Azərbaycan Xəzərin hüquqi statu su ilə bağlı bütün məsələlərin qarşılıq lı faydalı tərəfdaşlıq ruhunda həllinə



Yüklə 29,99 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix07.08.2018
ölçüsü29,99 Mb.
#61029
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


7 dekabr 2017-ci il   № 85-88 (9179)

6

www.seanews.az

Azərbaycanda Xəzər dənizinin bio-

resurslarının idarə edilməsi Ekologiya 

və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 

Su Hövzələrində Bioloji Resursların 

Artırılması və Mühafizəsi Departa-

menti, dəniz bioresurslarının sistemli 

tədqiqatları isə ETSN-in tabeliyində 

olan Elmi-Tədqiqat Balıqçılıq Təsər-

rüfatı İnstitutu tərəfindən həyata 

keçirilir.

  Xəzər  dənizində  yaşayan  vətəgə 

əhəmiyyətli  qiymətli  balıq  növlərinin 

ehtiyatının  mütləq  sayının  müəyyən 

edilməsi, müxtəlif yaş qruplarında təbii 

yolla məhv olma əmsallarının təyin edil-

məsi balıqçılıq tədqiqatları tarixində ilk 

dəfə olaraq bizim institut tərəfindən apa-

rılıb.  Uzunburun  balığının  timsalında 

nərəcinsli  balıqların  ehtiyatının  hesab-

lanması  üzrə  institut  tərəfindən  işlənib 

hazırlanan  və  bu  gün  də  öz  əhəmiyyə-

tini  itirməyən  orijinal  metod  klassik 

tədqiqatlar  nümunəsi  kimi  təkrar  nəşr 

olunub  və  bütün  Xəzəryanı  dövlətlər 

tərəfindən  istifadə  olunur.  Xəzər  dəni-

zinin unikal bioresurslarının qorunması 

üzrə  müəyyən  işlər  həyata  keçirilir  və 

proses davam etdirilir.

Bu  barədə AZƏRTAC-a  Ekologiya 

və Təbii Sərvətlər Nazirliyinin su höv-

zələrində bioresursların artırılması sek-

torunun müdiri Fəridə Ələkbərova mə-

lumat verib.

Sektor müdiri qeyd edib ki, depar-

tamentin  fəaliyyətinin  əsas  istiqamət-

lərindən biri balıq ehtiyatlarının müha-

fizəsidir. Belə ki, qurum ov müddəti, ov 

alətləri, ov yerləri, ovlanan balıq növlə-

ri, balıq ovu kvotasına riayət üzrə və s. 

balıq ovuna nəzarət edir və onu tənzim-

ləyir. Qaydalar üzrə həvəskar ovçuluqla 

məşğul  olanlara  adambaşına  bir  gündə 

5  kiloqramdan  artıq  balıq  ovlanması-

na  icazə  verilmir.  Qaydaların  istənilən 

şəkildə  pozulması  balıq  ovu  qaydaları-

nın  pozulması  hesab  edilir  və  qanunla 

cəzalandırılır.  Qaydalara  əsasən,  balıq 

ovuna icazəsi olmayan (balıq ovu bile-

ti  olmayan)  balıqçılar  brakonyer  hesab 

edilir. Brakonyerliklə mübarizə üzrə na-

zirliyin aidiyyəti təşkilatları, hüquq mü-

hafizə orqanları, o cümlədən Daxili İş-

lər Nazirliyi, Dövlət Sərhəd Xidməti və 

Fövqəladə  Hallar  Nazirliyinin  müvafiq 

qurumlarının iştirakı ilə birgə kompleks 

tədbirlər görür.

Azərbaycan Milli Elm-

lər Akademiyasının (AMEA) 

akademik Həsən Əliyev adına 

Coğrafiya İnstitutunun elmi 

seminarında paleocoğrafiya 

şöbəsinin elmi işçisi Elşən 

Abdullayev “Mikropaleontoloji, 

mineroloji və geokimyəvi məlu-

matlar əsasında Xəzər hövzəsi-

nin Plio-Pleystosen dövründə 

paleoşəraitin öyrənilməsi” 

mövzusunda məruzə edib.

Eyniadlı  qrant  layihəsi  üzrə 

aparılan  bu  iş  Türkiyənin  Elmi 

və Texniki Araşdırmalar Komitə-

sinin, Muğla Sıtkı Koçman Uni-

versitetinin  elmi  fondu  ilə  birgə 

əməkdaşlıq  əsasında  aparılıb. 

İşin  əsas  məqsədi  mikropaleon-

toloji, mineroloji və geokimyəvi 

analizlər  nəticəsində Akcagil  və 

Abşeron dövründə Xəzər hövzə-

sinin  iqlim  dəyişmələrini,  dəniz 

suyunun  duzluluğunu  və  dəyiş-

mələrini araşdırmaqdır. Tədqiqa-

tın  nəticələrinə  əsasən  məlum 

olub ki, Akcagil və Abşeron döv-

ründə Xəzər hövzəsinin su səviy-

yəsinin dəyişmələri şimal yarım-

kürəsində  iqlim  dəyişmələri  ilə 

əlaqədardır.



Azərbaycanın tarixi taleyi Xəzərlə 

ayrılmaz surətdə bağlıdır. Azərbaycan 

öz coğrafi mövqeyinə görə iki min 

ildən artıq müddətdə Qafqaz-Xəzər 

regionunda əsas geosiyasi qüvvələrin 

mübarizəsində mühüm tərkib hissələ-

rindən biri, bu regionda baş verən 

hərbi-siyasi hadisələrin mərkəzi olub 

və bu gün də belədir.

Tarix  elmlər  doktoru,  Azərbaycan 

Respublikası  Silahlı  Qüvvələri  Hərbi 

Akademiyasının adyunktura və elm şö-

bəsinin professoru Nurulla Əliyevin və 

tarix elmlər doktoru, Bakı Dövlət Uni-

versitetinin  professoru  mərhum  Pərvin 

Darabadinin  “Qafqaz-Xəzər  regionun-

da geosiyasət və Azərbaycan” kitabı bu 

sözlərlə başlanır.

Səkkiz  fəsildən  ibarət  olan  kitabda 

üç  minillik  ərzində  Azərbaycan  ərazi-

sində  baş  vermiş  hərbi-tarixi  hadisələr 

əhatə  olunub.  Əsər  Qafqaz-Xəzər  regi-

onu üzərində nəzarət uğrunda çoxəsrlik 

geosiyasi  rəqabətin  tarixinin  tədqiqinə 

həsr edilib. Bəşər sivilizasiyasının tarixi 

inkişafında bu regionun daim artan əhə-

miyyəti göstərilib.

Monoqrafiyada  orta  əsrlərdə  və 

XVIII-XX  yüzilliklərdə  Qafqaz-Xəzər 

regionunda  aparıcı  dövlətlərinin  müba-

rizəsi tarixi məsələlərinə xeyli yer ayrı-

lıb. Müasir dövrdə formalaşmaqda olan 

geostrateji mərkəzlər arasında geosiyasi 

rəqabətə qiymət verilib, bu proseslərdə 

Azərbaycanın mühüm rolu açıqlanıb.

Kitabda  Antik  dövrdə  Qafqaz-

Xəzər  regionu,  Böyük  İpək  Yolunun 

əsas  hissələrindən  biri  olan  Xəzəryanı 

yol  üzərində  nəzarət  uğrunda  Qafqaz-

Xəzər  regionunda  hərbi-siyasi  müba-

rizə  (III-XVII  əsrlər),  Qafqaz-Xəzər 

regionu – Yaxın və Orta Şərqdə geosi-

yasi  rəqabət  arenası  (XVIII-XIX  əsr-

lər), XIX əsrin ikinci yarısı – XX əsrin 

əvvəlində  Qafqaz-Xəzər  regionu  “Bö-

yük  geosiyasi  oyunda”,  Qafqaz-Xəzər 

regionu  –  Böyük  Dövlətlərin  geosiyasi 

rəqabət  obyekti,  geosiyasət  və  Birinci 

Dünya  müharibəsi,  1918-1920-ci  illər-

də  Qafqaz-Xəzər  regionunda  hərbi-si-

yasi  hadisələr,  Qafqaz  və  Xəzər  İkinci 

Dünya müharibəsi ərəfəsində və müha-

ribə dövründə “böyük geostrategiya”da, 

Qafqaz-Xəzər  regionu  XX-XXI  əsrlə-

rin  qovuşuğunda  ən  mühüm  geosiyasi 

mərkəzlərdən biridir mövzularına xüsu-

si diqqət yetirilib.

Nəşrin  hərbi  məsləhətçisi  Azər-

baycan  Respublikası  Silahlı  Qüvvələ-

ri  Hərbi  Akademiyasının  rəisi,  gene-

ral-leytenant,  dosent  Heydər  Piriyev, 

elmi  məsləhətçisi  -  filologiya  elmləri 

doktoru Sədi Nuriyev, redaktoru – tarix 

üzrə  fəlsəfə  doktoru,  AMEA-nın  Milli 

Azərbaycan Tarixi Muzeyinin şöbə mü-

diri Səbuhi Əhmədovdur. Ali humanitar 

məktəblərin  və  xüsusi  təyinatlı  tədris 

müəssisələrinin müəllimləri, adyunktla-

rı və aspirantları, tələbələri və kursant-

ları üçün nəzərdə tutulan bu kitab, heç 

şübhəsiz, Qafqaz-Xəzər regionunun ta-

rixinə  dair  zəruri  biliklərin  gənc  nəslə 

çatdırılması işinə sanballı töhfədir.

azərbayCanın tariXi taleyi Xəzərlə 

ayrılmaz surətdə bağlıdır

Xəzərdə Qiymətli balıQ növlərinin ehtiyatının hesablanması 

ilk dəfə azərbayCan alimləri tərəfindən aparılıb

Atlantik okeanında Argenti-

naya məxsus “San-Juan” sualtı 

qayığın axtarışları davam edir. 

Lakin hadisə 3 həftə  bundan 

öncə baş verdiyi üçün heyət 

üzvlərinin xilas edilməsinə ümid 

qalmayıb. Belə ki, qayıqda yal-

nız bir həftəlik oksigen ehtiyatı 

olub.

Euronews  telekanalı  xəbər 

verir  ki,  sualtı  qayıqdan  siqnal 

son  dəfə  o, Argentina  sahillərin-

dən 480 kilometr cənubda olarkən 

alınıb.  Sualtı  qayıqda  partlayışın 

baş verdiyi ehtimal edilir.

İtkin  düşən  heyət  üzvlərinin 

ailələri  hökumət  orqanlarının 

qəzanın səbəblərini və sualtı qa-

yığın  yoxa  çıxmasını  vaxtında 

müəyyən  edə  bilməməsindən 

hiddətlənib.  Həmçinin  Prezident 

Maurisio  Makri  hökuməti  tərə-

findən hərbi sektorun maliyyələş-

məsinin azaldılması onun liberal 

kabinetinin  siyasətindən  narazı-

lıqları artırır.

Xatırladaq ki, “San-Juan” su-

altı qayığı noyabrın 15-də “Uşu-

aya”  limanından  Mar-del-Plata 

şəhəri  istiqamətində  üzən  zaman 

onunla  əlaqə  kəsilib.  Qayığın 

göyərtəsində 44 nəfər heyət üzvü 

olub. Son əlaqə zamanı heyət qa-

yıqda qəza baş verdiyi barədə mə-

lumat çatdırıb.

Hazırda  axtarış  əməliyyatla-

rında ABŞ, Fransa, Böyük Brita-

niya, Braziliya, Çili və Rusiya da 

yaxından iştirak edir.

iki yük Gəmisinin 

toQQuşması nətiCəsində 

12 nəfər itkin düşüb

Çinin cənubundakı Quandun vilayətinin sahil 

sularında 2 yük gəmisinin toqquşması nəticəsində 

yaranan qəzada 12 nəfər heyət üzvü itkin düşüb.

5 min ton qum daşıyan gəmi təxminən bir o qədər 

də poladla yüklənmiş digər gəmi ilə toqquşandan sonra 

batıb. Batan gəmidən 2 heyət üzvü, habelə digər gəmi-

dən 11 nəfər xilas edilib.

Hazırda itkin düşən heyət üzvlərinin axtarışları da-

vam etdirilir. Axtarış işlərinə 30 xilasetmə gəmisi, bir 

helikopter və bir neçə digər növ gəmi cəlb olunub.



Şahin Cəfərov

kapitanlar 

“dənizdə müstəsna 

Cəsarət mükafatı”na 

layiQ Görülüblər

Kapitanlar Gi və Filips böyük dəniz fəlakətinin 

qarşısını aldıqlarına görə Beynəlxalq  Dəniz Təşkilatı-

nın (IMO-nun) “Dənizdə müstəsna cəsarət mükafatı”-

na layiq görülüblər.

2016-cı ilin sentyabrında onların idarə etdiyi  247 

metr  uzunluğundakı    gəmi  Hyuston  kanalında  delfinə 

çarpılma nəticəsində alova qərq olub.  Kapitanlar Gi və 

Filips  yanğının  kanalın  digər  tərəfinə  keçməsinin  qar-

şısını  ala  biliblər.  Onlar  yanğınla  təxminən  90  dəqiqə 

mübarizə aparıblar. Yüngül yanıq xəsarətləri alsalar da, 

alovu dəf etməyə müvəffəq olublar.

Dənizçilər bu mükafata “Belnəlxalq Kapitanlar Bir-

liyi” tərəfindən namizəd göstərilib.

Medal və sertifikatı təqdim edən IMO-nun baş kati-

bi Ki Tak Lim onları qəhrəman adlandırıb.

Xatırladaq ki, hər il təqdim olunan bu mükafat öz 

həyatını  riskə  atıb,  müstəsna  cəsarət  nümayiş  etdirən, 

dənizdə can qurtarmağa çalışan və ya zərərin qarşısını 

almağa cəhd göstərən dənizçilərə verilir. Bu il sözüge-

dən mükafat üçün 16 üzv ölkədən 33 namizəd irəli sü-

rülmüşdü.



itən sualtı Qayığın heyətinin 

Xilasına ümid Qalmayıb

Avropa Ko-

missiyasının sədri 

yan-Klod yunker 

Aralıq dənizi mar-

şrutu ilə Avropaya 

keçməyə cəhd 

göstərmiş və hələ 

də bu ümidlərini 

üzməmiş qaçqın-

ların Liviyada 

saxlandığı şəraitlə 

tanış olanda dəh-

şətə gəlib.

Yan-Klod Yun-

ker  alman  KİV-lərinə  verdiyi  mü-

sahibədə  Liviyadakı  qaçqınların 

vəziyyətini “cəhənnəm” adlandırıb. 

O, heyrətlənmiş halda deyib ki, yer-

li düşərgələrdə qaçqınları qarət edir 

və  öldürürlər,  Avropa  İttifaqı  bu 

barədə susmayacaq.

Yunker vurğulayıb: “Aralıq də-

nizi  vasitəsilə Avropaya  gəlib  çıxa 

bilməyən  miqrantların  sayı  artır, 

lakin bu, qaçqınlar üçün düşərgələr-

dən  daha  çox  həbsxanaları  xatır-

ladan  yerlərdə  saxlanılan  insanları 

zədələməyə,  onları  öldürməyə  və 

qarət etməyə əsas vermir”.

Vüqar Seyidov

yunanıstanın sahil mühafizə 

xidməti Peloponnes dairəsinin 

qərbində yerləşən Pilos şəhəri 

yaxınlığında dənizdə yoxa çıxan 

qayığı axtarır.

Afinanın  AMNA  agentliyi 

tərəfindən  yayılan  ilkin  məlumata 

əsasən, qayıqda 45 qaçqın və mü-

hacir olub.

Yerli  KİV-lər  yazırlar  ki, 

qaçqınlardan biri telefon vasitəsilə 

Avropanın  təcili  xidmət  orqanla-

rına  –  112  nömrəli  qaynar  xəttə 

zəng  edərək  qayığın  mühərrikində 

nasazlıq yarandığı barədə məlumat 

verib. O, vəziyyətin təhlükəli oldu-

ğunu bildirib və yardım istəyib.

Hazırda 


axtarış-xilasetmə 

əməliyyatlarında  sahil  mühafizə 

xidmətinin  gəmisi,  balıqçı  gəmisi 

və hərbi aviasiyanın helikopteri iş-

tirak edir.

2017-ci ildə Avropa sa-

hillərinə can atan azı 3033 

qeyri-leqal mühacir və qaçqın 

Aralıq dənizində bataraq həlak 

olub.

  Interfax  informasiya  agentli-

yi  xəbər  verir  ki,  bu  barədə  Bey-

nəlxalq  Miqrasiya  Təşkilatı  (The 

International Organization for Mig-

ration, IOM) məlumat yayıb.

“İllərlə  bu  barədə  danışmışıq 

və  danışmağa  davam  edirik:  bu 

faciəvi  statistikanı  qeydə  almaq 

yetərsizdir. Biz fəaliyyətə başlama-

lıyıq”, - deyə təşkilatın Baş direkto-

ru Uilyam Leysi Svinq qeyd edib.

Bununla  yanaşı,  2017-ci  ildə 

ölüm halları 2016-cı ilə nisbətən 40 

faiz azalıb. Ötən il Aralıq dənizində 

5 min ölüm faktı qeydə alınmışdı.

Qeyd edək ki, cari ildə Avropa-

ya 164 min nəfərə yaxın insan gə-

lib  ki,  bu  da  ötən  illə  müqayisədə 

təxminən  iki  dəfə  azdır  (348  min 

nəfər). Ümumilikdə isə 2015-ci il-

dən  bəri  1,5  milyon  nəfərdən  çox 

mühacir Avropa ərazisinə keçməyə 

nail olub.



Liviya sahillə-

rində miqrantları 

daşıyan qayığın 

batması 30-dan çox 

insanın ölümü ilə 

nəticələnib.

İtaliyanın  “Cor-

riere  della  sera” 

qəzetinin 

Liviya 

hərbi-dəniz  donan-



masının  nümayəndə-

sinə istinadla yaydığı 

məlumata  görə,  həyatını  itirən  31 

nəfərdən  3-ü  uşaq,  18-i  qadındır. 

Ağır  vəziyyətdə  olan  80  nəfər  isə 

xilas edilərək Tripolidəki hərbi ba-

zaya çatdırılıb.

İlkin  məlumata  əsasən,  qayıq 

çox yükləndiyi üçün çevrilərək ba-

tıb.  Liviya  dənizçiləri  xilasetmə 

əməliyyatının  gedişində,  həmçinin 

120 miqrantın olduğu bərə də aşkar-

layıblar.

avropaya keçmək istəyən 

3 min mühaCir dənizdə həlak olub

QaçQınların saXlanma 

şəraiti avropa komissiyasının 

başçısını dəhşətə Gətirib

mühaCirləri daşıyan 

QayıQ yoXa çıXıb

QayıQ çoX yükləndiyi üçün 

çevrilərək batıb

Xəzər hövzəsinin su səviyyəsinin 

dəyişmələri şimal yarımkürəsində iQlim 

dəyişmələri ilə əlaQədardır



Yüklə 29,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə