinin, məhsulun müəyyən növünün və ya istehsal edilmiş məhsulun bütün buraxılışının istehsalına iş vaxtının və ya heyətin (fəhlələrin və ya işçilərin) sərfiyyatıdır.
Məhsul vahidinin payına düşən 1 nəfərin (fəhlə və ya işçi) işlədiyi saatların sayını əks etdirən əmək intensivliyi (tutumu):
Əi(t)=s/MS
burada Əi(t) - əmək intensivliyi (tutumu).
İstehsal olunan məhsulun vahidinin payına düşən işçilərin və ya fəhlələrin sayını əks etdirən əmək intensivliyi (tutumu):
Əi(t)=S/MS
Əmək intensivliyi (tutumu) əmək məhsuldarlığına əks olan göstəricidir və hasilatla tərs mütənasibdir. Bu asılılıq əmək intensivliyinin (tutumunun) dəyişdikdə orta saatlıq hasilatın artım tempinin müəyyən edilməsində yaxşı görünür:
±Hs% = (±Əi(t) % x 100) / (100 - ±Əi(t)%)
±Əi(t)% = (±Hs% x 100) / (100 + ±Hs%)
burada ±Hs% - faiz dərəcəsində ifadə olunmuş orta saatlıq hasilatın artım tempi,
±Əi(t)% - faiz dərəcəsində ifadə olunmuş əmək intensivliyinin (tutumunun) artması.
Əmək intensivliyi (tutumu) ilə hasilat arasında tərs mütənasib asılılıq olduğu üçün məhsulun ümumi xüsusi əmək intensivliyi (tutumu) işçilərin orta saatlıq hasilatının asılı olduğu amillərdən asılıdır.
Belə ki, əmək intensivliyinin multiplikativ amil modelini aşağıdakı kimi göstərmək olar:
Əi(t) üm= 1 / s x Xç x Hs,
burada Əi(t) üm - məhsulun ümumi əmək intensivliyi (tutumu).
Hasilat göstəricisindən fərqli olaraq əmək intensivliyinin (tutumunun) bir sıra üstünlükləri var, istehsal həcmi ilə əmək xərcləri arasında birbaşa asılılığı müəyyən edir, istehsal şəraitində dəyişikliklərin təsiri altında canlı əməyə qənaət edilməsini daha real əks etdirir, məhsul çeşidindəki dəyişikliklərdən asılı deyil, müəssisələrin müxtəlif qiymətləri şərti ilə (şəraitində) eyni məmulatların, xidmətlərin müqayisəliliyini təmin edir.



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə