Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

56 
 
Ağsaqqallar  Şurası  qeyri-hökumət  təşkilatı  olduğundan  onun 
fəaliyyəti “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) 
haqqında” Qanunla tənzimlənir və o, heç bir halda İctimai Şuranı 
əvəz  edə  bilməz.  Yerli  icra  hakimiyyətləri  arasında  yalnız 
Binəqədi  İcra  Hakimiyyətində  “İctimai  şuranın  vətəndaş 
cəmiyyəti  institutları  tərəfindən  seçilməsinə  dair  Əsasnamə"nin 
tələblərinə əməl edilərək ictimai şura yaradılıb. 
 
“Açıq  Hökumətin  təşviqinə  dair  Milli  Fəaliyyət  Planının 
(2012-2015-ci  illər)  yerinə  yetirilməsi  ilə  əlaqədar  2012-2013-cü 
illər ərzində görülən işlər barəsində Azərbaycan Respublikasının 
Korrupsiyaya 
qarşı 
mübarizə 
üzrə 
Komissiyasının 
məlumatı”nda
20
  göstərilir  ki,  ümumi  olaraq  mərkəzi  icra 
hakimiyyəti orqanları yanında ictimai şuraların sayı məhduddur. 
Bununla  bağlı  cari  ilin  16  yanvar  2014-ci  il  tarixində  qəbul 
edilmiş “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinin icra 
edilməsi  və  dövlət  orqanlarının  yanında  ictimai  şuraların 
fəaliyyətinin təmin edilməsi zəruridir. 
 
4.3  İctimai  maraq  kəsb  edən  qərarların  qəbul  edilməsi 
prosesində  ictimaiyyətin  iştirakını  genişləndirmək  vasitəsi  kimi 
internet  səhifələrindən  istifadə  edilməsi  (vətəndaşların  təklif  və 
rəylərinin  qəbul  edilməsi,  müzakirələrin  təşkil  edilməsi, 
interaktiv sual-cavab bölmələrinin yaradılması və s.) 
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları 
İcra müddəti: Mütəmadi 
 
                                                           
20
 
http://antikorrupsiya.gov.az/upload/file/OGP%20monitorinq%20hesabati%202013.pdf 


57 
 
Ölçmək  üçün  indikatorlar:  İnternet  səhifələrindən  qərarların 
qəbulu  prosesində  ictimai  iştirakçılığı  genişləndirmək  məqsədilə 
istifadə edən yerli və mərkəzi icra hakimiyyəti orqanlarının sayı. 
  
Metodoloji əsas:  
3  –  yerli  və  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  70  faizindən 
çoxu internet səhifələrindən qərarların qəbulu prosesində ictimai 
iştirakçılığı genişləndirmək məqsədilə istifadə edir. 
2 - yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 20 faizindən 70 
faizə  qədəri  internet  səhifələrindən  qərarların  qəbulu  prosesində 
ictimai iştirakçılığı genişləndirmək məqsədilə istifadə edir. 
1 – yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 20 faizindən azı 
internet  səhifələrindən  qərarların  qəbulu  prosesində  ictimai 
iştirakçılığı genişləndirmək məqsədilə istifadə edir. 
0  –  İnternet  səhifələr  qərarların  qəbulunda  ictimai  iştirakçılığı 
artırmaq üçün istifadə olunmur . 
 
İcra vəziyyəti 
Monitorinq balı: 2 
(Yerli  və  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  20  faizindən  70 
faizə  qədəri  internet  səhifələrindən  qərarların  qəbulu  prosesində 
ictimai iştirakçılığı genişləndirmək məqsədilə istifadə edir) 
 
Monitorinqə  cəlb  olunan  48  mərkəzi  icra  hakimiyyəti 
orqanının  demək  olar  ki,  hamısında  interaktiv  sual-cavab 
bölmələri,  elektron  müraciət  imkanı  yaradılıb,  ən  çox  verilən 
sualların cavabları ayrıca menyu altında yerləşdirilib.  
 
Ancaq  yerli  icra  hakimiyyəti  orqanları  haqqında  bunu 
demək  çətindir.  Monitorinq  zamanı  yerli  icra  hakimiyyəti 
orqanlarının  saytlarının  analizi  göstərib  ki,  bütün  saytlarda 
elektron  müraciət  üçün  imkan  yaradılsa  da,  bu  formal  xarakter 
daşıyır, internet səhifələrindən ictimai  iştirakçılığın artırılması və 


58 
 
ictimai  müzakirələrin  aparılması  vasitəsi  kimi  istifadə  olunmur. 
Yalnız Binəqədi rayon icra hakimiyyətinin saytı istisnadır. 
 
4.4  Dövlət  orqanları  tərəfindən  “Açıq  qapı”  vətəndaş 
forumlarının keçirilməsi 
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları 
İcra müddəti: Mütəmadi 
 
Ölçmək  üçün  indikatorlar:  “Açıq  qapı”  vətəndaş  forumlarının 
keçirilməsini  təmin  edən  mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanlarının sayı 
  
Metodoloji əsas:  
3  –  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  70  faizindən 
çoxu “Açıq qapı” vətəndaş forumları təşkil edib. 
2 – mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 20 faizindən 70 
faizə qədəri “Açıq qapı” vətəndaş forumları təşkil edib. 
1 – mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 20 faizindən azı 
“Açıq qapı” vətəndaş forumları təşkil edib. 
0 – “Açıq qapı” vətəndaş forumları təşkil olunmayıb. 
 
İcra vəziyyəti 
Monitorinq balı: 3 
 
Milli  Fəaliyyət  planının  4-cü  istiqamətinin  yeganə 
altbölməsidir ki, əksər mərkəzi və yerli icra hakimiyyəti qurumları 
buna əməl edirlər. Monitorinqə cəlb olunmuş 94 mərkəzi və yerli 
icra  hakimiyyəti  orqanından  78-də,  başqa  sözlə  desək,  83%-də 
“Açıq  qapı”  vətəndaş  forumlarının  keçirilməsi  mütəmadi  həyata 
keçirilir.  Forumların  keçirilməsi  ilə  bağlı  elanlar  və  forumda 
müzakirə  olunan  məsələlər  barəsində  məlumatlar  müntəzəm 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə