Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

59 
 
olaraq  müvafiq  icra  hakimiyyəti  orqanlarının  internet  saytlarına 
yerləşdirilir. 
 
5-ci istiqamət:  
Elektron xidmətlərin təkmilləşdirilməsi 
ORTA BAL: 2.00 
 
5.1  Elektron  xidmətlər  göstərilməsi  üzrə  qiymətləndirmənin 
həyata keçirilməsi (1) və ictimaiyyətə açıqlanması (2) 
 
Məsul  dövlət  orqanları:  Rabitə  və  İnformasiya  Texnologiyaları 
Nazirliyi,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 
Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət 
Agentliyi 
İcra müddəti: Mütəmadi 
 
Ölçmək  üçün  indikatorlar:  5.1.1  üzrə.  Bütün  növ  elektron 
xidmətlərin  göstərilməsinin  qiymətləndirilməsinin  aparılması 
faktı. 
 
Metodoloji əsas:  
2  –  elektron  xidmətlərin  göstərilməsinin  qiymətləndirilməsi 
aparılır. 
1  –elektron  xidmətlərin  göstərilməsinin  qiymətləndirilməsinin 
hazırlıq işi aparılır. 
0 – planlaşdırılan tədbirlərin reallaşdırılmasını təsdiq edən hallar 
aşkara çıxarılmayıb. 
 
Ölçmək üçün indikatorlar: 5.1.2 üzrə. Nəticələrin dərci faktı  
Metodoloji əsas:  
2  –  elektron  xidmətlərin  göstərilməsinin  qiymətləndirilməsinin 
nəticələri dərc olunmuşdur. 
1  –  elektron  xidmətlərin  göstərilməsinin  qiymətləndirilməsinin 


60 
 
nəticələri hələ dərc olunmayıb, ona hazırlıq gedir. 
0  –  elektron  xidmətlərin  göstərilməsinin  qiymətləndirilməsinin 
dərci ilə bağlı faktlar  tapılmayıb. 
 
İcra vəziyyəti 
5.1.1 üzrə  
Monitorinq balı: 2 
(Elektron xidmətlərin göstərilməsinin qiymətləndirilməsi aparılır) 
 
Azərbaycan 
Respublikasının 
Prezidenti 
yanında 
Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət 
Agentliyi  “Dövlət  orqanlarında  elektron  xidmətlərin  təşkili  və 
göstərilməsi  üzrə  qiymətləndirmə  Qaydaları”na  dəyişikliklər 
edərək yenidən təsdiq edib. 
 
Bundan  əlavə  həmin  Agentlik  45  dövlət  orqanında 
elektron  xidmətlərin  təşkili  və  göstərilməsi  ilə  bağlı 
qiymətləndirmə  aparmışdır.  Qiymətləndirmədə  hər  bir  dövlət 
orqanı  üzrə  monitorinqin  başlama  və  bitmə  dövrləri  qeyd 
edilmişdir.  Azərbaycan  Respublikasının  Rabitə  və  Yüksək 
Texnologiyalar  Nazirliyinə  ünvanlanmış  informasiya  sorğusuna 
cavab  olaraq  19.05.2014-cü  il  tarixli,  HKŞ-34/36  nömrəli 
məktubla bildirilmişdir ki, qiymətləndirmədə Nazirliyin əməkdaşı 
da iştirak edib.  
 
Bundan  əlavə  Nazirlik  öz  veb  səhifəsində  aylıq  olaraq 
elektron  xidmətlərin  “Elektron  portal”a  inteqrasiyası  ilə  bağlı 
statistik  göstəriciləri,  elektron  xidmətlərdən  istifadə  edənlərin 
sayı,  “Elektron  hökumət”  portalı  vasitəsi  ilə  təqdim  olunan 
e_xidmətlərin statistik göstəriciləri və s. bu kimi xəbərləri bülleten 
formasında yerləşdirir.  
 
5.1.2 üzrə 


61 
 
Monitorinq balı: 2 
(Elektron 
xidmətlərin  göstərilməsinin  qiymətləndirilməsinin 
nəticələri dərc olunmuşdur) 
 
Azərbaycan 
Respublikasının 
Prezidenti 
yanında 
Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət 
Agentliyi  “Dövlət  orqanlarında  elektron  xidmətlərin  təşkili  və 
göstərilməsi  üzrə  qiymətləndirmə  Qaydaları”na  dəyişikliklər 
edərək yenidən təsdiq edib və həmin Qaydaları öz veb səhifəsində 
yerləşdirib.
21
 
 
Bundan  əlavə,  Agentlik  45  mərkəzi  icra  hakimiyyəti 
orqanında  apardığı  qiymətləndirmənin  icra  müddəti  haqqında 
cədvəl hazırlayaraq öz veb səhifəsində yerləşdirmişdir
22

 
Rabitə  və  Yüksək  Texnologiyalar  nazirliyi  dövlət 
orqanlarının  göstərdiyi  elektron  xidmətlərin  statistik  nəticələrini 
aylıq bülletenlər formasında öz veb səhifəsində yerləşdirmişdir
23
.  
 
5.2 Dövlət orqanlarının öz səlahiyyətlərinə uyğun olaraq həyata 
keçirdikləri  elektron  xidmətlər  barəsində  ildə  bir  dəfədən  az 
olmayaraq ictimai təqdimatlar keçirməsi 
 
Məsul dövlət orqanları: Mərkəzi icra hakimiyyəti orqanları 
İcra müddəti: 2013-2015-ci illər 
 
Ölçmək üçün indikatorlar: Elektron xidmətlər barəsində ildə bir 
dəfədən  az  olmayaraq  ictimai  təqdimatlar  keçirən  dövlət 
orqanlarının sayı 
                                                           
21
 http://www.asan.gov.az/az/content/view/349/2427 
22
 http://vxsida.gov.az/redirect/index/cat_id/69/MainOrNot/1 
23
 https://www.e-gov.az/az/content/read/42 
 


62 
 
 
Metodoloji əsas:  
3 – elektron xidmətlər göstərmək səlahiyyəti olan mərkəzi və yerli 
icra hakimiyyətlərinin 70 faizindən çoxunda ən azı 1 dəfə də olsun 
təqdimat keçirilib. 
2 – elektron xidmətlər göstərmək səlahiyyəti olan mərkəzi və yerli 
icra hakimiyyətlərinin 20 faizindən 70 faizinə qədərində ən azı 1 
dəfə də olsun təqdimat keçirilib. 
1 – elektron xidmətlər göstərmək səlahiyyəti olan mərkəzi və yerli 
icra hakimiyyətlərinin ən azı 20 faizində ən az ildə 1 dəfə də olsun 
təqdimat keçirilib. 
0  –  elektron  xidmətlərin  təqdimatına  dair  heç  bir  tədbir 
keçirilməyib. 
 
İcra vəziyyəti 
Monitorinq balı: 2 
(Elektron  xidmətlər  göstərmək  səlahiyyəti  olan  mərkəzi  və  yerli 
icra  hakimiyyətlərinin  20  faizindən  70  faizinə  qədərində  ən  azı  1 
dəfə də olsun təqdimat keçirilib) 
 
Elektron  xidmətlər  göstərən  mərkəzi  icra  hakimiyyəti 
orqanlarında  olan  elektron  xidmətlərlə  bağlı  ictimai  təqdimatları 
cəmi  17  mərkəzi  icra  hakimiyyəti  orqanının  həyata  keçirməsi 
müşahidə  olunub.  Bu  da  manitorinqə  cəlb  edilən  qurumların 
35,4%-nin  belə  təqdimatlar  keçirməsini  ifadə  edir.  Lakin,  bu  17 
qurumun  da  keçirdiyi  ictimai  təqdimatların  məhz  elektron 
xidmətlərə  həsr  edildiyini  deyə  bilmərik.  Belə  ki,  əksər  mərkəzi 
icra hakimiyyəti orqanları göstərdikləri elektron xidmətlərlə bağlı 
təqdimatlarını hər hansı  digər bir mövzuya həsr edilmiş müxtəlif 
tədbirlərdə keçirdiklərini bildiriblər. 
 
Göstərdiyi  elektron  xidmətlərin  təqdimatını  mütəmadi  və 
sistemli  təşkil  edən  qurumlara  nümunə  kimi  İqtisadiyyat  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə