Azərbaycan Xəzərin hüquqi statu su ilə bağlı bütün məsələlərin qarşılıq lı faydalı tərəfdaşlıq ruhunda həllinə



Yüklə 29,99 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix07.08.2018
ölçüsü29,99 Mb.
#61029
1   2   3   4   5   6   7   8

Müsahibimiz Fuad Qurbanov 

42 ildir gəmiçilik sahəsindədir. 

Sahildə çalışsa da, işi heç də  asan 

deyil. Çünki, gəmi təmiri kimi asan 

olmayan bir sahəyə nəzarət edir. 

Təmir zamanı kiçik bir yanlışlığın 

belə, dənizdə böyük faciəyə səbəb ola 

biləcəyini nəzərə alsaq, Fuad Qurba-

novun məsuliyyətini  anlamaq  çətin 

olmaz. 

“Bibiheybət”  Gəmi  Təmiri  Zavo-

dunun baş mühəndisi üçün vicdan çox 

önəmlidir. Deyir ki, işini vicdanla gör-

dünsə, nəticə də yaxşı olacaq.

Hər  halda  bu  günlərdə  iki    mil-

yardıncı ton neftin hasil edilməsi mü-

nasibəti  ilə  Prezident  İlham  Əliyevin 

sərəncamı  ilə  ona  verilən  “Əməkdar 

mühəndis” fəxri adı da həm də  işinə 

vicdanla yanaşmasının nəticəsidir.

-  fuad  müəllim,  əməyiniz  çox 

yüksək qiymətləndirilib. təbrik edi-

rik.

- Çox sağ olun! Bundan qabaq da 

mükafatlarım  olub.  “Tərəqqi”  meda-

lına,  “Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyi” QSC-nin “Fəxri Fərmanı”na 

layiq görülmüşəm. Həmişə də etimadı 

doğrultmaq üçün əlimdən gələni əsir-

gəməmişəm.



-  bir  az  keçmişə  qayıdaq.  necə 

oldu ki, taleyinizi gəmiçiliklə bağla-

dınız?

- Məktəbi bitirdikdən sonra sənəd-

lərimi keçmiş Azərbaycan Neft Kimya 

İnstitutuna  verdim.  SSRİ-nin  başqa 

şəhərlərində  oxumaq  üçün  32  ixti-

sas  seçimi  imkanım  var  idi.  Mühən-

dis-mexanik ixtisasını seçdim.  Və beş 

il  Leninqradda  Su  Nəqliyyatı  İnstitu-

tunda  oxudum.  1975-ci  ildə  Bakıya 

qayıtdım.  “Bibiheybət”  Gəmi  Təmi-

ri  Zavodunda  işə  başladım.  Əvvəlcə 

mexaniki  sexdə  usta,  sonra  İstehsalat 

şöbəsində  iş  icraçısı  oldum.  1983-

1985-ci  illərdə  Finlandiyada  Azər-

baycan  üçün  tikilən  gəmilərə  nəzarət 

edirdim. Qayıtdıqdan sonra  İstehsalat 

şöbəsinin  mühəndis  texnoloqu,  Tex-

niki  nəzarət  şöbəsinin  rəisi  işlədim. 

1989-cu ildən zavodun keyfiyyət üzrə 

direktor müavini idim.  1994-cü ildən 

XDND-də  Texniki  şöbədə  çalışdım. 

2007-ci  ildən  isə  “Bibiheybət”  Gəmi 

Təmiri Zavodunun baş mühəndisiyəm.

- fuad müəllim, işinizin özəlliyi 

barədə nə deyə bilərsiniz?

-Biz  gəmi  təmiri  ilə  məşğuluq. 

Belə bir söz var, deyirlər ki, istehsalat-

da ən çətin sahə gəmi təmiridir. Hətta 

gəmiqayırmadan  belə  mürəkkəbdir. 

Çünki,  hər  gəminin  öz  xüsusiyyəti 

var. Təmirçi bütün gəmini tanımalıdır. 

Burda səhv etmək olmaz. Təmir zama-

nı maksimum diqqətli olmaq lazımdır. 

Və ən əsası bir şeyi demək istəyirəm. 

Bizim  iş  komanda  işidir.  Kollektivdə 

bir nəfərin etdiyi yalnışlığın əziyyətini 

hamı çəkir. Elə qazandığımız uğur da 

hamımızın olur. “Əməkdar mühəndis” 

fəxri  adını  da  bütün  kollektivimizin 

əməyinə  verilən yüksək qiymət kimi 

dəyərləndiririk.

-  maraqlıdır,  ailənizdə  sizdən 

başqa dənizçi varmı?

- Deyilənə görə əmim Sadıq Hey-

dər  oğlu  Qurbanov  gəmi  sürücüsü 

olub.  Böyük  Vətən  müharibəsindən 

qayıtmayıb.

- sonda həmkarlarınıza deyəcək 

sözünüz varsa, buyurun.

- İşə vicdanla yanaşmaq lazımdır. 

Xəzər  Dəniz  Gəmiçiliyində  vicdanla 

çalışan  hər  kəsin  əməyi  yüksək  qiy-

mətləndirilir. 

Rövşən Abdurəhmanov                                  

“Gəmi təmirində səhv etmək olmaz”

Bakı-Tbilisi-Qars dəmir yolu 

Avrasiya məkanındakı bütün polad 

magistralların birləşdiricisi funk-

siyasına malikdir. Bu şəbəkəyə qo-

şulmaq, öz siyasətini sülh və inkişaf 

prinsipləri ilə quran bütün ölkələrin 

maraqlarını tam şəkildə təmin edir.

Oktyabrın 30-da açılışı Bakı Bey-

nəlxalq  Dəniz  Ticarət  Limanında  təş-

kil  olunan  Bakı-Tbilisi-Qars  dəmir 

yolunun dünya daşımaçılıq sisteminin 

inkişaf  perspektivləri  üçün  yeni  bir 

mənzərə yaradıb. Hazırda iqtisadiyyat 

üzrə  ekspertləri  düşündürən  çox  mü-

hüm məsələ budur: Avrasiya məkanın-

dakı dəmir yollarını birləşdirmək üçün 

daha hansı layihələr perspektivli sayıla 

bilər. Əvvəlcədən qeyd etmək istərdik 

ki,  Bakı-Tbilisi-Qars  dəmir  yolunun 

alternativi  yoxdur  və  olmayacaq.  Bu 

mühakiməni  əsaslandıran  aşağıdakı 

arqumentlər mövcuddur:

-  Bakı-Tbilisi-Qars  dəmir  yolu 

marşrutu Qafqaz bölgəsini və Mərkəzi 

Asiya məkanını Cənubi Avropa və Cə-

nub-Şərqi Asiya ölkələri ilə birləşdirən 

ən səmərəli və o cümlədən artıq möv-

cud olan xətdir;

-  Bakı-Tbilisi-Qars  dəmir  yolu 

NATO  ölkəsi  olan  Türkiyədən  keç-

məklə Cənubi Avropaya birbaşa birlə-

şir;


-  Yaxın  gələcəkdə  Bakı-Tbili-

si-Qars  dəmir  yolunun  bütün  Avropa 

və Cənub-Şərqi Asiya ilə birləşməsin-

də problemlər görünmür;

-  Bu  polad  magistral  Avrasiyada 

bütün ölkələrin idxal və ixrac maraqla-

rını tamamlayır və s.

Əlbəttə  ki,  hər  bir  beynəlxalq  iq-

tisadi  layihənin  dünya  üçün  əhəmiy-

yətinin  mühüm  göstəricilərindən  biri 

də  dünya  KİV-lərinin  ona  göstərdiyi 

diqqətdir. Bakı-Tbilisi-Qars dəmir yo-

lunun istifadəyə verilməsi Azərbaycan, 

Türkiyə və Gürcüstanın birbaşa maraq-

larını əks etdirdiyi üçün bu üç ölkə me-

diasında yayılan informasiyaları nəzərə 

almadan deyə bilərik ki, haqqında bəhs 

etdiyimiz  polad  magistralın  açılışı  və 

onun üzərindən ilk konteyner yük qa-

tarının  mənzil  başına  uğurla  çatması 

dünya KİV-ləri tərəfindən geniş şəkildə 

şərh olunur. Məsələn: İordaniya Krallı-

ğının “Əmman əl-Urduniyyə” saytında 

və  “Əş-Şahid”  qəzetində,  İspaniyanın 

“La  Vanguardia”  nəşrində,  Moldova-

nın aparıcı xəbər portalı və böyük oxu-

cu  auditoriyasına  malik  Tribuna.md 

saytında,  Avropa  İttifaqı  məsələlərini 

işıqlandıran  "EurActiv"  xəbər  porta-

lında, İtaliyanın “L’Opinione” qəzetin-

də  və  “Notizie  Geopolitiche”  analitik 

portalında, Monteneqronun “Volimpo-

dgoricu.me”,  “Dijaspora.news”,  Öz-

bəkistanın “kun.uz” və “podrobno.uz” 

xəbər  portallarında  Bakı-Tbilisi-Qars 

dəmir  yolunun  istifadəyə  verilməsinə 

dair  məlumatlarda  və  məqalələrdə  bu 

yolun Avrasiya məkanında daşınmalar 

prosesinə təsiri, yeni istifadəyə verilən 

polad magistralın iqtisadi inkişaf üçün 

vədləri,  eləcə  də  ona  qoşulmaq  üçün 

perspektivdə olan digər dəmir yolu la-

yihələri barədə maraqlı informasiyalar 

var.  Bundan  başqa,  Bakı-Tbilisi-Qars 

dəmir  yolunun  oktyabrın  30-da  Bakı 

Beynəlxalq  Dəniz  Ticarət  Limanında 

keçirilmiş təntənəli açılış mərasimində 

çəkilmiş  foto  Rusiyanın  TASS  agent-

liyinin  “Həftənin  ən  yaxşı  13  fotosu” 

layihəsində təqdim olunub.

Qeyd etmək lazımdır ki, Qazaxıs-

tanın  Kokşetau  stansiyasından  Tür-

kiyənin  Mersin  şəhərinə  yola  düşən 

birinci  konteyner  qatarı  “Azərbaycan 

Dəmir  Yolları”  QSC-nin  vaqonlarına 

yüklənmiş  “NK  “KTZ”  SC-yə  məx-

sus otuz 20 futluq konteynerdən ibarət 

olub. Qablaşdırılmış taxıl daşıyan qatar 

noyabrın 4-də 10 gün ərzində 5435 ki-

lometr məsafə qət edərək mənzil başı-

na çatıb. 

Bakı-Tbilisi-Qars  dəmir  yolunun 

perspektivləri  barədə  fikir  və  müla-

hizələrimizi  bölüşərkən  təbii  ki,  ilk 

olaraq,  hazırda  tikintisi  uğurla  aparı-

lan Şimal-Cənub nəqliyyat dəhlizində 

dəmir  yolu  şəbəkəsinin  qurulmasına 

toxunmamaq  mümkün  deyil.  Çünki 

məhz  Astara  (İran)-Astara  (Azərbay-

can) dəmir yolu xətti istifadəyə veril-

məsi  ilə  Azərbaycan  Respublikasının 

ərazisi Avrasiya məkanının polad ma-

gistralında  dörd  yol  ayrıcı  funksiyası 

qazanacaq.  Ən  son  məlumata  görə, 

Astara (İran)-Astara (Azərbaycan) də-

mir  yolu  xəttinin  2017-ci  il  dekabrın 

sonunda  istifadəyə  verilməsi  planlaş-

dırılıb.  Mütəxəssislər  hesab  edirlər 

ki,  bu  yol  xətti  istifadəyə  veriləndən 

sonra  yüklərin  daşınması  üçün  tətbiq 

edilən  tariflər  azaldıla  bilər.  Bu  isə 

tranzit daşımaları həyata keçirən, elə-

cə də istehsalçı və tədarükçü şirkətlər 

üçün  ən  yaxşı  cəlbedicilik  üsuludur. 

Məhz bu yolla gələn ilin sonuna kimi 

İran  Azərbaycan  üzərindən  Belarusa 

və Rusiyaya 2 milyon tondan çox yü-

kün  daşınmasını  planlaşdırır.  Bundan 

başqa, İran tərəfinin rəsmi mövqeyinə 

görə,  Qəzvin-Rəşt  dəmir  yolunun  da-

vamı olan Rəşt-Astara dəmir yolu 3 il 

ərzində  inşa  edilərək  istismara  verilə-

cək. Qeyd olunub ki, Belarusun, Bal-

tikyanı  dövlətlərinin  və  Finlandiyanın 

“Şimal-Cənub”  beynəlxalq  nəqliyyat 

dəhlizinə  maraq  göstərmələri  həyata 

keçirilən  işlərin  sürətlənməsinə  səbəb 

olacaq.  Bundan  başqa,  İranın  dövlət 

büdcəsindən  Zahedan-Səbəhar  dəmir 

yolunun  çəkilişinə  125  milyon  dollar 

vəsait  ayrılıb.  630  kilometrlik  yolun 

çəkilişinə 2014-cü ildə başlanıb. Gələn 

ilin mart ayında Zahedan-Səbəhar də-

mir  yolunun  100  kilometrlik  hissəsi 

istismara veriləcək.

Bu  yaxınlarda  Bakı-Tbilisi-Qars 

dəmir yolu xəttinin fəaliyyətə başlama-

sı və Azərbaycan, Gürcüstan, Türkiyə 

vasitəsilə Avropaya yeni tranzit dəhli-

zinin açılmasına Əfqanıstan hökuməti 

də çox böyük maraq göstərir.

Qeyd  edək  ki,  2017-ci  ilin 

yanvar-sentyabr  aylarında  Avro-

pa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizinin 

Azərbaycan  hissəsində  daşınmış  yük-

lərin həcmi 38911,8 min ton, yük döv-

riyyəsi isə 8343,7 milyon ton-kilometr 

olub.  Azərbaycan  Dövlət  Statistika 

Komitəsinin  məlumatına  görə,  yük-

lərin 24013 min tonu və ya 61,7 faizi 

avtomobil nəqliyyatı, 9589,8 min tonu 

və ya 24,7 faizi dəmir yolu nəqliyya-

tı, 5309 min tonu və ya 13,6 faizi də-

niz nəqliyyatı ilə daşınıb. 2016-cı ilin 

müvafiq  dövrü  ilə  müqayisədə  dəhliz 

vasitəsilə daşınmış yüklərin həcmində 

4,7  faiz  artım  müşahidə  edilib.  Dəh-

liz vasitəsilə daşınmış yüklərin 19 fa-

izini və ya 7386,3 min tonunu tranzit 

yüklər  təşkil  edib.  Əlavə  edə  bilərik 

ki,  Azərbaycanın  tranzit  potensialı-

nı  artıracaq  digər  marşrutlarla  yanaşı 

“Şimal-Cənub”  Beynəlxalq  Nəqliyyat 

Dəhlizi  mühüm  əhəmiyyət  kəsb  edən 

layihələrdən  biridir.  Dəhliz  Hindis-

tan-İran–Azərbaycan–Rusiya–Skandi-

naviya və Şimalı Avropa marşrutu üzrə 

fəaliyyət  göstərir. Artıq  sınaq  məqsə-

dilə  “Şimal-Cənub”  Nəqliyyat  Dəh-

lizi ilə Rusiyadan İrana taxta daşınıb. 

Nəzərə almaq lazımdır ki, Bakı-Tbili-

si-Qars dəmir yolu və “Şimal-Cənub” 

Nəqliyyat  Dəhlizi  sayəsində  keçmiş 

SSRİ  məkanından  Azərbaycana  daxil 

olan  qatarların  qısa  zaman  kəsiyində 

İran və Anadolu məkanına çatması tə-

min olunub.

Son  vaxtlar  belə  bir  informasiya 

yayılmaqdadır  ki,  guya  Qazaxıstan 

və Rusiya tərəfləri Çindən dəmir yolu 

çəkməklə Avropaya yeni çıxış əldə et-

məklə Bakı-Tbilisi-Qars dəmir yoluna 

alternativ  polad  magistral  yaradacaq-

lar.  Əvvəldə  qeyd  etdiyimiz  kimi  nə 

hazırda,  nə  də  gələcəkdə  heç  bir  po-

lad  magistral  Bakı-Tbilisi-Qars  dəmir 

yoluna  alternativ  ola  bilməz.  Çünki 

Bakı-Tbilisi-Qars  dəmir  yolu  məhz 

Qazaxıstan və Rusiya üçün də Qafqa-

za,  Anadoluya  və  Cənubi  Avropaya 

birbaşa  çıxış  keçididir.  Nəzərə  almaq 

lazımdır  ki,  Rusiya  Federasiyasının 

Cənubi Avropa ölkələri ilə birbaşa quru 

sərhədi  yoxdur.  Rusiya  Cənubi Avro-

paya  qurudan  Baltikyanı  ölkələr,  Uk-

rayna və yaxud Belarus vasitəsilə çıxa 

bilir.  Bundan  başqa,  daşımalar  üzrə 

mütəxəssislər əsaslandırırlar ki, dəmir 

yolu nəqliyyatı şirkətləri üçün ən sərfə-

li variant qatarların bütün istiqamətdə 

boş  hərəkət  etməməsidir.  Bakı-Tbili-

si-Qars  dəmir  yoluna  birləşən  polad 

magistralların keçdiyi ölkələrin iqtisa-

di resursları, idxal etdikləri məhsullar 

fərqlidir. Odur ki, bu yolla vaqonların 

boş  hərəkəti  riski  yox  dərəcəsindədir. 

Bu  hal  Qazaxıstan  və  Rusiyaya  da 

imkan verir ki, həm özlərinin idxal və 

ixracına,  həm  də  tranzit  daşımalarda 

fəal  iştirak  etsinlər.  İkincisi,  zəngin 

təbii  ehtiyatlara  malik  Qazaxıstan  və 

Rusiya tarixdə ilk dəfədir ki, məhz Ba-

kı-Tbilisi-Qars  dəmir  yolu  vasitəsilə 

Yaxın  Şərqə  və  Afrikaya  dəmir  yolu 

ilə çıxış perspektivi əldə ediblər. Təbii 

ki, bu Türkiyənin yaxın gələcəkdə öz 

dəmir yolu şəbəkəsini sərhədlərə doğru 

şaxələndirmək  siyasətindən  və  Yaxın 

Şərqdəki  sülh  prosesindən  asılıdır. 

Türkiyə rəsmilərinin bu barədə nikbin 

açıqlamaları isə deməyə əsas verir ki, 

belə  bir  prosesin  baş  verməsinə  ümid 

etmək mümkündür.

Sabir Şahtaxtı

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



www.seanews.az

7 dekabr 2017-ci il   № 85-88 (9179)

3

bakı-tbilisi-Qars dəmir yolu bütün 

avrasiya üçün CəlbediCi və perspektivlidir

2018-ci ildə ölkəmizdə azad 

iqtisadi zonaların (Aİz) istifa-

dəyə verilməsi nəzərdə tutulur. 

Bu məqsədlə artıq Bakı Bey-

nəlxalq Dəniz Ticarət Limanın-

da ilk istehsal müəssisəsinin 

fəaliyyətə başlaması üçün lazımi 

infrastruktur yaradılıb.

Vergilər  Nazirliyinin  Media 

və  Kommunikasiya  Mərkəzin-

dən bildirilib ki, bu cür ərazilərdə 

yerli  və  xarici  sahibkarlar  üçün 

əlverişli  iqtisadi  şəraitə  malik  olan  və 

digər  ərazilərə  münasibətdə  xüsusi 

hüquqi rejimli məhdud sahələrdir. Əra-

zidə  sadələşdirilmiş  gömrük  və  vergi 

prosedurları  həyata  keçirilir,  istehsal 

edilən  mallar  milli  gömrük  xaricində 

olan obyektlər kimi qəbul edilir və bu 

səbəbdən də adi gömrük nəzarətinə və 

vergitutmaya cəlb olunmur.

Qeyd  olunub  ki,  AİZ  ərazisində 

tətbiq olunan vergi güzəştləri də inves-

tisiyaların cəlb edilməsi baxımından əl-

verişli hesab olunur. Bakı Dəniz Ticarət 

Limanı  hazırda  Azərbaycanın  tranzit 

imkanlarının dünyaya təqdim olunması 

baxımından  mühüm  strateji  məkandır 

və  bu  sahədə  səmərəli  vergi-fiskal  si-

yasətin həyata keçirilməsi mühüm əhə-

miyyət daşıyır.

Vergi Məcəlləsinə edilmiş dəyişik-

liklər  Azərbaycan  ərazisindən  xarici 

dövlətlərə  daşınan  malların  3  il  müd-

dətinə yol vergisindən azad olunmasını 

nəzərdə tutur ki, bu da AİZ-dəki liman-

dan daşımaların artmasını stimullaşdı-

racaq.  Bu  siyasət  ölkədən  xarici  döv-

lətlərə məhsul ixrac edən sahibkarların 

daşınma xərclərinin aşağı salınmasında 

və onların ixrac imkanlarının yaxşılaş-

dırılmasında mühüm rol oynayacaq.

Dəniz limanının birinci fazası üzrə 

illik  yükaşırma  qabiliyyətinin  15  mil-

yon tona çatacağı gözlənilir.



bakı limanında ilk istehsal 

müəssisəsinin fəaliyyətə başlaması 

üçün lazımi infrastruktur yaradılıb

Gündüz Qədimov 1954-cü 

ildə Biləsuvar rayonunda do-

ğulub. 1970-ci ildə Politexnik 

Texnikumuna daxil olub. Əmək 

fəaliyyətinə Ağdam kənd təsər-

rüfatı texnika birliyinin təmir 

emalatxanasında çilingər kimi 

başlayıb. Burada cəmi bir il 

işləyib. Dəniz eşqi onu 1977-ci 

ildə “Xəzərdənizneftdonanma” 

idarəsinə gətirib. Sular qoynunda 

ilk səfərlərinə motorçu kimi çıxan 

Gündüz Qədimov xidmət pillələri 

ilə uğurla addımlamağı bacarıb.

Gündüz  Qədimov  hazırda  “Azər-

baycan  Xəzər  Dəniz  Gəmiçiliyi”  Qa-

palı Səhmdar Cəmiyyəti Xəzər Dəniz 

Neft Donanmasının “General Şıxlins-

ki”  gəmisində  başmexanik  işləyir.  2 

milyardıncı ton neftin hasili münasibə-

ti ilə təltif edilən dənizçilər arasında o 

da var.

-  Gündüz  müəllim,  prezident 

ilham  əliyevin  sərəncamı  ilə  3-cü 

dərəcəli “əmək ordeni”nə layiq gö-

rülmüsünüz. təbrik edirik.

-  Əməyimə  verilən  yüksək  qiy-

mətə  görə  həm  ölkə  başçımız  İlham 

Əliyevə,  həm  də  “AXDG”  QSC-nin 

sədri  Rauf  Vəliyevə  minnətdarlığımı 

bildirirəm.  Çalışacağam  ki,  etimadı 

doğruldum.

- 41 il əmək stajınızın 40 ili də-

nizlə bağlıdır.

- İllər elə sürətlə keçir ki… Elə bil 

dünən  idi  “Xəzərdənizneftdonanma” 

idarəsində  motorçu  şagirdi  kimi  işə 

başladığım.  Qafur  Məmmədov  adına 

Bakı Dəniz Yolları Məktəbini bitirən-

dən sonra özümə inamım artdı.

-  peşənizin  çətinliyi  barədə  nə 

deyə bilərsiniz?

- Dənizin hər üzünü gördüm, bü-

tün  çətinlikləri  yaşadım. Amma  bir  o 

qədər  də  işimdən  zövq  aldım.  İnsan-

larla dostluq etməyin yollarını öyrən-

dim.  Çətin  günlərdə  həmrəyliyin  nə 

olduğunu anladım. Dənizdə başqa cür 

mümkün  də  deyil.  İndi  işə  elə  öyrəş-

mişəm  ki,  həyatımı  dənizsiz  təsəvvür 

etmirəm.


- hansı gəmilərdə və layihələrdə 

çalışmısınız?

-  Demək  olar,  Xəzər  Dəniz  Neft 

Donanmasının əksər gəmilərində işlə-

mişəm. “İsrafil Hüseynov”, “Süleyman 

Vəzirov”, “Aura”, “General Şıxlinski” 

və s. Çalışdığım hər bir gəmi mütəxəs-

sis  kimi  formalaşmağımda  böyük  rol 

oynayıb.  Layihələrə  gəlincə,  qeyd 

edim  ki,  XDND  əsasən  Dövlət  Neft 

Şirkətinin  sifarişlərini  yerinə  yetirir. 

Həmin  gəmilər  neft  yataqlarına  blok-

ların  yerləşdirilməsi,  svayların  vurul-

ması, buruqların qoyulması, borudüz-

mə işlərində istismar olunur. Olduqca 

vacib gəmilərdir. Bakı-Tbilisi-Ceyhan, 

Günəşli  və  digər  layihələrdə  sözüge-

dən gəmilərin xüsusi rolu və çəkisi var.

-  dənizdə  boş  vaxtlarınızda  nə 

edirsiniz?

-İdmanla  məşğul  oluram.  Təmiz 

havada  idmanın  faydası  daha  çoxdur. 

Bundan  başqa,  kitab  oxumağı,  filmə 

baxmağı, musiqiyə qulaq asmağı xoş-

layıram. Dənizdə bunların ayrı ləzzəti 

var…

- işə yeni başlayanlara nə tövsiyə 

edərdiniz?

- Peşə həyatında ilk illər çox önəm-

li mərhələdir. Bu dövrdə öyrənməyə və 

özlərini  inkişaf  etdirməyə  daha  çox 

çalışmalıdırlar.  Özlərinə  qısa,  orta  və 

uzun  müddətli  hədəflər  müəyyənləş-

dirməli və məqsədə doğru inamla ad-

dımlamalıdırlar.



Dekabrın 3-də 

İranın Hind Okeanı 

sahilindəki Çabahar 

şəhərindəki Şəhid 

Behişti limanının 

açılış mərasimi olub.

Mərasimdə  işti-

rak  edən  İran  Prezi-

denti  Həsən  Ruhani 

çıxış  edərək  bildirib 

ki, limanın istifadəyə 

verilməsi  beynəlxalq 

əhəmiyyət  daşıyır. 

Bu  liman  İranın  Sis-

tan və Bəllucistan əyalətlərinin inkişa-

fı  ilə  yanaşı,  Şimal-Cənub  beynəlxalq 

nəqliyyat dəhlizinin də formalaşmasın-

da mühüm rol oynayacaq.

İran  Prezidentinin  sözlərinə  görə, 

bu liman təkcə İranın yox, Cənub-Şərqi 

Asiya və Avropa ölkələrinin də iqtisadi 

inkişafında vacib amilə çevriləcək.

Qeyd etmək lazımdır ki, Hindistan, 

Çin  və  Cənub-Şərqi Asiyada  yerləşən 

digər dövlətlər məhz bu liman vasitəsi 

ilə Avropa ölkələri ilə ticarət əlaqələrini 

möhkəmləndirəcək və idxal-ixrac əmə-

liyyatlarını  həyata  keçirəcəklər.  Cə-

nub-Şərqi Asiya ölkələrindən Avropaya 

daşınan yüklər Şəhid Behişti limanında 

qatarlara  yüklənərək  Qəzvin-Rəşt-As-

tara (İran) - Astara (Azərbaycan) dəmir 

yolu xətti ilə Rusiyaya oradan isə Avro-

paya daşınacaq.

Mərasimə İran rəsmiləri ilə yanaşı, 

xarici  dövlətlərin  hökumət  nümayən-

dələri də qatılıblar. Tədbirdə Bakı Bey-

nəlxalq Ticarət limanının rəhbəri Taleh 

Ziyadov da iştirak edib.



Rabil Kətanov

“həyatımı dənizsiz təsəvvür etmirəm”

iranın çabahar şəhərindəki 

şəhid behişti limanının açılış 

mərasimi olub

t ə b r i k   e d i r i k !


Yüklə 29,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə