Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   20   21   22   23   24   25   26   27   28

88 
 
xarakterizə  edən  məlumatlarla  birlikdə  internet  resurslarında 
yerləşdirilməsi. (qismən təmin olunub) 
 
Ancaq təəssüf ki, belə hesabatlarda heç bir dövlət orqanı 
maliyyə fəaliyyətinə dair hər hansı məlumat açıqlamır. 
 
-
 
Dövlət  təşkilatlarının  illik  hesabatlarının  geniş  ictimaiyyət  üçün 
açıq olması; (qismən təmin olunub) 
 
Çoxlu  sayda  dövlət  orqanı  hazırladığı  hesabatları  internet 
saytında  yerləşdirir.  Lakin  bu  hesabatlardan  həmin 
təşkilatların fəaliyyətinə dair dolğun məlumat almaq mümkün 
deyil,  çünki  onlar  çox  səthi  və  ümumi  hazırlanır.  Yerli  İH-
lərin  çox  azında  hesabat  ayrıca  sayta  yerləşdirilib.  Hətta 
bəzən  böyük  bir  İH  orqanının  1  illik  hesabatı  bir  neçə 
cümlədən  ibarət  olur.  Məsələn,  Sumqayıt  şəhər  icra 
hakimiyyətinin saytında 2014-cü ilin hesabatı  barəsində cəmi 
1  cümləlik  məlumat  yerləşdirilib.  (http://www.sumqayit-
ih.gov.az/news/73.html) Hesabatın özü isə ümumiyyətlə, sayta 
yerləşdirilməyib. 
 
-
 
Dövlət  büdcəsi  və  müvafiq  qanun  layihələri  Azərbaycan 
Respublikası  Milli  Məclisinə  təqdim  edilməzdən  əvvəl  tam 
şəkildə  internetdə  yerləşdirilməsi  və  eyni  zamanda  bununla 
əlaqədar  ictimai  müzakirələr  və  dinləmələrin  təşkil  edilməsi. 
(qismən təmin olunub) 
 
Bu  məsələdə  əsas  problem  dövlət  büdcəsinin  müzakirəsindən 
öncə  açıqlanan  sənədin  tam  yetərli  olmaması  və  ictimai 
müzakirə və dinləmələrin keçirilməməsidir. 
 
 
 


89 
 
ƏLAVƏ 1. 
 
Azərbaycan Respublikası Prezidentinin 
 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə 
təsdiq edilmişdir  
 
Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər 
üçün 
Milli Fəaliyyət Planı 
 
Azərbaycan 
Respublikasında 
dövlət 
orqanlarının 
fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, 
ictimaiyyətin  iştirakının  genişləndirilməsi,  yeni  texnologiyaların 
tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir 
standartlara  uyğun  təkmilləşdirilməsi  məqsədi  ilə  2007-2011-ci 
illərdə  “Şəffaflığın  artırılması  və  korrupsiyaya  qarşı  mübarizə 
üzrə Milli Strategiya” icra edilmişdir. Strategiyada həmçinin açıq 
hökumət  prinsiplərinin  tətbiqi  üzrə  mühüm  tədbirlər  müəyyən 
edilmişdir.  Azərbaycan  Respublikası  düzgün  idarəçiliyin  təşviqi 
üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulmuşdur.  
 
Şəffaflığın  artırılması  və  açıq  hökumətin  təşviqi  ilə  bağlı 
fəaliyyətin  təkmilləşdirilməsi,  bu  sahədə  beynəlxalq  təcrübənin 
mübadiləsi  və  beynəlxalq  səylərə  öz  töhfəsini  verə  bilmək  üçün 
ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.  
Dövlət  orqanlarının  fəaliyyətində  şəffaflığın  və  açıq  hökumət 
prinsiplərinin  tətbiqi  üçün,  əsasən,  aşağıdakı  tədbirlər 
görülmüşdür: 
 
 İnformasiya  azadlığının  təmin  edilməsi  sahəsində 
2005-ci  ildə  “İnformasiya  əldə  etmək  haqqında”  Azərbaycan 
Respublikasının  Qanunu  qəbul  edilmişdir.  Qanunun  icrasına 
nəzarət  Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə 


90 
 
Müvəkkilinə  (Ombudsmana)  həvalə  edilmişdir.  “Şəffaflığın 
artırılması  və korrupsiyaya qarşı mübarizə üzrə  Milli  Strategiya” 
çərçivəsində  informasiya  əldə  edilməsinin  asanlaşdırılması  üçün 
praktiki  işlər  görülmüşdür.  Dövlət  orqanları  tərəfindən 
informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi ilə 
bağlı tədbirlər müəyyən edilmişdir. 
 
Elektron  xidmətlərin  təşkili  sahəsində  2010-cu  ildə 
ölkədə  ikinci  “Elektron  Azərbaycan”  dövlət  proqramı  qəbul 
edilmişdir.  2011-ci  il  mayın  23-də  “Dövlət  orqanlarının  elektron 
xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 
Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı  imzalanmışdır. 
Fərmana  əsasən,  dövlət  orqanları  öz  fəaliyyət  istiqamətlərinə 
uyğun  olaraq  bütün  sahələrdə  elektron  xidmətlər  təşkil  etmişlər. 
Elektron  xidmətlərin  “bir  pəncərə”  prinsipi  əsasında  təşkilinin 
təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət 
portalı  yaradılmışdır.  “Bir  pəncərə”  prinsipinin  tətbiqi  sahəsində 
2008-ci  ildən  etibarən  sahibkarlıq  subyektlərinin  qeydiyyatı  “bir 
pəncərə”  prinsipinə  uyğun  həyata  keçirilir.  Bunun  nəticəsində 
kommersiya  hüquqi  şəxslərin  qeydiyyat  (biznesə  başlama) 
prosedurlarının  sayı  13-dən  3-dək,  müddəti  isə  53  gündən  3 
günədək,  təqdim  edilməli  olan  sənədlərin  sayı  5  dəfədən  çox 
azaldılmışdır.  
 
Biznesə  başlama  sahəsində  islahatlara  görə  Azərbaycan 
Respublikası 
Dünya 
Bankının 
“Doing 
Business-2009” 
hesabatında  ən  islahatçı  dövlət  kimi  göstərilmişdir.  2011-ci  il 
iyunun 1-dən etibarən fiziki şəxslərin, 2012-ci ilin fevral ayından 
etibarən  hüquqi  şəxslərin  elektron  qaydada  qeydiyyatına 
başlanılmışdır.  Həmçinin  2008-ci  ildən  dövlət  sərhədindən 
keçirilən  malların  və  nəqliyyat  vasitələrinin  yoxlanılmasında, 
2009-cu ildən miqrasiya proseslərinin idarə olunmasında, 2011-ci 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə