Azərbaycan Xəzərin hüquqi statu su ilə bağlı bütün məsələlərin qarşılıq lı faydalı tərəfdaşlıq ruhunda həllinə



Yüklə 29,99 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix07.08.2018
ölçüsü29,99 Mb.
#61029
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


7 dekabr 2017-ci il   № 85-88 (9179)

4

www.seanews.az

Fövqəladə Hallar Nazirliyinin 

Akademiyasında ölkəmizdəki ali təh-

sil məktəblərinin kursant və tələbələ-

rinin iştirakı ilə “Fövqəladə hallarla 

mübarizənin aktual problemləri” 

mövzusunda elmi-praktik konfrans 

keçirilib.

Konfransda  Fövqəladə  Hallar 

Nazirliyinin  Akademiyasının  rəisi 

general-mayor  Pənah  Süleymanov 

qeyd  edib  ki,  son  illər Akademiyada 

elmi-texniki nailiyyətlərin ümumiləş-

dirilməsi  və  yayılması,  elm-tədqiqat 

işlərinin  aparılması  və  nəticələrinin 

istehsalatda tətbiqi, innovasiya və ix-

tiraçılıq  fəaliyyəti,  dissertasiyaların, 

monoqrafiyaların  və  dərsliklərin  ha-

zırlanması, elmi konfransların keçiril-

məsi,  elmi  məqalələrin  çapı,  təcrübə 

zamanı  qazanılmış  elmi  bilik,  təcrü-

bə və vərdişlərin artırılmasına xüsusi 

diqqət  göstərilir.  Azərbaycan  xalqı-

nın  ümummilli  lideri  Heydər  Əliyev 

ölkənin və xalqın taleyində, hərtərəfli 

tərəqqisində uğurlar əldə edilməsində 

təhsilin  xüsusi  rolunu,  əhəmiyyətini 

həmişə nəzərə almış, yüksək qiymət-

ləndirmişdir. Gənc nəslin elm və təh-

silə  cəlb  olunması  üçün  dövlətimiz 

tərəfindən  mühüm  addımlar  atılır” 

deyən  general-mayor  Pənah  Süley-

manov  çıxışında  ölkəmizdə  təhsilin 

və elmin inkişafına hər cür şərait ya-

radıldığını,  bu  sahəyə  dövlət  başçısı 

İlham Əliyev tərəfindən böyük diqqət 

və qayğı göstərildiyini vurğulayıb.

Plenar iclasdan sonra konfrans öz 

işini bölmə iclaslarında davam etdirib.

Konfransda  Azərbaycan  Dövlət 

Dəniz Akademiyasının  Elmi-tədqiqat 

şöbəsinin  müdiri  dosent  S.  Əhmədo-

va və Elektroavtomatika kafedrasının 

müdiri  dosent  E.  Sultanovun  rəhbər-

liyi  ilə  elektrik  mühəndisliyi  ixtisası 

üzrə təhsil alan magistrantları Turqay 

Salamzadə  və  Ruslan  Əlicanov    mə-

ruzə ilə çıxış ediblər.

Tədbirin sonunda bir neçə kursant 

və tələbə Fövqəladə Hallar Nazirliyi-

nin Akademiyasının fəxri fərmanı ilə 

təltif olunub. Onların sırasında hər iki 

ADDA magistrantı da yer alıb.



“fövQəladə hallarla 

mübarizənin aktual problemləri” 

Lissabonda Qara dəniz və 

Xəzər dənizi layihəsi benefisiarları 

üçün “Dənizin gəmilərdən çirklən-

dirilməsinin qarşısının alınması 

haqqında” təlim keçirilib.

Azərbaycan Respublikasının Döv-

lət  Dəniz  Administrasiyasının  Dəniz 

nəqliyyatı  siyasəti  şöbəsinin  müdiri 

Nigar Bağırova və Dəniz üzgüçülüyü 

şöbəsinin Dəniz üzgüçülüyünün təşki-

li və limanlarla iş sektorunun aparıcı 

məsləhətçisi  Emil  Aydınovun  iştirak 

etdiyi  təlimə  Gürcüstan,  Ukrayna, 

Moldova,  Türkmənistan,  Qazaxıstan, 

Türkiyə və İran İslam Respublikaları-

nın  nümayəndələri də qatılıb.

Avropa  Dəniz  Təhlükəsizliyi 

Agentliyinin  fəaliyyəti  və  “Dənizin 

gəmilərdən  çirkləndirilməsinin  qarşı-

sının  alınması  haqqında”  1973-cü  il 

tarixli  Beynəlxalq  Konvensiyanın VI 

Əlavəsi haqqında təlim iştirakçılarına 

ümumi məlumat verilərək, Konvensi-

yanın VI Əlavəsinin tətbiqi, nəzarət və 

uyğunluq haqqında təqdimat keçirilib. 

Təqdimat zamanı bu sahədə qaydala-

rın hazırlanması və cərimələrin tətbiqi 

üçün  hüquqi  bazanın  formalaşdırıl-

masının,    Konvensiyanın  VI  Əlavə-

sinin  tətbiqi  zamanı  aidiyyəti  dövlət 

qurumlarının  səlahiyyətlərinin  müəy-

yənləşdirilməsinin, gəmi sənədlərinin 

uyğunluğunun  yoxlanılmasının,  gə-

midən  nümunələrin  götürülməsinin 

və  yoxlanılmasının,  Beynəlxalq  Də-

niz Təşkilatına müvafiq məlumatların 

ötürülməsinin vacibliyi vurğulanıb.

Azərbaycan  tərəfinin  təqdimatı 

zamanı  Konvensiyanın  və  onun  VI 

Əlavəsinin  ölkəmiz  tərəfindən  ratifi-

kasiya  edilməsi,  Konvensiyanın  tət-

biqi  ilə  bağlı  cavabdeh  qurumların 

səlahiyyətləri, bu sahədə verilən serti-

fikatlar, Dövlət Dəniz Administrasiya-

sı tərəfindən təsdiq olunan sənədlər və 

tətbiqi ilə bağlı qəbul olunan qaydalar, 

eləcə  də  liman  qəbuledici  qurğula-

rı, Dövlət Bayraq və Liman Nəzarəti 

müfəttişlərinin  bu  sahədə  fəaliyyəti 

haqqında məlumat təlim iştirakçıları-

nın diqqətinə çatdırılıb.

Təlimdə  həmçinin  Konvensiya-

nın VI Əlavəsi – kükürd birləşmələri 

(SOx)  haqqında  təqdimat  keçirilərək 

kükürd  birləşmələrinin  havanın  çirk-

ləndirilməsindəki rolu, yanacaq tərki-

bində  kükürd  birləşmələrinə  qoyulan 

limitlər, kükürd emissiyalarına nəzarət 

zonaları (SECA), eləcə də kükürd bir-

ləşmələrindən yaranan qazların təsiri-

ni azaltmaq üçün istifadə edilə biləcək 

alternativ yollar haqqında danışılıb.

Daha sonra, emissiyaların azaldıl-

ması üzrə metodlara dair keçirilən təq-

dimat zamanı aşağı kükürd tərkibli ya-

nacağın istifadəsinin və ya gəmilərdə 

istifadə  olunan  yanacağın  tərkibində 

yaranan kükürd birləşmələrinin təsiri-

nin azaldılması üçün tətbiq oluna bilə-

cək  qaz  tullantılarının  təmizlənməsi 

sistemləri  (EGCS),  bioyanacaqlar, 

metanol  tərkibli  yanacaqlar  və  elekt-

rik  enerjisindən  gəmilərdə  istifadə 

edilməsi,  həmçinin  bu  cür  alternativ 

metodların faydalı və zərərli tərəfləri 

haqqında ətraflı məlumat iştirakçıların 

diqqətinə çatdırılıb.

Təlim  zamanı  Konvensiyanın  VI 

Əlavəsində kükürd birləşmələrinə dair 

qaydaların tətbiqi, nəzarət və uyğunluq 

haqqında  təqdimat  keçirilərək  Kon-

vensiyaya tərəfdar çıxmış dövlətlərin 

bayraq  və  liman  dövləti  öhdəlikləri, 

liman qəbuledici qurğular, yanacağın 

tərkibi və keyfiyyəti haqqında bir sıra 

vacib  məlumatlar  verilib.  Həmçinin 

azot  birləşmələri,  onların  formalaş-

ması,  azot  birləşmələri  üzrə  texniki 

məcəllə,  azot  emissiyalarına  nəzarət 

zonaları,  azot  birləşmələrindən  yara-

nan tullantıların təsirinin azaldılması, 

bu  sahədə  yoxlama  və  sertifikatlaş-

ma  ilə  əlaqədar,  ozon  dağıdıcı  mad-

dələr, onların təsirlərinin azaldılması, 

Montreal  Protokolu,  uçucu  orqanik 

maddələr, insineratorlar və bu sahədə 

sertifikat və yoxlamalarla bağlı, enerji 

effektivliyinin  dizayn  indeksi,  gəmi-

nin  enerji  effektivliyinin  idarə  olun-

ması üzrə plan və Konvensiyanın VI 

Əlavəsinin enerji effektivliyi ilə bağlı 

qaydalarına dair təqdimatlar keçirilib. 

Enerji  effektivliyinin  dizayn  indeksi-

nin  hesablanması,  istixana  qazlarının 

təsirinin azaldılması sahəsində Avropa 

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi 

Mərkəzinin  araşdırmaları  haqqında 

məlumat  təlim  iştirakçılarının  diqqə-

tinə çatdırılıb.

Təlimin sonunda isə iştirakçı döv-

lətlərin  nümayəndələrinə  sertifikatlar 

təqdim edilmişdir.



dənizin Gəmilərdən çirkləndirilməsinin 

Qarşısını neCə almaQ olar?

dəniz nəQliyyatı ilə daşınmış yüklərin həCmi artıb

Dəniz nəqliyyatı ilə bu ilin yanvar-oktyabr ayla-

rında daşınmış yüklərin həcmi 6684,3 min ton təşkil 

edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 46,1 faiz 

artıb. yüklərin 49,3 faizini neft yükləri təşkil edib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, dəniz 

limanlarında 8666,7 min ton həcmində yükləmə-boşalt-

ma işləri həyata keçirilib. Yüklərin 95,6 faizini tranzit 

yüklər təşkil edib. Cari il noyabr ayının 1-i vəziyyətinə 

limanlarda göndərilmək üçün 194,6 min ton idxal yük-

ləri olub.

Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşın-

mış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nis-

bətən 14,9 min nəfər təşkil edib.



Gəmiçilikdə “Amerika 

Gəmiçilik Bürosu” tərəfindən 

TKİS-nin beynəlxalq idarəetmə 

standartlarına uyğunluğu üzrə 

keçirilmiş növbəti xarici audit  

uğurla başa çatıb.

Noyabrın  11-dən  başlayan  audit 

beş  gün  davam  edib.  Audit  zamanı 

məlum  olub  ki,  Gəmiçilikdə  tətbiq 

edilib  işləyən  “Təhlükəsizliyin  Key-

fiyyətli  İdarəedilməsi  Sistemi”nin 

(TKİS)  hazırkı  səviyyəsi  İSO  9001 

(Keyfiyyət  Menecmenti),  İSO  14001 

(Ekoloji  Menecment),  İSO  50001 

(Enerji  Səmərəliyi  Menecmenti)  və 

OHSAS  18001  (Peşə  Təhlükəsizliyi 

və  Əməyin  Mühafizəsi  Menecmenti) 

üzrə  beynəlxalq  idarəetmə  standart-

larının uyğunluğuna dair 2015-ci ildə 

alınmış  sertifikata  müvafiqdir.  Nəti-

cələrə  əsasən  “ABS”  bürosunun  Gə-

miçiliyə təqdim etdiyi sözügedən bey-

nəlxalq sertifikatın uyğunluğu növbəti 

bir  il  üçün  məqbul  sayılıb.  

Xarici audit ilk gün bilavasitə au-

ditorun təsadüfi seçdiyi  gəmidə, növ-

bəti günlərdə isə Cəmiyyət aparatının 

aidiyyəti  departamentlərində  həyata 

keçirilib.  Audit  zamanı  Cəmiyyətin 

aparatında və gəmilərdə işin təşkili və 

sənədləşmənin TKİS-ə və beynəlxalq 

idarəetmə  standartlarının  tələblərinə 

uyğunluq  səviyyəsinə  baxış  keçiri-

lib,  müşahidələr  müvafiq  xidmətlərlə 

araşdırılaraq  təhlil  edilib.  Yekunda 

auditin  müsbət  nəticələnməsi  barədə 

xarici  auditor  tərəfindən AXDG  rəh-

bərliyi məlumatlandırılıb.

Gəmiçilikdə aparılan audit uğurla yekunlaşıb

ADDA-nın “Dəniz naviqasi-

yası mühəndisliyi, ”Gəmi energe-

tik qurğularının istismarı mühən-

disliyi” və “Elektrik mühəndisliyi“ 

ixtisaslarında təhsil alan I kurs 

tələbələri üçün  “Sabit Orucov” 

tədris gəmisində təlim keçirilib.

Təlimdə “Xilasedici vasitələr, 

yanğınla  mübarizə  və  gəminin 

yaşaması  üzrə  hazırlıq”  fənninin 

proqramına  uyğun  olaraq  fərdi 

və kollektiv şəkildə gəmidə yan-

ğın  zamanı  zəruri  fəaliyyət,  dai-

mi  sayıqlıq,  yanğın  və  tüstünün 

aşkarlanması,  yanğına  qarşı  ava-

danlıqlar  və  onların  gəmidə  yer-

ləşdirilməsi, qəza evakuasiya yol-

larından  istifadə  tələbələrə  əyani 

nümayiş etdirilib.

İkigünlük  təlim  Akademi-

yanın  “Dəniz    naviqasiyası“  ka-

fedrasının  baş  müəllimi  İsmayıl  

Dünyamalıyevin  rəhbərliyi  altın-

da baş tutub.

Məşq prosesində “Sabit Oru-

cov”  gəmisinin  heyəti  də  iştirak 

edib.  Belə  ki,  yanğın  əleyhinə 

profilaktika  qrupunun  nümayən-

dəsi  Z.  Əliyev,  kapitanın  böyük 

köməkçisi  R.Şəfiyev,  bosman 

R.Rzayev  və  kapitanın  yanğın 

üzrə  köməkçisi  N.Agayev  tələ-

bələrə köməklik göstəriblər.

Növbəti  həftələrdə  “Sabit 

Orucov”  gəmisində  “Xilasedici 

vasitələr,  yanğınla  mübarizə  və 

gəminin  yaşaması  üzrə  hazırlıq“ 

fənninin  proqramına  uyğun  ilk 

tibbi yardım üsullarına dair I kurs 

tələbələri  üçün  təlimlər  keçirilə-

cək.

“Xəzər sülh və dostluq 

dənizi olaraq qalacaq. İran 

və digər Xəzəryanı ölkələr 

dəniz vasitəsilə əməkdaşlıq 

əlaqələrini artırıblar.”

Bu  sözləri  İran  ordu-

sunun  dəniz  qüvvələrinin 

komandanı  admiral  Hüseyn 

Hanzadi  keçirdiyi  mətbuat 

konfransında deyib.

Admiral  qeyd  edib  ki, 

İran,  Rusiya,  Azərbaycan, 

Türkmənistan  və  Qazaxıs-

tanın  dəniz  qüvvələri  sül-

hün  və  əmin-amanlığın 

qorunması 

istiqamətində 

əməkdaşlıq  edirlər  və  bu 

əməkdaşlıq 

gündən-günə 

genişlənir.

H.Hanzadi 

diqqətə 

çatdırıb  ki,  gələn  ilin  may 

ayında  Xəzəryanı  dövlətlə-

rin  dəniz  qüvvələrinin  ko-

mandanları  İranın  Gülüstan 

vilayətində 

görüşəcəklər. 

Görüşdə qarşılıqlı əməkdaş-

lıq  əlaqələrinin  genişləndi-

rilməsi və birgə hərbi təlim-

lərin  keçirilməsi  məsələləri 

müzakirə ediləcək.



dəniz akademiyasının tələbələri 

Gəmidə təlim keçiblər

Azərbaycan Dövlət Dəniz 

Akademiyası (ADDA) Qazaxısta-

nın universiteti ilə memorandum 

imzalayıb.

Azərbaycan  Dövlət  Dəniz Akade-

miyasının beynəlxalq əlaqələri genişlə-

nir. ADDA-nın bu istiqamətdə ən yaxın 

tərəfdaşlarından  biri  Qazaxıstanın 

Ş.Yesenov adına Xəzər Dövlət Texno-

logiya  və  Mühəndislik  Universitetidir. 

Akademiya  bu  universitetlə  2011-ci 

ildə bağlanmış müqaviləyə əsasən “İki-

li diplom təhsili” beynəlxalq proqramı 

çərçivəsində Qazaxıstan üçün bakalavr 

və  magistr  dərəcələri  üzrə  40-a  yaxın 

mütəxəssis hazırlayıb.

Qarşılıqlı  faydalı  əməkdaşlığı 

daha  da  inkişaf  etdirmək  məqsədilə  

ADDA-nın  rektoru  Çingiz  Əliyev, 

tədris  və  tərbiyə  işləri  üzrə  prorektor 

Zahid Şərifov və Azərbaycan Respub-

likası  Dövlət  Dəniz  Administrasiyası-

nın nümayəndəsi Vüsal Mustafayevdən 

ibarət nümayəndə heyəti Aktauda işgü-

zar səfərdə olub.

Səfər zamanı Xəzər Dövlət Texno-

logiya  və  Mühəndislik  Universitetinin 

rektoru Berik Axmetov ilə “İkili diplom 

təhsili” beynəlxalq proqramının davam 

etdirilməsinə  dair  danışıqlar  aparılıb. 

Müzakirələrin nəticəsi olaraq bu proq-

ramın  davam  etdirilməsi  məqsədilə 

qarşılıqlı  razılaşmaya  əlavə  kimi  yeni 

memorandum  imzalanıb.  Memoran-

duma  əsasən,  birgə  elmi-tədqiqatların 

aparılması,  əldə  olunmuş  nəticələrin 

beynəlxalq  konfranslarda  müzakirəsi, 

elmi məcmuələrdə birgə dərc edilməsi 

də qərara alınıb.

Azərbaycan nümayəndələri univer-

sitetin  maddi-texniki  bazası  ilə  yaxın-

dan  tanış  olublar.  Görüş  çərçivəsində 

ADDA-nın  nəzdində  olan  Təlim-Təd-

ris  Mərkəzində  Qazaxıstan  dənizçilə-

ri  üçün  kursların  təşkili  məsələsini  də 

müzakirə ediblər.

Universitetin  professor-müəllim 

və tələbə heyəti ilə görüşdə ADDA-nın 

rektoru  Çingiz  Əliyev  geniş  məruzə 

ilə çıxış edərək sualları cavablandırıb. 

Sonra 2016/2017-ci tədris ilində akade-

miyanı bitirmiş qazaxıstanlı tələbələrə 

ADDA-nın  diplomları  təqdim  olunub. 

Qazaxıstanlı  məzunlar  təhsil  illərində 

göstərilən qayğıya və yüksək səviyyəli 

tədrisə görə “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-nin rəhbərliyinə, Də-

niz Akademiyasının professor-müəllim 

heyətinə  dərin  təşəkkürlərini  bildirib-

lər.

azərbayCan dövlət dəniz akademiyası QazaXıstanın 

universiteti ilə memorandum imzalayıb

Xəzəryanı dövlətlərin hərbi dəniz 

Qüvvələri komandanlarının Görüşü olaCaQ



Yüklə 29,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə