Azərbaycan Xəzərin hüquqi statu su ilə bağlı bütün məsələlərin qarşılıq lı faydalı tərəfdaşlıq ruhunda həllinə



Yüklə 29,99 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix07.08.2018
ölçüsü29,99 Mb.
#61029
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


7 dekabr 2017-ci il   № 85-88 (9179)

5

www.seanews.az

Azərbaycan Respublikasının Al-

maniya Federativ Respublikasındakı 

səfirliyinin təşkilatçılığı, Alman-Azər-

baycan Forumu, Alman İqtisadiy-

yatının Şərq Komitəsi və “Deutsche 

Bank”ın dəstəyi ilə noyabrın 22-də 

Berlində Azərbaycanın nəqliyyat

tranzit və logistika potensialına həsr 

olunmuş “Transxəzər Şərq-Qərb ti-

carət və tranzit dəhlizinin imkanları” 

mövzusunda biznes-forum keçirilib.

Tədbirdə Almaniyanın  dövlət  qu-

rumlarının,  özəl  sektorun  və  kütləvi 

informasiya  vasitələrinin  100-ə  yaxın 

nümayəndəsi  iştirak  edib.  Almaniya-

nın  “Deutsche  Bahn  Engineering  and 

Consulting  GmbH”,  “Airbus”,  “Küh-

ne & Nagel”, “Kocks Ardelt Kranbau 

GmbH”,  “Uniper”  və  digər  qabaqcıl 

şirkətləri toplantıda təmsil olunublar.

Alman-Azərbaycan 

Forumu-


nun  idarə  heyətinin  üzvü,  “Deutsc-

he  Bank”ın  Mərkəzi  və  Şərqi Avropa 

ölkələri  üzrə  icraçı  direktoru  Peter 

Tils  qonaqları  salamladıqdan  sonra 

Azərbaycanın Almaniyadakı səfiri Ra-

min Həsənov və Alman İqtisadiyyatı-

nın  Şərq  Komitəsinin  icraçı  direktoru 

Mixael  Harms  giriş  nitqləri  söyləyib-

lər.

Səfir  Ramin  Həsənov  çıxışında 



ölkəmizin  iqtisadiyyatının  şaxələndi-

rilməsində  və  qeyri-neft  sektorunun 

inkişafında  nəqliyyat  sektorunun  əhə-

miyyətini vurğulayıb və Azərbaycanın 

transregional  nəqliyyat  bağlantıları-

nın daha da gücləndirilməsinə verdiyi 

töhfə barədə danışıb. O, Azərbaycanın 

həyata  keçirdiyi  regional  layihələr  və 

alman  şirkətləri  üçün  yaranan  biznes 

perspektivlərini  qeyd  edib.  Ramin 

Həsənov, həmçinin Ermənistanın təca-

vüzü  nəticəsində  Azərbaycan  torpaq-

larının  20  faizinin  işğal  olunduğunu, 

1  milyondan  artıq  insanın  qaçqın  və 

məcburi  köçkün  vəziyyətində  yaşadı-

ğını  və  işğal  olunmuş  ərazilərimizdə 

nəqliyyat  infrastrukturunun  vəhşicə-

sinə  dağıdıldığını  iştirakçıların  diqqə-

tinə çatdırıb, işğalın regional əməkdaş-

lığa  və  davamlı  inkişafa  əsas  maneə 

olduğunu vurğulayıb.

Mixael  Harms  çıxışında  cari  ildə 

Azərbaycanda  səfərdə  olduğunu  və 

təmsil  etdiyi  Alman  İqtisadiyyatının 

Şərq  Komitəsinin  gələn  il  ölkəmizə 

yüksək səviyyəli nümayəndə heyətinin 

səfərini  həyata  keçirəcəyini  bildirib. 

Natiq ölkəmizdə dinamik inkişafın şa-

hidi olduğunu, müxtəlif sahələrdə iqti-

sadi islahatların aparıldığını və nəticə-

də Azərbaycanın nəqliyyat və logistika 

sahələrində əməkdaşlıq üçün yeni im-

kanların yarandığını qeyd edib.

Daha sonra Azərbaycan Respubli-

kasının Tranzit Yükdaşımalar üzrə Ko-

ordinasiya Şurası ofisinin rəhbəri Elçin 

Əhmədov “Trans-Xəzər nəqliyyat dəh-

lizinin  perspektivləri”,  Dövlət  Dəniz 

Administrasiyası  Aparatının  rəhbəri 

Əhməd İsmayılov “Trans-Xəzər dəhli-

zi vasitəsilə dəniz nəqliyyatı”, Dövlət 

Gömrük Komitəsinin Gömrük Nəzarə-

tinin Təşkili Baş İdarəsinin ticarət döv-

riyyəsində  yüklərə  nəzarət  şöbəsinin 

baş inspektoru Fərid Vəliyev “Gömrük 

və sərhəd keçidinin asanlaşdırılması”, 

Bakı Beynəlxalq Dəniz Ticarət Lima-

nının baş direktorunun müşaviri Tural 

Əliyev  “Bir  kəmər-bir  yol  təşəbbü-

sünün  reallaşdırılmasında  Ələt  azad 

ticarət  zonası  əsas  alət  kimi”,  “ADY 

Konteyner”  MMC-nin  direktoru  Na-

tiq Cəfərov “Şərq-Qərb, Şimal-Cənub, 

Cənub-Qərb dəmir yolu şəbəkələri va-

sitəsilə yeni tranzit imkanları” mövzu-

larında məruzələrlə çıxış ediblər. Sonra 

tədbir  iştirakçılarının  sualları  cavab-

landırılıb.

Biznes-forumda Trans-Xəzər nəq-

liyyat  dəhlizi  haqqında  videoçarx  nü-

mayiş olunub.

Tədbir  çərçivəsində,  eyni  zaman-

da, Almaniyanın  özəl  sektorunun  nü-

mayəndələri  ilə  keçirilmiş  işçi  nahar 

zamanı  “B2B”  danışıqları  və  biznes 

şəbəkələşməsi müzakirələri baş tutub.



Vüqar Seyidov

“transXəzər şərQ-Qərb tiCarət və tranzit dəhlizinin 

imkanları” mövzusunda biznes-forum keçirilib

“Türk axını” qaz 

boru kəmərinin (“Turkish 

Stream”) dəniz hissəsi-

nin tikintisinin 30 faizi 

tamamlanıb.

  “TurkStream”  şirkəti 

xəbər verir ki, boru kəmə-

rinin  Qara  dənizin  altın-

da  inşa  edilən  iki  xəttinin 

ümumi uzunluğu 555 kilo-

metrə  çatıb.  Bu  hissə  çox 

qısa  müddətdə  tamamla-

nıb.

Boru  kəmərini  dəniz 



yatağına döşəyən “Pionee-

ring Spirit” gəmisi hazırda 

Qara  dənizdə  işlərini  da-

vam  etdirir.  Gəmi  2  min 

191  metr  dərinlikdə  boru 

kəmərinin  çəkilişini  həya-

ta  keçirir.  Gəminin  boru 

döşəmə gücü gündəlik təx-

minən 4 kilometrdir.

İki  xətdən  ibarət  olan 

və  hər  biri  15,75  milyard 

kubmetr  təbii  qaz  daşıya-

caq  layihənin  dəniz  his-

səsinin  tikintisini  Rusiya-

nın  “Gazprom”  şirkətinin 

100  faizlik  törəməsi  olan 

“South  Stream  Transport 

B.V.” həyata keçirir.

Qeyd  edək  ki,  “Türk 

axını”  boru  kəməri  ilə 

Rusiya  təbii  qazının  Tür-

kiyəyə  və  Avropaya  nəqli 

planlaşdırılır.  Layihə  Qara 

dəniz  üzərindən  Türkiyə-

nin Avropa hissəsinədək və 

daha sonra Yunanıstan sər-

hədinədək qaz boru kəmə-

rinin  tikintisini  nəzərdə 

tutur.  Kəmərin  dəniz  his-

səsinin uzunluğu 910 kilo-

metrə  yaxın,  quru  hissəsi 

isə Türkiyə ərazisi üzrə 180 

kilometrdir.  Boru  kəməri-

nin birinci xətti Türkiyə ba-

zarı, ikincisi Cənubi və Cə-

nub-Şərqi  Avropa  ölkələri 

üçün  nəzərdə  tutulur.  Hər 

bir  xəttin  illik  ötürücülük 

gücü  15,75  milyard  kub-

metrdir.  Layihənin  ümumi 

dəyəri  11,4  milyard  avro 

həcmində qiymətləndirilir.



Cari ilin səkkiz ayında 

İran ilə Avropa İttifaqına 

(Aİ) daxıl olan dövlətlər 

arasında ticarət dövriyyə-

sinin həcmi 13,1 milyard 

avroya çatıb. Bu da 

ötən ilin müvafiq dövrü 

ilə müqayisədə iki dəfə 

çoxdur.

İranın  milli  statistika 

bürosunun 

məlumatına 

görə, qeyd olunan dövr ər-

zində  Aİ-dən  6,6  milyard 

avro  dəyərində  idxal  əmə-

liyyatı  aparılıb.  İrandan 

Aİ-yə  isə  ixracın  həcmi 

6,5 milyard avro dəyərində 

olub.

İranın  Avropa  ölkələri 



ilə  idxal-ixrac  əməliyyat-

larının  bir  il  ərzində  bu 

qədər  artması  daşımaların 

artmasına  səbəb  olub.  Bu 

fakt  Şimal-Cənub  bey-

nəlxalq  nəqliyyat  dəhli-

zinin  əhəmiyyətini  daha 

da  artırır.  Təsadüfi  deyil 

ki,  İran  dövlət  dəmir  yolu 

şirkətinin  idarə  heyətinin 

üzvü  Hoseyn  Aşuri  gələn 

il  daşınan  yüklərin  artaca-

ğını  bildirib.  O  qeyd  edib 

ki, qarşıdakı ildə İran təkcə 

Azərbaycan  üzərindən  2,5 

milyon  ton  yükü  Rusiya 

və Avropa ölkələrinə daşı-

yacaq.  Fransa,  Almaniya, 

Böyük Britaniya, İtaliya və 

İspaniya  İran  ilə  daha  çox 

ixrac-idxal  əməliyyatları 

aparan ölkələrdir.

Qeyd  etmək  lazımdır 

ki,  Rəşt-Astara  yolu  isti-

fadəyə  verildikdən  son-

ra  H.Aşurinin  göstərdiyi 

rəqəm  dəfələrlə  artacaq. 

Çünki  H.Aşuri  yalnız 

İranın  ixrac  etdiyi  yük-

lərin  həcmindən  danışıb. 

Rəşt-Astara  yolu  ilə  İran-

dan başqa, Fars körfəzi və 

Cənub-Şərqi Asiya  ölkələ-

rinin idxal-ixrac əməliyyat-

ları  da  həyata  keçiriləcək. 

Bütün  yüklər  Azərbayca-

nın üzərindən daşınacaq və 

ölkəmizin  tranzit  gəlirləri 

ciddi şəkildə artacaq.

Danimarka 

“Şimal axını 2” 

(“Nord Stream 2”) 

qaz boru kəmərinə 

qarşı çıxıb.

Danimarka  Par-

lamenti  bu  boru 

kəmərinin  ölkənin 

su 

sərhədlərindən 



keçməsini  müzakirə  edib. 

Parlament  “Şimal  axını  2” 

boru  kəmərinin  Baltik  də-

nizindən  keçməsinin  qar-

şısını  almaq  üçün  qanun 

layihəsi  qəbul  edib.  Bu 

qanunla Danimarka “Şimal 

axını  2”  boru  kəmərinin 

ölkənin  su  sərhədlərindən 

keçməsinə qarşı çıxıb. Qa-

nun  2018-ci  il  yanvarın 

1-dən qüvvəyə minəcək.

Yeni  qanuna  görə  Da-

nimarka  xarici  işlər  naziri 

boru  kəmərlərinin  ölkənin 

su  sərhədindən  keçib-keç-

məməsi barədə qərar qəbul 

edə biləcək.

Qeyd 

edək 


ki, 

“Gazprom”, 

“E.ON”, 

“BASF” və “OMV” şirkət-

ləri  Baltik  dənizindən 

keçməklə  Rusiyadan  Al-

maniyaya  ildə  55  milyard 

kubmetr  qaz  nəql  edəcək 

gücə  malik  200  kilometr 

uzunluğundakı 

“Şimal 

axını  2”  qaz  kəməri  üzrə 



müqavilə imzalayıblar.

Səudiyyə 

Ərəbistanı Bey-

nəlxalq Dəniz 

Təşkilatının 

(IMO) fəaliy-

yətinə dəstək 

göstərmək üçün 

ona bir milyon 

dollar ianə edib. 

Bu barədə məlu-

matı SPA dövlət 

informasiya 

agentliyi yayıb.

İki  Müqəddəs  Oca-

ğın  Xadiminin  Böyük 

Britaniyadakı  səfiri  əmir 

Məhəmməd ibn Nəvaf ibn 

Əbdüləziz maliyyə yardımı 

haqqında  məktubu  Lon-

donda  Beynəlxalq  Dəniz 

Təşkilatının  baş  katibi  Ki-

tak Limə təqdim edib.

IMO-ya  ianə  bu  quru-

mun  fəaliyyətini,  o  cüm-

lədən  dəniz  sektorunda 

hazırlıq  əməliyyatlarını, 

piratlığa  və  dəniz  gəmi-

çiliyinin  təhlükəsizliyinə 

təhdidlərə qarşı mübarizəni 

maliyyələşdirmək,  habelə 

IMO  yanında  kompleks 

texniki  əməkdaşlıq  proq-

ramlarını və digər fəaliyyə-

ti dəstəkləmək üçün nəzər-

də tutulur.

Bildirilir  ki,  bu  addım 

üç  qitəni  birləşdirən  stra-

teji  mövqeyi  sayəsində 

Krallığın  dünyanın  logis-

tik mərkəzinə çevrilməsinə 

tuşlanan  “Səudiyyə  Ərə-

bistanı  Krallığının  baxış-

ları-2030”  strategiyasına 

uyğundur.

Səudiyyə  Ərəbistanı-

nın  ianəsi  Hind  okeanının 

qərbindəki  Ədən  körfəzin-

də dəniz gəmiçiliyinin təh-

lükəsizliyini  təhdid  edən 

piratlığa  qarşı  mübarizə-

də  Cibuti  Respublikasını 

dəstəkləməyə  və  Afrika-

nın  qərbində  və  şərqində 

piratlığa  qarşı  mübarizəyə 

yönəldiləcək.

IMO-nun  baş  katibi 

Kitak  Lim  təsdiq  edib  ki, 

Səudiyyə  Ərəbistanı  bey-

nəlxalq  təşkilatla  birlikdə 

ciddi işlər görür. Baş katib 

ümidvar  olduğunu  bildirib 

ki,  Krallıq  təhlükəsizliklə 

bağlı  olan  bütün  sahələrə 

böyük  dəstək  göstərməyə 

davam edəcək.

Asya Hacızadə

Astara (İran)-Astara 

(Azərbaycan) dəmir yolu 

xətti istismara verildikdən 

sonra yük daşımalarına 

tətbiq olunan nəqliyyat 

tarifləri aşağı salınacaq.

Bu  barədə  AZƏR-

TAC-a  məlumat  verən 

İran  Dövlət  Dəmir  Yolla-

rı  İdarəsinin  beynəlxalq 

əlaqələr  şöbəsinin  müdiri 

Hoseyn  Aşuri  bildirib  ki, 

İran,  Azərbaycan,  Rusiya 

və  Belarus  tariflərin  aşağı 

salınması  haqqında  razılıq 

əldə  ediblər.  Onun  sözlə-

rinə  görə,  tariflərin  aşağı 

salınması  “Şimal-Cənub” 

Beynəlxalq 

Nəqliyyat 

Dəhlizinin 

fəaliyyətini 

tənzimləyəcək  və  onu  Cə-

nub-Şərqi  Asiya  ölkələri 

üçün  daha  da  cəlbedici 

edəcək.

H.Aşuri deyib ki, Qəz-



vin-Rəşt  dəmir  yolunun 

davamı olacaq Rəşt-Astara 

xəttində  işlər  davam  edir. 

Astara (İran)-Astara (Azər-

baycan)  dəmir  yolu  xətti 

isə  dekabrın  sonunda  isti-

fadəyə veriləcək.

Rabil Kətanov

Vergi Məcəlləsinə 

edilmiş son əlavə və də-

yişikliklərə əsasən, Azər-

baycan ərazisindən xarici 

dövlətlərə daşınan mallar 

ötən ildən 3 il müddətinə 

yol vergisindən azad edilib 

və bu güzəşt dəmir yolu ilə 

yanaşı, yük avtomobilləri 

və digər avtonəqliyyat va-

sitələri ilə daşınan yüklərin 

ixracına da tətbiq olunur.

  vergiler.az  saytı  bil-

dirir  ki,  2017-ci  ilin  yan-

var-oktyabr 

aylarında 

Azərbaycanda  yükdaşıma-

ların  həcmi  185,9  milyon 

ton təşkil edib, bu da 2016-

cı  ilin  analoji  dövrünün 

göstəricisindən  1,7  faiz 

çoxdur.

Daşımalarda qeyri-neft 



məhsullarının  həcmi  3,7 

faiz artıb.

Qeyd  olunub  ki,  yük-

daşımalarla  bağlı  sahib-

karlara  verilən  imtiyazlar, 

gömrük-vergi güzəştləri və 

ixrac  sənədləşdirməsinin 

asanlaşdırılması  həm  yerli 

sahibkarların  ixrac  qabi-

liyyətinin,  həm  də  digər 

dövlətlərə Azərbaycan üzə-

rindən mal aparan şirkətlə-

rin sayının artmasına təkan 

verir.


“pioneerinG spirit” Gəmisi Qara 

dənizdə işlərini davam etdirir

yüklərin azərbayCan 

üzərindən daşınması tranzit 

Gəliri artıraCaQ

danimarka “şimal aXını 2” 

Qaz boru kəmərinə Qarşı çıXıb

səudiyyə ərəbistanı 

beynəlXalQ dəniz təşkilatına 

bir milyon dollar ianə edib

astara (iran)-astara (azərbayCan) dəmir yolu 

Xətti istismara verildikdən sonra nəQliyyat 

tarifləri aşağı salınaCaQ

tətbiQ olunan verGi Güzəşti nətiCəsində 

yükdaşımaların həCmi 1,7 faiz artıb

TANAP və “Şahdəniz-2” la-

yihələrinin reallaşdırılması 2018-ci 

ildə Azərbaycanın iqtisadi artımına 

təkan verəcək.

Bu barədə Avropa Yenidənqur-

ma  və  İnkişaf  Bankının  (EBRD) 

hesabatında  deyilir.  Bildirilir  ki, 

Azərbaycanın ÜDM-i 2018-ci ildə 

2 faiz artacaq.

“Mühüm  qaz  infrastruktur 

layihələrinin  (“Şahdəniz-2”,  TA-

NAP)  reallaşdırılmasının  2018-ci 

ildə  ölkədə  iqtisadi  artıma  təkan 

verəcəyi  gözlənilir.  ÜDM-in  isə 

gələn il 2 faiz artacağı proqnozlaş-

dırılır”, - deyə hesabatda qeyd edilir.

Qeyd  edək  ki,  EBRD  1992-ci  il-

dən Azərbaycanla əməkdaşlıq edir. Bu 

müddət ərzində bank ölkə iqtisadiyya-

tına  təxminən  2,8  milyard  dollar  sər-

mayə yatırıb.

TANAP layihəsi ilə Azərbaycanın 

“Şahdəniz-2”  yatağından  hasil  olu-

nacaq təbii qazın Türkiyənin qərb 

sərhədlərinə və oradan da Avropa-

ya nəqli nəzərdə tutulur. Təbii qaz 

2018-ci  ilin  ortalarında  Türkiyəyə 

çatdırılacaq.  TAP  boru  kəmərinin 

tikintisi  başa  çatdıqdan  sonra  isə 

təbii qaz 2020-ci ilin əvvəlində Av-

ropaya göndəriləcək.

TANAP-ın  uzunluğu  1850  ki-

lometrdir  və  ilkin  ötürücülük  qa-

biliyyəti  ildə  16  milyard  kubmetr 

qazdır.  Bu  qaz  həcminin  6  milyard 

kubmetrinin Türkiyəyə, qalan 10 mil-

yard kubmetrinin isə Avropa bazarına 

ötürülməsi nəzərdə tutulur.

27-28 noyabrda Bakıda “Confi-

dence Capital” şirkətinin təşkilatçılı-

ğı, Azərbaycan Respublikası Fövqə-

ladə Hallar Nazirliyi, BP, SOCAR 

və LAMOR şirkətlərinin dəstəyi ilə  

“Dənizdə və Quruda Neft Dağılma-

larına  Nəzarət”  mövzusunda  V   

praktiki  konfrans  keçirilib. 

Nüfuzlu 


beynəlxalq 

“Luko-


il”,  “Desmi”,  “Lamor”,  “Aerodata”, 

“Qazpromneft Shelf”, “Kazmortransf-

lot”,    “Oil  Spill  Response  Limited”, 

“BP”  şirkətlərinin,  Azərbaycanın 

Ekologiya  və  Təbii  Sərvətlər,  habelə 

Fövqəladə  Hallar  Nazirliklərinin,  

SOCAR-ın, bir çox özəl və qeyri-hö-

kumət qurumlarının iştirak etdiyi təd-

birdə  “Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyi” Qapalı Səhmdar Cəmiyyətini 

Keyfiyyət, sağlamlıq, əməyin təhlükə-

sizliyi və ətraf mühitin mühafizəsi de-

partamentinin aparıcı  mühəndisi Sabir  

Kərimzadə  təmsil  edib.

Konfransda Sabir Kərimzadə “Gə-

miçilikdə dənizin neftlə çirklənməsinə 

qarşı  qabaqlayıcı  tədbirlər”  mövzu-

sunda çıxış edib. O, quru yük gəmilə-

ri, tankerlər və bərələrlə müxtəlif növ 

dəniz  daşımalarını,  habelə  Xəzərin 

Azərbaycana aid kontinental şelfində-

ki  neft-qazçıxarma  obyektlərinə  nəq-

liyyat-texnoloji  xidmət  göstərilməsini 

həyata  keçirən  “AXDG”  QSC-nin  

yaradıldığı  4  il  ərzində  ətraf    mühi-

tin    mühafizəsi,  o  cümlədən  ekoloji  

idarəetmə istiqamətində  aparılan işlər 

barədə geniş danışıb. Bildirib ki, Gə-

miçilikdə  bu  məsələlərə  böyük  önəm 

verilir və əsas davamlı inkişaf meyar-

larından  biri  sayılır. Aparıcı mühəndis 

qısa müddətdə tərtib və təsdiq edilərək  

tətbiq  olunmuş  sənədlər  (Cəmiyyətin 

“Tullantıların  idarə  olunması  Planı”, 

“Təhlükəsizliyin  Keyfiyyətli  İdarə 

Olunması Sistemi” və s.), o cümlədən 

neftlə  mübarizə  yönümündə  icra  olu-

nan  müxtəlif  tədbirlər  (Cəmiyyəyin 

“Fövqəladə  və Qəza Hallarında Eko-

loji Təhlükəsizlik Haqqında Tədbirlər  

Proqramı”,  “Böhran Qrupu”, gəmilər-

dəki  “Neft  dağılmalarına  qarşı  gəmi 

fövqəladə  mübarizə  planı”,  həmçinin 

“Neftlə  mübarizə”  təlim-məşqləri)  

haqqında da ətraflı məlumat verib.

Faktlar  və  istinadlarla  təqdim 

olunmuş məruzə konfrans iştirakçıları  

tərəfindən  maraqla  qarşılanıb.  



Gəmiçiliyin nümayəndəsi “dənizdə və 

Quruda neft dağılmalarına nəzarət” 

adlı konfransda iştirak edib

tanap və “şahdəniz-2” 2018-Ci ildə azərbayCanın 

iQtisadi artımına təkan verəCək


Yüklə 29,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə