Azərbaycan Xəzərin hüquqi statu su ilə bağlı bütün məsələlərin qarşılıq lı faydalı tərəfdaşlıq ruhunda həllinə



Yüklə 29,99 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix07.08.2018
ölçüsü29,99 Mb.
#61029
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


7 dekabr 2017-ci il   № 85-88 (9179)

7

yarızarafat,

yarıGerçək

kimsə sizin haqqınızda pis fikirdədirsə, 

dərhal narahat olmayın. çünki bəzi adam-

lar yaxşı fikrin nə olduğu barədə təsəvvürə 

belə malik deyillər.

mən adam tanıyıram ki, onda yaxşıları 

çıxmaq şərti ilə yer üzündəki bütün adam-

ların sifəti var.

Görəsən, beynəlxalq standartlara görə, 

indiki cavanlar yaşlılara salam verməlidir-

lər, yoxsa yox?

başqasının  varı  ilə  varlanmaq  olar, 

başqasının ağlı ilə ağıllanmaq isə mümkün 

deyil. 

səni  istəyənlərin  çoxu  adətən  mənfəəti 

üçün istəyir.

adam  içinə  çıxası  olmayanlar  adamın 

gözünə niyə girirlər?

yaza  bilməyənlərin  gözündə  yazmaq-

dan asan şey yoxdur.

heç görmüsünüz ki, yaxşılıq etmək dəb-

də olsun?

bildiklərim qara qəpiyə də dəyməzmiş. 

çox adamı kişi bildim.

bəzi adamlara  vaxtında qapını göstər-

məyəndə  sonralar  pəncərəyə  baxa-baxa 

qalırsan.

özünüzü  yaxşı  tanıyırsınızsa,    kimlə-

rinsə  sizi  tanımamasından  narahat  olma-

yın.

vaxtında və yerində qoya bilsən, nöqtə 

bütün işarələrin ən yaxşısıdır.

sübut istəyirsən? Gözlərin deyir ki...

bəziləri sözlə yeməyi qarışdırırlar. daha 

çox sözü çeynəyirlər. 

nər  sirdirsə,  pulluların  ətrafındakı 

adamların əksəriyyəti əkizlər kimi bir-bi-

rinə oxşayırlar.

dil sirr saxlamaq üçün deyil.

riyakarlığı harada öyrənirlər?

hər  şeyin  yağ  kimi  getməsi  üçün    yağ 

lazım deyil.

özünü  təmizə  təmiz  olduğun  qədər 

çıxara bilərsən.

adətən pulu olanın  vaxtı olmur, vaxtı 

olmayanın  pulu.    mənim  isə  onsuz  da  nə 

vaxtım var, nə də pulum.

indi söz  buzdan pisdir. çox adam üs-

tündə dayana bilmir.

axmaqlarla  işləyirsənsə,  risk  həmişə 

var.

bəzilərinin iş metodu: daha böyük ya-

lanla daha irəli!

diriykən  ölənlərə  görə  başsağlığı  kimə 

verilməlidir?

başqalarından  fərqli  olaraq,  mən  ge-

dəndə  arxamca  danışmağa  ehtiyac  olma-

yacaq. indi danışırlar. 

yalançılar da həqiqətsiz keçinə bilmir-

lər. ən azı, yalan danışdıqları həqiqətdir.

heç kəsə çox yaxınlaşmayın. daha yaxşı 

tanıyacağınızdan peşman ola bilərsiniz.

nə qədər ki, pul var, vəzifə var, şöhrət 

var,  pulun,  vəzifənin,  şöhrətin    köləsi  də 

olacaq.

əmin  ol  ki,  mənim  uduzacağım  adam 

ən azı sən olmayacaqsan.

hər an gələ biləcəyini bilsək də, gələcə-

yini düşünmədiyimiz bir şey var:ölüm.

barmağına tikan batan kimi ufuldayan-

lar bəs şikəst düşüncələrinə görə niyə heç 

vaxt narahat olmurlar?

yaltaqlıq adlı üfunətli bataqlıqda gör nə 

qədər məmnun üz var.

yaltaqlığa  heç  kimi  məcbur  eləmirlər. 

hamısı könüllülərdir.

mən kimisə vəzifəsindən imtina etməyə 

çağırmıram. yaltaqlardan  imtina  da  belə 

çətin işdir?

ikiüzlülər o qədər çoxalıb ki, hər birinin 

üzünə  tüpürməyə  ya  vaxt  tapmazsan,  ya 

da tüpürcək.

yatanda gözlərimiz bağlı olur. ayıq vax-

tı da çox şeyə göz yumuruq. belə çıxır ki, 

ən çox gözlərimiz dincəlir.

saysız oyunlar ola-ola, niyə ən çox əsəb-

lərimizlə oynayırlar?

həqiqət üçün elə darıxmışam ki... təsa-

düfən, siz tərəflərdə danışmırlar?

Rasif  TAHİROV

www.seanews.az

yaponiyanın 

Okinava prefektura-

sında süni naviqasiya 

peykləri vasitəsilə idarə 

olunan sürücüsüz 

avtobusların sınaqları 

kütləvi-informasiya 

vasitələrinin nümayən-

dələrinə təqdim edilib.

Bu proqramın həya-

ta keçirilməsinə oktyabr 

ayında  uzunluğu  20  kilometr 

olan  ictimai  təyinatlı  yolda 

başlanıb.

ABŞ-a  məxsus  qlobal 

mövqe  təyinetmə  sistemi  ilə 

əlaqələndirilən  “Michibiki” 

süni  peyki  nəqliyyat  vasitəsi-

nin hərəkəti zamanı yol verilə 

biləcək  yayınmaları  10  metr-

dən  bir  neçə  santimetrədək 

azaltmağa imkan verir.

Yaponiya Nazirlər Kabine-

ti həmin avtobuslardan 2020-ci 

ildə Tokioda keçiriləcək Olim-

piya  və  Paralimpiya  Oyunları 

zamanı  istifadə  etməyi  plan-

laşdırır.



sürüCüsüz avtobusların 

sınaQlarına başlanıb

Alimlər Sakit Okeanda 

yerləşən Marian çökəkliyində 

bu günədək elmə məlum olanlar 

arasında ən dərinlikdə yaşayan 

balığı aşkarlayıblar. Qeyri-adi 

balığın videosu youTube vi-

deo-portalında yerləşdirilib.

 “The Independent” qəzeti 

xəbər verir ki, “Marian ilbizi” 

(Mariana snailfish) adı verilən 

bu balıq növü okeanın 8,1 ki-

lometr  dərinliyində  yaşayır. 

Bununla  yanaşı,  alımlər  qeyd 

edirlər  ki,  balıqların  yaşama-

sı  üçün  maksimum  dərinlik 

nəzəri olaraq 8,2 kilometr təş-

kil edir.

“Marian ilbizi” barədə mə-

ruzə hazırlayan Vaşinqton Uni-

versitetinin  mütəxəssislərinin 

sözlərinə görə, balıq ekstremal 

şərtlərdə yaşamaq üçün uyğun 

görünməsə də, əslində öz yaşa-

yış mühitinə əla uyğunlaşıb.



suyun ən dərin Qatında yaşayan 

balığın videosu yayımlanıb 

Cənubi Koreyanın qərb sahil 

sularında göyərtəsində 22 nəfərin 

olduğu balıqçı qayığı yeonqhun ada-

sı yaxınlığında tanker ilə toqquşaraq 

aşıb.

Cənubi  Koreya  Sahil  Mühafizə 

Xidmətinin  məlumatına  istinadla  xə-

bər  verir  ki,  qəza  nəticəsində  balıqçı 

qayığındakı 13 nəfər ölüb, 2 nəfər it-

kin düşüb.

Bildirilir ki, səhər erkən saatlarda, 

dənizə  açılandan  9  dəqiqə  sonra  baş 

verən hadisə zamanı ölənlərin sayının 

çox  olması  suyun  soyuq  və  dənizdə 

güclü  cərəyanın  olması  ilə  əlaqədar-

dır.


Hadisə yerində axtarış işlərinə 14 

gəmi və 4 helikopter cəlb olunub.

Daha  bir  oxşar  hadisə  Səudiyyə 

Ərəbistanında  baş  verib.  Burada  da 

neft tankeri balıqçı gəmisi ilə toqqu-

şub.


“SPA”  agentliyi  xəbər  verir  ki, 

Səudiyyə  Ərəbistanının  milli  neft 

şirkəti “Saudi Aramco”ya məxsus neft 

tankerinin  balıqçı  gəmisi  ilə  toqquş-

ması  nəticəsində  4  Hindistan  vətən-

daşı xilasedicilər tərəfindən qurtarılıb. 

İtkin  düşmüş  bir  nəfərin  isə  axtarışı 

davam etdirilir.



Pis vəziyyətə düş-

məmək və cərimə olun-

mamaq üçün turistlərə

elə almanların özünə də 

Almaniyanın şəhər və 

kəndlərinin küçələrində 

hansı hərəkətləri etməməyi 

bilmək vacibdir. AzƏRTAC 

həmvətənlərimiz üçün 

qeyri-adi, Almaniyada isə 

qayda pozuntusu sayılan 

hərəkətlərin siyahısını 

təqdim edir.

Məsələn,  bu  yaxınlarda  Düssel-

dorfda  86  yaşlı  təqaüdçüyə  dayana-

caqda oturub dincəldiyinə görə cərimə 

yazıblar. Buna səbəb – həmin dayana-

caqdan  onun  təyinatına  aid  olmayan 

məqsədlər üçün istifadə edilməsi olub, 

çünki bu şəxs orada avtobus gözləmir-

di.  Almaniyanın  bəzi  regionlarında 

əgər  siz  stansiyada  və  dayanacaqda 

elə-belə oturmusunuzsa, həqiqətən də 

cərimə  tətbiq  edilir.  Təqaüdçüyə  35 

avro  cəriməni  ödəmək  lazım  gəlmə-

yib, çünki o, demensiya və ürək xəstə-

liyindən əziyyət çəkirmiş və ona din-

cəlmək vacib idi. Yalnız müvafiq tibbi 

arayış təqdim ediləndən sonra təqaüd-

çünün üzərindən cərimə götürülüb.

Bu  qayda  praktikada  az  istifadə 

olunsa da, Almaniyanın bir çox şəhər-

lərində  ictimai  nəqliyyatda  alkoqol 

qəbul etmək həqiqətən də qadağandır. 

Avtobus,  metro  və  tramvaya  pivə  və 

çaxır şüşəsi ilə daxil olmaq mümkün-

dür. Lakin alkoqol şüşəsini nəqliyyat-

da  açıb  qəbul  etmək  qadağan  edilir. 

Bu  qaydalar  Berlin,  Münxen,  Nür-

nberq,  Ştutqart  və  Duysburqa  tətbiq 

edilir. IC и ICE tipli sürətli qatarlara 

bu, aid edilmir.

Banan qabığı, alma cecəsi və hət-

ta giləmeyvə tumlarını yerə atmaq ol-

maz: belə hərəkətlərə görə cərimə 10 

avrodan 20 avroyadəkdir.

Qayıdaq ictimai nəqliyyata. Şaur-

ma və ya kartof-frinin qoxusu çətin ki, 

digər  sərnişinlərin  xoşuna  gələ  bilər. 

Bu səbəbdən avtobus, metro və tram-

vaylarda  yemək-içmək  xoş  qarşılan-

mır. Əgər siz yeməyiniz və ya içkiniz-

lə  oturacağı  çirkləndirsəniz,  o  halda 

40 avro cərimə ödəməlisiniz.

2017-ci  ilin  aprelindən  Köln-

də  qəlyan  çəkmək  qadağan  olunub. 

Amma  bu  qadağa  şəhərin  yalnız  bir 

ərazisinə  -  Reyn  sahilində  yerləşən 

Doyts rayonuna aiddir. Qayda pozan-

ların  75  avrodan  150  avroyadək  cə-

rimə ödəmək qorxusu var.

Siqareti küçədə çəkmək və sonra 

kötüyünü yerə atmaq yaxşı ideya de-

yil. Bu hərəkətə görə cərimə 20 avro-

dur.

Saqqız da zibilə aiddir, onu da tə-



yin  olunmayan  yerə  atanların  cəzası 

10-20 avro arası təşkil edir.

Almaniya parklarında çiçək kərdi-

sindən buket toplamaq və ya gül dər-

mək cəzasız ötüşməyəcək. Buna görə 

cərimələr  lazımıncadır.  Bu,  dəcəllik 

deyil, maddi ziyanın vurulmasıdır.

“Wildpinkler”  –  Almaniyada 

ayaqyoluna “çata bilməyən” adamları 

belə adlandırırlar. Yaxşısı budur, belə 

zarafat etməyəsiniz. Çünki bu hərəkəti 

törədən ən pis halda bir ilədək azadlıq-

dan  məhrum  edilə  bilər.  Xuliqanlığa 

görə minimal cərimə isə 35 avrodur.



Vüqar Seyidov

Şimali Amerika Radiologiya 

Cəmiyyətinin illik görüşündə çıxış 

edən koreyalı alimlər bildiriblər 

ki, “telefon narkomanları”nın 

beyinin işi üzərində aparılan 

müşahidələr bu aludəçilik nəticə-

sində beyinin kimyəvi tarazlığını 

dəyişməsi, onu real narkomaniya 

ilə müqayisə etməyə əsas verir.

  “RİA  Novosti”  agentliyinin 

saytı bildirir ki, son illərdə alimlər 

asılılığın  iki  yeni  forması  ilə  ciddi 

maraqlanmağa  başlayıblar.  Xalq 

arasında  “telefon  narkomaniyası” 

və  “internet  narkomaniyası”  adla-

nan bu asılılıqların tədqiqi göstərir 

ki, adi insanlar çox vaxt haqlıdırlar. 

Belə  asılılıqların  bəzi  daşıyıcıla-

rının  davranışında  həqiqətən  real 

narkomanlar  üçün  səciyyəvi  dəyi-

şikliklər müşahidə olunur və onlara 

da eyni risk amilləri təsir edir.

Məsələn,  keçən  il  alimlər 

müəyyən ediblər ki, bu asılılıqların 

qurbanı  əksər  hallarda  öz  istəklə-

rinə lazımınca nəzarət edə bilməyən 

impulsiv insanlardır. Müşa-

hidələr  göstərir  ki,  bu  cür 

xarakteristikalar  təhlükəli 

vərdişdən  müstəqil  şəkildə 

yaxa  qurtarmağı  bacarma-

yan  alkoqoliklərin  və  real 

narkomanların fərqləndirici 

xüsusiyyətidir.

Alimlər  bir  məsələ  ilə 

də  maraqlanıblar:  bu  cür 

“rəqəmsal”  asılılıq  forma-

larından  əziyyət  çəkən  insanların 

beyninin fəaliyyəti dəyişirmi və bu 

cür  dəyişikliklər  narkotiklərin  və 

spirtli  içkilərin  qurbanlarının  sinir 

sistemində baş verən dəyişikliklərə 

oxşayırmı?

Mütəxəssislər  bu  suala  cavab 

vermək üçün yarısına bu cür diaq-

noz qoyulmuş iyirmi nəfər yeniyet-

mə  və  gəncdən  ibarət  iki  könüllü 

qrup  yaradıb  beyinin  müxtəlif  his-

sələrinin  kimyəvi  tərkibini  təhlil 

etməyə  imkan  verən  xüsusi  maq-

nit-rezonans tomoqrafından istifadə 

etməklə  həmin  könüllülərin  sinir 

sisteminin fəaliyyətini müşahidə et-

məyə başlayıblar.

Koreyalı  bioloqlar  alınan  nəti-

cələri  müqayisə  edərək  müəyyən-

ləşdiriblər  ki,  telefon  və  ya  inter-

net  “narkomaniyasının”  inkişafı 

həqiqətən beyinin işini kimyəvi sə-

viyyədə  dəyişir.  Beyin  qabığının 

insanın  impulsiv  davranışına  və 

həyəcan hissinə görə cavabdeh olan 

hissələrində  daha  ciddi  pozuntular 

müşahidə  olunub.  Bu  müşahidələr 

həmin  asılılığın  necə  yaranmasını 

izah edə bilər.

Maraqlıdır  ki,  həmin  gənclər 

Seulun  narkoloji  mərkəzlərindən 

birində bərpa kursu keçəndən son-

ra bu cür pozuntular tamamilə ara-

dan  qalxıb  və  ya  nəzərəçarpacaq 

dərəcədə  azalıb.  Bu,  onu  göstərir 

ki,  asılılığın  bu  formasından  insan 

psixikası  və  orqanizmi  üçün  ciddi 

fəsadlar baş vermədən xilas olmaq 

həqiqətən mümkündür.



Gəmilərin toQQuşmasından ölən 

itkin düşənlər var

almaniyada pis vəziyyətə düşmək 

istəmirsinizsə...

Fil heyvanlar aləmində 

ən böyük canlı hesab edilir. 

Nəhəng görkəmə malik 

fillərin əcdadları o qədər də 

böyük olmayıb. Tədqiqatlar 

nəticəsində müəyyən olu-

nub ki, keçmiş zamanlarda 

onların boyu cəmi 1 metrə 

çatıb. Təbiətin nəhəng can-

lıları nə az, nə çox 70-80 

il ömür sürürlər. Bədəncə 

ağır çəkili olan heyvan-

lar dözümlülükləri ilə bir 

çox meşə heyvanlarından 

seçilirlər.

Fili qiymətli və məşhur edən onun 

2 metrlik dişləri və 5 tona yaxın çəki-

sidir. Hər 10-15 ildən bir fillər dişlərini 

dəyişirlər. Amma  təbiətin  qəribə  var-

lıqları öz qəribəlikləri ilə də elm adam-

larını çaşqın vəziyyətdə qoyur. Afrika 

həkimləri  400  fili  müayinə  edəndən 

sonra  aşkar  ediblər  ki,  yeməyi  otdan 

ibarət  olan  nəhəng  heyvanlar  skleroz 

xəstəliyinə tutula bilirlər. Halbuki in-

diyədək belə güman edilirdi ki, həmin 

xəstəliyə daha çox yağlı-piyli qida qə-

bul edənlər tutulurlar.

Fillər  çimməyi  də  çox  sevirlər. 

Onlar  çayın  qabağını  ağac  və  daşla 

kəsərək dərinliyi 2 metrədək olan ho-

vuz  düzəldir,  isti  günlərdə  hovuzda 

həvəslə  çimirlər.  Filin  ağlı  olduğunu 

sübut  edən  digər  fakt  hər  kəsi  təəc-

cübləndirir. Alimlər  bir  müddət  fillə-

rin skeletinin harada yerləşdiyini tapa 

bilmirdilər. Sonralar aydın oldu ki, fil 

ölümünün  yaxınlaşdığını  hiss  edən 

kimi özünü çaya və bataqlığa atır.

Onların sadiqliyi isə həqiqətən də 

örnək sayıla bilər. Filin biri xəstələnən-

də  digəri  onun  qulluğunda  dayanır, 

qidalanmaq üçün yemək və su gətirir 

və acından ölüb qurd-quşa yem olma-

masına  çalışır.  Alimlərin 

marağına  səbəb  olan  digər 

bir məqam isə onlarla filin 

nizami  ordu  kimi  ard-arda 

düzülərək irəliyə doğru ad-

dımlamasıdır.

Aşağı tezlikli səslər ya-

yaraq kilometrlərlə məsafə-

dən  belə  xəbərləşə  bilən 

fillərin  bir-birlərinin  ayaq 

səslərini  çox  uzaqdan  hiss 

edib  başa  düşə  bildikləri 

məlum olub. Fillər titrəyiş-

ləri yayan sürüdən nə qədər 

uzaq olsalar, siqnallara bir o qədər az 

əhəmiyyət verirlər. Qeyd edək ki, fillər 

heyvanlar arasında ən möhkəm cəmiy-

yətə  sahib  olanlardır.  Elm  adamları 

müəyyən ediblər ki, hazırda yer üzün-

də onların 10 növü yaşayır. Təəssüf ki, 

onların nəsli kəsilmək təhlükəsi qarşı-

sındadır.

Bu  maraqlı  heyvanların  sümük-

ləri  dəyərli  olduğundan  dünyada  on-

ların  ovlanmağı  qadağan  edilsə  də, 

brakonyerlər  filləri  rahat  buraxmırlar. 

Öldürülmüş  heyvanların  sümüklərin-

dən qiymətli aksesuarlar hazırlanır və 

dünya bazarına çıxarılır.

ölümünü əvvəlCədən 

hiss edən nəhənG Canlı

"Google" şirkətinin 

tədqiqatçıları istifadəçini onun 

çiyni üzərindən telefon ekranına 

baxan şəxslər haqqında xəbər-

dar edən proqram hazırlayıblar.

Şirkətin məlumatına görə, 

kompüter  təlimindən  istifadə 

edən  proqram  təminatı  qur-

ğu  sahibi  olmayan  və  ekrana 

baxan  şəxsin  sifətinin  müəy-

yənləşdirilməsi  üçün  smartfo-

nun ön kamerasını tətbiq edir. 

Proqram  real  vaxt  rejimində 

istifadəçini  smartfon  ekranın-

da yad şəxsin mətn oxuması və 

ya internet səhifəsini izləməsi 

barədə xəbərdar edir.

Tədqiqatçıların dərc etdiyi 

videoda  "Google  Hangouts" 

messencerində  aparılan  yazış-

manın smartfonun ön kamerası 

tərəfindən  ekrana  baxan  tanış 

olmayan  insanlar  aşkarlanan 

zaman dəfələrlə dayandırılma-

sını  görmək  mümkündür. Yad 

insanın  üzü  qırmızı  çərçivəyə 

alınır,  sifətin  aşağı  hissəsində 

isə  istifadəçinin  xəbərdarlığı 

dəqiq görməsi üçün rəngli zo-

laq əmələ gəlir. Bundan başqa, 

ekranda  "A  STRANGER  IS 

LOOKING  ALERT!!!"  bildi-

rişi görünür.

Məlumata  görə,  hazırda 

funksiyanın  işinin  texniki  xü-

susiyyətləri  haqqında  ətraflı 

məlumat  verilməsə  də,  əmin-

liklə  demək  olar  ki,  proqram 

təminatı qurğu sahibi olmayan 

insanların  sifətini  tanıya  və 

gözlərinin  vəziyyətini  izləyə 

bilir.


"Neuro  Information  Pro-

cessing  Systems"  (NIPS) 

konfransında  təqdim  ediləcək 

texnologiya hazırda tam funk-

siyadan  daha  çox  elmi  layihə 

şəklindədir.



telefonunuza kimin baXdığı 

barədə Xəbərdar ediləCəksiniz

“telefon asılılığı” hansı fəsadlara səbəb ola bilər?


Yüklə 29,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə