Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

46 
 
 
Məsul dövlət orqanları: Nazirlər Kabineti 
İcra müddəti: 2012-2015-ci illər 
 
Ölçmək üçün indikatorlar: Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin Azərbaycan Respublikası Milli Məclisi qarşısındakı 
illik hesabatlarında açıq hökumətin təşviqi və korrupsiyaya qarşı 
mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat. 
  
Metodoloji əsas:  
0 – tədbirlər daxil edilməmişdir  
1 – tədbirlər daxil edilmişdir 
 
İcra vəziyyəti 
Monitorinq balı: 0 
(Tədbirlər daxil edilməmişdir) 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan 
Respublikası  Milli  Məclisi  qarşısındakı  illik  hesabatlarında  açıq 
hökumətin  təşviqi  və  korrupsiyaya  qarşı  mübarizə  sahəsində 
həyata keçirilmiş tədbirlər haqqında məlumatlara rast gəlinməyib. 
 
Ümumilikdə,  NK-nın  Parlament  qarşısındakı  illik 
hesabtaları  nə  Milli  Məclisin,  nə  də  Nazirlər  Kabinetinin  rəsmi 
saytında  yerləşdirilib.  Hazırkı  qiymətləndirmə  Milli  Məclisin  16 
mart  2012-ci  il,  15  mart  2013-cü  il  və  14  mart  2014-cü  il  tarixli 
iclasında Nazirlər Kabinetinin Hesabat məruzəsi ilə çıxış edən Baş 
Nazir,  Artur  Rəsizadənin  məruzəsi  əsasında  aparılmışdır.  Baş 
nazirin çıxışında isə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı 
mübarizə  sahəsində  həyata  keçirilmiş  tədbirlər  haqqında  heç  bir 
məlumat verilməyib. 
 


47 
 
Ancaq,  Azərbaycan  Respublikası  Korrupsiyaya  Qarşı 
Mübarizə 
Komissiyasının 
saytında 
belə 
məlumatlar 
yerləşdirilmişdir. 
 
4-cü istiqamət: 
Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının 
genişləndirilməsi 
ORTA BAL: 2.00 
 
4.1  Dövlət  orqanları  tərəfindən  ictimai  əhəmiyyət  kəsb  edən 
qanun  layihələrinin  hazırlanması  prosesinə  vətəndaş  cəmiyyəti 
nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi 
 
Məsul dövlət orqanları: Mərkəzi icra hakimiyyəti orqanları 
İcra müddəti: Mütəmadi 
 
Ölçmək 
üçün 
indikatorlar: 
Vətəndaş 
cəmiyyətinin 
nümayəndələrinin  cəlb  olunması  yolu  ilə  işlənilmiş  ictimai 
əhəmiyyətli qanun layihələrinin sayı. 
  
Metodoloji əsas:  
3  -  Əhəmiyyətli  qanun  layihələrinin  yarısından  çoxu  vətəndaş 
cəmiyyətinin  nümayəndələrinin  cəlb  olunması  yolu  ilə 
işlənilmişdir.  
2  –  Əhəmiyyətli  qanun  layihələrinin  yarısından  azı  vətəndaş 
cəmiyyətinin  nümayəndələrinin  cəlb  olunması  yolu  ilə 
işlənilmişdir.  
1  –  Qanun  layihələrinin  vətəndaş  cəmiyyətinin  nümayəndələrinin 
cəlb olunması yolu ilə işlənilməsinə hazırlıq aparılır. 
 0 – məqsədə nail olmaq üçün tərəqqi əldə edilməmişdir. 
 
İcra vəziyyəti 
Monitorinq balı: 2 


48 
 
(Əhəmiyyətli  qanun  layihələrinin  yarısından  azı  vətəndaş 
cəmiyyətinin  nümayəndələrinin  cəlb  olunması  yolu  ilə 
işlənilmişdir) 
 
 “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının 
Qanunu” 22 noyabr 2013-cü ildə qəbul olunub. Qanunda “Hüquqi 
aktların  layihələrinin  ictimai  müzakirəsi”  ictimai  iştirakın  6 
mümkün formasından
14
 biri kimi göstərilir.  
 
Qanunda  mərkəzi  və  yerli  icra  hakimiyyəti  və  yerli 
özünüidarəetmə  orqanlarının  hazırladıqları  hüquqi  aktların 
layihələrinə dair ictimai  dinləmə və ictimai  müzakirə keçirilməsi 
qaydası  müəyyən olunmayıb.  Qanunun 19-cu maddəsində  yazılır 
ki,  mərkəzi  və  yerli  icra  hakimiyyəti  və  yerli  özünüidarəetmə 
orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai 
dinləmə  və  ictimai  müzakirə  müvafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən etdiyi qaydada keçirilir. 
 
Qanunun  5-ci  fəsli  “Hüquqi  aktların  layihələrinə  dair 
ictimai  dinləmə  və  ictimai  müzakirə”si  adlanır.  Bu  fəsildə 
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun 
layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə Azərbaycan 
Respublikası  Milli  Məclisinin  Aparatı  tərəfindən  təşkil  olunduğu 
göstərilir
15
.  Bildirilir  ki,  qanun  layihələrinə  dair  ictimai  dinləmə 
və  ictimai  müzakirənin  təşkili  üçün  Azərbaycan  Respublikası 
                                                           
14
 Maddə 5.1. İctimai iştirakçılığın formalarına aşağıdakılar aiddir: 
5.1.1. ictimai şura; 
5.1.2. ictimai müzakirə; 
5.1.3. ictimai dinləmə;  
5.1.4. ictimai rəyin öyrənilməsi; 
5.1.5. hüquqi aktların layihələrinin ictimai müzakirəsi; 
5.1.6. yazılı məsləhətləşmə 
15
 Yenə orada. Maddə 18 


49 
 
Milli  Məclisinin  Aparatı  rəsmi  internet  səhifəsində  xüsusi  bölmə 
ayırmalı,  Milli  Məclisinin  Aparatında  qeydiyyata  alınmış  bütün 
qanun layihələrini müvafiq komitəyə  göndərdikdən sonra üç  gün 
ərzində 
öz 
internet 
səhifəsinin 
xüsusi 
bölməsində 
yerləşdirməlidirlər.  
 
Milli  Məclisinin  internet  səhifəsinin  xüsusi  bölməsində 
qanun  layihəsi  ilə  birlikdə  onu  təqdim  edən  subyekt,  layihənin 
qeydiyyat  nömrəsi,  göndərildiyi  komitə  (komitələr),  ictimai 
dinləmələrin  qrafiki  və  keçiriləcəyi  yer  və  ictimai  müzakirənin 
müddəti,  keçirilməsi  qaydaları,  rəy,  irad  və  təkliflərin  təqdim 
olunması  qaydası,  onlara  baxılması  və  nəticələrin  açıqlanacağı 
müddətlər  barəsində  məlumat  yerləşdirilməli  və  qanun 
layihələrinə  dair  təqdim  olunmuş  rəy,  irad  və  təkliflərin  nəzərə 
alınmasının 
nəticələri 
barəsində 
ictimaiyyət 
məlumatlandırılmalıdır. 
 
Milli  Məclisin  rəsmi  saytında  (www.meclis.gov.az) 
“Qanun  layihələri”  bölməsində  parlamentə  təqdim  edilmiş 
layihələr vaxtaşırı müzakirə üçün  yerləşdirilir. Ancaq, təəssüf ki, 
onu  təqdim  edən  subyekt,  layihənin  qeydiyyat  nömrəsi, 
göndərildiyi  komitə  (komitələr),  ictimai  dinləmələrin  qrafiki  və 
keçiriləcəyi  yer  və  ictimai  müzakirənin  müddəti,  keçirilməsi 
qaydaları, rəy, irad və təkliflərin təqdim olunması qaydası, onlara 
baxılması və nəticələrin açıqlanacağı müddətlər barəsində heç bir 
məlumata rast gəlinmir.  
 
Milli  Məclisin  saytından  başqa,  http://icazeler.gov.az/ 
saytında  da  müzakirə  edilməsi  üçün  müvafiq  qanunvericilik 
aktlarının layihələri yerləşdirilir. 
 
www.icazeler.gov.az 
saytı  Azərbaycan  Respublikası 
Prezidentinin  “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə