Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

70 
 
 
Dövlət  Agentliyinin  tabeliyində  olan  “ASAN  xidmət” 
mərkəzlərindəki 
fəaliyyət 
istiqamətlərindən 
biri 
olan 
“Özünəxidmət”  mərkəzdə  internetə  açıq  olan  kompüterlər 
vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana 
bilmək  imkanlarının  təmin  edilməsi  üçün  nəzərdə  tutulub. 
Xüsusilə,  regionlarda  müvafiq  şəbəkənin  genişləndirilməsi 
məqsədi ilə Sumqayıt “ASAN xidmət” mərkəzində 3 ədəd, Gəncə 
“ASAN  xidmət”  mərkəzində  isə  4  ədəd  özünəxidmət  kioskları 
quraşdırılıb. 
 
Göstərdiyi elektron xidmətlərlə bağlı regionlarda fəaliyyəti 
ilə  diqqəti  çəkən  mərkəzi  icra  hakimiyyəti  orqanlarından  biri  də 
İqtisadiyyat  və  Sənaye  Nazirliyidir.  Nazirlik  hesabat  dövrü 
ərzində  59  rayonda  göstərdiyi  fəaliyyətlərlə  bağlı  təqdimatlar 
keçirib. Həmin təqdimatlardan biri “Nazirlik tərəfindən göstərilən 
elektron xidmətlər” mövzusunda olub.  
 
Bununla  yanaşı,  yaradılmış  elektron  məlumat  mənbələri 
(www.icazeler.gov.az, www.yoxlama.gov.az, www.biznesinfo.az) 
və 
digər 
elektron 
xidmətlər 
haqqında 
sahibkarları 
məlumatlandıraraq  onların  maarifləndirilməsi  üçün  nazirliyin 
təşkilatçılığı  ilə  Gəncədə,  Şəmkirdə,  Goranboyda,  Qəbələdə, 
Bərdədə, Xızıda, Qusarda, Daşkəsəndə, Xaçmazda və Yardımlıda 
təqdimatlar edilib.  
 
Vergilər nazirliyinin 11.07.2013-cü ildən göstərdiyi 50 növ 
elektron 
xidmətin 
hamısından 
bütün 
regional 
xidmət 
mərkəzlərində istifadə olunub. 
 
8-ci istiqamət:  
Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye 
sahələrində şəffaflığın artırılması 


71 
 
ORTA BAL: 1.66 
 
8.1  Mineral  Ehtiyatların  Hasilatı  ilə  Məşğul  olan  Sənaye 
Sahələrində  Şəffaflıq  Təşəbbüsünün  Azərbaycanda  davamlı 
tətbiqi  və  inkişafı  üçün  Azərbaycan  Respublikası  hökumətinin 
ölkədə  mineral  ehtiyatların  hasilatı  ilə  məşğul  olan  yerli  və 
xarici  şirkətlər,  habelə  vətəndaş  cəmiyyəti  institutları  ilə 
əməkdaşlığının davam etdirilməsi  
 
Məsul dövlət orqanları: Dövlət Neft Fondu 
İcra müddəti: 2012-2015-ci illər 
 
Ölçmək  üçün  indikatorlar:  Mineral  Ehtiyatların  Hasilatı  ilə 
Məşğul  olan  Sənaye  Sahələrində  Şəffaflıq  Təşəbbüsünün 
Azərbaycanda  davamlı  tətbiqi  və  inkişafı  üçün  Azərbaycan 
Respublikası  hökumətinin  ölkədə  mineral  ehtiyatların  hasilatı  ilə 
məşğul  olan  yerli  və  xarici  şirkətlər,  habelə  vətəndaş  cəmiyyəti 
institutları  ilə  əməkdaşlığının  davam  etdirilməsini  təsdiq  edən 
tədbirlərə dair faktlar 
 
Metodoloji əsas:  
2- tədbirlər həyata keçirilib. 
1 – tədbirlərin həyata keçirilməsinə hazırlıq aparılır. 
0 – tədbirlər həyata keçirilməyib və heç bir hazırlıq da aparılmır. 
 
İcra vəziyyəti  
Monitorinq balı: 2 
(Tədbirlər həyata keçirilmişdir) 
 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 15 yanvar 
2015-ci  il  tarixli  məktubunda  bildirilir  ki,  2014-cü  ildə 
Azərbaycanın  hasilat  şirkətləri,  vətəndaş  cəmiyyəti  və  hökumət 
nümayəndələrindən  ibarət  Çoxtərəfli  Qrupun  (ÇQ)  12  iclası  baş 


72 
 
tutub,  Azərbaycanın  MHŞT  Standartına  keçidi  ilə  əlaqədar 
dəyişiklik və yeniliklər haqqında yerli və xarici hasilat şirkətlərinə 
və  QHT  koalisiyası  üzvlərinə  seminar  keçirilib,  Azərbaycanın 
MHŞT-yə  qoşulmasının  10  illik  yubileyi  münasibətilə 
“Azərbaycan  MHŞT  daxilində  10  il.  Tarixdən  yeni  pilləyə”  adlı 
beynəlxalq konfrans təşkil edilib.  
 
Atılmış ən vacib addımlardan biri MHŞT üzrə Komissiya, 
ölkədə  hasilat  sənayesində  fəaliyyət  göstərən  xarici  və  yerli 
şirkətlər,  “Mədən  Sənayesində  Şəffaflığın  Artırılması”  QHT 
Koalisiyası arasında “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün 
Azərbaycan  Respublikasında  tətbiqinə  dair  qarşılıqlı  anlaşma 
haqqında” yeni Memorandumun imzalanması olub.  
 
Bununla  yanaşı,  1  yanvar  2015-ci  il  tarixində 
Azərbaycanda 
MHŞT 
üzrə 
Qiymətləndirmə 
prosesinin 
başlanılması  ilə  əlaqədar  24  dekabr  tarixində  MHŞT  tərəflərinə 
MHŞT üzrə “Qiymətləndirmə öncəsi seminar” keçirilib. 
 
Eyni  zamanda,  Azərbaycanda  vətəndaş  cəmiyyətinin 
MSHT prosesində iştirakı ilə bağlı yaranmış çətinliklərlə əlaqədar 
Beynəlxalq  İdarə  Heyətinin  qərarı  ilə  19-22  sentyabr  2015-ci  il 
tarixdə  Bakıya  beynəlxalq  səviyyəli  fakt  araşdırıcı  missiya 
göndərilib.  Missiya  Bakıda  İctimai  Birliklərin  “Mədən 
sənayesində  şəffaflığın  artırılması”  (MSŞA)  Koalisiyasının 
üzvləri,  digər  vətəndaş  cəmiyyəti  nümayəndələri,  diplomatik 
korpusun  təmsilçiləri  və  Çoxtərəfli  Qrup  üzvləri  ilə  görüşlər 
keçirib və müzakirələr aparıb. 
 
Beynəlxalq  səviyyəli  fakt  araşdırıcı  missiyanın  Bakı 
səfərindən sonra hazırladığı hesabatın tapıntıları Beynəlxalq İdarə 
Heyətinin  14-15  oktyabr  2015-ci  il  tarixli  iclasında  müzakirə 
olunub  və  İdarə  Heyəti  razılaşıb  ki,  Azərbaycanda  vətəndaş 


73 
 
cəmiyyətinin  vəziyyəti  qəbuledilməzdir.  Vətəndaş  cəmiyyətinin 
hazırki durumunda MHŞT-nin tətbiqi həyata keçirilə bilməz. 
 
İdarə  Heyətinin  vətəndaş  cəmiyyətini  təmsil  edən  bütün 
üzvləri MHŞT Tələbi 1.7.a-ya uyğun olaraq Azərbaycanın MHŞT 
üzvlüyünün  dərhal  müvəqqəti  dayandırılmasına  çağırıb.  İdarə 
Heyəti müzakirələri Tələb 1.3 (a-e)-yə əməl olunmadığı nəticəsinə 
gələn  fakt  araşdırıcı  missiyanın  hesabatı  əsasında  aparıb.  MHŞT 
üzrə İdarə Heyəti Azərbaycan hökumətini vətəndaş cəmiyyəti ilə 
işləməyə  və  vətəndaş  cəmiyyətinin  MHŞT-də  iştirakı  üçün 
əlverişli  şəraitin  yaradılmasına  hazır  olduğunu  yenidən  təsdiq 
etməyə çağırıb. 
 
 MHŞT  üzrə  Katiblik,  həmçinin,  tələb  edib  ki,  Azərbaycan 
hökuməti  və  MHŞT  üzrə  Çoxtərəfli  qrup  vətəndaş  cəmiyyətinin 
MHŞT çərçivəsində öz rolunu həyata keçirməsini və MHŞT üzrə 
İş planında nəzərdə tutulmuş tapşırıqları yerinə yetirməsini təmin 
etsin,  o  cümlədən  MHŞT  prosesinə  tam  cəlb  edilmiş  vətəndaş 
cəmiyyəti  nümayəndələrinin  aşağıdakıları  edə  bilməsinə  şərait 
yaratsın: 
 
1.
 
MHŞT  Koalisiyasının  vəzifələri  də  daxil  olmaqla,  vəzifələri 
icra etmək üçün lazım olan maliyyəyə sərbəst çıxış və istifadə. 
Xüsusilə,  hökumət  MHŞT  üzrə  Koalisiya,  onun  üzvləri  və 
işçilərinin  bank  hesablarına  sərbəst  çıxışını,  MHŞT  prosesi  və 
təbii  resursların  idarə  edilməsi  üzrə  fəaliyyətlər  üçün  qrant 
qeydiyyatından  keçə  bilməsini  təmin  etməlidir.  Həmçinin,  təbii 
resursların  idarə  edilməsi  üzrə  QHT  əməliyyatlarının 
məhdudlaşdırılmasına yol verilməməlidir. 
 
2.
 
MHŞT  prosesinə  tam  cəlb  olunmuş  vətəndaş  cəmiyyəti 
nümayəndələrinin MHŞT prosesi haqqında sərbəst danışması 
və təbii resursların idarə olunması haqqında fikirlərini heç bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə