Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

34 
 
 
Lakin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəsmi 
saytlarında  onların  fəaliyyətini  tənzimləyən  qanunvericilik 
aktlarının sadə və anlaşıqlı dildə tərtib olunmuş variantlarına rast 
gəlinməyib.  Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  20%-ə 
qədərində  onların  fəaliyyəti  ilə  bağlı  müraciətlərə  dair  sənəd 
formaları
12
  və  nümunələri,  izahlar  və  s.  kimi  sənədlər  qoyulub. 
Müvafiq normativ hüquqi aktlar əsasında hazırlanmış bu sənədləri 
və  izahları  dolayısı  ilə  onların  fəaliyyətini  tənzimləyən 
qanunvericilik  aktlarının  sadə  və  anlaşıqlı  dildə  tərtib  olunması 
kimi qiymətləndirmək olar. 
 
Yerli  icra  hakimiyyəti  orqanlarından  yalnız  Binəqədi  İcra 
Hakimiyyətinin  saytında  bu  cür  materiallar  yerləşdirlib.  Digər 
YİH  orqanlarının  saytında  isə,  belə  materiallar  demək  olar  ki, 
yoxdur. 
 
Qeyd  edək  ki,  mərkəzi  icra  hakimiyyəti  orqanlarından 
Vergilər  Nazirliyinin  və  Gömrük  Komitəsinin  saytlarında  bu  tip 
sənəd  nümunələri,  formalar,  izahlar  və  digər  materiallar  daha 
əhatəlidir, Daxili İşlər, Xarici İşlər, Fövqəladə Hallar və Əmək və 
Əhalinin  Sosial  Müdafiəsi  nazirliklərinin,  eyni  zamanda,  Dövlət 
                                                                                                                                 
http://taxes.gov.az/encox/suallar.html, http://taxes.gov.az/modul.php?name=e-
xidmetler&cat=3; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 
http://www.mlspp.gov.az/az/pages/19/52, http://www.mlspp.gov.az/az/pages/6/33, 
http://www.mlspp.gov.az/az/pages/6/36; İqtisadiyyat və Sənaye Nazirliyi: 
http://www.economy.gov.az/index.php?option=com_vitabook&view=vitabook&Itemid
=273&lang=az 
12
  Belə sənəd formaları ilə bağlı nümunələr: Vergilər Nazirliyi: 
http://taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=erize, 
http://taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=nizaml
a; Təhsil Nazirliyi: 
http://xaricdetehsil.edu.gov.az/uploads/Elektron_erizenin_doldurulmasina_dair_telimat.
pdf 


35 
 
Sosial  Müdafiə  Fondunun  və  Tələbə  Qəbulu  üzrə  Dövlət 
Komitəsinin  saytlarındakı  materialları  isə  orta  qiymətləndirmək 
olar. 
 
2.5  Dövlət  proqramlarının  əhatə  etdiyi  sahələr  üzrə  internet 
portallarının yaradılması 
 
Məsul dövlət orqanları: Mərkəzi icra hakimiyyəti orqanları 
İcra müddəti: 2012-2014-cü illər 
 
Ölçmək üçün indikatorlar: Dövlət proqramlarınının bütün 
sferalarını əhatə edən yaradılmış internet portalların sayı 
 
Metodoloji əsas:  
3 - Dövlət proqramlarınının yarısından çox sferalarını əhatə edən 
internet-portallar yaradılmışdır. 
2 – İnternet portallar yaradılmasa da, bu sahədə hazırlıq işlərinin 
görülməsini əhatə edən arqumentlər vardır. 
0  –  Planlaşdırılan  tədbirlərin  reallaşdırılmasını  təsdiq  edən 
hallar aşkara çıxarılmayıb. 
 
İcra vəziyyəti 
Monitorinq balı: 2 
(İnternet  portallar  yaradılmasa  da,  bu  sahədə  hazırlıq  işlərinin 
görülməsini əhatə edən arqumentlər vardır) 
Monitorinqin  əhatə  dairəsinə  xeyli  sahədə  dövlət 
proqramları,  milli  fəaliyyət  proqramları  və  tədbirlər  planı  daxil 
edilib  və  onların  bəziləri  2013-cü  ilin  sonunda  başa  çatıb. 
Monitorinqə cəlb etdiyimiz 48 mərkəzi icra hakimiyyəti orqanının 
böyük  əksəriyyəti  bu  sektorda  yeni  portal  yaratmayıb,  mövcud 
internet  səhifələrində sadəcə “Dövlət  Proqramları” bölməsi  əlavə 
ediblər.  Həmin  bölmədə  sadəcə  proqramın  özü  yer  alıb,  lakin 
proqramın  icra  vəziyyətinə  dair  informasiyalara  rast  gəlinməyib. 


36 
 
Bəzi  dövlət  qurumları  isə  konkret  dövlət  proqramlarının  icrasını 
nəzərdə  tutan  məlumatları  özündə  cəmləyən  portal  yaradıb. 
Məsələn,  Təhsil  Nazirliyi  dövlət  hesabına  xaricdə  təhsilə  dair 
Dövlət 
Proqramının 
icrası 
ilə 
bağlı 
http://www.xaricdetehsil.edu.gov.az  portalını  yaradıb  və  portal 
işlək 
vəziyyətdədir. 
Bir 
digər 
portal 
www.mesafedenmekteb.edu.az  portalıdır  və  tədrisə  dəstək  üçün 
yaradılıb.  http://www.e-derslik.edu.az  portal  isə  elektron 
dərsliklərin  yerləşdirilməsini  nəzərdə  tutur.  Lakin  hələ  başlanğıc 
mərhələsindədir.  
 
Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyi  “Azərbaycan 
Respublikasında  kosmik  sənayenin  yaradılması  və  inkişafı  üzrə 
Dövlət Proqramı” çərçivəsində www.azerkosmos.az saytı yaradıb. 
Elektron  Hökumət  proqramı  da  bu  sahədə  uğurlu  layihələrdən 
biridir  və  www.e-gov.az  saytı  bu  məqsədlə  yaradılmış  və 
fəaliyyətini davam etdirir. 
 
Monitorinqin  əhatə  etdiyi  48  dövlət  qurumunun  sorğu 
göndərilən 43-dən sadəcə, 2-si bu istiqamətdə yaratdıqları portala 
dair məlumat vermiş, bir qurum isə bununla bağlı işlərin getdiyini 
göstərmişdir. Daxili İşlər Nazirliyi sorğuya cavabda bildirib ki, bu 
istiqamətdə  hazırlıq  işləri  başlayıb.  Amma  monitorinq  zamanı, 
xüsusilə 
səhiyyə, 
kənd 
təsərrüfatı 
istiqamətli 
dövlət 
proqramlarının sayının çox olmasına baxmayaraq, bu istiqamətdə 
portal yaradılmasının və ya hazırlıqların getməsinə şahid olmadıq. 
Aşağıdakı  cədvəl  dövlət  proqramları  üçün  internet  portalların 
yaradılması vəziyyətini xarakterizə edir. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə