Azərbaycan Xəzərin hüquqi statu su ilə bağlı bütün məsələlərin qarşılıq lı faydalı tərəfdaşlıq ruhunda həllinə



Yüklə 29,99 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix07.08.2018
ölçüsü29,99 Mb.
#61029
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


7 dekabr 2017-ci il   № 85-88 (9179)

www.seanews.az

2

Bu ilin əvvəlindən Bakı 

şəhərinin əhalisinin sayı 12,6 

min nəfər və ya 0,5 faiz arta-

raq oktyabrın 1-nə 2258,4 min 

nəfərə çatıb.

Bakı  Şəhər  Statistika  İdarə-

sindən    bildiriblər  ki,  əhalinin 

49,6  faizini  kişilər,  50,4  faizini 

qadınlar təşkil edir. Bir kvadrat-

kilometrə  düşən  əhalinin  sıxlığı 

1055 nəfər olub. Yanvar-sentyabr 

aylarında Bakı şəhəri üzrə əhali-

nin ümumi artımı əsasən təbii ar-

tım hesabına baş verib.

Ədliyyə Nazirliyinin rayon 

(şəhər) qeydiyyat şöbələri tərə-

findən cari ilin yanvar-sentyabr 

ayları  ərzində  Bakı  şəhərində 

22840  doğulmuş  körpə  qeydə 

alınıb  və  bu  göstərici  əhalinin 

hər min nəfərinə hesabı ilə 13,6 

təşkil edib. Doğulanların 268-i 

əkiz, 4-ü isə üçəmdir. Doğulan 

körpələrin 52,6 faizi oğlan, 47,4 

faizi isə qız uşaqlarından ibarət 

olub.


Cari  ilin  yanvar-sentyabr 

aylarında  Bakı  şəhərində  9746 

ölüm halı qeydə alınıb və əha-

linin  hər  1000  nəfərinə  ölüm 

səviyyəsi ötən illə müqayisədə 

dəyişməmiş 5,8 olaraq eyni qa-

lıb.

Doqquz ayda qeydiyyat şö-



bələri tərəfindən 11968 nikah və 

3698 boşanma halları qeydə alı-

nıb.  Əhalinin  hər  1000  nəfərinə 

nikahların sayı 7,1 boşanmaların 

sayı isə 2,2 olub.

“Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” 

QSC-nin İnsan Resurs-

larının İdarəedilməsi 

Departamenti (İRİD) 

tərəfindən üzən heyətin 

işə qəbulunda  yeniliyin 

tətbiqinə başlanılıb. 

Bundan sonra namizəd-

lərin nəzəri bilikləri işə 

qəbul prosesinin ilkin mərhələ-

sində test imtahanı vasitəsi ilə 

yoxlanılacaq. Məqsəd prosesi 

təkmilləşdirmək və güclü kadr 

bazası yaratmaqdır.

“AXDG”  QSC-nin    rəsmi 

saytında  26  sentyabr  2017-ci  il 

tarixində  elan  olunan  “matros”, 

“motorçu”  və  “elektrik”  vakan-

siyaları haqqında məlumatlar də-

nizçilik üzrə peşəkar karyerasını 

inkişaf  etdirmək  istəyənlər  tərə-

findən böyük maraqla qarşılanıb.

İmtahan  tam  şəffaf  qaydada 

baş  tutub.  İlk  gündə  imtahanda 

ümumilikdə  53  namizəd  biliklə-

rini sınayıb. İRİD, Audit Depar-

tamentinin  mütəxəssislərindən 

və  kənar  təşkilatların  nümayən-

dələrindən ibarət heyət tərəfindən 

prosesə xüsusi nəzarət həyata ke-

çirilib.


Namizədlərə  100  sualı  ca-

vablandırmaq  üçün  iki  saat  vaxt 

verilib.  İddiaçılar  imtahanın  nə-

ticələrini  yerindəcə  öyrəniblər. 

80  və  daha  çox  bal  toplayanlar 

müsahibə mərhələsinə dəvət olu-

nacaqlar.

Xatırladaq  ki, AXDG-də  işə 

qəbul  olunmaq  istəyən  şəxslər 

şirkətin  www.acsc.az  korpora-

tiv  veb-səhifəsinin  “Karyera” 

bölməsinə  daxil  olmalı,  bilik  və 

bacarığına  uyğun  vakansiyanı 

seçərək  vahid  elektron  müraciət 

formasını doldurmalıdırlar.

aXdG-də üzən heyətin işə Qəbulu ilə 

bağlı yeniliyin tətbiQinə başlanılıb

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-nin  Nəq-

liyyat  Donanmasına  məxsus 

“Şuşa” tankeri əsaslı təmir 

olunub.

“Zığ”  Gəmi  Təmiri  və  Ti-

kintisi Zavodunda aparılan işlər 

tam uğurla başa çatdırılıb.  

Tankerin  sualtı  və  suüstü 

hissələri  təmizlənərək  rənglə-

nib.  Avar  vallarının,  pərlərin, 

baş  göyərtədə    buxar  borusu, 

köməkçi  qazanların   klapanları, 

baş  və  köməkçi  mühərriklər-

də  yağ  və  hava soyuducuları   

əsaslı təmir olunub. 

Gəminin  idarəetmə  sistem-

ləri  sazlanıb.  Gövdə  hissəsində 

lazımi  gövdə-qaynaq  işləri  apa-

rılıb.


Tərsanə  təmiri  zamanı  gə-

minin  sualtı  hissəsi,  sükan  və 

köməkçi qurğuları, kinqston qu-

tuları, lövbər zəncirləri, nasoslar 

da  təmir olunub.

Məlumat  üçün  bildiririk  

ki,  “Şuşa”  tankerinin  uzunluğu 

149.9,  eni  17.3  metr,  maksimal 

sürəti 12 uzeldir. 

Xatırladaq  ki,  “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  QSC-

nin  tanker  donanması  Xəzər 

hövzəsində  aparıcı  mövqeyə 

malikdir. Yükdaşımalarda xüsu-

si çəkisini saxlamaq üçün donan-

manın yeni gəmilərlə zənginləş-

məsinə xüsusi fikir verilir. Yaxın 

gələcəkdə  gəmiqayırmanın  son 

nailiyyətləri  əsasında  inşa  olu-

nan yeni tankerlər  hesabına do-

nanmanın  daha  da  gücləndiril-

məsi planlaşdırılır.



“şuşa” tankeri təmir olunub

Tbilisidə İkinci İpək yolu bey-

nəlxalq konfransı keçirilib. İki gün 

davam edən konfransda 50 ölkədən 

mindən çox nümayəndə iştirak edib.

Tədbirdə Azərbaycanı  nəqliyyat,  ra-

bitə və yüksək texnologiyalar naziri Ra-

min Quluzadə, “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, 

“Azərbaycan  Dəmir  Yolları”  QSC-nin 

sədri  Cavid  Qurbanov  və  digər  rəsmi 

şəxslər təmsil ediblər.

Tədbiri  Gürcüstanın  Baş  naziri  Gi-

orgi  Kvirikaşvili  açaraq  ölkəsinin  tarixi 

İpək Yoluna böyük önəm verdiyini bildi-

rib. Baş nazir Gürcüstanın iqtisadi inkişa-

fı, beynəlxalq layihələrdə iştirakı, inves-

tisiya  imkanları  barədə  ətraflı  məlumat 

verib.

Konfransda ilk dəfə olaraq Ukrayna 



və Moldovanın baş nazirləri və Sloveniya 

baş nazirinin müavini iştirak ediblər.

Konfransda böyük İpək Yolunun in-

kişafı,  regional  təhlükəsizlik,  iqtisadi, 

enerji,  infrastruktur  layihələri,  logistika, 

regional əməkdaşlıq məsələləri müzakirə 

olunub. Çıxışlarda Cənubi Qafqaz ölkələ-

rinin, xüsusən Azərbaycanın, Türkiyənin 

və  Gürcüstanın  Avropanın  enerji  təh-

lükəsizliyindəki rolu xüsusi qeyd olunub. 

Eyni zamanda, hər üç ölkənin iştirakı ilə 

reallaşdırılan  nəqliyyat  layihələri,  yara-

dılan  nəqliyyat  infrastrukturları,  logistik 

mərkəzlərin  əhəmiyyəti  vurğulanıb.  Bil-

dirilib ki, iki gün davam edən müzakirələr 

zamanı  Asiya  ilə  Avropanı  birləşdirən 

nəqliyyat  dəhlizlərinin  inkişafı,  yeni 

mərkəzlərin yaradılması və s. təkliflər ol-

duqca əhəmiyyətlidir. İştirakçı ölkələr bu 

təkliflərin  reallaşdırılması  istiqamətində 

səmərəli iş aparmalıdırlar.

Müzakirələr  zamanı  vurğulanıb  ki, 

yeni  layihələr  həm  də  geniş  investisiya 

imkanları  açır.  Beynəlxalq  maliyyə  qu-

rumları, eləcə də ayrı-ayrı dövlətlər bun-

dan  səmərəli  istifadə  edəcəklər.  Bu  da 

xalqların və ölkələrin inkişafında mühüm 

rol oynayacaq.

Tədbirdə,  həmçinin  həyata  keçirilən 

iri  regional  neft  və  qaz  layihələri,  eləcə 

də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 

diqqət mərkəzində olub.

Nəqliyyat  infrastrukturunun  inkişafı 

məsələlərinə həsr olunmuş panel iclasın-

da Azərbaycanın nəqliyyat, rabitə və yük-

sək texnologiyalar naziri Ramin Quluza-

də çıxış edib.

Nazir  deyib  ki,  Azərbaycanda  əsası 

ümummilli  lider  Heydər  Əliyev  tərəfin-

dən  qoyulmuş  dayanıqlı  inkişaf  strate-

giyasını  Prezident  İlham  Əliyev  uğurla 

davam etdirir. Azərbaycan bu kontekstdə 

nəqliyyat  strukturunun  inkişafına  xü-

susi  önəm  verir.  Yeni  infrastrukturların, 

logistik mərkəzlərin yaradılması, xidmə-

tin  keyfiyyətinin  yüksəldilməsi  diqqət 

mərkəzindədir.

Ramin  Quluzadə  bildirib  ki,  Azər-

baycan  Şimal-Cənub  və  Şərq-Qərb  nəq-

liyyat  dəhlizlərinə  böyük  önəm  verir  və 

bu layihələrin inkişafında fəal iştirak edir. 

2004-cü ildə Azərbaycanda 11 min kilo-

metr uzunluğunda avtomobil yolu salınıb 

və bunun 1300 kilometri məhz Şərq-Qərb 

və  Şimal-Cənub  nəqliyyat  dəhlizlərini 

əhatə edib.

Nazir  hazırda  tikintisi  davam  edən 

Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanı 

barədə də ətraflı məlumat verib. Bildirib 

ki, bu liman təkcə Azərbaycan üçün deyil, 

bütövlükdə region üçün mühüm əhəmiy-

yət kəsb edir. Limanın tikintisinin birinci 

fazası  başa  çatdıqdan  sonra  mal  dövriy-

yəsi 15 milyon ton, konteyner daşınması 

isə  100  min  təşkil  edəcək.  Limanın  ti-

kintisi tam başa çatdıqdan sonra isə mal 

dövriyyəsinin 25 milyon tona, konteyner 

daşınmasının isə 1 milyona çatdırılacağı 

gözlənilir.

Azərbaycanın  dəmir  yolunun  da 

modernləşdirildiyini  deyən  nazir  Ba-

kı-Tbilisi-Qars dəmir yolu xəttinin açılı-

şını xüsusi qeyd edib. Bildirib ki, bu yol 

Azərbaycan,  Gürcüstan  və  Türkiyənin 

birgə səyləri nəticəsində tikilib. Bu layihə 

bizim  ölkələrimiz  arasında  əməkdaşlığı 

genişləndirməklə  yanaşı,  ticarət  dövriy-

yəsinin və investisiya yatırımlarının artı-

rılması üçün də yeni imkanlar yaradacaq.

“Azərbaycanın 

əsas 

məqsədi 


Trans-Avropa və Trans-Asiya dəhlizlərini 

birləşdirəcək yeni nəqliyyat infrastruktu-

ru yaratmaqdır”, - deyə R.Quluzadə çıxı-

şında vurğulayıb.

Nazir  İpək  Yolu  Forumunun  işini 

yüksək qiymətləndirib və deyib ki, bu Fo-

rum ölkələrimiz arasındakı əməkdaşlığın 

daha da dərinləşməsinə xidmət edəcək.



RAMİN QuLuzADƏ: “məQsədimiz trans-avropa və trans-asiya dəhlizlərini 

birləşdirəCək yeni nəQliyyat infrastrukturu yaratmaQdır”

Q.Məmmədov adına Bakı Dəniz yolları 

Məktəbində 1973-1977-ci illərdə təhsil almış 

3-cü rotanın 534-cü qrupunun müdavimləri 

məktəbi bitirmələrinin 40 illiyi münasibətilə 

Azərbaycan Dövlət Dəniz Akademiyasında 

təşkil olunmuş görüşdə iştirak ediblər. 

Məzunlar  “Gəmi  energetik  qurğuları”  ka-

fedrasının  tədris  elmi  laboratoriyasında  dizel 

generatorları, dizel mühərriklərinin tədqiqat sı-

naq qurğusu, yanacaq və yağ separatoları, hava 

kompressorları, dizel mühərriklərinin işə salın-

ma sistemləri və digər köməkçi mexanizmlərlə, 

həmiçinin MR 3D trenajoru ilə tanış olublar.  

Sonra  “Dəniz  naviqasiyası”  fakültəsinə 

mənsub radarla müşahidə və təsvir, elektron xə-

ritəçəkmə,  dəniz  astronomiyası  və  naviqasiya 

çəkilişi, multimedia öyrədici modul trenajorla-

rı, ixtisaslaşmış auditoriyalarla tanış olaraq çox 

məmnun qaldıqlarını bildiriblər.

İnformasiya  resurs  mərkəzinin  zəngin  ki-

tabxana fondu və ADDA-nın tarixi muzeyi ilə 

yaxından  tanış  olan  qonaqlar  xatirə  kitabına 

ürək sözləri və xoş təəssüratlarını yazıblar.

Akademiyada təhsil aldıqları dövrü indiki 

ilə müqayisə edən məzunlar  əldə edilən uğur-

ların sevindirici olduğunu bildiriblər.

Görüşü təşkil etdiyi üçün qonaqlar akade-

miya  rəhbərliyi  və  kollektivinə  dərin  minnət-

darlıqlarını bildiriblər.



40 ilin məzunları dəniz akademiyasında olublar

Dekabrın 5-də İran Hərbi 

Dəniz Qüvvələrinin Xəzər 

dənizindəki komandanlığına 

“Sipər” adlı yeni hərbi gəmi 

verilib.

Bu  münasibətlə  Ənzəli 

şəhərində  keçirilən  mərasimdə 

çıxış edən İranın müdafiə nazi-

ri  general  Əmir  Hatəmi  Xəzər 

dənizini sülh və dostluq dənizi 

adlandırıb. Yeni raket gəmisi-

nin  bütünlüklə  İran  istehsalı 

olduğunu bildirən nazir deyib 

ki,  İranın  məqsədi  dənizdə 

təhlükəsizliyi qoruyub saxla-

maqdan ibarətdir.

Nazir  raket  gəmisinin 

yeni  texnologiyalarla  təchiz 

olunduğunu da diqqətə çatdı-

rıb.


ilin əvvəlindən bakının 

əhalisi 12,6 min nəfər artıb

Xəzər dənizinə yeni 

hərbi Gəmi buraXılıb

böyük ipək yoluna 

dair yol Xəritəsi imzalanıb

ukrayna və Çin Avropa ilə Asiyanı 

birləşdirən böyük İpək yoluna dair yol 

xəritəsi imzalayıb.

Bu barədə Ukraynanın İqtisadi İnki-

şaf və Ticarət Nazirliyi məlumat yayıb.

Məlumatda  qeyd  olunub  ki,  bu  yol 

xəritəsi  böyük  İpək Yolu  layihəsinin  iş-

tirakçıları üçün mühüm əhəmiyyətə ma-

likdir.  Bildirilib  ki,  bu  yol  xəritəsi  üzrə 

böyük İpək Yolu ölkələri tranzit daşıma-

larını həyata keçirəcəklər.

Qeyd  edək  ki,  böyük  İpək  Yolu  la-

yihəsinə  Azərbaycan,  Türkiyə,  Gürcüs-

tan, Qazaxıstan, Ukrayna, Çin və Avropa 

ölkələri daxildir.



Yüklə 29,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə