Azərbaycan Xəzərin hüquqi statu su ilə bağlı bütün məsələlərin qarşılıq lı faydalı tərəfdaşlıq ruhunda həllinə



Yüklə 29,99 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix07.08.2018
ölçüsü29,99 Mb.
#61029
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


7 dekabr 2017-ci il   № 85-88 (9179)

baş redaktor

rasif iman oğlu

tahirov

ünvanımız:

az1029, bakı şəhəri,

heydər əliyev prospekti, 152

telefonlarımız:

baş redaktor

(050) 670-33-76; 

30-67 (daxili)

Qəzetin təsisçisi:

“azərbaycan Xəzər dəniz

Gəmiçiliyi”

Qapalı səhmdar 

Cəmiyyəti

Qəzet “dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

sifariş: 3567

8

www.seanews.az

Arterial hipertoniya bir sıra 

xəstəliklərin inkişafına səbəb olur, 

ilk növbədə isə həyati vacib orqan-

lara - ürək, baş -beyin, böyrək və 

gözlərə ziyan vurur. Həmin orqan-

lar hipertoniya xəstəliyi nəticəsində 

o qədər ziyan çəkir ki, kardioloqlar 

onları "hədəf orqanlar" adlandı-

rırlar, - deyə söhbət açan həkim-te-

rapevt, tibb üzrə fəlsəfə doktoru 

Azadə Rəhimova AzƏRTAC-a 

verdiyi müsahibədə hipertoniyadan 

qorunmaq yolları barədə danışıb.

Onun  dediyinə  görə,  bunun  üçün 

ilk növbədə təzyiqi müntəzəm nəzarət-

də saxlamaq, hətta arterial təzyiq heç 

vaxt  yuxarı  olmayanda  da  profilaktik 

məqsədlə  vaxtaşırı  ölçmək  lazımdır. 

İstənilən  yaş  və  cins  üçün  təzyiqin 

normal  səviyyəsi  100-139/60-89  mm 

civə  sütunu  həkimlər  tərəfindən  opti-

mal göstərici kimi dəyərləndirilir. Ölç-

mə vaxtı 139/89 mm civə sütunu təyin 

olunursa,  bu,  təzyiqə  nəzarət  etmək 

üçün əsaslı səbəbdir. 140/90 və ondan 

yuxarı  olanda  kardioloqa  və  ya  sahə 

həkiminə müraciət edilməlidir.

Hipertoniyanın  uğurlu  müalicəsi 

yalnız müalicə həkimindən deyil, həm 

də xəstənin özündən asılıdır. Həkimin 

təyin  etdiyi  müayinələrdən  keçmək 

müalicə  taktikasını  seçmək  üçün  çox 

vacibdir:  qan  və  sidiyin  ümumi  ana-

lizi  və  elektrokardioqrafiya  müayinə-

si  aparılır.  Təyin  olunan  dərmanlar 

müntəzəm  şəkildə  qəbul  edilməlidir. 

Xəstə  həkimin  tələbi  ilə  adət  etdiyi 

həyat  tərzini  dəyişməli,  sağlam  qida-

lanmalı və aktiv yaşamağın vacib ol-

duğunu dərk etməlidir.

Hipertoniya  xəstələrinin  qidası 

barədə həkim deyib: "Xəstənin çəkisi 

ilə arterial təzyiqin səviyyəsi arasın-

da birbaşa əlaqə vardır. Qeyri-düzgün 

qidalanan, duzlu və yağlı qidalardan, 

alkoqoldan sui-istifadə edən və artıq 

çəkisi olanlarda hipertoniyaya beş-al-

tı  dəfə  çox  rast  gəlinir.  Kardioloqla-

rın  müşahidələrinə  görə,  çəkinin  10 

kiloqram  artması  təzyiqin  2-3  mm 

civə sütunu yüksəlməsinə səbəb olur. 

Çoxsaylı  elmi  tədqiqatlar  nəticəsin-

də  müəyyən  olunub  ki,  həddindən 

çox xörək duzunun istifadəsi arterial 

təzyiqin artmasına aparıb çıxarır. Ar-

tıq  çəkili  xəstələr  və  yaşlılar  qidada 

xörək duzunun miqdarına qarşı daha 

həssasdırlar. Gün ərzində 2 qramdan 

artıq  duz  qəbul  edilməməli  və  çox 

duzlu ərzaqlar rasiondan çıxarılmalı-

dır".

Həkim-terapevt  xəstəliyin  profi-



laktikasında  fiziki  aktivliyin  də  əhə-

miyyətini söyləyib: "Az hərəkətli hə-

yat tərzi keçirən və idman məşğələləri 

etməyənlərdə arterial təzyiq normada 

olsa  da,  hipertoniyanın  inkişaf  riski 

aktiv həyat tərzi keçirənlərə nisbətən 

20-50 faiz yüksəkdir. Hətta sürətli ye-

riş, sağlamlaşdırıcı qaçış, həftədə 3-5 

dəfə yarım saat üzmək və digər fiziki 

məşqlər arterial təzyiqi 5-10 mm civə 

sütunu aşağı sala bilər. Hipertoniklər 

ağır  statik  fiziki  yüklərdən  uzaq  ol-

malıdırlar,  çünki  ağırlıq  qaldırmaq 

təzyiqi artırır. Arterial təzyiqi tənzim-

ləmək yolunda ən vacib məsələlərdən 

biri də alkoqol və siqaretçəkmə kimi 

zərərli  vərdişlərdən  qurtulmaqdan 

ibarətdir".



yuxu beyin fəaliyyəti normasının 

minimal səviyyəyə enməsi və ətraf 

aləmə olan reaksiyaların azalması 

ilə müşayiət olunan təbii fizioloji 

prosesdir. Bütün canlı varlıqlar öz 

güclərini təzələmək və həyat fəaliyyə-

tini davam etdirmək üçün istirahətə 

ehtiyac duyur. yuxu istirahət növü 

kimi cismi və zehni fəaliyyəti güclən-

dirir.

AZƏRTAC  xəbər  verir  ki,  yuxu 

və  onun  xüsusiyyətləri  barədə  da-

nışan  Bakı  Sağlamlıq  Mərkəzinin 

həkim-nevroloqu  Sevinc  Salamova 

deyib: "Yuxuya getməzdən əvvəl mür-

güləmə vəziyyəti olur. Mürgü zamanı 

ətrafdakı bəzi səslər eşidilir, hətta yuxu 

şəkilləri də “görünür”. Qəfildən sanki 

yıxıldığımızı hiss edir və vəziyyətdən 

çıxmağa  çalışırıq.  Gözümüzü  açanda 

başa  düşürük  ki,  heç  hara  yıxılmırıq, 

sakitcə və dinc vəziyyətdə yatağımıza 

uzanmışıq.

Əslində  nə  baş  verir?  Alimlər 

müəyyən  ediblər  ki,  mürgüləyərkən 

bədənin temperaturu dəyişir. Tənəffüs 

yavaşıyır,  əzələlər  gərginlikdən  çıxır. 

Beyin həmin vəziyyəti yıxılmaq kimi 

qəbul edir və bərk bir yerə dirənmək, 

söykənmək üçün ayaqlara siqnal gön-

dərir. Ona görə də ayaqların qeyri-ira-

di dartınması və qıcolması ilə yuxudan 

ayılırıq.

Həkimlər  həmin  vəziyyəti  “hip-

nozlu dartınma” və ya “yuxu qıcolma-

sı”  adlandırırlar.  Gecə  qıcolmalarına 

təxminən 70 faiz hallarda rast gəlmək 

mümkündür.

Normal  yuxu  üçün  düzgün  yat-

maq  qaydası  və  yuxu  rejimi  seçmək 

lazımdır. Təbii ki, uzun illərin pis vər-

dişindən  yaxa  qurtarmaq  o  qədər  də 

asan olmur. Bir müddət yuxuyagetmə 

çətinləşir,  yuxu  qaçır.  Lakin  bunun 

əvəzində şirin yuxu, sağlam bədən və 

sağlam  ruh  qazanmaq  mümkündür. 

Arada yanı üstə çevrilmək olar, lakin 

bunu edəndə qəddi bükməmək, büzüş-

məmək, ən başlıcası isə özünü yenidən 

arxası  üstə  uzanmağa  məcbur  etmək 

lazımdır.  Gec-tez  həmin  vəziyyətə 

alışmaq lazım gələcək.

Sual  oluna  bilər:  bunun  sağlam-

lıq  üçün  nə  əhəmiyyəti  var?  Əvvəla, 

düz uzanarkən bədənin bütün hissələri 

yükü bərabər şəkildə bölüşdürür - bir 

əzaya çox, digərinə az ağırlıq düşmür, 

qan rahat dövr edir. İkincisi, ayaq üstə 

qalarkən,  yaxud  iş  masası  arxasında 

əyləşərkən  əyilən,  yerindən  oynayan 

fəqərələr  düzəlir.  Bundan  əlavə  bərk 

yataq  dərinin  öz  funksiyasını  düzgün 

yerinə yetirməsinə şərait yaradır, qara-

ciyər bağlarının gərilməsinin qarşısını 

alır. Aşağı və yuxarı ətrafların venaları 

qanı geri, ürəyə tərəf qovur. Bu da öz 

növbəsində qaraciyərin fəal işləməsini 

təmin edir. Nəticədə gün ərzində orqa-

nizmdə yığılan toksik maddələr ondan 

kənar  edilir.  Lakin  iş  bununla  bitmir, 

arxası  üstə  yatanda  sinirlər  müxtəlif 

təzyiq və gərilmələrə məruz qalmır.

Sağlamlıq qidadan asılı olduğu qə-

dər fəqərə sütununun vəziyyətindən də 

asılıdır. Məşhur yapon naturopat alimi 

K.Nişi  xəbərdarlıq  edirdi:  “Yumşaq 

yataqda xumarlanıb sinirlərin eyforiya 

olmasına və iflic vəziyyətə düşməsinə 

imkan verdikdə xəstəliklər dəvət göz-

ləmədən qapını döyəcəkdir”. Çünki si-

nir lifləri sıxılarkən qaraciyərin sekre-

siyası pozulur və qantəmizləmə işinin 

pozulmasına səbəb olur, qan toksinlər-

dən təmizlənə bilmir. Çirklənmiş qan 

orqanizmdə dövr edir və bunun nəticə-

sində orqanlar sağlam olur".

Azərbaycan qrossmeysteri Şəh-

riyar Məmmədyarov dünya şahmat 

tacı uğrunda iddiaçıların turnirində 

iştirak edəcək. Turnir Berlinin “Kül-

haus” sərgi mərkəzində keçiriləcək.

Bu,  Beynəlxalq  Şahmat  Federa-

siyasının  (FIDE)  İspaniyada  keçirilən 

Qran-Pri yarışlarının yekun mərhələsi-

nin nəticələrindən sonra bəlli olub.

İddiaçıların  turniri  2018-ci  il  mar-

tın 10-dan 28-dək Berlində keçiriləcək. 

Turnirin  yekununa  görə  hazırkı  dünya 

çempionu  norveçli  Maqnus  Karlsenin 

rəqibi təyin olunacaq.

Almaniya  paytaxtına  yarışlarda  iş-

tiraka cəmi 8 nəfər, o cümlədən FIDE 

Qran-Pri yarışlarının ümumi hesabının 

yekunlarına görə Şəhriyar Məmmədya-

rov, rusiyalı Aleksandr Qrişşuk, dünya 

kubokunun  nəticələrinə  görə  Levon 

Aronyan  (Ermənistan),  Dinq  Liren 

(Çin),  təşkilatçı  ölkədən  namizəd Vla-

dimir Kramnik (Rusiya), dünya tacı uğ-

runda uduzmuş Sergey Karyakin (Rusi-

ya), FIDE-nin reytinqinə görə Fabiano 

Karuana, Uesli Co (hər ikisi ABŞ-dan) 

yollanacaq.

Dünya  şahmat  tacı  uğrunda  iddia-

çılar turnirinin mükafat fondu 420 min 

avro təşkil edir.



Tehranda kiçik yaşlı yeniyetmə 

güləşçilər arasında “Day of child-

ren” beynəlxalq turniri keçirilib. 

Komanda yarışı xarakterli turnirdə 

sərbəst və yunan-Roma güləşi üzrə 

kiçik yaşlı yeniyetmələrdən ibarət 

yığma komandalarımız iştirak 

ediblər.

Sərbəst güləş yarışlarında Azərbay-

can güləşçiləri ilə yanaşı, İranın 4 ko-

mandası,  Ukrayna,  Rusiya,  Gürcüstan, 

İraq,  Belarus,  Qırğızıstan  və  Ermənis-

tan  komandaları  mübarizə  aparıblar. 

Dörd  qrup  üzrə  keçirilən  yarışda  yığ-

mamız İran və Ermənistan komandaları 

ilə qarşılaşıb. Hər iki görüşü qələbə ilə 

başa  vuran  güləşçilərimiz 

yarımfinala  vəsiqə  qazanıb-

lar.  Yarımfinalda  Ukrayna 

güləşçilərinə də qalib gələn 

yığmamız  finala  yüksəlib. 

Həlledici  görüşdə  daha  bir 

İran  komandası  ilə  qarşıla-

şan  güləşçilərimiz  ümumi 

hesabda 4:6 hesabı ilə məğ-

lub olub və turniri ikinci sı-

rada tamamlayıblar.

Yunan-Roma  güləşi  ya-

rışlarında isə Azərbaycan güləşçiləri ilə 

yanaşı,  İranın  4  komandası,  Ukrayna, 

İraq,  Qazaxıstan,  Moldova,  Gürcüstan 

və  Ermənistan  komandaları  mübarizə 

aparıblar. Dörd qrup üzrə keçirilən ya-

rışda yığmamız İran və Qazaxıstan ko-

mandaları ilə qarşılaşıb. Hər iki görüşü 

qələbə ilə başa vuran güləşçilərimiz ya-

rımfinala  vəsiqə  qazanıb. Yarımfinalda 

Moldova  güləşçilərinə  də  qalib  gələn 

yığmamız  finala  adlayıb.  Qızıl  medal 

uğrunda  görüşdə  Ukrayna  komandası 

ilə qarşılaşan güləşçilərimiz ümumi he-

sabda 6:4 hesabı ilə qalib gəlib və turni-

rin baş mükafatına sahib olublar.



Əl Oyunları Sarayında  “Kick-

Boxing Free Contact” idman növü 

üzrə “World Budo Martial Arts Cup 

2017” dünya çempionatı keçirilib.

Yarışda  “Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi”  Qapalı  Səhmdar  Cəmiyyə-

tinin  Dəniz  Nəqliyyat  Donanmasının 

əməkdaşı  Fəridə  Abdullayeva  da  öz 

gücünü sınayıb. 50 kq çəki dərəcəsində 

döyüşən  xanım    cəldliyi  və  peşəkarlığı 

hesabına birincilik qazanıb.  

Bundan  öncə  –  oktyabrda  Fəridə 

Abdullayeva Kikboksinq üzrə Açıq Bakı 

Çempionatında  da  eyni  uğura  imza  at-

mışdı.


Onu  da  deyək  ki,  Fəridə  Abdulla-

yeva Azərbaycan  Dövlət  Dəniz Akade-

miyasının  məzunudur.  Hazırda  Dəniz 

Nəqliyyat  Donanmasının  Donanmanın 

İstismar Xidmətində çalışır.

şəhriyar məmmədyarov 

dünya şahmat taCı uğrunda 

iddiaçılar turnirinə QatılaCaQ

Güləş üzrə azərbayCan çempionatı 

yeni Qaydalarla keçiriləCək

hipertoniyadan QorunmaQ yolları

yuXunuz şirin olsun 

yunan-roma Güləşçilərimiz 

birinCi, sərbəst Güləşçilərimiz 

isə ikinCi olublar

dənizçi Xanımın 

daha bir idman uğuru

Dekabrın 14-dən 18-

dək Bakı İdman Sara-

yında böyüklər arasında 

sərbəst və yunan-Roma 

güləşi üzrə növbəti 

Azərbaycan çempionatı 

keçiriləcək.

Gənclər  və  İdman  Na-

zirliyi və Azərbaycan Güləş 

Federasiyasının 

(AGF) 

birgə  təşkilatçılığı  ilə  ke-



çiriləcək  yarışda  18  yaşı 

tamamlamış,  1999-cu  il  və 

yuxarı  təvəllüdlü  idmançı-

lar iştirak edə bilərlər. Şəx-

si  xarakter  daşıyan  yarışda 

idman  cəmiyyətləri,  idman 

klubları,  idman  təşkilatla-

rı,  şəhər  və  rayon  yığma 

komandalarının  tərkibinə 

daxil  olan  idmançılar  mü-

barizə aparacaqlar.

Dünya  Güləş  Birliyinin  qayda-

larına əsasən keçiriləcək yarış Azər-

baycan Güləş Federasiyası Hakimlər 

Kollegiyasının təyin etdiyi hakimlər 

tərəfindən  idarə  olunacaq.  Sərbəst 

güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 

92, 97 və 125 kiloqram, yunan-Roma 

güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 

82, 87, 97 və 130 kiloqram çəki dərə-

cələrində qüvvələrini sınayacaqlar.

Azərbaycan çempionatı bu il ye-

niyetmə  güləşçilərin  qitə  və  dünya 

birinciliklərində  sınaqdan  keçirilən 

və  2  günlük  yarış  proqramı  üzrə 

təklif  olunan  yeni  qaydalara  uyğun 

təşkil olunacaq. Belə ki, yarışlardan 

bir gün öncə püşkatma mərasimi, ilk 

yarış  günündə  ilkin  və  təsəlliveri-

ci görüşlər, ikinci yarış günündə isə 

final  görüşləri  keçiriləcək.  Əvvəllər 

bir gün öncə baş tutan çəki mərasimi 

bundan  sonra  yarış  günləri  keçirilə-

cək  və  finala  vəsiqə  qazanmış  id-

mançılar iki dəfə çəki prosesinə cəlb 

olunacaq. İkinci dəfə tərəziyə çıxan 

idmançılara  normadan  2  kiloqrama-

dək artıq çəkidə güləşməyə icazə ve-

riləcək.

Çəki  dərəcələri  üzrə  ilk  3  yeri 

tutmuş  idmançılar  AGF  tərəfindən 

müvafiq  diplom,  medal  və  pul  mü-

kafatı ilə mükafatlandırılacaq, onlar 

ölkə  yığma  komandasının  heyətinə 

cəlb ediləcək və il ərzində komanda-

nın iştirak edəcəyi beynəlxalq yarış-

larda ölkəmizi təmsil etmək imkanı 

qazanacaqlar.



Yüklə 29,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə