Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

67 
 
formada  və  portalın  internet  resurslarından
25
  istifadə  edilməklə 
ödəniş  kartları  vasitəsilə  nağdsız  qaydada  qəbul  edilir.  Hazırda 
respublikanın  dövlət  sektorunda  fəaliyyət  göstərən  "Azərenerji" 
ASC,  "Bakıelektrikşəbəkə"  ASC,  "Azərsu"  ASC,  ARDNŞ-in 
"Azəriqaz" İB, "Azəristiliktəchizat" ASC kimi kommunal xidməti 
təşkilatları, Azərbaycan İpoteka Fondu, Dövlət Miqrasiya Fondu, 
Vergilər,  İqtisadiyyat  və  Sənaye,  Fövqəladə  Hallar,  Daxili  İşlər 
nazirlikləri,  Dövlət  Sosial  Müdafiə  Fondu,  Dövlət  Gömrük 
Komitəsi  və  Baş  Dövlət  Yol  Polisi  İdarəsi  artıq  HÖP-ün 
infrastrukturuna inteqrasiya olunub.  
 
Eyni zamanda, stasionar telefon xidmətləri göstərən “Bakı 
Telefon  Rabitəsi”  İB,  “Aztelekom”  İB  və  mobil  rabitə 
operatorlarından  “Azercell  Telekom”  MMC  artıq  portala 
qoşulmuşlar
26
.  
 
Vergilər  Nazirliyi  informasiya  sorğusuna  cavab  olaraq 
bildirib  ki,  yaradılmış  elektron  ödəniş  sistemindən  istifadə 
etməklə 2013-cü ildə 754163 sayda ödəniş əsasında 154,4 milyon 
manat toplanıb.  
 
5.5  Regionlarda  əhalinin  elektron  xidmətlərdən  istifadə 
imkanlarının artırılması üzrə tədbirlərin həyata keçirilməsi 
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  icra  hakimiyyəti  orqanları, 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Vətəndaşlara 
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və 
İnformasiya Texnologiyaları Nazirliyi 
İcra müddəti: 2013-2014-cü illər 
 
Ölçmək  üçün  indikatorlar:  Əhalinin  elektron  xidmətlərdən 
                                                           
25
 www.gpp.az 
26
 https://gpp.az/az/site/member/government 


68 
 
istifadə  imkanlarının  artırılması  üzrə  regionlarda  tədbirlərin 
həyata keçirilməsinə dair faktlar 
 
Metodoloji əsas:  
3  –  Regionların  70  faizindən  çoxunda  əhalinin  elektron 
xidmətlərdən istifadə imkanlarının artırılması üzrə ən azı 1 tədbir 
həyata keçirilib. 
2-  Regionların  20  faizdən  70  faizə  qədərində  əhalinin  elektron 
xidmətlərdən istifadə imkanlarının artırılması üzrə ən azı 1 tədbir 
həyata keçirilib. 
1  –  Regionların  20  faizindən  azında  əhalinin  elektron 
xidmətlərdən istifadə imkanlarının artırılması üzrə ən azı 1 tədbir 
həyata keçirilib. 
0  –Əhalinin  elektron  xidmətlərdən  istifadə  imkanlarının 
artırılması üzrə heç bir tədbiri həyata keçirilməyib. 
 
İcra vəziyyəti 
Monitorinq balı: 2 
(Regionların  20  faizdən  70  faizə  qədərində  əhalinin  elektron 
xidmətlərdən istifadə imkanlarının artırılması üzrə ən azı 1 tədbir 
həyata keçirilib) 
 
Rabitə  və  Yüksək  Texnologiyalar  nazirliyindən  “Milli 
genişzolaqlı  internetin inkişafı” layihəsinin həyata keçirilməsi  ilə 
əlaqədar  Dövlət  Proqramının  reallaşdırılmasına  başlamaları  üçün 
aidiyyatı qurumlarla danışıqların davam etdirildiyini bildiriblər.  
 
Qeyd  edək  ki,  bu  layihə ölkənin  hər  bir  yaşayış 
məntəqəsində, hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi 
üzərindən  əhalinin  yüksəksürətli  genişzolaqlı  internet  və  digər 
müasir  telekommunikasiya  xidmətlərinə  çıxışını  nəzərdə  tutur. 
Layihənin  məqsədi  ucqar  kənd  yaşayış  məntəqələrini  30  Mbit/s, 
şəhərləri  100  Mbit/s  həddində  sürətli  internetlə  təmin  etməklə, 


69 
 
ümumilikdə  genişzolaqlı  internet  istifadəçilərinin  sayını  85%-ə 
çatdırmaqdır
27
.  
 
Bundan əlavə, hesabat dövründə nazirlik Yevlax şəhərində 
alternativ  regional  xidmət  mərkəzi  yaradıb  istifadəyə  verib. 
Bununla  da  “Aztelekom.net”  provayderinin  Yevlax,  Bərdə, 
Ağdam  və  Tərtər  telekommunikasiya  qovşaqlarının  xidmət 
ərazilərində genişzolaqlı internet xidməti istifadəçiləri bu sistemə 
qoşulublar. Yaxın gələcəkdə həmin bölgənin digər rayonlarının da 
bu xidmətdən istifadəsinin təmin edilməsi nəzərdə tutulub. 
 
Regionlarda  əhalinin  elektron  xidmətlərdən  istifadə 
imkanlarının  artırılması  və  elektron  xidmətlərlə  bağlı 
maarifləndirilməsi  məqsədilə  Vətəndaşlara  Xidmət  və  Sosial 
innovasiyalar üzrə Dövlət Agentliyi də ölkə ərazisində 37 rayonun 
əhalisi  üçün  21  məntəqədə  fəaliyyət  göstərən  səyyar  “ASAN 
xidmət” avtobusları vasitəsilə tədbirlər həyata keçirib.  
                                                           
27
  “Milli  genişzolaqlı  internetin  inkişafı”  layihəsinin  2014-2016-cı  illərdə  həyata 
keçirilməsi planlaşdırılmışdı. Layihənin ümumi dəyəri 350 milyon manat hesablanmışdı. 
RYTN  ilə  ARDNF-nin  ilkin  razılaşmasına  əsasən,  Fond  2014-cü  ildə  layihənin 
başlaması  üçün  105  milyon  manat  vəsait  ayırmalı  idi.  Bununla  əlaqədar  RYTN 
“Booz&Co”  beynəlxalq  konsaltinq  şirkəti  ilə  danışıqlar  aparmış  və  onların  iştirakı  ilə 
layihənin  ilkin  qiymətləndirilməsi  həyata  keçirilmişdi.  Lakin  sonradan  ARDNF 
layihənin  kommersiya  xarekterli  olduğunu  əsas  gətirərək,  maliyələşdirmədən  imtina 
etdiyini bildirmişdi. 
RYTN  rəhbəri  Əli  Abbasov  18  fevral  2015-ci  ildə  verdiyi  açıqlamada  deyib 
ki,    (http://az.salamnews.org/az/news/read/163849)  “Milli  genişzolaqlı  internetin 
inkişafı” layihəsinin icrası 2016-cı ilə qədər təxirə salınıb: "Bildiyimiz ki, bu layihənin 
Dövlət Neft Fondu ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulurdu. Artıq bu layihənin 
2016-cı  ildən  sonra  icra  olunması  qərara  alınıb.  Bununla  belə,  layihənin  tez  bir  vaxtda 
həyata  keçirilməsi  üçün  yeni  maliyyə  mənbələri  tapmışıq.  Bu  mənbələr  çoxgüzəştli 
kreditlər  vasitəsi  ilə  xarici  bankların,  beynəlxalq  təşkilatların  vəsaitləri  hesabına 
maliyyələşəcək.  Bu,  bir  çox  layihələrə  bölünüb.  Bu  layihələrdən  əldə  ediləcək  gəlirlər 
hesabına  investisiyaların  geri  qaytarılma  müddəti  2-5  il  nəzərdə  tutulub.  Əgər  bu  işlər 
baş tutarsa, dövlətin maliyyə resurslarına müraciət etməyəcəyik”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə