Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

53 
 
 
Çox  təəssüf  ki,  monitorinqə  cəlb  olunmuş  əksər  mərkəzi 
icra  hakimiyyəti  orqanları  bu  tələbə  əməl  etmirlər.  Monitorinqi 
aparılan  48  mərkəzi  icra  hakimiyyətindən  yalnız  14-ü  belə 
müzakirələrin  aparılmasını  təşkil  etmişdir.  Bəzi  mərkəzi  dövlət 
qurumlarının  saytlarında  müvafiq  menyular  olsa  da,  ora  qanun 
layihələri yerləşdirilməyib.  
 
Bütün  hallarda  ictimai  müzakirəyə  çıxarılan  qanun 
layihələrinin  qəbulu  zamanı  vətəndaş  cəmiyyəti  tərəfindən 
verilmiş  hansı  təkliflərin  qəbulu  ilə  bağlı  nə  sorğulara  verilən 
cavablarda,  nə  də  rəsmi  saytlarda  yetərli  məlumat  var.  Qaydada 
nəzərdə  tutulduğu  tələblər  çərçivəsində  hər  hansı  mərkəzi  icra 
hakimiyyəti  qurumunun  ictimai  dinləmə  keçirməsi  faktı 
monitorinq  zamanı  qeydə  alınmamışdır.  İctimai  dinləmə  keçirən 
mərkəzi icra hakimiyyəti orqanları əksər hallarda tələblərə qismən 
riayət etmişlər.  
 
Açıq  Hökumətin  təşviqinə  dair  Milli  Fəaliyyət  Planının 
(2012-2015-ci  illər)  yerinə  yetirilməsi  ilə  əlaqədar  2012-2013-cü 
illər  ərzində  görülən  işlər  barəsində  Azərbaycan  Respublikasının 
Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Komissiyasının  məlumatında 
deyilir 
ki, 
Komissiya  qeyd  edir  ki,  dövlət  orqanları 
qanunvericiliyin  təkmilləşdirilməsi  sahəsində  vətəndaş  cəmiyyəti 
üzvləri  ilə  sıx  əməkdaşlıq  etməli,  onların  təcrübəsindən  istifadə 
etməli,  fikir  və  rəylərini  daim  öyrənməlidir.  Bununla  bağlı 
mütəmadi  ictimai  dinləmələrin  keçirilməsi  və  ictimai  şuraların 
fəaliyyətinin  təmin  edilməsi  üçün  tədbirlər  həyata  keçirilməlidir. 
Eyni zamanda ictimai müzakirəsi həyata keçirilən normativ aktlar 
və  ya  mövzular,  müzakirələrin  nəticələri  ilə  bağlı  məlumatlar 
ictimaiyyət üçün açıq olmalıdır
19

                                                           
19
 
http://antikorrupsiya.gov.az/upload/file/OGP%20monitorinq%20hesabati%202013.pdf 


54 
 
 
4.2 Əhaliyə xidmət göstərən dövlət orqanları tərəfindən vətəndaş 
cəmiyyəti  institutları  ilə  əməkdaşlığın  təkmilləşdirilməsi  üçün 
müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması 
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları 
İcra müddəti: 2012-2013 
 
Ölçmək  üçün  indikatorlar:  Əhaliyə  xidmət  göstərən  dövlət 
orqanları  tərəfindən  yaradılmış  müvafiq  şuraların  və  ya 
əməkdaşlıq şəbəkələrinin sayı. 
  
Metodoloji əsas:  
2  –  bütün  dövlət  orqanları  tərəfindən  əhaliyə  xidmət  göstərən 
müvafiq şuralar və ya əməkdaşlıq şəbəkələri yaradılmışdır. 
 1  –  bəzi  dövlət  orqanları  tərəfindən  əhaliyə  xidmət  göstərən 
müvafiq şuralar və ya əməkdaşlıq şəbəkələri yaradılmışdır.  
0 – planlaşdırılan tədbirlərin reallaşdırılmasını təsdiq edən hallar 
aşkara çıxarılmayıb. 
 
İcra vəziyyəti 
Monitorinq balı: 1 
(Bəzi dövlət orqanları tərəfindən əhaliyə xidmət göstərən müvafiq 
şuralar və ya əməkdaşlıq şəbəkələri yaradılmışdır) 
 
Bu fəaliyyətin 2012-ci ildə başlanılması nəzərdə tutulsa da
müvafiq  qanunvericilik  bazası  xeyli  gec  formalaşdırılıb.  Tələb 
edilən formatda şura və əməkdaşlıq şəbəkələri Gənclər və İdman, 
Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii 
Sərvətlər  nazirliklərində,  həmçinin  Azərbaycan  Respublikasının 
Prezidenti  yanında  Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar 


55 
 
üzrə  Dövlət  Agentliyində,  Dövlət  Sosial  Müdafiə  Fondunda  və 
digər dövlət qurumlarında yaradılmışdır. 
 
“İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının 
Qanunu” 22 noyabr 2013-cü ildə qəbul olunsa da, onun qüvvəyə 
minməsi  2014-cü  il  iyunun  1-dən  nəzərdə  tutulub.  “İctimai 
iştirakçılıq  haqqında”  Azərbaycan  Respublikasının  2013-cü  il  22 
noyabr  tarixli  816-IVQ  nömrəli  Qanununun  tətbiqi  barəsində 
Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanına  uyğun  olaraq 
Nazirlər  Kabineti  30 may 2014-cü ildə  “İctimai  şuranın  vətəndaş 
cəmiyyəti  institutları  tərəfindən  seçilməsinə  dair  Əsasnamə"nin 
təsdiq  edilməsi  haqqında  qərar  qəbul  edib.  Əsasnamə  ictimai 
şuraların təşkili qaydalarını tənzimləyir.  
 
Bu qərarın qəbulundan sonra Azərbaycan Respublikasının 
Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi 
Şurası,  ABŞ  və  Azərbaycan  Hökuməti  tərəfindən  birgə 
maliyyələşdirilən 
“Azərbaycanda 
Sosial-İqtisadi 
İnkişaf 
Fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində “Sosial Tərəqqi” İctimai 
Birliyinin  təşkilatçılığı  ilə  Yevlax,  Goranboy,  Samux,  Göygöl, 
Gədəbəy,  Daşkəsən,  Şəmkir,  Tovuz,  Ağstafa,  Qazax,  Ucar, 
Ağdaş,  Bərdə,  Ağcabədi,  Göyçay  və  Mingəçevirdə  ictimai 
şuraların yaradılması üzrə məlumatlandırma seminarları keçirilib.  
 
Mərkəzi  icra  hakimiyyətləri  içərisində  ilk  ictimai  şuranın 
Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin  yanında 
yaradılması nəzərdə tutulur.  
 
Yerli  icra  hakimiyyətləri  yanında  ictimai  şuraların 
yaradılması  sahəsində  vəziyyət  daha  pisdir.  Rəsmi  sorğulara 
cavablarda  bəzi  yerli  icra  hakimiyyətləri  Ağsaqqallar  Şurasını 
ictimai  şura  kimi  təqdim  ediblər.  Azərbaycanın  demək  olar  ki, 
bütün  rayonlarında  Ağsaqqallar  Şurası  fəaliyyət  göstərir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə